![Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi](/uploads/posts/2017-11/thumbs/1509516733_888.png)
Xəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya cinayət işi açılıb. Xatırladaq ki, buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınması göstərilir. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Gununsesi.info-nun əməkdaşı xəbərlə bağlı mövqeyini öyrənmək üçün Leyla Şıxlıniskayanın özünə telefon açıb. Ancaq özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həl edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”.