Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur... - İTTİHAM VAR
Tarix: 9-04-2015, 10:51 | Çap et
![Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur... Sumqayıtda abadlıq adı altında büdcə pulları qarət olunur...](/uploads/posts/2015-04/1428558791_0001.jpg) Sumqayıtın və şəhər sakinlərinin uzun illərdən bəri həll olunmamış qalan problemləri hər ötən gün daha kəskin xarakter alır. Buna baxmayaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov isə mövcud nöqsanları aradan qaldırmaqda maraqlı görünmür.
Çünki, o əhatəsində olan şəxslərlə - Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovla birgə abadlıq, yenidənqurma adı altında şəxsi maraqlarını təmin etməyə çalışır.
Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxsin bildirdiyinə görə, Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin olunduqdan bir qədər sonra əksər qurumların fəaliyyətində canlanma hiss olundu və yaşıllıqların qorunması məqsədi ilə ağaclara qulluq edildi, küçə ticarəti yığışdırıldı. Lakin bu kampaniya xarakterli olduğundan bu gün hər şey əvvəlki vəziyyətinə qayıdıb: "Sumqayıtlılar inanırdılar ki, Eldar Əzizovun gəlişi ilə hər şey müsbətə doğru dəyişəcək. Düzdür, icra başçısı təyin olunduqdan sonra o müəyyən işlər gördü. Ancaq bu uzun çəkmədi. Yəni indi hər şey əvvəlki kimi qalmaqdadır. Görünür Eldar Əzizov qısamüddətli abadlıq, quruculuq işləri ilə özünü göstərməyə, ictimai nüfuz qazanmağa çalışırmış. Artıq o özünə yer etdiyindən buna ehtiyac qalmayıb. Odur ki, bu gün Sumqayıt Şəhər İcra Hakimiyyəti "köhnə hamam, köhnə tas" prinsipi ilə işləyir. Belə ki, icra başçısının himayəsinə arxalanan Sumqayıt şəhər Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasov yalnız şəxsi maraqları barədə düşünür, bunun üçün əllərindən gələni edirlər. Heç kim də onlara "gözün üstə qaşın var" deməyə cəsarət etmir".
Mənbənin sözlərinə görə, Eldar Əzizov Sumqayıtı abad şəhərə çevirəcəyinə söz versə də, ortada abadlıqdan əsər-əlamət yoxdur: "Hanı o abadlıq ki, şəhər sakinləri onu görmürlər. Sumqayıtın hansı küçəsinə, hansı dalanına baxırsansa çala-çuxurdur. Belə də abadlıq olar?.. İcra başçısı əhaliyə verdiyi vədə xilaf çıxdı. Eldar Əzizova qədər şəhərin yollarının vəziyyəti bundan daha yaxşı idi. 1946-cı ildən şəhər statusu alan və "gənclik şəhəri" adlandırılan Sumqayıt artıq bir sıra yerli məmurların, əsasən də Mənzil Kommunal İstehsalat Departamentinin rəisi Abid Əliyev və iş adamı Aslan Abbasovun əlində əsir-yesir olub". Son dövrlər Sumqayıtda ağacların kütləvi şəkildə məhv edildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, yaşıllıqların yerində müxtəlif biznes və ticarət obyektlərinin inşa edilməsi artıq adət halını alıb: "Bu proses icra başçısının razılığı ilə şəhərin memarlıq idarəsinin rəisi Həsən Həsənov vasitəsi ilə həyata keçirilir. Onu da nəzərinizə çatdırım ki, şəhərin baş memarı öz vəzifəsində formal şəxsdir və bütün bu işləri icra başçısı ilə yaxın olan iş adamı Aslan Abbasov, həmçinin Kamil adlı şəxs koordinasiya edir. Ümumiyyətlə, istər dövlət büdcəsindən, istərsə də prezidentin ehtiyat fondundan ayrılan vəsaitlərin demək olar ki, hamısı mənimsənilir. Az-çox görülən işlər isə, məhz Sumqayıt sahibkarlarının hesabına həyata keçirilir. Şəhərdə biznes fəaliyyəti ilə məşğul olanlar yerli rəhbərliyin "xərac siyasəti"ndən həddindən artıq narazı olsalar da, Eldar Əzizovun qəzəbinə düçar olmamaq və müflisləşdirilmək riski ilə qarşılaşmamaq üçün susmaq məcburiyyətində qalırlar. Ancaq bu proses uzun müddət davam edə bilməz. Odur ki, gec-tez Sumqayıtda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də ayaqlana bilərlər. Bunun isə ağır sonluqla yekunlaşmaq ehtimalı heç də az deyil".
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. \\ GünBakı \\
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Dünən, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Dünən, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Dünən, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Dünən, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Dünən, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Dünən, 09:05 |
|
|
|
|