Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                     “Azərbaycanın narahatlığı üçün əsaslar var: .....                     Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... .....                     Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? .....                     Həsən Şeyx Mahmud bu gün Azərbaycana .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! .....                     Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır .....                     Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır .....                     Ömürlük məhkum həbsxanada özünü öldürdü .....                     Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb .....                     MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... .....                     “Əks halda ana canlı yayımda intihar edəcək” .....                 

Vaqif Abdullayev bu rayonun dizini yerə gətirdi - Başçının fiaskosu
Tarix: 22-09-2016, 08:52 | Çap et
Vaqif Abdullayev bu rayonun dizini yerə gətirdi
Vaqif Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra adıçəkilən rayonun səhiyyə, təhsil, mədəniyyət və turizm, o cümlədən maliyyə sahələrində ciddi geriləmə müşahidə olunur. Bununla bağlı əldə etdiyimiz bilgilərdə hətta o da qeyd olunur ki, Vaqif Abdullayev rayon vətəndaşları ilə görüşdən yayınır, bu və digər məsələ ilə bağlı şikayəti olan sakinləri qəbul etməkdən boyun qaçırır. Belə ki, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının xeyli müddətdir ki, qəbul keçirmədiyini vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, sosial problemlər və digər məsələlərlə bağlı Vaqif Abdullayevin qəbuluna gedənlər qapıdan geri qaytarılır. İcra başçısının qəbuldan hər dəfə bir bəhanə ilə yayındığını iddia edən mənbənin sözlərinə görə, Vaqif Abdullayev gah iclasların olduğunu, gah hansısa tədbirin keçirildiyini bildirir: «Deyilənlərə görə, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əvəzinə qəbulları müavinləri keçirir. Onlar isə heç bir problemi həll etmir, vətəndaşları «yola verməklə» məşğul olur. Qeyd edim ki, Vaqif Abdullayev özü icra hakimiyyətinin binasına arxa qapıdan girib-çıxır. İcra başçısı məhz bu yolla vətəndaşlardan kənar gəzməyə, onların gözünə görünməməyə çalışır». Bu arada, icra başçısının qardaşı oğlanlarının bu yaxınlarda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilindikləri üçün istintaqa cəlb olunduğunu bildirən məlumatlı şəxs bildirir ki, hazırda Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində bu iş üzrə dələduzluq nəticəsində külli miqdarda dəymiş ziyanla Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb: «Bakıda vətəndaşların evlərini, maşınlarını və obyektlərini dələduzluq yolu ilə ələ keçirən dəstə aşkarlanıb. Həmin şəxslər hədə-qorxu və şantajla, bəzən məhkəmələr vasitəsi ilə vətəndaşların əmlaklarını əllərindən alırlar. Bu iş üzrə başladılan cinayət işinə Balayev Xəyyam Nazim oğlu, Əliyev Sahib Usub oğlu, Abdullayev Zaur Sabir oğlu və qardaşı Abdullayev Yalçın Sabir oğlu cəlb olunub. Onlar qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qrup halında vətəndaş M.Səfər qızının etibarından sui-istifadə edərək bahalı avtomobilini ələ keçiriblər. Bununla yanaşı, ona avtomobil müqabilində pul vermədikləri halda, 300000 manatlıq kredit müqaviləsini təhdidlə imzalatdırıblar. Ən təəccüblüsü odur ki, kasıb, heç bir maliyyəyə sahib olmayan Sahib Əliyevin adına pulun faktiki sahiblərinin göstərişi ilə bir gündə iki milyon manat dəyərində beş müxtəlif əməliyyat həyata keçirib. Məlumata görə, işlər iş adamı kimi tanınan, Beyləqan rayonunun icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu, «Kral» mebel mağazasının sahibi Yalçın Abdullayevin rəhbərliyi ilə həyata keçirilib. Hazırda istintaq hərəkətləri aparılır». Onu da nəzərinizə çatdıraq ki, icra başçısı Vaqif Abdullayevin himayəsinə arxalandığı üçün öz bildiyini edən Beyləqan Rayon Təhsil Şöbəsinin rəhbəri Xuraman Rüstəmova bu vəzifəyə təyin olunduğu gündən rayonun təhsil sistemində ciddi problemlər baş qaldırıb: «Deyilənlərə görə, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunmaq üçün icra başçısına nə az, nə çox düz 100 min dəfə «təşəkkür» edib. Buna kimi isə o, Beyləqan şəhər 3 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. Qeyd olunur ki, Xuraman Rüstəmova Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri postu uğrunda çoxdan bəri mübarizə aparıb və öz istəyinə çatmaq üçün Vaqif Abdullayev tərəfindən irəli sürülən «şərt»lərə sözsüz əməl edib. O da bildirilir ki, keçən həftədən başlayaraq Beyləqan rayonu üzrə məktəblərdə yaşı keçmiş və müqavilə ilə işləyən müəllimələrin sənədləri toplanaraq təhsil idarəsinə gətirilib. Aparılan araşdırma zamanı məlum olub ki, yaşı keçmiş müəllimlər arasında 3 direktor, 2 direktor müavini mövcuddur. Bununla yanaşı, Beyləqan məktəblərində 200-dən çox müqavilə ilə işləyən müəllim olduğu aydınlaşıb. Deyilənlərə görə, rayon təhsil şöbəsinin müdiri direktorların hər birindən işlərində qalması üçün 3000 manat, müavinlərdən 1000 manat və 200 müəllimin hərəsindən isə 500 manat tələb edərək, onların maneəsiz işləməsinə izin verəcəyini qeyd edib. Bildirilir ki, həmin müəllimlərin şəxsi işləri Beyləqan Rayon Təhsil Şöbəsinin müdirinin stolunun üstündə olduğundan, hazırda rayon müəllimləri təşviş içərisindədir. Deyilənlərə görə, Xuraman Rüstəmova tələb etdiyi pulların cəmi məbləği 111min manat təşkil edir ki, bu da şöbə müdiri keçmək üçün ondan tələb edilən məbləğdən artıqdır». Bu arada, bu ildən etibarən dövlət səviyyəsində pambıqçılığın inkişafına xüsusi diqqət ayrıldığını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, pambıq əkini artıq «Dövlət proqramı» ilə həyata keçirilir. Məhz elə bu səbəbdən də artıq Mərkəzi-Aran rayonlarında on min hektarlarla pambıq əkilib. Belə rayonlardan biri də Beyləqandır. Beyləqanda təxminən, 4 min hektara yaxın pambığın əkildiyini qeyd edən mənbə bildirir ki, Vaqif Abdullayevin rəhbərlik etdiyi rayonda bu sahədə ciddi problemlər mövcuddur: «Deyilənlərə görə, bütün rayonlar pambıq yığımına başlasa da, Beyləqanda hələ heç bir tərpəniş hiss olunmur. Bildirilir ki, pambıq yığımının başlamamasının əsas səbəbkarı məhz Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, icra başçısının səhlənkarlığı üzündən Beyləqanda pambıq bütün rayonlardan gec əkilib. Görünür, icra başçısının başı digər işlərə qarışdığından pambıq əkmək yadından çıxıb. Halbuki pambıçılıq dövlətimiz üçün hazırda ən önəmli məsələlərdən biridir. Deyilənlərə görə, pambıq əkini üçün lazım olan vəsaiti yerli fermerlərin üzərinə qoyan icra başçısı indi çətin vəziyyədə qalıb. Vaqif Abdullayev kənd icra nümayəndələrinə məcburi pambıq əkdirib ki, bunun da pambıqçılığın inkşafına, məhsuldarlığın artmasına heç bir aidiyyatı yoxdur». Yeri gəlmişkən, onu da qeyd edək ki, bu gün Beyləqan rayonundakı mədəniyyət evləri, klublar və kitabxanalar ticarət obyektlərinə çevrilib. Bu barədə əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən mənbə iddia edir ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Mirzəyev ciddi neqativ hallara, nöqsanlara rəvac verir: «İlk öncə məlumat üçün bildirim ki, Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində 1 rayon, Mədəniyyət Mərkəzi, 16 kənd mədəniyyət evi, 18 kənd klubu, 1 Mərkəz, 1 şəhər, 37 kənd kitabxana filialı, 1 yeddiillik uşaq musiqi məktəbi, 1 rayon Tarix-diyarşünaslıq muzeyi, 1 Heydər Əliyev Mərkəzi və 1 Mədəniyyət və istirahət parkı fəaliyyət göstərir. Rayon ərazisində 1 dünya əhəmiyyətli arxeoloji abidə, 8 ölkə və 1 yerli əhəmiyyətli daşınmaz və tarixi abidə qeydə alınmışdır ki, bu abidələr 3 abidə mühafizəçisi tərəfindən mühafizə olunur. Deyilənlərə görə, son illər dövlət büdcəsindən Beyləqan Rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin yetərli hissəsi təyinatı üzrə xərclənməyib. Belə ki, şöbə müdiri kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri işlərini heç bir tender keçirmədən özünə yaxın olan şirkətlərə həvalə edir. Məhz elə bu səbəbdən də rayondakı mədəniyyət evlərinin və klubların əksəriyyəti baxımsızlıqdan yaman günə düşüb. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, icra başçısı Vaqif Abdullayevin nöqsanlı fəaliyyəti rayonu uçuruma aparır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18
“Əks halda ana canlı yayımda intihar edəcək” - Kəmalə Ağazadə hədələndi
Dünən, 16:11
Bakıda “Rus Evi”nin fəaliyyət göstərdiyi məkan boşaldılır
Dünən, 16:08
Həkimlərə saxta sertifikatları kim verib? - Həbsxana gözləyən məmurlar
Dünən, 16:06
“Ona necə inanmağıma özüm də mat qalmışam...”
Dünən, 15:38
Rəşad Dağlı əfv sərəncamına düşə bilər - Detallar AÇIQLANDI
Dünən, 15:25
Hərbi qulluqçularımız "AMAN-25" təlimində uğurla iştirak edir - VİDEO
Dünən, 15:20
Ermənilərlə NECƏ DİL TAPAQ?.. - AKTUAL
Dünən, 15:14
Bakı-İrəvan sülhü: Makron “tam dəstək” verir - İLGİNC
Dünən, 15:08
Adı kütləvi təcavüzdə hallanan “McDonald's”ın satışları azaldı
Dünən, 15:02
Azərbaycanda fəaliyyətimizi dayandırmaq üçün tədbirlər görürük - "Rus evi"
Dünən, 14:58
Öz “ayağına” güllə atan Rusiya – “Türk NATO-su” zərurətə çevrilir
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru