Mikayıl Cabbarov bu təhsil ocağına təftiş göndərərsə... - Ortaya xeyli fakt çıxar...
Tarix: 6-11-2015, 10:29 | Çap et
![Mikayıl Cabbarov bu təhsil ocağına təftiş göndərərsə... Mikayıl Cabbarov bu təhsil ocağına təftiş göndərərsə...](/uploads/posts/2015-11/thumbs/1446791458_01.jpg) Bir müddət bundan əvvəl qəzetimizin səhifələrində 18 saylı Bakı Peşə Liseyinin fəaliyyətində müşahidə edilən bəzi neqativ hallardan bəhs edən materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda bildirilirdi ki, hazırda aşpaz, avtomobillərin təmiri çilingəri, elektrik-qaz qaynaqçısı, əməliyyatçı-mühasib, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, kompyuter operatoru, veb-dizayner və xarrat-dülgər və parket ustası üzrə kadrların hazırlandığı bu liseydə ciddi nöqsanlar mövcuddur. Açıqlama verən mənbənin sözlərinə görə, məhz liseyin direktoru Rəhim Ağamalıyevin yol verdiyi bir çox qanun pozuntuları səbəbindən son vaxtlar bu tədris müəssisəsinin fəaliyyəti tənəzzülə uğramaqdadır. İrəli sürülən iradlar isə ilk növbədə liseydə dərslərə davamiyyətin aşağı olması xüsusundadır. Mənbə iddia edir ki, bu gün 18 saylı Bakı Peşə Liseyində bir çox şagirdin adı sinif jurnallarında qeyd olunsa da, əslində onlar dərslərdə iştirak etmirlər. Çünki burada təhsil alan şagirdlərin bir qismi müxtəlif səbəblər üzündən “aylığa” buraxılırlar. Bunun müqabilində isə həmin şagirdlər hər ay lisey direktoruna müəyyən məbləğdə ödəniş edirlər. Daha sonra məlumatlarda liseydə mütəmadi olaraq müxtəlif bəhanələrlə pul yığımlarının da həyata keçirildiyi vurğulanır. Məsələn, liseyin binası bir neçə il öncə təmir edilsə də, şagirdlərdən demək olar ki, hər ay “təmir pulu” yığılır. Bu günlərdə yeni aldığımız məlumatlarda isə, Rəhim Ağamalıyevin yol verdiyi digər qanun pozuntuları da diqqət mərkəzinə çəkilir. Məsələn bildirilir ki, direktor lisey binasının müəyyən sahələrindən şəxsi əmlakı kimi istifadə edir. Belə ki, iddiaya görə binanın zirzəmisini Füzuli rayonu Uşaq Yaradıcılıq Birliyinə icarəyə vermiş Rəhim Ağamalıyev bunun müqabilində hər ay 500 manat məbləğində pul alır. Digər tərəfdən isə, lisey direktorunun bu kimi maxinasiyaları hətta xarici şirkətlərlə də “çevirməyə” müvəffəq ola bilir. Bu barədə aldığımız daha bir açıqlamada bildirilir ki, bir müddət əvvəl əhsil Nazirliyinin xəttilə 18 saylı Bakı Peşə Liseyində Almaniyanın tanınmış “BOSCH” şirkətinin tədris mərkəzi yaradılmışdır. Mənbə vurğulayır ki, bu məqsədlə TN tərəfindən 13 min manat məbləğində vəsait ayrılsa da, Rəhim Ağamalıyev nə yollasa şirkətin təmsilçilərindən də 13 min avro məbləğində pul almağa müyəssər ola bilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, 18 saylı Bakı Peşə Liseyində yer almış neqativ hallar burada təhsil alan şagirdlərin valideynləri tərəfindən bir çox digər mətbu orqanlarına ünvanlanan şikayət məktublarında da öz əksini tapmaqdadır. Bütün bu müraciətlərdə isə birmənalı olaraq bildirilir ki, Rəhim Ağamalıyevin rəhbərlik etdiyi liseydə bu gün normal təhsildən əsər-əlamət belə yoxdur. Elə buna görə də liseyin məzunları ixtisaslarına uyğun işlə təmin olunmaq məqsədilə müraciət etdikləri müəssisə və şirkətlərdə qeyri-peşəkar kadrlar kimi qarşılanırlar. Bütün bunların məsuliyyəti isə birbaşa liseyin direktorunun üzərinə düşür. Xatırladaq ki, hələ bir neçə il bundan əvvəl Rəhim Ağamalıyev Təhsil Nazirliyinin strateji təhlil və kadrların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində çalışıb. Həmin vaxt onun Dünya Bankının müəllimlərin təkmilləşdirilməsi üçün ayırdığı 300 min manat vəsaiti qaranlıq məqsədlərə xərcləməsi barədə xəbərlər də yayılmışdı. Məsələnin üstü açılanda isə, sabiq təhsil naziri Misir Mərdanov Rəhim Ağamalıyevin həbs olunmaması üçün onu işdən çıxararaq, sonradan 18 saylı peşə liseyinin direktoru vəzifəsinə təyin etmişdi. Digər tərəfdən də, bəzi mənbələrin iddiasına görə, Rəhim Ağamalıyevin məhz həmin dövrdə baş tutmuş elmi müdafiəsi də ciddi saxtakarlıqlarla müşayiət olunmuşdu. Lakin göründüyü kimi, lisey direktoru bu gün də öz maxinasiyalarından əl çəkmir. Liseydə olan mənbə bildirir ki, Rəhim Ağamalıyev hətta müəllimlərə 20 manatdan mükafat yazdıraraq, bu pulları da mənimsəməkdən belə çəkinmir...
Materialda irəli sürülən ittihamlara dair lisey rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Kanadanı işğal etmək planı yoxdur - Uolts
Bu gün, 02:31 |
|
|
|
• Əmrullayev Tovuzda NİYƏ VƏ NECƏ İLİŞDİ? - İLGİNC
Bu gün, 02:25 |
|
|
|
• “Neftqaztikinti” tresti QANUNLARA BOYUN ƏYMİR... - DETALLAR
Bu gün, 02:18 |
|
|
|
• Ermənilər "soyqırımı" iddialarından əl çəkəcək? - Paşinyanın bu addımı...
Bu gün, 02:08 |
|
|
|
• Günay özəl günündə "Səndən sonra" təqdim etdi - VİDEO
Bu gün, 02:06 |
|
|
|
• SEPAH Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanın ləğvini istəyib - "The Telegraph"
Bu gün, 02:04 |
|
|
|
• AzTV-nin efirində Rusiyaya LAYİQLİ CAVAB - "Deməli, bu yekəpər deyir ki..."
Bu gün, 00:17 |
|
|
|
• “Ayaqlarımda problem var, yeriyə bilmirəm” - Əməkdar artist
Bu gün, 00:10 |
|
|
|
• Rus səfir açıqladı: Bakı və İrəvana kömək… - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Ukrayna böhranının həllində “intensiv diplomatiya” - Vaşinqton hərəkətə keçir
Bu gün, 00:01 |
|
|
|
• "Xameneyinin qanlı maraqlarına xidmət edən kuklalar..." - Tehran sərt mesajı aldı
Dünən, 23:56 |
|
|
|
• “Atamın mahnılarının müəlliflik hüququ məndədir, əgər o biyabırçı oxuyubsa..”
Dünən, 23:53 |
|
|
|
• "Gəlib Azərbaycana, zəhmət çəksin öyrənsin, internetdə tərcümə etsin" - ETİRAZ
Dünən, 23:50 |
|
|
|
• USAID “Əl-Qaidə” liderinin təhsil xərclərini ödəyib - KİV
Dünən, 23:48 |
|
|
|
• Ermənistan sərhəd dirəklərinin yerini gizlədir: NİYƏ? - İLGİNC
Dünən, 15:02 |
|
|
|
• Putin işğal olunmuş əraziləri Ukraynaya qaytarmalı olacaq - Şərtlər AÇIQLANDI
Dünən, 14:59 |
|
|
|
• Sahil Babayev karateçi olub - Nadir FOTOLAR ortaya çıxdı
Dünən, 14:54 |
|
|
|
• Bu siyahıda Ermənistanla Türkiyə var, Azərbaycan yoxdur
Dünən, 13:34 |
|
|
|
• Ağ Evdə Ermənistan qərarı verilib, Paşinyana məxfi mesaj da çatdırılıb: - İrəvan tezliklə Bakının qapısını döyəcək
Dünən, 13:32 |
|
|
|
• Məktəblərdə din tədrisinə ehtiyac varmı? - ŞƏRH
Dünən, 12:38 |
|
|
|
• Azərbaycanda güclü zəlzələ gözlənir? - AÇIQLAMA
Dünən, 12:34 |
|
|
|
• “PEYK” zavodunun 19 milyon vergi borcu var - DETALLAR
Dünən, 12:32 |
|
|
|
• Rus ordusu Xarkovda: Ukraynanın hücum qrupu zərərsizləşdirildi - TASS
Dünən, 11:49 |
|
|
|
• İş riskli, maaş az: yol təmizləyiciləri özlərini təhlükəyə məruz qoyurlar - MALƏSƏF...
Dünən, 11:47 |
|
|
|
• Ötən ilin ən çox şikayət edilən bankarından biri də “TuranBank” olubmuş - TƏFƏRRÜAT
Dünən, 11:44 |
|
|
|
• Ermənistan əsas qüvvəsini itirdi: Bakı hərəkətə keçməlidir - AKTUAL
Dünən, 11:39 |
|
|
|
• Azər Qəribovun adından dələduzluq - FOTO
Dünən, 11:37 |
|
|
|
• O vaxt KQB arxivləri açılsaydı... - ən azı “casus-agent” şərləmələrinə son qoyulardı
Dünən, 11:34 |
|
|
|
• 1,5 milyard dollarlıq qızıl aldı
Dünən, 11:32 |
|
|
|
• Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Dünən, 09:34 |
|
|
|
• Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Dünən, 09:29 |
|
|
|
• Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Dünən, 09:27 |
|
|
|
• "Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Dünən, 09:19 |
|
|
|
• Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Dünən, 09:11 |
|
|
|
• Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Dünən, 09:00 |
|
|
|
• Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Dünən, 08:52 |
|
|
|
• “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Dünən, 08:50 |
|
|
|
• Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Dünən, 08:47 |
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Dünən, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Dünən, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Dünən, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Dünən, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Dünən, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Dünən, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
8-02-2025, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
8-02-2025, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
8-02-2025, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
8-02-2025, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
8-02-2025, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
8-02-2025, 14:10 |
|
|
|
|