"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                 

Abbas Abbasovun Azərbaycandakı biznes ortağı dövlətə necə kəf gələ bilir? - Vergidən yayındırılan böyük pulların sirri
Tarix: 6-03-2015, 11:10 | Çap et
Abbas Abbasovun Azərbaycandakı biznes ortağı dövlətə necə kəf gələ bilir?
Vergilər Nazirliyi ölkədə vergi borcunu ödəməyən şirkət və fiziki şəxslərin siyahısını açıqlayıb. Nazirlikdən verilən məlumata görə, həmin şirkətlər arasında "Azərenerji" ASC-nin "Gəncə regional elektrik şəbəkəsi" MMC, "Azərsu" ASC-nin "Birləşmişsukanal" MMC və "Sutikinti" müəssisəsi, "Doppelmayr Seilbahnen GmbH" kanat yollarının tikintisi şirkətinin filialı, "Hess (ACG) Limited" neft şirkətinin Bakı nümayəndəliyi, "Karasu Development Company" neft şirkətinin Kayman adalarında qeydiyyata alınmış nümayəndəliyi, "Petroleum Services Group SA" şirkəti, MILK-PRO süd emalı şirkəti, "Bakı Şərab-2" müəssisəsi, "Rotary Engineering" şirkətinin Bakı filialı və digər şirkətlər var. Ümumilikdə siyahıda 405 hüquqi və fiziki şəxs yer alıb. 2015-ci ilin yanvar ayı ilə müqayisədə vergi borcunu ödəməyənlərin sayı 6,6 faiz artıb.

Xatırladaq ki, nazirlik bir müddət əvvəl də vergidən yayınan şirkətlərin adını açıqlamış və "Bakı Şərab-2" ASC-nin də adı siyahıda yer almışdı. Müəssisənin hər dəfə Vergilər Nazirliyinin tərtib etdiyi siyahıda yer alması diqqətimizi çəkdiyindən "Bakı Şərab-2" ASC-nin fəaliyyəti ilə bağlı araşdırma apardıq. Araşdırmalar nəticəsində öyrəndik ki, firma tərəfindən hazırlanan spirtli içkilər o qədər də keyfiyyətli deyil: "Keyfiyyətsiz, tərkibi müvafiq standartlara cavab verməyən spirtdən hazırlanan içki məhsullarından zəhərlənmə halları tez-tez baş verir. Zavodda istehsal edilən içkilərin tərkibinə antifriz, odekolon və digər kimyəvi maddələr qatılır. İçkilərə vurulan metil spirti insanda korluq yaradır. "Bakı Şərab-2"də istehsal olunan məhsullar firma mağazaları ilə yanaşı, paytaxtın digər dükanlarında da satışa çıxarılır. Tərkibi bilinməyən içkilərin sərbəst şəkildə satılması insanların həyatı üçün böyük təhlükə yaradır. Zavodda hazırlanan içkilərdən 200-300 qram qəbul edəndən sonra adamı yuxu tutur, başgicəllənməsi, mədə qıcqırması baş verir və qusma olur. Ən təhlükəli hallardan biri müəssisədə istehsal edilən saxta alkaqollu içkilərin şadlıq evlərinə verilməsidir. Toylarda baş verən kütləvi zəhərlənmələrin səbəblərindən biri elə "Bakı Şərab-2"nin məhsullarına görədir. Laboratoriyalar normal işləmir. İçkilərin zərərli olub-olmadığını müəyyən edə bilmirlər. Etanol spirtinin yüksək olması ölümə bərabərdir. Spirtli içkilərin qablaşdırılmasında da nöqsanlar mövcuddur. Belə ki, məhsulun şüşəsində boğaz hissədə, qapağın yerləşdiyi yerdəki boşluq xəttində üzük formasında maska deyilən iz qalır. Bu da ondan irəli gəlir ki, həmin məhsulun hazırlanmasında təmizlənmiş sudan istifadə edilməyib". Araşdırmalar nəticəsində öyrəndik ki, "Bakı Şərab-2" ASC-nin İdarə Heyətinin sədri Rabil Hüseynovdur. Özəl qaynaqların bildirdiyinə görə, nazir müavinlərindən biri ilə kirvə, həmçinin səfirlərdən biri ilə yaxın qohumluq əlaqələrinə malik olan Rabil Hüseynov məhz onların sayəsində vergidən yayınmağa müvəffəq olur: "ASC sədri dəfələrlə yuxarıların təzyiqi ilə üzləşib, amma hər dəfə himayədarlarının köməyi ilə yaranmış problemləri yoluna qoymağı bacarıb. Bir neçə il əvvəl isə Rabil Hüseynov maliyyə vəsaitlərinin bir hissəsini Türkiyə və Rusiyaya çıxarmağa başlayıb. Buna səbəb zavod rəhbərinin yuxarılarla problem yaşamasıdır. Rabil Hüseynovun oğlu Qabil Hüseynli hazırda Türkiyədə yaşayır və atasının ordakı biznesini idarə edir. Həmin biznes sahələrinə son zamanlar Azərbaycandan sərmayə yatırılır.

Rabil Hüseynovun Rusiyadakı biznesini isə İsa adlı şəxs idarə edir. Rusiyada biznes sahələri quran İsa adlı şəxsin "Bakı Şərab-2" ASC-nin rəhbərinə çox yaxın olduğu bildirilir. Rabil Hüseynov son dönəmlərdə baş nazirin keçmiş müavini, "Milyarderlər İttifaqı"nın aparıcı şəxslərindən biri hesab olunan, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos"un) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovla biznes münasibətləri qurub. Deyilənə görə, hazırda Abbas Abbasov Rabil Hüseynova Rusiyadakı biznesini genişləndiməyə yardımçı olur. Zavod rəhbərinin həmçinin Bakıda bir sıra iri obyektləri var. Bunlar "Metkartinq", "Neolit" restoranı və digərləridir. Daha doğrusu, "Neolit" restoranı onun Yaşar Məlikov adlı qohumuna məxsusdur. Bundan başqa "Bakı Şərab-2" ASC-nin hesabına milyonlar qazanan Rabil Hüseynovun Saatlıda yüz hektarlarla torpaq sahələri, onlarla təsərüfat və paytaxtın müxtəlif yerlərində sayı-hesabı bilinməyən şərab və ərzaq marketləri olduğu da qeyd olunur". Araşdırmalar zamanı məlum oldu ki, Rabil Hüseynovun oğlu Şahin Hüseynli 2012-ci ilin yanvar ayının 2-də Bakının məşhur "Neolit" restoranında qanlı insident törədib. Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun yaydığı məlumatda deyilir ki, yanvarın 2-də Bakı şəhər sakini Hüseynli Şahin Rabil oğlu sərxoş vəziyyətdə əylənmək üçün "Neolit" restoranına gəlib. Lakin o, özünə məxsus "Yaguar" markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə, o, bundan daha da əsəbiləşib. Və avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman "Neolit"də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Nağıyev Fəxrəddin Firdovsi oğlu isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Dərhal hadisə yerinə gələn Nizami Rayon Polis Idarəsinin əməkdaşları Şahin Hüseynlini zərərsizləşdirib. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin Istintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib. Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Amma aradan bir müddət keçdikdən sonra Şahin Hüseynli atasının və yüksək vəzifəli qohumlarının sayəsində həbsdən çıxmağı bacarıb. Yayılan məlumatlara görə isə, "Bakı Şərab-2" ASC-nin İdarə Heyətinin sədri Rabil Hüseynovun oğlu Şahin Hüseynli əvvəllər Bakı Şəhər Prokurorluğunda işləyib. 2005-ci ildə parlament seçkilərinə qatılaraq mandat sahibi olmaq istəyib. Lakin cəhdi baş tutmayıb. Bundan sonra rayonlardan birinə icra başçısı təyin edilmək üçün çaba göstərib. Bu dəfə də uğursuzluqla nəticələnib. Onu da qeyd edək ki, Rabil Hüseynov "Vinzavod"un direktoru olsa da, idarəetməni Kamran adlı kürəkəninə tapşırıb. Maraqlıdır ki, dövlətə vergi ödəməkdən imtina edən şirkətin rəhbərliyi bu günə kimi məsuliyyətə cəlb olunmayıb. Bu fakt Rabil Hüseynovun yüksək vəzifəli şəxslər tərəfindən himayə olunmasının bariz göstəricisidir. Biz isə hesab edirik ki, dövlətə milyonlarla ziyan vuran şirkətlərin rəsmiləri, o cümlədən "Bakı Şərab-2" ASC-nin rəhbəri Rabil Hüseynovun barəsində qanunvericilik səviyyəsində təcili tədbirlər həyata keçirilməlidir. \\ GünBakı \\

Yazıda adıçəkilən bütün şəxslərin münasibətini dinləməyə hazırıq.

(Ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Bu gün, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Bu gün, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Bu gün, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru