Oqtay Şirəliyev bu sahəni dirçəldə bilmədi... - GİLEY
Tarix: 18-08-2017, 11:17 | Çap et
![Oqtay Şirəliyev bu sahəni dirçəldə bilmədi... Oqtay Şirəliyev bu sahəni dirçəldə bilmədi...](/uploads/posts/2017-08/thumbs/1503041009_0001.jpg) Təcili tibbi yardım maşınları ilə bağlı müxtəlif məzmunlu şikayətlər hər zaman olur. Təcili yardım çağıran Bakı sakinləri gah onların gecikməsindən yaxud da ki, xəstəyə keyfiyyətli xidmət göstərməməsindən şikayət edir. "Report"un redaksiyasına zəng edən paytaxt sakini çağırdığı təcili tibbi yardım maşınının xeyli yubandığını bildirib. Xəstə yaxının dediyinə görə, təcili tibbi yardıma ötən gün saat 14:49-da zəng vurulub lakin uzun müddət çağırışa cavab gəlməyib. 45 dəqiqədən sonra gələn təcili yardım həkimi gecikmələrinin səbəbini belə izah edib: "Komandaya saat 15:13-də cağırış veriblər. Xəstə Xətai rayonunda olduğu halda, yardımı Yasamaldan göndəriblər. Nəticədə yardım maşını 15:34-də ünvana çatıb". Xəstə yaxınlarının dediyinə görə, onlar əvvəllcə Xətaidəki 2 sayli klinikaya gediblər və xəstə üçün təcili tibbi yardım yardim lazım olduğunu deyiblər. Orada isə onlara nə maşın sürcüsünün, nə də həkimin olmadığını bildiriblər. Daha sonra 14:49-da təcili yardıma zəng vurulduqdan bir müddət sonra Yasamaldan komanda tapıb göndəriblər. Nəticədə xəstəyə ilkin tibbi yardımı xəstə yaxınları özləri etməyə məcbur olublar.
Məsələ ilə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Operativ və Hospital İşlər üzrə Baş həkimin müavini Murad Mirzəzadə "Report"a bildirib ki, çağrışlar gəldiyi zaman onun növlərinə görə tezliyi müəyyənləşdirilir: "Əgər çağırış təxirəsalınmazdırsa, onun icra müddəti bir saat ərzindədir. Qeyd etdiyiniz çağırışla bağlı şikayəti araşdırdıq və məlum oldu ki, xəstə təzyiq problemi ilə bağlı təcili yardım çağırıb. Bu cür çağırışlar isə təxirəsalınmaz olduğundan icra müddəti bir saata yaxındır". Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bir müddət əvvəl "Report"a açıqlamasında vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb” Təcili yardım maşınının Xətaidən deyil, Yasamaldan gəlməsinə gəldikdə isə Murad Mirzəzadə bildirib ki, təcili yardım maşınlarının göndərilməsi rayonlar üzrə bölünmür. Hansı rayon olmasından asılı olmayaraq, çağrış olan əraziyə yaxın briqda varsa, həmin əraziyə göndərilir. Müstəqil səhiyyə eksperti, tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Report"a deyib ki, təcili tibbi yardım maşınlarının çağırış ünvanına təyin olunmuş vaxtdan gec çatması işin təşkilindəki qüsurdan irəli gəlir.
Onun sözlərinə görə, təcili tibbi yardım maşınının hadisə yerinə yarım saatdan gec çatmasına bəraət qazandırmaq olmaz: “Çünki onların strukturu elə qurulub ki, təcili çağırış olarsa, ən geci 15-20 dəqiqəyə çağırış yerində olmalıdırlar. Yarımstansiyalar da məhz bunun üçündür. Hadisə yerinə gec çatmaq işin təşkilindəki qüsurdur”. Ekspert qeyd edib ki, bu işin təkmilləşdirilməsi üçün maddi-texniki bazanın kifayət qədər yüksək olması, yarımstansiyaların sayının və həkimlərin peşəkarlığının artırılması mütləqdir: “Təəssüf ki, bunlar səhiyyədə yaddan çıxan istiqamətlərdir”. O, həmçinin əlavə edib ki, bu gün ölkənin yollarında təcili tibbi yardım maşınları üçün xüsusi zolaqlar yoxdur: “Bakıda isə küçələrdə heç maşınlar bir-birilərinə yol vermir. Ölkədə yol infrastrukturu üçün kifayət qədər maliyyə vəsaiti ayrılsa da, təcrübə göstərir ki, bu kimi zolaqların salınması üçün heç nə görülmür. Ona görə də təcili yardım maşınları ünvana gec çatır. Təcili yardımın çağırış anından xəstənin yanına getməsi üçün sərbəst yol imkanı lazımdır. Bu imkanı yaratmaq lazımdır. Çünki ünvana gec çatmaq xəstənin həyatı bahasına başa gələ bilər”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|