Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

Əli Bayramov vəzifəsindən alınsa da, ondan qalan problemlər dizə çıxır... - KTN sisteminə cərrahi müdaxilə lazımdır... müalicə əl vermir...
Tarix: 21-11-2014, 10:03 | Çap et
Əli Bayramov vəzifəsindən alınsa da, ondan qalan problemlər dizə çıxır...
Dünyanın ən qabaqcıl ölkə rəhbərlərinin dünyanın ərzaq təhlükəsizliyi ilə bağlı elan etdiyi həyəcan təbilinin çalındığı bir vaxtda, məlum olur ki, Azərbaycanda bu il taxıl istehsalı ötən ilkindən də aşağı olub. Və bu aşağı düşmə tempi ilbəil davam edir. Dövlət büdcəsindən isə hər Kənd Təsərrüfatı Yanında “Aqrolizinq” ASC-yə ayrılan külli miqdarda vəsait artırılır, amma yenə də bölgələrdə ya texnika çatışmır, ya toxum, ya da taxılyığan kombaynlar və ya gübrələr, ziyanvericilərə qarşı pesidislər və s.

Şəki fermerləri Əli Bayramovun əlindən qan ağlayır!

Nəhayət, iki gündür ki, ölkə TV-lərində dəhşətli sujet göstərilir. Belə ki, Şəki fermerləri vaxtında texnika və toxum əldə edə bilmədikləri üçün artıq indi taxıl səpininə başlayıblar. Havaların soyuq keçməsi isə fermerləri məcbur edib ki, gecələr tonqal qalayaraq sahələrə çıxsınlar, taxıl səpsinlər. ANS TV-də çıxış edən şəkili fermerlərin yazıq, arxasız və ümidsiz durumu adamın ürəyini ağrıdır. Həmin fermerləri kənd təsərrüfatı texnikası ilə təmin etməli olan və bunun üçün dövlət büdcəsindən indiyədək on milyonlarla maraq vəsait alıb xərclənməsinə, daha doğrusu, talanmasına sərəncam vermiş “Aqrolizinq” ASC-nin keçmiş direktoru Əli Bayramov isə isti evində oturub yəqinki Şəki fermerlərinin bu qanqaraldıcı güzəranını görürdü... Acı da olsa, deyək ki, ölkə rəhbərliyi məhz bu vəziyyətə görə Əli Bayramovun dərhal həbs olunması və cəza olaraq onun Şəkidə gecələr taxıl səpən aqreqatların yanında səhərə kimi soyuğun altında dayanmağına sərəncam verməsi vacibdir. Ölkənin taxıl fonduna məhsul hazırlayan fermerləri bu vəziyyətə salan bir direktorla başqa necə rəftar olunmalıdır ki!

Əli Bayramovun texnika yalanları üzə çıxmaqdadır...

Arxivimdə Əli Bayramovun “Respublika” qəzetinin ötən ilki bir sayında dərc olunmuş “Ümummilli lider və aqrar sahənin müasir texnika təminatı” adlı məqaləsinə rast gəldim. Sadəcə, Şəki fermerlərinin acı durumunu görüb xəcalət çəkdim. Əli Bayramov yazır ki, “Cəmiyyətimizin, iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, aqrar bölmənin inkişafında, xüsusilə də Azərbaycan kəndinin müasir texnika təminatında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur”.
Bəli, belədir. Bəs sizin xidmətləriniz nədən ibarətdir, Əli Bayramov? Yazırsınız ki, “...1998-ci il ulu öndər Heydər Əliyevin Yaponiya səfərindən sonra respublikanın kənd təsərrüfatı üçün 21,8 milyon ABŞ dolları məbləğində qrant ayrıldı və onun hesabına respublikaya 773 ədəd kombayn, müxtəlif kənd təsərrüfatı texnikaları gətirilib sahibkarlara verildi...”. Sonra yazırsınız: “...2012-ci ildə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsait hesabına 21,04 milyon manat dəyərində 1785 ədəd, o cümlədən 643 ədəd traktor, 24 ədəd ekskavator və 1112 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikaları gətirilərək, hüquqi və fiziki şəxslərə lizinqə verilmiş və ya lizinq qaydasında satılmışdır... Ümumiyyətlə, fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 14450 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 1035 ədəd taxılyığan kombayn, 4262 ədəd traktor, 184 ədəd ekskavator, 8969 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və qoşqusu, 130 dəst texnoloji avadanlıq, 315,86 min ton ammonium nitrat (azot), 54,21 min ton superfosfat, 301,7 ton pestisidlər gətirilmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən il də “Aqrolizinq” ASC-yə məxsus kənd təsərrüfatı texnikaları ilə istehsalçılara aqrotexniki xidmətlərin göstərilməsi uğurla davam etdirilmişdir. Ümumilikdə “Aqrolizinq” ASC tərəfindən 2005-2012-ci illər ərzində 518,97 milyon manat məbləğində (2013 və 2014-cü ilin rəqəmlərini də üstünə gələndə, yəqin ki, bu rəqəm 600 milyonu keçib.Red.) müxtəlif növ kənd təsərrüfatı texnikaları, texnoloji avadanlıqlar, mineral gübrələr, cins damazlıq heyvanlar alınaraq hüquqi və fiziki şəxslərə satılmışdır”.
Bəs görəsən, necə olub ki, indi Azərbaycanın ən iri taxılçılıq rayonu olan Şəkinin fermerləri texnika çatışmazlığı üzündən noyabrın son günlərində belə gecə növbəsinə çıxaraq taxıl səpirlər? Dağlıq ərazi olan Şəkidə indi səpilən toxum cücərərmi??? Bunun məsuliyyəti kimin üzərində qalacaq? İş o yerə çatıb ki, Yevlaxdan belə Şəki fermerlərinə köməyə gələn texnika sahibləri var. Niyə belə olmalıdır???

Əli Bayramovun məsuliyyəti prokurorluq orqanlarının diqqətindən niyə yayınır???

Məlum olduğu kimi, “Aqrolizinq” ASC-nin digər vəzifəli şəxslərinin barəsində iki cinayət işi istintaq olunmaqdadır və onlardan biri artıq məhkəməyə göndərilib. Belə ki, Azərbaycan Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində bu ilin iyununda “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin Şəki rayon aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılmış, həmin akt Milli Məclisə təqdim olunmuş, sonradan nöqsanlara hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluğun bu ilin iyun ayında yaydığı rəsmi açıqlamasından isə məlum olur ki, “İstintaq zamanı Kənd Təsərrüfatı Nazirliyinin Şəki ərazi kənd təsərrüfatı idarəsinin rəisi Cavanşir Qurbanovun “Aqrolizinq” ASC-nin Şəki rayon Regional Aqroservis və Təchizat bazasının müdiri vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən sui-istifadə edib kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştli şərtlərlə satılması nəzərdə tutulan mineral gübrələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan ayrı-ayrı şəxslərin adlarına satılmasını rəsmiləşdirməklə digər fiziki və hüquqi şəxslərə sataraq əldə etdiyi 64 min manat məbləğində pulu mənimsəmə və israf etmə yolu ilə talamasında, həmçinin ayrı-ayrı fiziki və hüquqi şəxslərə satdığı 987 min 480 manat məbləğində mineral gübrələrin dəyərinin dövlət büdcəsinə ödənilməsini təmin etməyərək dövlətin, eləcə də “Aqrolizinq” ASC-nin qanunla qorunan hüquqlarına və qanuni mənafelərinə zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir”.
Məlum olduğu kimi, “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialının müdiri Razi Talıbzadə, filialın mütəxəssis iqtisadçı-mühasibi İmamverdi Gözəlov, anbardar İlqar Məmmədov barəsində Korrupsiya Baş İdarəsində istintaq olunan cinayət işi isə məhkəməyə göndərilib. Onlar qulluq mövqeyindən istifadə etməklə külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamalarında şübhələr üçün əsaslar olduğundan onlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir.
***
Bütün bunları qeyd etməkdə məqsədimiz ondan ibarətdir ki, istər Şəki “Aqroservis” Filialı, istərsə də “Aqrolizinq” ASC-nin Təsərrüfat Hesablı İmişli rayon “Aqroservis” filialı ASC-nin Əsasnaməsinə görə “Aqrolizinq” ASC-nin struktur vahidi olmaqla onun funksiyalarının bir hissəsini yerlərdə həyata keçirən, hüquqi şəxs olmayan ayrıca struktur bölmələridir. ASC-nin Əsasnaməsində isə direktorun vəzifə və səlahiyyətləri birbaşa qeyd olunur. Belə ki, “Aqrolizinq” ASC-nin sədri Əli Bayramov həmin filialların və digər struktur bölmələrin fəaliyyətinə birbaşa cavabdehdir, onun əmri ilə filiallar hər il yoxlamaya, yəni auditə cəlb olunur, yekun akt yazılır. Həmin aktlar Əli Bayramova təqdim olunur, o isə müvafiq qərar verir. Bildiyiniz kimi, Əli Bayramov 2007-ci ildən “Aqrolizinq” ASC-nin idarə heyətinin sədri vəzifəsində çalışmışdır ta 2014-cü ilin məlum dövrünə kimi. O dövrə ki, Hesablama Palatası ASC-də ciddi nöqsanlara yol verildiyini, dövlət büdcəsi vəsaitlərinin necə gəldi istifadəsini və digər qanun pozuntusunu aşkarladı, Əli Bayramov işdən çıxarıldı. Amma məsuliyyətə hələ də cəlb olunmayıb. Onun məsuliyyətə cəlb olunması üçün isə heç də uzağa getmək lazım deyil, Şəki fermerlərinin hazırkı acınacaqlı və fəlakətli durumunu göz önünə almaq lazımdır. O vəziyyəti ki, lazımi texnika çatışmazlığı üzündən bu rayonda taxıl səpini fəlakətli dövrünü yaşayır... İndi səpilən taxıldan isə, fermerlər yaxşı bilir, taxıl gözləməyə dəyməz.
Mövzuya qayıdacağıq.
“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru