"Niyə rektor Ədalət Muradov bu əməllərə imkan yaradır?" - ETİRAZ
Tarix: 22-11-2017, 10:31 | Çap et
!["Niyə rektor Ədalət Muradov bu əməllərə imkan yaradır?" "Niyə rektor Ədalət Muradov bu əməllərə imkan yaradır?"](/uploads/posts/2017-11/thumbs/1511332364_0001.jpg) Dövlət İqtisad Universitetinin müəllimlərinin etirazı səngimir... Dünən ADİU-nun müəlliməsi Zərifə Mansurova tərəfindən "Təzadlar"a 3 məktub daxil oldu. Şikayət məktubu müəllifinin səhihliyini bir daha yoxlamaq üçün Z.Mansurova ilə telefon əlaqəsi saxladıq. O, yazılanları təsdiq etməkdən əlavə, əməkdaşımıza dəhşətli faktlar açıqladı və sabah redaksiyaya gələrək geniş video-müsahibə verəcəyini bildirdi. "Mən "Təzadlar"a ADİU-nun bütün narazı müəllimlərinin adından minnətdarlıq edirəm. Siz əsil vətənpərvərlik nümunəsi göstərməkdəsiniz", -deyən müəllimənin ölkə Prezidentinə və "Təzadlar"a ünvanlı müraciətini ixtisarla təqdim edirik: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə! Surəti: Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban xanım Əliyevaya! Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova! Surəti: "Təzadlar" qəzetinə! Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Bildirirəm ki, dövlətimiz beynəlxalq rus dilinə önəm verdiyi ərəfədə Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müdiri qanuna zidd olaraq müəllimləri tam ştatdan yarımştata endirmiş, hal hazırda isə tamamilə tədrisdən uzaqlaşdırmaq niyyətindədir. Kafedra müdiri illərdir ki, dərs saatları bölgüsünü öz maraq mənbəyinə çevirərək bu növbəti ildə isə "reytinq" adı altında müəllimləri elə bir siyahıya düzübdür ki, nəticə etibarı ilə kafedrada еlmi dərəcəsi olan və mütəxəssis müəllimlər siyahıda ən axırıncı yerlərdədir. Həmin bu "Reytinq" siyahısı universitetin və tədrisin marağına zidd olmaqla yanaşı kafedra müdirinin arzularının yerinə yetirilməsi üçün saxtakarlıqla tərtib edilibdir. Beləliklə, universitetin dərs saatları bölgüsü ancaq kafedra müdirinin maraqlarına xidmət edir, çünki nəticədə mütəxəssis müəllimlər tərcümə mərkəzinə göndərilir, tərcüməçilər isə müəllim kimi saxlanılır. Bu fakt kafedra müdirinin tədrisin keyfiyyəti barədə narahat olmadan, ancaq açıq-aşkar öz maraqlarının həyata keçməsinə qulluq etməsindən xəbər verir. Yekun olaraq sizə nəticəni çatdırmaq məcburiyyətindəyəm ki, tədris ocağında məhz mütəxəssis müəllimlər müəllimlik etməkdən məhrum olunurlar, məhz Dövlət İqtisad Universitetinə vacib olan rus dilinin tədrisi üçün ayrılan saatlar azaldılır. Xahiş edirəm bu faktlardan istifadə edərək kafedra müdirinin müəllimlərin dərs saatlarını alver mənbəyinə çevirmək üçün hazırladığı "reytinq" adlandırdığı siyahısının mahiyyətinin, məzmununun, hansı göstəricilərə əsaslandığının yoxlanması üçün komissiya və ekspertiza təyin edilsin, dərs saatlarının itirilməsinə dair cinayət işi qaldırılaraq günahkarlar cəzalansın, bizim tam ştat dərslərimizin qaytarılması təmin olunsun. Niyə rektor Ədalət Muradov bu əməllərə imkan yaradır??? Cənab Prezident! Sizə böyük inamla və hörmətlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova. Redaksiyadan: Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq və bu yöndə cəhdimiz davam edir... Lakin sabah müəllimə ilə geniş müsahibə çapa hazırlanarkən bir neçə suala cavab axtarmalı olacağıq. Məsələn, necə ola bilər ki, ADİU-da bu boyda qanunsuzluq baş versin, amma rektorun bundan xəbəri olmasın? Yaxud, müəllimlərin dərs saatlarının paramparça edilməsi doğrudanmı rektor Ədalət Muradovun icazəsi olmadan edilib??? \\tezadlar.az\\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|