Bakı meri daha bir səlahiyyətini itirmək üzərədir... - Hacıbala Abutalıbova "ASAN" təhlükə...
Tarix: 30-04-2015, 10:54 | Çap et
![Bakı meri daha bir səlahiyyətini itirmək üzərədir... Bakı meri daha bir səlahiyyətini itirmək üzərədir...](/uploads/posts/2015-04/thumbs/1430373348_0001.jpg) Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun əlindən daha bir səlahiyyət alına bilər. Artıq paytaxtda tikinti işləri üçün sənədləşmənin də “ASAN Xidmət”ə verilməsi məsələsi gündəmə gəlib. Belə ki, deputat Zahid Oruc bir neçə gün əvvəl mətbuata açıqlamasında deyib ki, vaxtilə qəbul edilən qanunda fərdi evlər, yaxud obyektlərin tikintisi zamanı yalnız məlumatlandırmadan söhbət getdiyi halda ötən müddət ərzində demək olar ki, vəziyyət dəyişməyib. Faktiki olaraq icra hakimiyyətlərində bu növ tikintilər üçün xüsusi icazəvermə qaydası hökm sürür. Onlar bu məsələdə Məcəllədə əksini tapmış memarlıq və planlaşdırma ilə bağlı müddəanı əsas götürürlər: “Bu səbədən sanki ikili bir vəziyyət yaranıb. Bir tərəfdən qəbul edilən qanunlar həddindən artıq vətəndaş maraqlarını tamamlayır, bürokratiyanı aradan qaldırır, şəffaflıq üçün şərait yaradır, digər tərəfdən isə onun icrası ilə bağlı vəziyyət tamamilə fərqlidir. Ona görə də tikinti sektorunda həddən artıq problemlər yaşanır. Biz parlamentdə qəbul etdiyimiz qanunlardan sonra vətəndaşlar həmin qanunların normaları arasındakı labirintdən çıxa bilmirlər. Bu baxımdan hesab edirəm ki, belə normaların tətbiqi xüsusi bir quruma həvalə edilməlidir. Çünki bu səlahiyyətlər icra hakimiyyəti orqanında qaldıqca vətəndaşlarımız ciddi şəkildə incidilir, ayrı-ayrı qara maraqların ortada dövr etməsinə xidmət edir”. Deputat qeyd edib ki, Qərb ölkələri tikinti lə bağlı vahid formaya çoxdan keçiblər. Bizdə də bu səlahiyyət ASAN xidmət kimi bir quruma verilə bilər. Nəticədə tikinti layihələri müvafiq dövlət qurumlarında əvvəlcədən təsdiq olunar, bununla da vətəndaş dərk edər ki, bu tikinti arxitekturasından qırağa çıxa bilməz: “Ancaq indiki evlərə baxanda adama elə gəlir ki, sanki inkubator evlər tikilib. Ona görə ki, həmin evlərin müxtəlifliyinə bəlli tikinti və arxitektura qaydaları sərt şəkildə mane olub. Hazırda nəinki köhnə tikililərin rəsmləşdirilməsi, həmçinin yeni tikililərin qanuniləşdirilməsi, mülkiyyət hüququnun əldə edilməsi böyük bir bəlaya çevrilib”. Deputatın təklifi reallaşarsa, bu, Bakı merinin önəmli səlahiyyətlərindən birnin “ASAN Xidmət”ə keçməsi demək olacaq. Halbuki tikintiyə icazə hazırda kifayət qədər ciddi məbləğdə pulların dövr etdiyi rüşvət qaynağıdır. Bu səlahiyyətin də “ASAN Xidmət”ə keçməsi isə müəyyən məmurların qanunsuz şəkildə yığdıqları iri pullardan məhrum olması anlamına gələcək. Düzdür, bəzi ekspertlər sözügedən təklifə sıcaq yanaşmırlar. Məsələn, Nazirlər Kabinetinin sabiş qöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev deyib ki, onun fikrincə, bu mümkün olan şey deyil. Söhbət tikinti üçün icazədən gedir, hər hansı arayışdan deyil. Haqverdiyev daha sonra əlavə edib: “Nəzərə almaq lazımdır ki, “ASAN Xidmət” icazə vermir. Vətəndaşa hər hansı bir sənəd, arayış lazımdırsa, xidmətə müraciət edib prosesi tezləşdirə bilər. Tutaq ki, hansısa sahibkara torpaq lazımdır. “ASAN Xidmət”ə torpaqla bağlı müraciət etsə, onlar bildirəcək ki, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edin. Bu məsələ “ASAN Xidmət”lik deyil”. Ekspert hesab edir ki, sənədləşdirmənin özü ayrı prosesdir, xidmətin funksiyaları isə tamamilə başqadır: “Əgər şəxsə hansısa məsələni həll etmək üçün ayrı-ayrı nazirliklərdən 5 ədəd arayış lazımdırsa, qapı-qapı gəzməmək üçün vətəndaş “ASAN Xidmət”ə müraciət edərək işini həll edir. Çünki həmin qurumların informasiyası xidmətdə mövcuddur. Tikinti prosesi elə qurulub ki, onu “ASAN Xidmət” həll edə bilməz. Tikinti üçün ilk növbədə sahibkara vəsait lazımdır. Bunun üçün banka müraciət edir. Torpaq almaq üçün isə ya dövlətə, ya da bələdiyyəyə üz tutur. Torpağın verilməsi isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səlahiyyətindədir. Dövlət ya da bələdiyyə məhz həmin quruma müraciət etməlidir. Nəzərə alın ki, şəxs arayış yox, torpaq istəyir. Torpağın isə sahibi var, həmin sahibsə “ASAN Xidmət” deyil. Düşünürəm ki, tikinti məsələsi “ASAN Xidmət”lik deyil”. Bununla belə, bəzi ekspertlər bu təklifin təsadüfən gündəmə gəlmədiyini və qarşıda onun reallaşması istiqamətində müəyyən sürprizlərin yaşanacağı qənaətindədirlər. Bu zaman itirənin isə həm də Hacıbala Abutalıbov olacağı şübhəsizdir.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|