Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti .....                     ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? .....                     Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır .....                     Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib .....                     Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var .....                     "Azərbaycan Ordusu Xocalının qisasını aldı" .....                     Vətəndaşın borcu borcdur: öləndə də alırlar... .....                     Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? .....                     Cərimələr sürücüləri bezdirəndə .....                     Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! .....                     Fransa Azərbaycana müharibə elan etdi? .....                     Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... .....                     Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." .....                     Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib .....                     "Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" .....                     Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir .....                     Abşeronda təhsil adına RƏZALƏT... .....                     Zelenski getməyə hazırdır, amma... .....                     Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir .....                     Cəlilabadda şikayətləri dinləyən yoxdur... .....                     "Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." .....                     2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? .....                     "O məsuliyyəti üzərimdə hiss edirəm..." .....                     Bu gün ilk çərşənbədir .....                     Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI .....                     "Birdən maşını saxlayaram, kimsə gəlib vurar..." .....                     “Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” .....                     Çarukyan bloger Bellanı həbsdən xilas etdi .....                     “Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” .....                     “Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını .....                     Trampdan gözlənilməz əmr: .....                     "O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?" .....                     Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar .....                     Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq .....                     Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək .....                     Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? .....                     "İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" .....                     Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub .....                     Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib .....                     Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR .....                 

“Mitinqə müharibənin başlanması üçün təzyiq vasitəsi kimi baxırıq”
Tarix: 26-06-2018, 08:37 | Çap et
“Mitinqə müharibənin başlanması üçün təzyiq vasitəsi kimi baxırıq”
Qarabağ Azadlıq Təşkilatının (QAT) iyulun 21-nə Qarabağ mitinqi təyin etməsi hərb, yoxsa sülh məsələsini aktual edib. İndiki şəraitdə Azərbaycandan ötrü Qarabağ mitinqinin, yoxsa müharibənin lazım olduğu barədə suallar var.

QAT sədri Akif Nağı “Yeni Müsavat”a açıqlamasında yaranan suallara belə aydınlıq gətirdi: “Bizə hər şeydən öncə Qarabağın işğaldan azad olunması gərəkdir. Müharibə də, mitinq də bu məqsədə çatmaq üçün vasitələrdir. Mitinq Qarabağın dərhal işğaldan azad olunması tələbinin davamlı, daim, fasiləsiz, yəni 20-ci əsr inqilabçılarının dili ilə desək, permanent olaraq gündəmdə saxlanılmasına xidmət edir. Təsadüfi deyil ki, mitinq müraciətindən sonra Avropadakı qarabağsevərlər Qarabağ mitinqinə dəstək məqsədilə ”Permanent Qarabağ Mitinqi" adlı whatsapp qrupu yaratdılar.

Biz də facebookda eyni adda qrup yaratdıq. İndi hər iki qrupda və digər qruplarda mitinqlə bağlı təbliğat işlərimiz gedir. Biz onsuz da həmişə müharibə tələbi ilə çıxış etmişik. Eyni mövqe mitinqdə də qoyulacaq. Biz mitinqə müharibənin başlanması üçün təzyiq vasitəsi kimi baxırıq. Artıq hər kəs üçün aydındır ki, Qarabağımızın işğaldan azad olunması üçün müharibədən başqa yol qalmayıb".

Deputat Zahid Oruc bildirdi ki, Qarabağ adına iş görən hər kəs alqışlanmalıdır: “İstənilən halda hər bir iş onun nəticəsi ilə bölüşülür. Zaman etibarilə ötən əsrin 90-cı illərindən bu yana məsələnin beynəlxalq məkana çıxarılması, tanıdılması, obyektiv siyasi, hüquqi qiymət alması üçün çoxlu işlər görmüşük. Bu bütöv xalq adınadır. Burada dövlət başçısının gördüyü işlərin böyük miqyas aldığını deyə bilərik. Ən mühüm qapılar açılmaqdadır, beynəlxalq təşkilatlarla, ölkə başçıları ilə önəmli görüşlər keçirilməkdədir. Bunun kənarında QHT sektorlarının, ”beyin mərkəzləri"nin, siyasi institutların hər birinin fəaliyyətinin burada yeri var. Müəllim müəllimliyi, həkim həkimliyi ilə Qarabağa xidmət edir. Doğrudur, Qarabağ məsələsindən zamanında ölkə daxilində xal yığmaq üçün istifadələr az olmayıb. Konfliktdə olan ölkələrdə belə hallar çox yaşanır. Hər bir qüvvə çalışır ki, milli problemlərdən öz mənafeyi üçün istifadə etsin. Qarabağ mitinqi gerçəkdənmi bizi Qarabağa çatdıracaq? Bir milyon adam mitinqdə Qarabağı tələb edərsə, bunun gerçəkdənmi effekti çox olacaq? Bəlkə rəsmi qurumların, dövlət nümayəndələrinin, səfirliklərin və digərlərinin qatıldıqları tədbirlərin effekti daha çox olar? Bu gün gedib Qarabağa çatmadığımıza görə hətta ölkə daxilində belə ən uğurlu layihələr bizə bir qədər fərqli görünür. Tənqidi münasibətlər olacaq, bunun əhəmiyyətinin az olduğundan danışılacaq. Açığı, fikirlərimin Qarabağ Azadlıq Təşkilatının fəaliyyətini dəyərləndirmək kimi qəbul edilməsini istəmirəm".

Deputat onu da qeyd etdi ki, hər zaman effekt doğuran addımlar atılmalıdır: “Biz bir ovuc, qrup səviyyəsində milli davanı aparanda kənardan belə görünə bilir ki, yəqin bunu xalq özü istəmir, 50 adamın miqyasına enib, küçələşib, məhəllələşib və s. Qarabağ məsələsi bütün partiyaların, məmurların, hakimiyyət qollarının, insanların problemidir. Bununla hər kəs məşğul olmalıdır. Bəzən bu, deklarasiya olmadan baş verməlidir. Mənə gəldikdə, düşünürəm ki, Qarabağ məsələsində mitinq alternativ deyil. Daha artıq dərəcədə biz onu nəzərə almalıyıq ki, hazırkı reallıqda Ermənistanda hakimiyyətin dəyişməsi fonunda bəlli oldu ki, savaş gedəcəyi təqdirdə biz qalib gələcəkdik. Bunlar həqiqətdir. Göründü ki, Serj Sərkisyan rejiminin içərisində olanların nə qədər cinayətləri var. Qriqoryan kimi birisinin silah cəbbəxanası, maşın kolleksiyasının olması, əsgər yeməklərinə göz dikməsi, aprel döyüşləri vaxtı məğlub olanlara, yəni ermənilərə olan yardımların mənimsənilməsi, üzə çıxan məktublar sübut edir ki, müharibənin davam edəcəyi təqdirdə erməni xalqı da birləşib elə məktublar yaza bilərdi. Paşinyan hakimiyyətə gələ bilər, amma bu, o demək deyil ki, bu dəyişiklikdən sonra erməni ordusu formalaşacaq. Savaş qərarı mitinqlərə kimin çıxıb-çıxmamasından asılı olmayaraq, regional şəraitə baxılıb verilir. 26 iyunda həm bu dövlətin yüz illiyi şərəfinə, həm də ordusunun 100 yaşının tamam olması şərəfinə böyük bir parad keçiriləcək. Bu, hərbi, siyasi güc nümayişidir. Bunun kimin necə qəbul etməsi başqa bir mövzudur.

Reallıq ondan ibarətdir ki, həqiqətən son on illər ərzində Azərbaycan Silahlı Qüvvələri böyük bir inkişaf yolu keçib. İndi əsgərin yeməyinə barmaq uzadılmır, vətəndaş boğazından kəsib kasıbçılıqda əsgərə yemək aparmır. Belə görünməsin ki, səhəri gün Azərbaycan müharibə qərarı verəndə bu - Qarabağ Azadlıq Təşkilatının aksiyalarına son vermək, yaxud bunun əksi yönündə addım atır. Əsla belə deyil. Bu dövlətin, millətin uğrunda mübarizə apardığı torpağın bütövlüyünə ən çox çalışan ölkənin rəhbəridir. Savaş qərarı müdafiə nazirimiz Zakir Həsənovun son mətbuat konfransında dediyi kimi, bütün regional və beynəlxalq proseslərin təhlili kontekstində veriləcək. Hansı halda bu addımlar atılmalıdır və özü də necə? Açığı, mənim müharibəyə baxışım bir qədər fərqlidir. Subyektiv düşüncələrimi indi bölüşmək istəmirəm. Yalnız onu demək qalır ki, həqiqətən Cənubi Qafqaz regionunda ordusuz dövlət qura bilməzsən. Torpaq bütövlüyü çox vacib məsələdir, amma ordunu hər zaman güclü saxlamalısan - qarabağlı yaxud qarabağsız. Məgər Qarabağ problemi olmadan biz Gədəbəy, Tovuz, Qazax və digər təhlükəli nöqtələrimizi qorumayacaqdıq? Qarabağ mitinqimi yaxud müharibəsimi və ya savaş qərarı nə zaman verilməlidir kimi sualların cavabını tapsaq, mitinqləri tələb formasında keçirmək olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Xarici vətəndaşın Azərbaycanda qurduğu şirkəti - BAĞLANIR
Bu gün, 09:02
ABŞ və Avropa niyə müdafiə etdiklərini sonda tək buraxır? - FAKT BUDUR!
Bu gün, 09:00
Azərbaycan ilə Pakistan arasında əlaqələr strateji xarakter daşıyır - ŞƏRH
Bu gün, 08:56
Azərbaycan və Pakistan münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib - İsrafil Kərimovun yazısı
Bu gün, 08:53
Bakı açıqladı, 4 ölkə razılaşdı: Dəhlizlə bağlı son maneə var - Görünəni odur ki...
Bu gün, 08:37
"Azərbaycan Ordusu Xocalının qisasını aldı" - deputat
Bu gün, 08:35
Vətəndaşın borcu borcdur: öləndə də alırlar... - Vətəndaşa olan borc isə...
Bu gün, 08:33
Sahibkarlar milyonları niyə ölkəyə qaytarmırlar? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:29
Cərimələr sürücüləri bezdirəndə - ekspertlər deyir ki...
Bu gün, 08:19
Putin elan etdi: "Yeni ərazilərdəki" sərvəti ABŞ-la bölür! - GƏLİŞMƏ
Bu gün, 07:10
Fransa Azərbaycana müharibə elan etdi? – Təcili iki addım atılmalıdır
Bu gün, 07:08
Burda 8 MART TƏDARÜKÜ indidən başlayıb... - İTTİHAM VAR...
Bu gün, 04:51
Tramp Ukraynaya borcu qabartdı, Makron qolundan dümsüklədi: "Elə deyil..." - ABŞ və Fransa liderləri kameralar qarşısında dilləşdi
Bu gün, 04:41
Millət vəkili Könül Nurullayevanın bahalı aksesuarı diqqət çəkib - FOTO, VİDEO
Bu gün, 04:32
"Bunu povestimdə yazmağım, guya, Ramiz Mehdiyevin xətrinə dəymişdi" - Seyran Səxavət
Bu gün, 04:25
Yalnız sertifikatlaşdırılmış spirtli içkilərdən istifadə etmək vacibdir - ÇAĞIRIŞ
Bu gün, 00:55
Abşeronda təhsil adına RƏZALƏT... - NƏ BAŞ VERİR?
Bu gün, 00:49
Zelenski getməyə hazırdır, amma... – Kiyevin əsas şərtləri
Bu gün, 00:41
Zelenski cəmiyyət üçün zəhərli fiqura çevrilir - Rusiya Prezidenti
Bu gün, 00:24
Cəlilabadda şikayətləri dinləyən yoxdur... - MÜRACİƏT
Bu gün, 00:21
"Bir gündə bütün rus bölmələrini bağlaya bilməzsiniz..." - partiya sədri
Bu gün, 00:14
2025-ci ildə Azərbaycanla Ermənistan SÜLH BAĞLAYACAQMI? - AKTUAL
Bu gün, 00:12
"O məsuliyyəti üzərimdə hiss edirəm..."
Bu gün, 00:09
Bu gün ilk çərşənbədir
Bu gün, 00:07
Binəqədi icra başçısı 34 AİLƏYƏ QARŞI - BU NƏDİ BELƏ?..
Bu gün, 00:02
"Birdən maşını saxlayaram, kimsə gəlib vurar..."
Dünən, 23:23
“Həmin media orqanları anti-Azərbaycan fəaliyyəti ilə məşğul idi” - AÇIQLAMA
Dünən, 23:21
Çarukyan bloger Bellanı həbsdən xilas etdi – Necə?
Dünən, 23:17
“Rusiya Ermənistanı xilas edə bilmədi, Qərb də xilas edə bilməyəcək” - FAKT BUDUR!
Dünən, 19:00
“Gəncə Təmir Quraşdırma” ASC səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Dünən, 18:58
Trampdan gözlənilməz əmr: - “Bu, Putini çox sevindirəcək”
Dünən, 18:30
"O, dünyaya ona görə gəlib ki, mütləq mənə baxsın?"
Dünən, 18:15
Bakıda oğlu həbsdə olan süpürgəçinin başına iş açdılar - 26 min manat...
Dünən, 18:14
Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketi hazırlayacaq - Kallas
Dünən, 18:00
Fransa səfirinin siyasi hiyləgərliyi: Bu dəfə tələyə özü düşəcək - İNCƏLƏMƏ
Dünən, 17:59
Azərbaycana smartfonlar hansı ölkələrdən və neçəyə gətirilib? - SİYAHI
Dünən, 17:52
"İrəvan Bakı ilə sülh bağlamayacaq, bu, Ermənistan üçün ciddi problem yaradacaq" - Areşevdən XƏBƏRDARLIQ
Dünən, 17:50
Həsən Kürü intihara vadar edən səbəb: Qumarda borclandığı şəxs də orada olub - TƏFƏRRÜAT
Dünən, 17:37
Azərbaycanda türkəçarə adıyla qadınlara təcavüz edilib - Filmə çevrilən dəhşətli olay
Dünən, 17:35
Azərbaycanla Gürcüstanın quru sərhədləri AÇILA BİLƏR - AÇIQLAMA
Dünən, 17:31
Tramp Yunanıstandakı bazanı ləğv edir
Dünən, 17:30
Ermənistanın "İctimai" radiosu dövlət himnini ixtisar etdi - VİDEO
Dünən, 17:21
Sanksiyalar siyahısında erməninin də adı var
Dünən, 17:15
Bakıda SPİRT KABUSU: ölənlərdən ikisi qadındır - SOS
Dünən, 17:13
“Onda tut və zoğal arağı içənlərin hamısı ölməlidir?” - PROFESSOR
Dünən, 17:07
Aktau TERORUndan 2 ay keçdi: Rusiya inadından dönmür - AKTUAL
Dünən, 17:02
Pakistan ən ağır sınaqlarda qürurla Azərbaycanın yanında olub - ŞƏRH
Dünən, 16:57
Nəsimi rayonunda polis əməliyyatları: - 20 kq narkotik dövriyyədən çıxarılıb
Dünən, 16:53
Gömrükdən büdcəyə daxil olan vəsaitlərin idxala nisbəti kəskin azalıb
Dünən, 16:50
Müdafiə Sənayesi Nazirliyi 300 minlik Toyota və BMW alır - TƏFƏRRÜAT
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru