Sumqayıt təhsilində nə baş verir? - Nazirin nəzərinə...
Tarix: 12-01-2019, 11:26 | Çap et
Artıq bir neçə gündür ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi Həqiqət Abdullayeva ilə pedaqoji kollektivin bir neçə nümayəndəsi arasında baş verən qarşıdurma mətbuatın gündəm mövzusu olub. Xatırladaq ki, Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor əvəzi olan Həqiqət Abdullayeva ilə onun müavini Təranə Nəsirova, müəllimələr Yeganə Hüseynova və Aytəkin Paşayeva arasında baş verən qarşıdurmaya Sumqayıt şəhər prokurorluğu da qarışıb. Məktəbdəki mənbədən mətbuata daxil olan məlumatda bildirilir ki, Həqiqət Abdullayevanın direktor əvəzi təyinatından sonra onun qanunla müəyyən edilməyən formada tələblərinə etiraz edən müəllimələr, xanım direktorun təzyiqləri ilə üzləşiblər. Hətta direktor əvəzi bir az irəli gedərək öz müavinini təhqir belə edib. Conflict.az-a etibarlı mənbədən daxil olan məlumatda qeyd edilir ki, Şəhər İH-nin rəhbərliyi də daxil olmaqla, Təhsil nazirliynin Billurə Hacızadə adlı əməkdaşı da ciddi cəhdlə Həqiqət Abdullayevanın qorunmasına çalışırlar. Onu da qeyd edək ki. xanım Hacızadə Həqiqət Abdullayevanın əmisi qızıdır. Mənbə əlavə olaraq bildirdi ki, nazirliyin Daxili Nəzarət idarəsinin əməkdaşı Aqşin müəllimində iştirakı ilə bir müddət əvvəl Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamalar zamanı Həqiqət Abdullayeva tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı nəticələr hələ də şəhər təhsil şöbəsində saxlanılır. Görəsən nədən nəticələr Təhsil nazirliyinə təqdim edilmir? Həqiqət Abdullayevanın qorunmasında məqsəd nədir? Nədən böyük bir kollektiv hələ direktor təyin edilməyən bir müəllimənin hikkələrinin əsirinə çevrilib? Ötən gün Conflict.az-ın əməkdaşı Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə aparılan yoxlamaların nəticələri ilə bağlı TN-nin, DNİ-nin əməkdaşı Məhəmməd müəllimlə telefon əlaqəsi saxladı. Suallarımızı aidiyyatı şəxslərlə məsləhətləşmədən cavablandıra bilməyəcəyini deyən Məhəmməd müəllimdən yoxlamada iştirak edən Aqşin müəlllimin əlaqə nömrəsini istədikdə isə cavab bu dəfə də ənənəvi oldu “özündən razılıq alım sonra”. Bizə razılıq alıb zəng edəcəyi vədini verən Məhəmməd müəllimdən isə günün sonuna kimi redaksiyaya hər hansı münasibət daxil olmadı. 9 saylı Sumqayıt şəhər tam orta məktəbində baş verən hadisə ilə bağlı araşdırmamızda münaqişə tərəflərindən biri olan direktor müavini Təranə Nəsirova ilə əlaqə saxlayan Conflict.az-ın əməkdaşına xanım müavin bildirdi ki, hələlik araşdırma gedir. “Edilən şikayətlər əsasında məktəbdə bir günlük yoxlama tədbirləri həyata keçirən nazirlyin Daxili Nəzarət idarəsnin əməkdaşları iddia etdiyim faktların demək olar ki, əksəriyyətinin bilavasitə şahidi oldular. Xatırladım ki, yuxarı sinif şagirdlərinin təhsil aldıqları sinifə daxil olan DNİ-nin əməkdaşları mənim ərizədə adlarını qeyd etdiyim şagirdlərin doğrudan da sinifdə olmadıqlarını öz gözləri ilə gördülər.” Əməkdaşımızın: - Redaksiyaya daxil olan məlumata görə müvafiq “razılaşma” əsasında yuxarı sinif şagirdlərinin bir neçəsi mütəmadi olaraq dərs prosesində iştirak etmirlər. Həmin şagirdlər ya repititor yanına, ya da müxtəlif hazırlıq kurslarına gedirlər. Bu fakt doğudurmu? - Bunu DNİ-nin əməkdaşları özləri də gördülər və aktlaşdırdılar. - Bizdə olan məlumata görə bu işdə Həqiqət Abdullayevaya “Kaspi” təhsil mərkəzində çalışan Kənan Quliyev adlı şəxs “kömək” edir. Bu doğrudurmu? - Araşdırma davam edir. - Təranə xanım bizdə olan məlumata görə sizə şikayətinizi geri götürməyinizlə bağlı təzyiq olunub. - Mən bu barədə danışmaq istəmirəm. Ötən gün 146 xidmətinə zəng edib araşdırmanın nəticələri ilə bağlı məlumat almaq istədim. Mənə yaxın günlərdə nəticə ilə bağlı məlumat verəcəklərini bildirdilər. Təranə Nəsirova bizə məlum olmayan səbəblərdən baş verənlərlə bağlı geniş danışmaq istəməsə də, məsələnin artıq şəhər prokurorluğunda araşdırılması haqqında əlimizdə müəyyən bilgilər var. Və redaksiyaya daxil olan məlumatda o da öz əksini tapıb ki, Təranə müəllimənin Həqiqət Abdullayeva ilə bağlı şikayəti əsasında Sumqayıt şəhər prokurorluğuna çağırılan direktor köməkçisi Aynurə Abdullayevanın da prokuror köməkçisi Elviz Salayev tərəfindən izahatı alınıb. Araşdırmanın obyektivliyi baxımından Aynurə xanımla da telefon əlaqəsi saxlayan əməkdaşımıza direktor köməkçisi bu hadisə ilə bağlı danışmaq istəmədiyini dedi. Onu da xatırladaq ki, artıq üç şikayətçi xanımdan biri Yeganə Hüseynova şəhər prokurorluğuna təqdim etdiyi şikayət ərizəsini geri götürüb. Məktəbdəki mənbədən daxil olan məlumatda bildirilir ki, Yeganə Hüseynovanın ərizəsini geri götürməyinin əsas səbəbi onun Sumqayıt şəhər təhsil şöbəsində çalışan bacısı olub. Belə ki, şikayətçinin bascısına “Kimə istəyirsiniz şikayət edin, sonda hər şey yenidən Sumqayıta qayıdacaq.” – deyə xəbərdarlıq edilib. Qəribədir görəsən bu xəbərdarlığı edənlər Sumqayıtında Azərbaycan qanunları ilə idarə olunduğundan xəbərsizdirlərmi? Görəsən şikayət Sumqayıta qayıdanda nə baş vrəcək? Və görəsən bu cür xəbərdarlığı edənlər məktəbdə rus dili fənnini tədris edən Vüqar Abdullayevin işə çıxmadan hər ay əmək haqqı kartına köçürülən dövlət büdcəsindən ayrılan vəsaitin hara və ya kimə çatması ilə bağlı məktəb rəhbərliyinə hər hansı sual veriblərmi? Mövzuya qayıdacağıq. Redaksiya araşdırmada adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
• Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40 |
|
|
|
• İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38 |
|
|
|
• Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32 |
|
|
|
|