Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar... - səhiyyə problemi
Tarix: 29-05-2015, 10:40 | Çap et
Bu rayonda sakinlər xəstələnməkdən qorxurlar...
Səhiyyə naziri Oqtay Şirəliyev mətbuata verdiyi açıqlamalarında dəfələrlə, özü də birmənalı şəkildə bəyan edib ki, Səhiyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən bütün dövlət xəstəxanalarında tibbi xidmət pulsuzdur. Lakin bu gün səhiyyə nazirinin dediklərinin əksinə olaraq, əksər xəstəxanalarda özbaşınalıq, rüşvət və korrupsiya, məsuliyyətsizlik kimi neqativ hallara rast gəlinir.

Bu barədə dəfələrlə məlumat versək də, heç bir faydası yoxdur. Dövlət hesabına maliyyələşən tibb ocaqlarının bir çoxunda qanunsuzluq davam etməkdədir. Bu baxımdan bölgələrdə yerləşən səhiyyə müəssisələrində vəziyyət daha acınacaqlıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi xidmətlərin keyfiyyəti olduqca aşağıdır. Mənbəmiz deyir ki, rayonun səhiyyə sisteminin yarıtmaz hala düşməsinin səbəbkarı RMX-nin baş həkimi Aftandil Rəhimovdur: "İsmayıllı rayonunun səhiyyə şəbəkəsinin inkişafı üçün dövlət tərəfindən hər cür qayğı göstərilir. Son illər rayon ərazisində fəaliyyət göstərən bir sıra xəstəxana və tibb məntəqələri əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Buna baxmayaraq, baş həkim Aftandil Rəhimov ona tapşırılan işlərin öhdəsindən layiqincə gələ bilmir. Bildiyiniz kimi, son illər İsmayıllıda həkim səhvi ucbatından ana və uşaq ölümlərinin sayı xeyli artıb. Məsələn, keçən il xəstəxananın doğum şöbəsində qeydə alınan ana və uşaq ölümü faktı bütün rayonu bir-birinə qatdı. Rayon sakini Ağabalayeva Şəhla Aydın qızının və körpəsinin əməliyyat zamanı dünyasını dəyişməsi mərhumun yaxınlarının narazılığına səbəb olub. Lahıc qəsəbə sakinləri ana və uşağın həkimin səriştəsizliyi ucbatından öldüyünü iddia edərək xəstəxanaya hücum çəkiblər. Xəstəxanadan isə bildiriblər ki, mərhum xəstəxanaya ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələni etsələr də, onların həyatını xilas etmək mümkün olmayıb. Amma əslində ananın və uşağının dünyasını dəyişməsində həkimlərin günahı var idi. Əgər bu hal bir dəfə qeydə alınsa, bunu həkim məsuliyyətsizliyi kimi başa düşmək olardı. Dərd orasındadır ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında bu cür neqativ hallar tez-tez qeydə alınır". Xatırlatma üçün bildirək ki, növbəti bədbəxt hadisə bu ilin noyabr ayında baş vermişdi. İsmayıllı rayon Prokurorluğunun böyük müstəntiqi İlkin Mustafayevin mətbuata verdiyi məlumata görə, hadisə noyabrın 23-də saat 23:00-da İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanaya daxil olan 1982-ci il təvəllüdlü Afət Balaqardaş qızı Ağayevanın doğuşdan sonra halı pisləşib. Qadın dünyasını dəyişib. Onun dünyaya gətirdiyi qız uşağı isə sağdır. Səhhətində müəyyən problemlər olduğu üçün Bakıya göndərilib. "Doğuşu xəstəxanın həkimi Məlahət Süleymanova qəbul edib. Bu Afət Ağayevanın 4-cü uşağı olub. Hazırda ölüm hadisəsi ilə bağlı araşdırma aparılır. İstintaqdan və meyitin müayinəsindən sonra ölümün dəqiq səbəbləri bilinəcək. Buna görə, indidən nəsə demək düzgün olmaz", deyə İlkin Mustafayev bildirib. Rayonda yayılan söz-söhbətlərdən isə belə başa düşmək olar ki, Afət Ağayevanın doğuşdan sonra dünyasını dəyişməsinə əməliyyatı həyata keçirən həkimin və doğuşda iştirak edən digər tibb işçilərinin səhlənkarlığı səbəb olub. Bu faktlar İsmayıllı RMX-də işlərin düzgün qurulmadığını göstərir. Məlumatlı mənbənin iddiasına görə isə baş həkim Aftandil Rəhimov vəzifəyə təyin olunan gündən rayonun səhiyyə sistemində yadda qalacaq müsbət işlərə imza atmayıb: "Aftandil müəllim 90 min nəfərə yaxın əhalisi olan rayonun səhiyyə sistemini yaman günə salıb. Rayonda fəaliyyət göstərən səhiyyə ocaqlarında tibbi xidmətin təşkili istənilən səviyyədə deyil. Məhz bu səbəbdən yerli sakinlərin bir çoxu səhhətlərində hansısa problemlər yarananda paytaxta üz tutmaq məcburiyyətində qalırlar. Vətəndaşların İsmayıllı səhiyyəsinə inamı qalmayıb. Burda qeydiyyatda olan imtiyazlı xəstələrə qarşı da münasibət birmənalı deyil. Məlum olduğu kimi, dövlət tərəfindən şəkərli diabet, vərəmli və digər güzəştli kateqoriyadan olan xəstələr üçün pulsuz dərman preparatları, həmçinin tibbi ləvazimatlar ayrılır. Əfsus ki, Aftandil Rəhimov həmin dərmanların sahiblərinə çatmasına imkan vermir. Onun tapşırığını yerinə yetirən bəzi həkimlər güzəştli xəstələrdən nəysə almamış pulsuz dərmanları onlara vermirlər". Hörmətli Oqtay Şirəliyev sizin rəhbəri olduğunuz səhiyyə sisteminin durumu bax budur. İsmayıllı camaatı baş həkimin qanunsuz əməllərindən boğaza yığılıblar. Yerli əhali sizin baş həkim Aftandil Rəhimovu vəzifədən azad edəcəyiniz günü səbirsizliklə gözləyirlər. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənməyə cəhd göstərsək də, buna nail ola bilmədik. Buna baxmayaraq, Aftandil Rəhimovun da fikirlərini dərc etməyə hazırıq.
\\ vertikal.az \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru