Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                     Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib .....                     Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO .....                     Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” .....                 

Azərbaycanda yeni ixtisar dağlası qaçılmazdır... - Gözlənti
Tarix: 12-02-2019, 10:54 | Çap et
Azərbaycanda yeni ixtisar dağlası qaçılmazdır...
Bu il Azərbaycanda ilk dəfə olaraq bələdiyyələrə subvensiya ayrılıb. 2019-cu ilin dövlət büdcəsi haqqında sənədə əsasən, subvensiyanın həcmi 1 milyon manat təşkil edir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənədə əsasən bu, Ədliyyə Nazirliyinin Maliyyə Nazirliyinə müraciəti sayəsində baş tutub.

Qeyd edək ki, uzun illərdir Azərbaycanda bələdiyyələrə dövlət büdcəsindən dotasiya ayrılır. Son illərdə bu dotasiyanın məbləği bir qayda olaraq 5,2 milyon manat təşkil edib. Lakin 2019-cu ilin dövlət büdcəsində bələdiyyələrə ayrılan subsidiyanın həcmi 500 min manat azaldılaraq 4,7 milyon manata salınıb. Əvəzində isə Ədliyyə Nazirliyinin təklifi əsasında 1 milyon manat subvensiya ayrılıb. Subvensiya istənilən səviyyəli büdcədən yalnız müəyyən məqsədlər üçün ayrılmış və bu məqsədlər üçün xərclənməli olan pul miqdarıdır. Subsidiya ilə eyni mahiyyət daşısalar da, onların bir sıra əsas fərqləri var. Vətəndaşlar birbaşa subvensiya almırlar. Subvensiya yalnız bir büdcədən digərinə köçürülən pul miqdarını ifadə edir.

Subsidiya və subvensiyanın geri qaytarılaması nəzərdə tutulmur. Hər ikisi qarşılıqsız verilir - yəni əldə etmək üçün hər hansı komissiya və ya faiz miqdarı ödəmək lazım gəlmir. Bu iki yardımı fərqləndirən əsas məqam budur ki, subvensiya yalnız pul formasında ifadə olunur, subsidiya isə eyni zamanda material formaya malik ola bilər, tədris materialları, dərmanlar və s.

Bu il ilk dəfə bələdiyyələr subvensiya əldə edəcəklər.

Bələdiyyə seçkiləri isə bu il dekabrın 27-də keçiriləcək. Seçkilərin keçirilməsi ilə bağlı dövlət büdcəsindən 53 milyon 900 min manat vəsaitin ayrılması nəzərdə tutulub.

“Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Qanunda bildirilir ki, Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələri Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş qaydada çoxmandatlı seçki əraziləri üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçirlər. Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyələrin səlahiyyətləri onların ilk iclas günü başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə üzvlərinin səlahiyyətləri yalnız bələdiyyələrin səlahiyyət müddətində qüvvədədir. 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan Azərbaycan vətəndaşlarının bələdiyyələrə üzv seçmək və seçilmək hüququ vardır.

İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslər, hakimlər, hüquq-mühafizə orqanlarının işçiləri, din xadimləri, hərbi qulluqçular bələdiyyə üzvü seçilə bilməzlər. İcra hakimiyyəti orqanlarında işləyən vəzifəli şəxslərin, hakimlərin, hüquq-mühafizə orqanlarının işçilərinin bələdiyyə üzvlüyünə namizədliyi qeydə alındıqdan sonra 3 gün ərzində onlar tutduqları vəzifədən azad olunmalı və bu barədə müvafiq sənədi ərazi seçki komissiyasına təqdim etməlidirlər. Bu qaydaya riayət olunmadıqda həmin şəxslərin qeydiyyatı ləğv edilir.

Məhkumluğun ödənilməsindən və ya götürülməsindən asılı olmayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1 maddəsində nəzərdə tutulan ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkənlər bələdiyyə üzvü seçilə bilməzlər. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada fəaliyyət qabiliyyətsizliyi təsdiq edilmiş şəxslər bələdiyyələrə seçkilərdə iştirak edə bilməzlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Bələdiyyələrə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. Bələdiyyələrin səlahiyyətlərinin qurtarmasına ən geci 120 gün qalmış yeni seçkilər təyin edilir.

Azərbaycanda qanuna uyğun olaraq majoritar seçki sistemi əsasında seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir:

500-dən az əhalisi olan ərazilərdə - 5 bələdiyyə üzvü;

500-dən 1000-dək əhalisi olan ərazilərdə - 7 bələdiyyə üzvü;

1000-dən 5000-dək əhalisi olan ərazilərdə - 9 bələdiyyə üzvü;

5000-dən 10000-dək əhalisi olan ərazilərdə - 11 bələdiyyə üzvü;

10000-dən 20000-dək əhalisi olan ərazilərdə - 13 bələdiyyə üzvü;

20000-dən 50000-dək əhalisi olan ərazilərdə 15 bələdiyyə üzvü;

50000-dən 100000-dək əhalisi olan ərazilərdə - 17 bələdiyyə üzvü;

100000-dən 300000-dək əhalisi olan ərazilərdə - 19 bələdiyyə üzvü.

Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Seçki komissiyalarının işi üçün qeyri-dövlət təşkilatlarının və müəssisələrinin binalarından və avadanlığından istifadə edilməsinə görə icarə haqqı Azərbaycan dövlət büdcəsinin və bələdiyyə büdcəsinin hesabına ödənilir. Azərbaycan dövlət büdcəsi və bələdiyyə büdcəsinin vəsaitlərindən sözügedən qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat aparmaq üçün istifadə oluna bilməz.

Azərbaycanda bələdiyyə institutunun yaranmasının bu il 20 ili tamam olur. İlk bələdiyyə seçkisi 1999-cu ilin dekabrında keçirilib. Bir sıra ekspertlər hesab edir ki, bu yerli özünü idarəetmə institutu 20 ildə heç də özünü doğrulda bilməyib. Bunu hətta YAP rəhbərliyinə daxil olan şəxslər də ara-sıra dilə gətirirlər. Məsələn, YAP icra katibinin müavini Siyavuş Novruzov bu yaxınlarda verdiyi açıqlamada demişdi ki, bələdiyyələrin çoxunun nə işlə məşğul olduğu, varlığı, yoxluğu bilinmir. Belə olan halda bu qədər bələdiyyələrə və bələdiyyə üzvlərinə ehtiyac yoxdur, bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru