![Xanım Bayden Obamaya 40 kq paxlava aldı Xanım Bayden Obamaya 40 kq paxlava aldı](/uploads/posts/2016-01/1453787457_0001.jpg)
Türkiyədə səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden ölkələrinə geri qayıdıblar. ANS PRESS-in məlumatına görə, cütlük səfərdən ölkələrinə əliboş qayıtmayıb.
ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərkən onun həyat yoldaşı Cill Bayden, nəvəsi Naomi Bayden, ABŞ-ın Türkiyə səfirinin həyat yoldaşı Holli Holser Bass və ABŞ-ın İstanbuldakı konsulluğunun kordinatoru Selda Şerifsoy Çakır İstanbulda gəzintiyə çıxıblar.
![Xanım Bayden Obamaya 40 kq paxlava aldı Xanım Bayden Obamaya 40 kq paxlava aldı](/uploads/posts/2016-01/thumbs/1453787468_01.jpg)
![Xanım Bayden Obamaya 40 kq paxlava aldı Xanım Bayden Obamaya 40 kq paxlava aldı](/uploads/posts/2016-01/thumbs/1453787445_02.jpg)
Qrup İstanbulun Karaköy səmtindəki məşhur şirniyyat brendlərindən birinin mağazasında da olub. Beş dəqiqə planlaşdırılan gəzinti 1 saatdan çox davam edib. Mağazada bütün şirniyyatların dadına tək-tək baxan xanım Bayden Ağ evə aparmaq üçün dadını daha çox bəyəndiyi fıstıqlı paxlavadan 40 kiloqram alıb.