Yarmarka, yoxsa akademiya? – Bakı Tennis Akademiyasında acı mənzərə
Tarix: 6-02-2018, 10:15 | Çap et
Təməli 10 il əvvəl - 2008-ci ildə qoyulan Bakı Tennis Akademiyası ilk baxışdan ticarət mərkəzini xatırladır. Üç hektara yaxın ərazisi olan akademiyanın 4 070 kvadratmetrlik sahəsində idmanın bu növü ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb. Amma burada daha çox tennis yox, qeyri-profil üzrə fəaliyyət göstərən obyektlər nəzərə çarpır. Halbuki, akademiya yeni açılanda burada xaricdən dəvət olunmuş məşqçilərin dərs deyəcəyi, gənc tennisçilərin yetişdiriləcəyi deyilirdi.
On il az vaxt deyil… Təəssüf ki, akademiyanın indi hansı təyinat üçün olduğu unudulmaqdadır. Bank, çayxana, fast-food, restoran, geyim dükanı, gül dükanı, kababxana… Görünən bunlardır. Əvvəllər yan-yörədə məşhur tennisçi Mariya Şarapovanın şəkli də var idi. Sonradan o lövhələr də yoxa çıxdı. Hazırda Bakı Tennis Akademiyasının İbrahimpaşa Dadaşov küçəsinə baxan hissəsi əsl yarmarkadır. Buradan obyekt kimi istifadə edənlər deyir ki, 248 saylı məktəblə üz-üzə olduğu üçün buradakı dəftərxana ləvazimatları mağazasının gəliri yüksək olur, yerdə qalanlar o qədər gəlirli obyekt sayılmır. Bir də akademiyanın həyətindəki “Çay bağçası” yayda müştərilərin sevimli məkanına çevrilir. Sakinlər həm içəridəki, həm də binanın çölündəki çayxananın hər kəsə açıq olduğunu dedilər. Onların sözlərinə görə, havalar istiləşən kimi, Akademiyanın bağçasında yerləşən Çay evinə, soyuq havalarda isə binanın içindəki çayxanaya üz tuturlar. Burada müştərilərə çay dəstgahı ilə yanaşı, sulu qəlyan da təklif olunur. Ərazidəkilər tennis oynamağa gələnlərin isə daha çox millət vəkilləri, yüksəkvəzifəli şəxslər olduğunu bildirdilər. İllərəvvəl verilən vədlərin – xariicdən məşqçilər cəlb olunması, gənc tennisçilər yetişdirilməsi məsələlərinin nə yerdə qalması ilə maraqlandıq. Bakı Tennis Akademiyasının direktor müavini Namiq Camalov hafta.az-a açıqlamasında akademiyanın ərazisi ilə bağlı deyil, yalnız tennislə bağlı mövzular barədə məlumat verə biləcəyini dedi. Onun sözlərinə görə, həftədə 3 dəfə 1 ay boyunca tennislə məşğul olmağın qiyməti 50 manatdır. Asudə vaxtlarında tennis oynamağa gələnlər isə 1 saatına 20 manat ödəyirlər: “Beş-altı yaşdan 13 yaşadək uşaqların öyrədilməsi həftədə 3 dəfə olmaqla bir ayı 50 manatdır. Həvəskarlar üçünsə saat hesabı ilədir. Açıq kortlarda bir saat 10 manat, qapalı yerlərdə isə 20 manatdır, üstəlik trenerə də ödəniş olunmalıdır bu da təxminən 20-30 manat arasındadır”. Direktor müavini deyir ki, tennisə maraq var, gələnlər arasında sıravi vətəndaşlardan tutmuş, millət vəkillərinə qədər bir çoxlarını görmək olar.
Qeyd edək ki, Tennis Akademiyası və Tennis Federasiyası, əslində, ayrı qurum olsalar da, demək olar ki, qarşılıqlı fəaliyyət göstərirlər. Onlar həm də inzibati binaları ilə qonşudurlar. Federasiyanın 5 tennis kortu və 7 açıq tennis kortu var. Akademiyanın facebook səhifəsində buradakı stadionların da bir saatının 40 manatdan olmaqla icarəyə verildiyi bildirilir. Maraqlıdır ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən “özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını alıb. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Bəs görəsən, bu cür əldə olunan vəsaitlərdən dövlət büdcəsinə ödənilirmi? Obyektlərin qeyri-profil üzrə istifadə olunması isə bir ayrı mövzudur. Məsələn, akademiyanın inzibati binasının birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada “Beşiktaş” futbol məktəbi”, “Ev alqı-satqısı”, “Baku Flowers” adlı gül mağazası “Ləziz kafe” fəaliyyət göstərir. Mağazalardan birinin satıcısı bizimlə söhbətində deyir ki, onsuz da bura boş obyekt idi, münasib qiymətə icarəyə verirdilər gəlib götürdük: “Guya kimdir gəlib burada tennis oynayan? Amma mağaza ilə heç olmasa həm biz xeyir götürürük, həm də camaat nəsə alır”.
Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı Natiq Cəfərli deyir ki, dövlət qurumlarının əsasnaməsində onların balansında olan daşınan və daşınmaz əmlakdan kommersiya məqsədi ilə istifadə nizamnamə ilə tənzimlənir: “Əgər həmin obyektlərdən qeyri-profil üzrə istifadə etməklə icarəyə vermək hüquqları varsa, öz balansında olan əmlakı icarə verməyə ixtiyarı var. Bu o halda qanuni sayılır ki, icarədən gələn vəsait şəffaf şəkildə hesabata alınsın və toplansın. Əgər bu, baş verərsə, büdcədən həmin quruma ayrılan vəsait ya azaldılır, ya da tamamilə kəsilir. Həm dövlət büdcəsindən maliyyələşmək, həm də balansında olan əmlakdan pul qazanmaq hazırda ən problemli məsələlərdən birinə çevrilib. Bir çox qurumlar var ki, balanslarında olan əmlakı icarəyə verməklə pul qazanırlar. Olsun, amma həmin pul şəffaf şəkildə xərclənsə, büdcənin yükü azalar. Dövlət qurumları belə məsələlərdə şəffaf olmalıdır, heabatalarını açıqlamalıdır, amma bununla bağlı hər hansı qurtumun açıqlama verdiyini hələ ki, görməmişik, o cümlədən də Bakı Tennis Akademiyasının...”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|