"Dünən partiya yaradıb meydana çıxan adamla 30-40 il siyasətlə məşğul olan adam eyni xidməti verirsə, bu, sadəcə, anormallıq olar" - Sərdar Cəlaloğlu
Tarix: 15-01-2019, 08:28 | Çap et
 Son aylarda Azərbaycan müxalifətində bir canlanma müşahidə edilir. Bunu isə daha çox “Müxalifətin zirvəsi”ndə görmək mümkündür. Yanvarın 26-da “Müxalifətin zirvəsi” xalq hərəkatını elan edəcək. Artıq bu istiqamətdə fəaliyyət genişlənməkdədir.
Müsavat, AXCP və REAL-ın xalq hərəkatını boykot etməsi də müzakirələr sırasındadır. Məsələ ilə bağlı “Müxalifətin zirvəsi”ndə təmsil olunan ADP sədri Sərdar Cəlaloğlu səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a öncə bunları dedi: “Azərbaycanda mövcud və proqnozlaşdırılan iqtisadi vəziyyət ölkəmizi ciddi şəkildə təhdid edir. Azərbaycanı sosial sahədə ciddi problemlər gözləyir. Xalq hərəkatının yaranmasının əsas səbəblərindən biri isə bu kataklizmləri önləmək, ölkəmizdə xalqın etirazlarını nizamli şəkildə təşkil etməkdir. Bu xalq hərəkatı xalqın özü-özünü qorumaq hərəkatı olacaq. Artıq hərəkatın hədəfləri, məqsədləri, planları tam məlumdur”.
ADP sədri Müsavat, AXCP və REAL-ın özlərini “Müxalifətin zirvəsi”ndən kənarda tutmasına da toxundu: “Bundan bir neçə il əvvəl həqiqətən də Müsavat və AXCP ölkənin əsas aparıcı siyasi qüvvələrindən sayılırdı. Təşkilatlanma və lider potensiallarına görə digər siyasi partiyalardan irəli getmişdilər. Bir müddət Müsavat və AXCP müəyyən qədər təşəbbüsü ələ almağı bacarmışdılar. Son hadisələr göstərdi ki, hər iki partiya bu imkanları itirib. REAL-a gəlincə, bu təşkilat bir partiya kimi formalaşmayıb, Azərbaycanın ictimai-siyasi həyatına onun heç bir təsiri yoxdur, partiya kimi fəaliyyətləri belə görünmür. REAL-ı AXCP və Müsavatla bir sıraya qoymaq bu iki partiyanı heçə endirmək deməkdir. Bunlar arasında heç bir bərabərlik işarəsi yoxdur. REAL, sadəcə, təşəbbüskar insanlardan ibarət təşkilatlanmamış bir qurumdur. Aparıcı dediyiniz bu qurumlar aparıcı deyillər. Əslində ölkəni gözləyən bu təlatümlərin qarşısını almaq üçün təşəbbüsü onlar qaldırmalı idilər. Əgər onlar mövcud vəziyyətdə təhlükəni dərk edə bilmirlərsə, təhlükəni önləmək üçün konkret addımlar atmırlarsa, demək, onlar aparıcı partiyalar deyil. Hərəkətləri və fəaliyyətləri bunları sübut edir. Demokratiyanın nə olduğunu anlamayan insanları üzv kimi yazıb bu qədər üzvüm var deməklə heç nə həll olunmur.
Belə məşhur bir fikir var ki, kəmiyyət heç zaman keyfiyyəti əvəz edə bilməz, amma keyfiyyət daim kəmiyyəti əvəz edə bilər. Yəni üzvlərin sayı siyasiliyi müəyyən edə bilməz. Amma siyasilik üzvlərin sayından da artıq iş görə bilər. Belə bir məşhur fikir də var ki, tarixin təkərini tək-tək adamlar döndərib, kütlələr yox. Hansısa bir partiyanın üzvlərinin çoxluğu, siyasi cəhətdən yetkin olmayan insanları öz tərəfinə yığması hələ onun aparıcı partiya olması deyil. Əgər təhlükəni görüb, bu istiqamətdə addımlar atan qurumlar varsa, deməli, ölkədə əsas aparıcı qurumlar da onlardır. Fəaliyyət kimlərin aparıcı olduğunu göstərir. Təşəbbüs irəli sürənlər aparıcı olurlar. Xalq hərəkatı təşəbbüsü irəli sürüləndə onlar da təşəbbüs göstərdilər, birləşmək istədilər. Hər kəs gördü ki, heç bir nəticəsi olmadı. İmkanları, potensialları olmadı ki, heç olmasa üçü bir araya gəlsin. Bu baxımdan hesab edirəm ki, Müsavat, AXCP və REAL-ın hərəkatda olmaması fəaliyyətimizə heç bir kölgə sala bilməz. Hərəkatın taleyini hərəkatda təmsil olunanlar verdikləri qərarlarla müəyyən edəcəklər”.
Partiya sədri “Müxalifətin zirvəsi”nin demokratik düşərgədə təşəbbüsü ələ ala bilib-bilməyəcəyinə də toxundu: “Hər şey xalqdan asılıdır. Əgər xalq hərəkatı tam şəkildə dəstəkləyəcəksə, avtomatik olaraq hərəkat təşəbbüsü ələ alacaq. Xalq burada olmayandan sonra təşəbbüskarlığın bir əhəmiyyəti qalmır. Hərəkatın iki hədəfi olacaq: Qarabağın müdafiəsi və Azərbaycanda demokratikləşmə. Biz nəzərdə tutmuşuq ki, Qarabağın müdafiəsini Qarabağ Komitəsi daxilində aparaq. Xalq hərəkatının yaranmasında Qarabağ Komitəsi stimul rolunu oynayıb. Demək olar ki, hərəkatda və komitədə təmsil olunanlar eyni adamlardır. Müzakirələrdə fikir ayrılıqlarının olması tamamilə normaldır. Eyni cür düşünməyin özü bir anormallıqdır. Burada elə şəxs var ki, heç nədən xəbəri, yaxud təcrübəsi yoxdur. Dünən partiya yaradıb meydana çıxan adamla 30-40 il siyasətlə məşğul olan adam eyni xidməti verirsə, bu, sadəcə, anormallıq olar. Hərəkat daxilində heç bir fikir ayrılığı yoxdur. Sadəcə, hər birimizdə ciddi məsuliyyət hissi var. Bu baxımdan hər kəs öz düşündüyünü açıq şəkildə deyir. Nəticədə bəzi fikirlər haçalaşır. Buna da normal baxmaq lazımdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08 |
|
|
|
• "Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06 |
|
|
|
• Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04 |
|
|
|
• Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39 |
|
|
|
• 2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37 |
|
|
|
• Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17 |
|
|
|
• Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14 |
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09 |
|
|
|
• “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02 |
|
|
|
• Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49 |
|
|
|
• "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48 |
|
|
|
• Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31 |
|
|
|
• Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26 |
|
|
|
• Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
• Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22 |
|
|
|
• “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17 |
|
|
|
• Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12 |
|
|
|
• Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11 |
|
|
|
• Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05 |
|
|
|
• "Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57 |
|
|
|
• "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55 |
|
|
|
• Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51 |
|
|
|
• Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48 |
|
|
|
• İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45 |
|
|
|
• Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42 |
|
|
|
• Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31 |
|
|
|
• "Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22 |
|
|
|
• Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17 |
|
|
|
• Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16 |
|
|
|
• “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15 |
|
|
|
• General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13 |
|
|
|
• Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12 |
|
|
|
• Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10 |
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
• Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53 |
|
|
|
• ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45 |
|
|
|
|