Şirvanda büdcə təşkilatlarına nəzarət sıfır həddindədir - Buna görə yeyinti rahatdır... - Şahin Mustafayevin adamına qarşı ittiham
Tarix: 1-10-2014, 12:49 | Çap et
Maliyyə Nazirliyinin (MN) bəzi yerli idarələrində hökm sürən məmur özbaşınalıqları, idarə rəislərinin vəzifə səlahiyyətlərindən başqa məqsədlər üçün istifadə etməsi və digər neqativ hallarla bağlı dəfələrlə tənqidi yazılar etmişik. Lakin bəzi məmurlar tənqiddən nəticə çıxarmağı bacarmır. Əksinə, onlar zaman keçdikcə fəaliyyətlərindəki qanunsuzluqların sayını bir az da artırırlar. Ki, bu da nəhayətdə böyük problemlərin yaranmasına gətirib çıxarır. Müxtəlif qanun pozuntularının qeydə alındığı qurumlardan biri də Şirvan Şəhər Maliyyə İdarəsidir.
Qeyd edək ki, sözügedən idarə öz səlahiyyətləri çərçivəsində Şirvan şəhərində maliyyə siyasətini həyata kecirən, yerli gəlir və xərclər üzrə büdcə və büdcədənkənar vəsaitlərin layihələrini hazırlayan, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrasını həyata kecirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, yerli xərclər üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəliklər qəbul edən qurumdur. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə isə, idarənin rəisi Həzi Qasımov vəzifə səlahiyyətlərini bir kənara qoyaraq tamam başqa işlərlə məşğul olur. Mənbə deyir ki, Həzi Qasımovun imza atdığı bir sıra qanundankənar işlər ölkənin maliyyə sistemində əldə olunan uğurları sanki gözdən salır: "Dövlət büdcəsi haqqında" Qanunun tələblərini pozmaqdan çəkinməyən idarə rəisi Şirvanda büdcədən maliyyələşən təşkilatlara normal fəaliyyət göstərməyə imkan vermir. Belə ki, qanunvericiliyə görə büdcə təşkilatlarında ən yaxşı halda üç ildən bir yoxlama aparılmalı və büdcə vəsaitlərinin hansı istiqamətlərə sərf olunduğu araşdırılmalıdır. Amma Həzi müəllim bəzi büdcə təşkilatlarını il ərzində bir neçə dəfə yoxlatdırır ki, bu da yolverilməz haldır. Maraqlıdır ki, büdcədən maliyyələşən bəzi qurumlarda ümumiyyətlə, heç bir yoxlama aparılmır. Bu isə büdcə vəsaitlərinin bir qrup məmur tərəfindən mənimsənilməsinə zəmin yaradır. Məhz idarə rəisinin rəhbərliyi altında Şirvan şəhərinin maliyyə sistemi acınacaqlı hala düşüb. O hər vasitə ilə şəxsi imkanlarını genişləndirməyə və biznes obyektlərinin sayını artırmağıa çalışır. Məndə olan məlumatlara görə, Həzi müəllimin Şirvan şəhərində və qonşu rayonlarda bir neçə ticarət obyekti var. Yəni məmur rəhbərlik etdiyi idarənin bütün resurslarından şəxsi mənafeyi naminə istifadə edir. Beləliklə, külli miqdarda büdcə vəsaiti mənimsənilir. Az öncə dediyim kimi, idarə rəisi büdcə təşkilatlarında əsası olmayan yoxlamalar təşkil edərək idarə, təşkilat və müəssisə rəhbərlərini çətin vəziyyətdə qoyur. Belə ki, heç bir qanun pozuntusu aşkarlanmasa da, müəssisə rəhbərləri problem yaşamamaq üçün irəli sürülən "şərt"lərə əməl etmək məcburiyyətindədir. Əks halda, Həzi Qasımov onlara ciddi problem yarada bilər". Verilən məlumata görə, idarə rəhbəri başqa işlərə daha çox vaxt ayırdığından Şirvanda yerli gəlir və xərclər üzrə büdcə, o cümlədən büdcədənkənar vəsaitlərin layihələri düzgün hazırlanmır, dövlət büdcəsinin yerli və mərkəzləşdirilmiş xərclər üzrə kassa icrası normal şəkildə həyata kecirilmir: "Həmçinin maliyyə əməliyyatlarının uçotu da qanunlara uyğun formada aparılmır. Buna görə də Şirvan şəhərində büdcədən maliyyələşən idarələrin bir çoxunda qanunsuzluq baş alıb gedir. Amma maliyyə idarəsinin rəisi bu kimi halları görmür. Çünki həmin idarələrin rəhbərləri büdcədən sildikləri vəsaitlərdən Həzi müəllimə də nəysə çatdırırlar. Şirvandakı büdcə təşkilatlarının əksəriyyətinin fəaliyyətində nöqsan var. Bir məsələni deyim ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin rəsmiləri Şirvan Maliyyə İdarəsində yoxlama aparmış və ciddi nöqsanların olduğunu üzə çıxarmışdı. Hansısa səbəblərə görə, bu nöqsanların aradan qaldırılması və qanunları ayaq altına atan şəxslərin cəzalandırılması istiqamətində heç bir tədbir görülmədi. Bu isə Həzi Qasımovun Maliyyə Nazirliyində dayaqlarının olmasından xəbər verir". Qeyd edək ki, büdcə hesabına maliyyələşən qurumlarda maliyyə nəzarəti düzgün aparılmadıqda olduqca ciddi problemlər meydana çıxır. Odur ki, maliyyə naziri Samir Şərifov qanunlara qarşı sayğısızlıq edən idarə rəisini mütləq cəzalandırmalıdır. Əks təqdirdə, Şirvandakı büdcə təşkilatlarında yeyinti halları daha da dərinləşə bilər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|