Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var - "“İşçilərinin” əmək haqları mənimsənilir"
Tarix: 9-10-2014, 12:30 | Çap et
![Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var Əbülfəs Qarayevin daha bir rayondakı kadrlarından narazılıq var](/uploads/posts/2014-10/1412839799_0001.jpg) Aşağıda Sizə göndərdiyim şikayət məktubunu dərc etməyinizi xahiş edirəm. Bu, Saatlıdakı bütün kitabsevərlərin ürəyincə olacaq. Bəri başdan deyim ki, yazdığım şikayətdəki faktlara başımla cavabdehəm, işləməyən kitabxanaların günün və ya həftənin bir çox vaxtlarında bağlı olmasını videolara çəkmişəm, Sizə göndərirəm. Deyirlər, kitabxanası, klubu, mədəniyyət evi olan kəndlərdə savadlı, intellektual, dünyagörüşü geniş olan gənclər çox olur. Elə buna görə də, hətta ən ucqar kəndlərdə də kitabxanalar, klublar, mədəniyyət evləri təşkil olunardı əvvəllər ki, yetişən gənc nəsil savadlı olsun, müasir dünya ilə ayaqlaşa bilsinlər. Təəssüf ki, bəzi idarə və müəssisə rəhbərləri öz maddi maraqlarını və nəfislərini hər şeydən üstün tutaraq bu inkişafa mane olur, kitabxana və mədəniyyət evlərində “ölü canlar” saxlayaraq əmək haqlarını mənimsəyir, nəticədə isə belə mədəniyyət müəssisələrinin yalnız adı olur, işçiləri isə olmur.
“Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür...”
Saatlı rayonunun bir sıra kəndlərində kitabxana, klub və mədəniyyət evi var. Hamısı da dövlət büdcəsindən maliyyələşir. İnsafən, həmin mədəniyyət müəssisələrində avadanlıqlar da var, lakin bunların hamısı gözdən pərdə asmaq üçündür və ya... asan yolla qazanc əldə etmək üçün. Çünki rayonun elə kəndləri var ki, həmin kəndlərdəki kitabxanaların işçilərini gündüz çıraqla axtarsan da tapa bilməzsən. Axtarmağa da lüzum yoxdur. Belə kitabxanaların “işçilərinin” əmək haqları rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırovla rayon mədəniyyət və turizm şöbəsinin baş mühasibi Rahim Hüseynov arasında bölüşdürülür. Hətta hər ay rayon mərkəzi kitabxana sistemində keçirilən seminarlarda həmin kəndlərin “kitabxanaçılarını” illərlə görən olmur. Səbəbini isə yalnız Sakit Bağırovla baş mühasib Rahim Hüseynov bilir. Saatlıda belə gözəgörünməz “kitabxanaçılar” rayonun Kamallı, Dəllər, Dədəqorqud, Genişkənd və digər kəndlərindədir. Adı çəkilən kəndlərdə pis-yaxşı kitabxana var. Hətta bu kitabxanalarda kitab da var. Ancaq həmin kitabxanaların işçilərinin kim olduğunu və harada yaşadıqlarını rayon mərkəzi kitabxana sisteminin müdiri Sakit Bağırov və baş mühasib Rahim Hüseynovdan başqa bilən yoxdur. Onların hər ay rayonda keçirilən seminarlarda iştirak etməməsinin “səbəbini” də elə bu iki şəxs bilir. Elə ki, seminar iştirakçılarından kimsə niyə başqalarının da müntəzəm gəlmədiyini soruşur, həmin adamın günü qara olur. Mədəniyyət sahəsində işləyənlərdən təhsillə bağlı sənəd tələb olunsa da, gözəgörünməz “kitabxanaçılara” gözün üstündə qaşın var deyən yoxdur. Bir neçə gündür ki, Saatlıya Maliyyə Nazirliyinin yoxlama briqadasının gələcəyi haqda xəbərlər yayılıb. Görəsən Sakit Bağırovla Rahim Hüseynov gözəgörünməz “kitabxanaçıları” haradan tapacaqlar? Bu “axtarışın” nəticəsi barədə məlumat bizdə olacaq, əlavə məlumat göndərəcəyəm. Çox istərdik ki, bu şikayəti Maliyyə Nazirliyinə göndərin, gələn yoxlama kitabxanaçıların harada axtarılmasını əvvəlcədən bilsin. Rüstəm Məmmədov, Saatlı rayonu \\ tezadlar.az \\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|