Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır .....                     DSMF qanunları NECƏ RAM EDİR... .....                     Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: .....                     Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var .....                     Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? .....                     Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı .....                     Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri .....                     Məktəb direktoru ÖZBAŞINA QALIB... .....                     Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? .....                     "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" .....                     “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” .....                     Günahın etirafı: cinayətə qarşı sükut... .....                     Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb .....                     TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? .....                     İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı .....                     Təyyarə qəzası: Əliyev tələbində haqlıdır .....                     Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB .....                     Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI .....                     "Kremldə çevriliş mümkündürmü?" .....                     Bəhruz Məmmədov niyə “minaya” düşdü? .....                     Üç polkovnikə vəzifə verildi .....                     Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü .....                     "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" .....                     Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq .....                     Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır .....                     Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ .....                     "Gündə bir adam axtarım?" .....                     Məmur ata-balalar: Siyahıda görün kimlər var .....                     Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi .....                     “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” .....                     "Ermənistan sülh çağırışlarına cavab versəydi, .....                     Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar .....                     “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: .....                     Hansı müəllimlər işdən azad OLUNACAQ? .....                     Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır .....                     AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası .....                     Anasını söydü, həbs edildi: .....                     Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm .....                     İran və Rusiya susur, Ermənistan silahlanır: .....                     "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil .....                 

"Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır... - İTTİHAM VAR
Tarix: 16-08-2017, 09:50 | Çap et
"Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır...
Bakıdan təxminən 120 kilometr məsafədə, Şabran rayonunun Qalaaltı kəndində yerləşən və müasir standartlara cavab verən “Qalaaltı Hotel & Spa” sanatoriyasının fəliyyəti və müalicəvi əhəmiyyəti barədə çox danışılıb. Bu istirahət ocağı hər il yüzlərlə xəstəyə şəfa bəxş edirsə, başqa nə demək olar. Hətta Qalaaltı Tibbi-istirahət kompleksinin ərazisində, unikal avadanlığı ilə təchiz edilmiş, müasir "ÇIRAQ" tibb mərkəzi fəaliyyət göstərir. Təklif edilən bütün sağlamlıq və bərpaedici proqramlar orqanizmin ümumi vəziyyətinin yaxşıladırılması və insan ömrünün uzadılmasına xidmət edir. Nəhayət, Qalaaltı - Azərbaycanın orijinal və son dərəcə cazibədar balneoloji kurortudur. O dəniz səviyyəsindən 1000 m hündürlükdə Böyük Qafqazın mənzərəli dağ ətəklərində yerləşir. Bura kristal şəffaflığında olan havası ilə, xüsusi təbii gözəlliyə malik, Xəzər dənizinin sahilində cazibədar meşəli yamaclarda olan bir yerdir. Burada dağ havası, dəniz hava ilə birləşir. Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin hərtərəfli inkişafı üçün geniş perspektivlər açıb və məhz bu proqram çərçivəsində 2015-ci ildə Qalaalti Hotel & Spa istifadəyə verilmişdir.

Kənd sakinləri: “Qalaaltı sanatoriyasının və kəndin kanalizasiya suları Taxtakörpü su anbarına təmizlənmədən tökülür, bunun qarşısı alınmalıdır...”

“Təzadlar”a Qalaaltı kəndindən daxil olan şikayət məktubu ciddi siqnal olaraq araşdırma tələb edirdi deyə, araşdırmaq qərarına gəldik. Şikayət məktubunda bildirilirdi ki, “Qalaaltı” sanatoriyasının, burada özünə mülklər tikdirmiş imkanlı və vəzifəli şəxslərin, eləcə də kəndin kanalizasiya suları Taxtakörpü su anbarına təmizlənmədən tökülür, bunun qarşısını alan, bu ciddi ekoloji problemi həll edən isə hələki yoxdur.
Dağlar qoynunda olan kəndə baş çəkərək problemi dərindən öyrənməyə çalışdıq. Çoxsaylı kafe, restoran və istirahət mərkəzlərinin fəaliyyət göstərdiyi, eləcə də Bakıda yaşayıb-işləyən imkanlı, vəzifəli şəxslərin imarətlərinin lövbər saldığı dağların sinəsində həm də “Qalaaltı” sanatoriyası var.... Kənddə olarkən icra nümayəndəsini və bələdiyyə sədrini axtardıq. Kənd sakinləri bildirdilər ki, onları iş otağında tapmaq mümkün olmayacaq, hər ikisi nazirlərdən birinin kənddə tikdirdiyi istirahət mərkəzinin problemləri ilə məşğuldur (nazirin adını hörmət əlaməti olaraq çəkmirik).

Sonra kənd sakinləri və “Qalaaltı” sanatoriyasında istirahət edənlərlə (Adil Səfərov, Mahmud Həmidov və başqaları) elə Qalaaltı su-çeşməsinin başında söhbətləşdik. Onlar da kəndin qapalı kanalizasiya sisteminin olmaması səbəbindən çirkab sularının hara gəldi axıdılmasına qarşıdırlar: “Məsələ ondadır ki, təbiətin Azərbaycana bəxş etdiyi bu gözəllikdən şəxsi mənfəət üçün bəhrələnirlər, amma heç kim düşünmür ki, sanatoriyanın, bu villaların və iaşə obyektlərinin çirkab suları Taxta Körpü Su Anbarına axıb tökülür. Həmin su anbarı isə Ceyranbatan gölünə axır, Bakının içməli su təchizatına təminatçıdır. Milyonlarla insanın içdiyi suya bu çirkab niyə qarışmalıdır? Hara baxır yerli icra orqanları və Ekologiya Nazirliyinin Təbiəti Mühafizə Departamentinin rəhbərliyi? Dəfələrlə rəsmi adamlara bu problemi demişik, xahiş etmişik ki, tədbir görsünlər...Amma nə faydası! Bu yaxınlarda isə kəndin metal borulardan olan 4 km-lik su xəttini kəsib aparmışdılar, sizin qəzet yazandan sonra indi 120 mm-lik boruların yerinə tələm-tələsik 80 mm-lik plasmas borular gətirib töküblər... Sizdən xahiş edirik məsələni ictimailəşdirin, bu məsələyə əncam çəksinlər. Sabah hansısas xəstəlik baş qaldırarsa, bu açıq kanalizasiya xətlərinin çirkab sularının baiskarlarını axtaracaqlar. Nə qədər gec deyil, tədbir görsünlər...”.
Bundan sonra şikayətçilər bizə çirkab sularının mənbəyini və axın istiqamətini göstərdilər. Fotoşəkillər və apardığımız müşahidələr deyilənləri təsdiqləyirdi...

***

Qeyd edək ki, yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq Taxtakörpü su anbarına yığılan su hesabına Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının, ölkənin şimal zonasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub. Su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb ki, bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə olunan suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub. Ölkə başçısının göstərişi əsasında,bir müddət əvvəl Taxtakörpü su anbarının tam həcmdə su ilə doldurulması münasibətilə mərasim də keçirildi. Həmin rəsmi tədbirdə Prezidentin aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev, Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və digər rəsmi şəxslər iştirak edirdilər. Bu mərasimdə çıxış edənlər anbara daxil olan su mənbələrindən, anbarın əhəmiyyətindən danışsalar da, o vaxt heç kim fikirləşmədi ki, bəs dağlardan süzülüb gələn bu su axınına ətrafdakı yaşayış və istirahət mərkəzlərinin kanalizasiya suyu da qarışır, ya yox?! Çünki biz də ərazidə olarkən müşahidə etdik ki, “Qalaaltı” sanatoriyasında ilboyu müalicə tədbirləri davam etdirilir, Türkiyəli iş adamı olan sanatoriya rəhbəri mənfəəti üçün səylər göstərir, amma elə sanatoriyanın tərkibində min cürə kimyəvi maddələr olan, insanların qəbul etdiyi vannalardan sonra yaranan su kütləsi birbaşa dərələrə axıdılır. Biz öz gözlərimizlə gördük ki, həmin çirkab sularının yaratdığı və üfunəti baş çatladan gölməçələrində qaz və camış sürüləri çimir, sonar isə həmin çirkab Taxtakörpü Su Anbarı istiqamətinə axıdılır. Anbara gedən yol isə bağlı, çirkab sularının axıdıldığı sıldırımlı çığırlar keçilməz olduğundan suyun mənsəbinədək gedə bilməsək də, birmənalı olaraq bəlli idi ki, həmin su yekunda anbara tökülür…

Bəs sanatoriyanın rəhbərliyi niyə sutəmizləyici qurğuların tikintisini nəzərdə tutmayıb? Kənd sakinləri bildirdilər ki, layihədə bunlar nəzərə alınıbmış, lakin tikinti şirkəti işini bu hissədə yarımçıq qoyub və aradan çıxıb. Nəticədə indi Qalaaltı kimi ecazkar təbiət möcüzəsi ekoloji problemlərlə üz-üzə qalıb, ətrafda ətir qoxuyan müalicəvi bitkilərin ətrini üfunət əvəzləməkdədir. Ətrafda yaşan yerli sakinlər də bu üfunətdən ciddi narahatdır…
Aidiyyəti qurumların bu ciddi problemə münasibətini öyrənməyə çalışırıq. \\tezadlar.az\\

"Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır...
"Qalaaltı Hotel & Spa" necə təhlükə yaradır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30
DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16
Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11
Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07
Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05
Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34
Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30
Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21
"Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16
“Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12
Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06
Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03
TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01
İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40
Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38
Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29
Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24
"Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47
Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41
Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33
"Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29
Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43
Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40
"Gündə bir adam axtarım?"
Dünən, 19:33
Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31
Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26
“Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10
"Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02
Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00
“Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58
Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04
Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00
AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53
Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51
Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41
İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30
"Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25
Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24
Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22
“Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20
Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18
Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13
Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11
"Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09
Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01
Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00
Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru