ŞOK: Azərbaycanda icra başçısının qardaşı Türkiyə kəşfiyyatının adından istifadə edib - İTTİHAM VAR
Tarix: 26-02-2015, 10:32 | Çap et
Qəzetimizin 28-31 yanvar və 05-10-12-17-20-24 fevral 2015-ci il tarixli saylarında redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən, vaxtilə hüquq-mühafizə orqanlarında məsul vəzifələrdə çalışan Əliyev Əbülfəz Cəlal oğlunun bəzi yüksək çinli məmurlar tərəfindən aldadılaraq külli miqdarda pulunun mənimsənildiyi barədə ətraflı məlumat vermişdik. Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, Xızı Rayon İcra Hakimiyyətinin başcısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı, vaxtilə Azərbaycan Respublikası FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, etdiyi özbaşınalığa görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib:
"Aslanov Rövşənlə bizim yaxın münasibətimiz, hətta dost münasibətimiz olub. O, mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. Hətta qaynı olan Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. O bildirdi ki, bu işdə yaxşı pul var, əgər şərik olsa, ayda ən azı 20-30 min ABŞ dolları gəlir götürə bilərəm. Mən isə Aslanov Rövşənə inandığımdan onun təklifini qəbul etdim. Özümün, anamın və yaxın qohumlarımın evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə mənə və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verdim. O isə pulu alandan sonra mənə vəd verdi ki, yaxın zamanda kapital dəyəri 2 milyon dollar olan fabriklərinin 30 faizinə şərik olacaqsan. Amma aradan xeyli vaxt keçməsinə baxmayaraq, Rövşən mənə verdiyi vədi yerinə yetirməkdən yayındı. O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək mənim verdiyim pulu mənimsədi. O cümlədən Türkiyə vətəndaşı olan Kadir adlı iş adamı da mənim kimi aldadılaraq 500 min dollar pulu mənimsənilib. Özü isə pulu verdikdən sonra Bakıya dəvət edilib və burda müəmmalı şəkildə yol qəzasında həlak olub.
Zərərçəkən bizimlə söhbətində bildirmişdi ki, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin və Azərbaycanda tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Rövşən Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verdikləri vədlər olub. O cümlədən Neftçala rayon icra başcısı İsmayıl Vəliyev və Xızı rayon icra başcısı Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək, pulun silinməsini tələb ediblər. Bununla razılaşmayan Əbülfəz Əliyevə susdurulmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib. Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faiz hissəsini vermirlər, nə də 482 min dollar pulunu. Bu məsələ ilə əlaqədar zərərçəkən Əbülfəz Əliyev Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Milli Məclisin sədri Oqtay Əsədova və millət vəkillərinə, Respublikanın Baş prokuroru Zakir Qaralova, Prezident Administrasiyasını şöbə müdiri Fuad Ələsgərova müraciət edərək kömək istəyib. O cümlədən bu məsələ mətbuat vasitəsilə ictimailəşərək geniş rezonansa səbəb olub. Digər tərəfdən bu hadisəyə Rövşən Aslanovun və onun qohum icra başcılarının reaksiya göstərməməsi mətbuata və ictimaiyyətə hörmətsizlik etməsi ilə yanaşı, təməli əbədiyaşar Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, hal-hazırda isə hörmətli prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlətimizə və dövlətçilik ənənələrinə qarşı da hörmətsizlik kimi dəyərləndirirəm.
- Əbülfəz müəllim, keçən sayımızda bildirmişdiniz ki, mənimlə bərabər Türkiyə vətəndaşı olan Kadirdən də 500 min dollar pul alınıb. Bu işi isə Rövşən Aslanovun İstanbulda nümayəndəsi olan Kubar adlı qadın təşkil edib. Ümumiyyətlə, bu Kubar kimdir və onun Rövşən Aslanovla nə əlaqələri varıydı?
- Rövşən Aslanov özünə və icra başçısı olan qohumlarına məxsus tekstil fabrikinə mənə şəriklik təklif edəndə bəzi məsələləri aydınlaşdırmaq istədim. Bu məsələlərdən biri də fabrikin tək onlara aid olub-olmadığını, o cümlədən neçə nəfərin şərik olduğunu müəyyən etmək idi. Həmin vaxt Rövşən Aslanov mənə bildirdi ki, fabrikə şərik yalnız sən olacaqsan. Amma İstanbuldakı fabrikin "krışa"sı, yəni dövlət qurumları ilə əlaqələr quran, yaranacaq problemləri həll edən, işimizi asanlaşdıran, böyük nüfuza malik, Milli İstihbarat Təşkilatında çalışan Kubar xanım adında bir qadın var. O gördüyü xidmətə görə fabrikdən müəyyən qədər pay alacaq. Amma bu payın mənə dəxli olmayacaq. Rövşən Aslanov özünün payından ona verəcəyini bildirdi.
Amma sonradan araşdırıb gördüm ki, əslində İstanbulda yerləşən "1001 rakib" şirkətini hələ 2009-cu ildə Azərbaycandan Rövşən Aslanov, Türkiyədən Kubar, Rusiyadan isə Rahib adlı şəxs birgə yaradıblar. Kubar Türkiyə təmsilçisi, Rahib Rusiya, Rövşən isə Azərbaycan nümayəndəsi olub. Məqsədləri isə heç də tekstil işi ilə məşğul olmaq olmayıb. Bunlar birlikdə mənim kimi insanları şərik adı altında tora salaraq külli miqdarda, havayı pul qazanmaq istəyiblər. Və məqsədlərinə də nail oldular. Dediyim kimi, Rövşən Aslanov Azərbaycanda məni tora salıb yarım milyona yaxın pulumu aldı, Kubar Türkiyədə Kadiri aldadaraq 500 min dollar aldı, Rahib də Moskvada çoxlu sayda iş adamını şərik adı ilə aldadaraq pullarını mənimsəyib. Qısaca bunlar sanki beynəlxalq bir cinayətkar şəbəkə formasında fəaliyyət göstəriblər.
Əbülfəz müəllim bizimlə söhbətin sonunda hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətlərini davam etdirəcəyini bildirdi. Bu dəfə o Azərbaycan Respublikasının Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanladı.
Müraciətdə deyilir!
Hörmətli cənab nazir!
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı və Neftçala Rayon İcra Hakimiyyətinin başcısı İsmayıl Vəliyevin qaynı və biznes şəriki, FHN-nin Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində işləmiş, həyata keçirmiş özbaşnalıq və dələduzluq əməllərinə görə tutduğu vəzifədən qovulmuş Aslanov Rövşən Qəşəm oğlu etibarımdan sui-istifadə edərək, əmlakımı və pulumu ələ keçirmək məqsədilə qabaqcadan düşünülmüş qaydada qrup şəklində dələduzluq edərək mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində pulumu mənimsəmişdir.
Bu günə qədər etdiyim çoxsaylı müraciətlərə baxmayaraq, Aslanov Rövşən Qəşəm oğlunun himayədarlarının sayəsində məsələ araşdırılmayıb.
Hörmətli cənab nazir!
Göstərilənləri nəzərə alaraq, şikayət ərizəmdə qeyd edilən xüsusatlar üzrə araşdırılma aparılmasını, etibarımdan sui-istifadə edərək mənə külli miqdarda ziyan vurmaqla 482 000 ABŞ dolları məbləğində əmlakımı ələ keçirməklə dələduzluq cinayəti törətmiş Aslanov Rövşən Qəşəm oğlu barəsində tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına araşdırma aparılması barədə göstəriş verməyinizi Sizdən xahiş edirəm.
İmza: Əliyev Əbülfəz Cəlal oğlu.
(ardı var) \\ GünBakı \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Dünən, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Dünən, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Dünən, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Dünən, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Dünən, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Dünən, 09:05 |
|
|
|
|