Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                 

"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır" - deputat
Tarix: 17-01-2019, 12:01 | Çap et
"Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır"
Prezident İlham Əliyev son müşavirədə kadr və struktur islahatları aparılacağının anonsunu verdi. Əslində çoxdan gözlənilirdi bu xəbər. Vaxtaşırı mətbuat orqanlarında bu cür fikirlər gündəmə gətirilir, nədənsə, vədlər özünü doğrultmurdu. İndisə islahat anonsu Prezidentin dilindən səsləndirildi və yeni ümidlərin doğmasına yol açdı. Bəs, görəsən, bu islahatlar hansı istiqamətlərdə aparılacaq və ya aparılmalıdır?

Millət vəkili Qüdrət Həsənquliyevlə söhbətimiz məhz bu mövzu ətrafında oldu. BAXCP sədrinin “Hürriyyət”ə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Prezidentin bir neçə gün əvvəl anonsunu verdiyi kadr və struktur islahatlarından nə gözləyirsiniz? Ümumiyyətlə, gözlənilən islahatlar hansı zərurətdən doğur?

- Açığı, çox şey gözləyirəm bu islahatlardan. Bilirsiniz ki, həmin nitqində Prezident 2019-cu ili klassik şairimizin 650 illiyi münasibətilə Nəsimi ili elan etdi. Əlbəttə, bu, mədəni irsimizə, Nəsiminin yaradıcılığına göstərilən böyük diqqətdir. Amma mən ümid edirəm ki, bu il həm də islahatlar ili yaddaşlarda qalacaq.

İslahatları şərtləndirən bir çox vacib amillər var. Başlıca amil cəmiyyətimizin inkişafı ilə bağlıdır. İstənilən cəmiyyət inkişaf etdikcə, onun idarəetmə metodları da təkmilləşir. İdarəetmənin təkmilləşdirilməsinin gecikdirilməsi, islahatların yubadılması ona gətirib çıxarar ki, ölkədə uzunmüddətli və üzücü durğunluq dövrü başlaya bilər. İslahatların alternativi budur. Ona görə də hakimiyyətdə və ya müxalifətdə olub-olmamasına baxmayaraq hər kəs islahatları dəstəkləməlidir.

- Amma gəlin, etiraf edək ki, islahat xəbərləri cəmiyyətimizdə bir mənalı qarşılanmır. Çünki neft mərkəzli siyasətin cəmiyyətimizdə formalaşdırdığı bir çox qəliblər mövcuddur. Hakimiyyətin indiyədək yürütdüyü siyasət neft gəlirlərindən potensial narazılara “sus” payı ayırmaq və büdcədən maliyyələşən məmur kütləsinin şişirtmək prinsipinə əsaslanıb. Beləcə, heç bir işgüzarlıq qabiliyyəti formalaşmayan məmurlar ordusu meydana gəlib ki, ixtisara düşmək ehtimalı onları qorxudur və bu da qeyri-müəyyənliklər yaradır...

- Ola bilər. Amma bayaq da dediyim kimi, ölkənin inkişaf səviyyəsi, bir çox iqtisadi və texniki reallıqlar yeni yanaşmalar tələb edir. Artıq şişirdilmiş məmur kütləsi idarəetmə mexanizminin yükünə çevrilib və onu hərəkətinə mane olur. İdarəetmə mexanizmi bu yükdən azad olmalıdır. Xatırlayırsınızsa, hələ büdcə müzakirələri aparılan zaman mən çıxışlarımda kadr islahatlarına getməyin vacibliyinə toxunmuşdum. Bildirmişdim ki, insan sayına görə bizdən dəfələrlə az olan Ermənistanda bu il 150 min məmurun ixtisara salınması gözlənilir. Biz isə 19 min 300 nəfər büdcədən maliyyələşən yeni işçinin işə qəbul olunmasını proqnozlaşdırırıq. Sözsüz ki, bu, dövlət aparatının həddindən artıq şişirdilməsi deməkdir. Üstəlik, məmurların sayı artıqca onların normal maaşla təmin olunması çətinləşir, bu da istər-istəməz rüşvət və korrupsiyanın çiçəklənməsinə yol açır. Açıq danışmaq lazımdır; Azərbaycan məmurlarının korrupsiyaya və rüşvətə bulaşmasının əsas səbəbi aldıqları maaşla özlərinin layiq olduqları həyatlarını qura bilməmələridir. Mən bu sözlərlə kimlərəsə haqq qazandırmaq fikrində deyiləm. Amma korrupsiya və rüşvətxorluğun səbəblərini araşdırsaq, başlıca faktorlardan birinin maaş azlığı olduğunu görə bilərik.

Vaxtilə mən bununla bağlı Sinqapur təcrübəsini misal göstərmişdim. Bir daha xatırladım ki, Sinqapurda korrupsiyaya qarşı mübarizə ilk növbədə nazirlərə bizim üçün fantastik görünəcək məbləğdə maaşların verilməsilə başlamışdı. Söhbət ayda təqribən 100 min dollarlıq maaşlardan gedir. O cümlədən deputatlara, yüksək vəzifə tutan digər şəxslərə də böyük məbləğdə maaşlar təyin olunmuşdu. Bu baxımdan mən kadr və struktur islahatlarını təqdir edirəm, amma düşünürəm ki, Azərbaycanın inkişafı üçün yalnız idarəetmə mexanizmində kadr islahatı aparmaq yetərli olmayacaq. Buna paralel olaraq, başqa sahələrdə də ciddi islahatlar aparılmalıdır.

Fikrimcə, idarəetmənin təkmilləşdirilməsi yalnız icra orqanlarını əhatə etməməlidir. Bununla bərabər, məhkəmə-hüquq sistemi də təkmilləşdirilməlidir. Məsələn, səhv etmirəmsə, 8 dövlət orqanında istintaq departamentləri, idarələri fəaliyyət göstərir. Bunların hamısını birləşdirib vahid istintaq komitəsi yaradılmalıdır. İstintaq idarələrinin mərkəzləşdirilməsi həm işlərin keyfiyyətini artıra, həm də bu sahədə subyektivliyin qarşısını ala bilər. Ona görə ki, bir şəxs haqqında cinayət işi qaldıran, yaxud ilkin materialları toplayan qurumun özü o işi aparmayacaq. Nəticədə xidməti vəzifəsinə daha ciddi və məsuliyyətli yanaşacaq. Beləcə, əsassız həbslərin qarşısı alınacaq, ya da onların sayı minimuma endiriləcək. Hazırda isə bir çox hüquq mühafizə orqanları həm şübhəli şəxsi tutur, həm də istintaqını aparır ki, bu da sui-istifadə hallarına zəmin hazırlayır. Artıq bir çox MDB ölkələrində, səhv etmirəmsə, Rusiyada da Vahid Dövlət İstintaq Komitəsi yaradılıb. Azərbaycan da bu müsbət təcrübədən faydalanmalıdır.

Ciddi islahat gözləyən sahələrdən biri də məhkəmə orqanlarıdır. O gün hörmətli Fikrət Məmmədov çıxışıyla tanış olanda dəhşətə gəldim. Sən demə, son illərdə 120 hakim qanun pozuntularına yol verdiklərinə görə işdən uzaqlaşdırılıb. Normal ölkələrdə bir hakimin vəzifəsindən kənarlaşdırılması belə, böyük ictimai rezonans doğurur. Bizdə isə 120 hakim qanun pozuntularına görə cəzalandırılır...

- Azərbaycanda, səhv etmirəmsə, 500 civarında hakim var. 120 hakim qanun pozuntusuna görə işdən atılıbsa, deməli məhkəmə sisteminin 25%-nin cinayətə bulaşdığı rəsmən etiraf olunub. Bu hələ Ədliyyə Nazirliyinin üstünü açdığı cinayət faktlarıdır. Sirr deyil ki, Azərbaycanda məhkəmə sistemində rüşvətxorluq və siyasi sifarişlə hökm çıxarmaq artıq ənənə halını alıb.

- Həmin 120 hakim bir il ərzində işdən atılmayıb. Nazir bir neçə il ərzində 120 hakimin işdən uzaqlaşdırıldığını bildirirdi. Amma fərqi yoxdur, bu qədər hakimin işdən uzaqlaşdırılması ciddi məsələdir. Bu həm də hakimlərin işdən uzaqlaşdırıması nə qədər sadələşdirildiyini göstərir. Halbuki, Konstitusiyaya görə, hakim yalnız cinayət törətdikdə tutduğu vəzifəsindən kənarlaşdırıla bilər.

- Sözünüzə qüvvət, hakimlərin Ədliyyə naziri və ya Nazirliyi tərəfindən işdən kənarlaşdırılması da hakimiyyətin bölgüsü prinsipinə ziddir. Çünki Ədliyyə Nazirliyi siyasi icra orqanıdır. Məhkəmə isə hakimiyyətin əsas qollarından biridir və öz fəaliyyətini digər qollardan asılı olmayaraq müstəqil yerinə yetirməlidir.

- Bəli. Məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakimlər ömürlük təyin olunmalıdırlar. Necə ki, inkişaf etmiş ölkələrin əksəriyyətində belədir. Yalnız bu zaman onlar kimdənsə asılı olmadan öz fəaliyyətlərini davam etdirə bilərlər. Hesab edirəm ki, ilk növbədə Məhkəmə Hüquq Şurasının tərkibi dəyişdirilməli, bu qurum yalnız və yalnız hakimlərdən təşəkkül tapmalıdır. Prokurorluq orqanlarının, vəkillərin, Ədliyyə Nazirliyinin əməkdaşlarının, yaxud deputatların orda nə işi var? Bilirsiniz ki, Məhkəmə Hüquq Şurasında hazırda deputatlar da təmsil olunurlar. Məhkəmənin müstəqilliyi üçün digər qurumların adamları həmin Şuradan kənarlarşdırılmalıdırlar. Yalnız bu zaman ölkədə qanunların aliliyi təmin oluna bilər. Bu gün kənar orqanların Məhkəmə Hüquq Şurasında təmsilçiliyi nəticəsində hakimlər müstəqil hökm çıxara bilmirlər. Ən adi hökmdə belə, məhkəmə sədriylə məsləhətləşir, onun direktivlərini əsas götürürlər.

Məhkəmələrin müstəqilləşməsi Azərbaycanın iqtisadi həyatında da müsbət dəyişiklərə zəmanət verə bilər. Açığını deyim ki, bir çox xarici sərmayədarlar, eləcə də yerli sahibkarlar məhkəmə hakimiyyətinin icra strukturlarından asılılığı səbəbindən Azərbaycanda investisiya qoymaqdan çəkinirlər. Çünki hüquqları pozularsa və məmur özbaşınalığı ilə üzləşərlərsə, məhkəməyə etdikləri müraciətin müsbət nəticələnəcəyinə inanmırlar. Məhkəmə islahatları aparılarsa, iş adamlarını narahat edən bu qorxulara son qoyula bilər. Nəticədə Azərbaycandan xaricə kapitallar axmaz, əksinə, ölkəmiz xarici səramayələr üçün cazibədar hala gələr.

İnsafən, onu da vurğulayaq ki, Azərbaycanda son illər aparılan bir sıra islahatlar investisiya mühitinin yaxşılaşmasına səbəb olub və beynəlxalq reytinqimizə müsbət təsir göstərib. Məsələn, Dünya Bankının “Doing Business 2019” hesabatına görə, Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub və 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Bu, əlbəttə, sevindirici haldır. Amma bəzən elə faktorlar ortaya çıxır ki, bütün müsbət dəyişikliklərə və ümumiyyətlə inkişaf prosesinə kölgə salır. Ona görə də bütün sahələrdə islahatlar paralel sürətdə aparılmalıdır. Əsas islahatlar isə, sözsüz ki, iqtisadi sektoru əhatə etməli, Prezidentin iqtisadi komandası daha çevik olmalıdır.

- Qüdrət bəy, ölkəmizə neft kapitallarının axdığı vaxtlarda Azərbaycan hakimiyyəti onu israf etdi. İndisə dünya bazarında neftin qiymətləri durmadan ucuzlaşır. Əvvəlki kimi neft də hasil edə bilmirik. Böyük ehtimalla, ölkəmizə bir də heç vaxt əvvəlki həcmdə kapital gəlməyəcək. Məhz bütün ümidlərin tükəndiyi bir zamanda Azərbaycanın iqtisadi islahatlara başlaması, məşhur bir deyilmlə ifadə etsək, ocağı söndürüb küllə oynamağa oxşamırmı?

- Əvvəla, hesab etmirəm ki, Azərbaycanda bütün ümidlər tükənib. Azərbaycanın öz iqtisadiyyatını qurmaq üçün ciddi potensialı var və bu istiqamətdə görülən işlər daha da dərinləşdirilməlidir.

İkincisi, Azərbaycanda neft kapitalının tamamilə göyə sovrulduğunu iddia etmək də maksimalist müxalif mövqe olardı. Hesab edirəm ki, ölkədə qeyri-neft sektorunun inkişafı üçün bir sıra işlər görülüb. Təbii ki, daha çox işlərin görülə biləcəyi iddiasını da istisna etmirəm. Harda iş varsa, orda nöqsanlar da ortaya çıxır və hökumət bu çatışmazlıqları təsbit edib ortadan qaldırmalıdır. Prezidentin bir sıra islahatlara başlamasını elan etməsi də elə mövcud çatışmazlıqların aradan qaldırılması təşəbbüsü kimi qiymətləndirilməlidir.

O ki qaldı arzuladığımız iqtisadi islahatlara, fikrimcə, ilk iş özəlləşdirmələrdən başlanılmalıdır. Məsələn, dövlətə məxsus səhmdar cəmiyyətlərin 2019-cu ildə büdcəyə ödəcəyi verginin miqdarı 3.9 milyon manat proqnozlaşdırılır. Yəni səhmləri dövlətə məxsus bütün müəssisələr adi bir özəl şirkət qədər vergi ödəyəcəklər. Elədirsə, bu müəssisələrin saxlanılmasının nə mənası var? Bu onu göstərir ki, dövlətə məxsus səhmdar cəmiyyətlər tam rentabelsiz işləyirlər. Niyə onda dövlət bu müəssisələri özəlləşdirmir ki, onlar öz işlərini yeni dövrün tələblərinə görə qursunlar, həm yaxşı qazansınlar, həm də yaxşı vergi ödəsinlər?

- Bəli, hətta SOCAR-a büdcədən ildə 2 milyard manat dotasiya ayırırıq.

- Tək SOCAR-a yox. Bütün dövlətə məxsus səhmdar cəmiyyətlər o vəziyyətdədir...

- Başa düşürəm, amma SOCAR ölkəmizə ən çox pul gətirən şirkət olmaq gücünə malikdir. Mən də bunu nəzərə alıb SOCAR-ın adını çəkirəm.

- Mən ümumi problemlərimizi xüsusiləşdirmək istəmirəm. Fikirlərim səhmləri dövlətə məxsus bütün müəssisələrə aiddir. Konkret olaraq SOCAR-a gəlincə, bizim bu şirkət barədə dəfələrlə səsləndirdiyimiz təkliflərimiz var. Əvvəla, SOCAR kimi nəhəng bir şirkərin mövcudluğu qanunvericiliyə uyğun deyil. SOCAR ən azı 3 yerə bölünməlidir. Anti-inhisar qanunu bunu tələb edir. Bu qanuna görə, inhisarçı şirkət olmamalıdır.

İkincisi, SOCAR da özəlləşməlidir. Yəni əvvəl ən azı 3 hissəyə bölünməli, sonra ayrı-ayrı şirkətlər şəkilinə özəlləşdirməyə çıxarılmalıdır.

Bundan əlavə, ümumiyyətlə, bütün xidmət sahələrinin özəlləşdirilməsi vacibdir. Çünki sovet təsərrüfat sistemi özünü doğrultmadı. Harda ki iqtisadiyyatı və ya hansısa təsərrüfatı bütünlüklə dövlət idarə edir, orda sahibkarlıq hissi yox olur. O cür müəssisələr həm hamınındır, həm də heç kimin.

- Yəni tam bir oğurluq yeridir.

- Bəli. Biri var, müəssisə rəhbərini oraya təyin edirlər, biri də var, o, həmin müəssisənin konkret sahibidir və öz təsərrüfatının başı üstündədir. Birinci halda müəssisə rəhbəri vəzifəsinin müvəqqətiliyini düşünür və şirkətin inkişafında maraqlı olmur. İkinci halda isə şirkəti özünün əmlakı hesab edir və inkafına çalışır. Bundan da bütövlüklə cəmiyyət faydalanır. Çünki şirkət rəhbərliyi biznesini inkişaf etdirdikcə, yeni iş yerləri açılır, büdcəyə külli miqdarda vergi vəsaiti daxil olur, bundan da büdcə təşkilatları qidalanırlar.

Fikrimcə, bir çox səhiyyə və təhsil ocaqları da özəlləşdirilməlidir. Qısası, ölkənin inkişafı naminə sadaladığım bütün işlər paralel aparılmalıdır. İdarəetmə orqanları ilə yanaşı, məhkəmə-hüquq sistemində fundamental dəyişikliklər olmalı, bir çox dövlətə məxsus səhmdar cəmiyyətlər özəlləşdirilməlidir. Hesab edirəm ki, artıq idarəetmənin təkmilləşdirilməsi ilə bu prosesə start verilib, digər istiqamətlərdə də islahatlar dərinləşdirilməlidir.

- İslahatlar bəzən əks nəticələr də doğurur. Xüsusilə köhnələrin qüdrətli olduğu toplumlarda. Sizcə, bu qərar hansı riskləri ehtiva edir?

- Əlbəttə, islahatlar risksiz olmur. Təbii ki, Prezidentin bu qərarı həm daxili, həm xarici müqavimətlərlə qarşılaşacaq və artıq qarşılaşır da. Amma ümidvaram ki, Prezident bu maneələri bütünlüklə dəf edə biləcək. Açığı, Prezidentin söyüş kampaniyası ilə təhdid edilməsinin əsas səbəbinin bu islahatlarla bağlı olduğunu düşünürəm. Hesab edirəm ki, bir çox vəzifəli şəxslər islahatların onların sonunu gətirəcəyini düşündüklərindən bu söyüş kampaniyasına hər cür yardımı göstərirlər. Çünki onlar öz işlərini dövrün şərtlərinə uyğun qura bilmirlər və istər-istəməz vəzifələrindən uzaqlaşdırılacaqlar. Bunu onlar hər kəsdən daha yaxşı görürlər və iqtisadiyyatın inkişafını təmin edə bilmədiklərindən kadr islahatları nəticəsində kreslolarını itirəcəklərindən çəkinirlər. Əllərində isə böyük kapitallar var və müxtəlif vasitələrlə Prezidentə təzyiq edirlər.

İkincisi, Azərbaycanda islahatlarda maraqlı olmayan xarici qüvvələr var və həm daxili, həm xarici qüvvələri ümumi maraqlar birləşdirir. Xüsusilə xaricdəki ermənipərəst qüvvələr Azərbaycanın islahatlar nəticəsində inkişaf edəcəyindən və beynəlxalq nüfuzunun artacağından narahatdırlar. Onlar ehtiyatlanırlar ki, Azərbaycan inkişaf edəcəyi təqdirdə Ermənistanın işğalçı ordusunu öz torpaqlarından qovmaq üçün hərbi əməliyyatlara başlaya bilər. Buna görə də həmin qüvvələr Azərbaycanı iqtisadi cəhətdən zəif, beynəlxalq nüfuzu olmayan, insan haqları, demokratiya, qanunun aliliyi sahəsində axsayan və bu cür mənfi imiclə tanınan ölkə kimi görmək istəyirlər. Çünki bu cür nüfuzsuz ölkəni səsini çıxaran kimi başına qapaz vurub susdurmaq daha asandır. Mən uzun illərdən bəri Prezidenti tanıyan adam kimi inanıram ki, bu təzyiqlər heç bir nəticə verməyəcək və islahatlar dərinləşdiriləcək.

- Çox ciddi iddialar irəli sürürsünüz. Fikrinizdən belə çıxır ki, Azərbaycan hakimiyyətindəki bəzi iri məmurlar Prezidentə qarşı erməni lobbisiylə birləşiblər. Siz erməni lobbisinin güclü oluğu xarici dövlətlər deyənə hansı ölkələri nəzərdə tutursunuz?

- Səmimi şəkildə qeyd edim ki, erməni lobbisinin güclü olduğu bütün ölkələr Azərbaycanın inkişafında maraqlı deyillər...

- Söyüş kampaniyası sürdürən müxaliflər əsasən Avropa ölkələrində məskunlaşıblar...

- Bəli, erməni lobbisi də xüsusilə Qərb ölkələrində həddindədən artıq güclüdür. 100 illər ərzində ermənilər bu ölkələrdə böyük lobbilərini formalaşdırıblar. Erməni lobbisinin əlində böyük maliyyə imkanları var. Xüsusilə də ABŞ-da və Fransada erməni lobbisinin böyük təsir imkanları mövcuddur. Həmin lobbilər dövlət məmurlarını, beynəlxalq təşkilatların nümayəndələrini, nüfuzlu siyasiləri çox asanlıqla ələ ala bilirlər. Ermənilər xristianlıq faktorundan da məharətlə istifadə edirlər. Erməni lobbisinin əməkdaşlığa cəlb etdiyi həmin siyasi xadimlər öz sifətlərini qorumaq üçün bəzi bəhanələrə ehtiyac duyurlar. Axı deyə bilməzlər ki, Rusiya Ukrayna ərazilərini işğal edərkən beynəlxalq hüquq normalarını pozur, amma Ermənistan düz edib Azərbaycan torpaqlarını ələ keçirir. Ona görə də dolayı yollarla Azərbaycana təzyiq etmək istəyirlər. Bilirsiniz ki, Paşınyanın hakimiyyətə gəlməsindən sonra yaranmış geosiyasi vəziyyət Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın qarşısında yeni imkanlar yaradıb. Erməni lobbilərinin Azərbaycana qarşı fəallaşmasının başlıca səbəblərindən biri də bununla bağlıdır. Onlar əldə etdiyimiz bu imkanları azaltmaq və rəsmi İrəvanın Qərbpərəst imicini möhkəmləndirmək üçün kompleks təbliğat tədbirlərinə başlayıblar. Azərbaycan hakimiyyətinə qarşı getdikcə genişlənən söyüş kampaniyası da bu tədbirlərin tərkib hissəsidir. Yeri gəlmişkən, Azərbaycan erməni lobbisinin bu məkrli planının qarşısını vaxtında almaq üçün Paşinyan hakimiyyətinin 2019-cu ildə möhkəmlənməsinə imkan verməməlidir. Nə yazıq ki, bu gün özünü hakimiyyətin əsas alternativi kimi görən və təqdim etmək istəyən qüvvələr (hansı ki uzun illərdir, müxalifətin böyük bir hissəsini zəlil gününə qoyublar, yersiz qərarları ilə tərəfdarlarını həbsə atdırıblar) Paşinyanın iqtidara gəlməsini sevinclə qarşılayırdılar. Mən isə o zaman da buna sevinməyin mənasız olduğunu, Paşinyanın hakimiyyətə gəlməsinin Ermənistanın imicini müsbət yöndə dəyişiləcəyini bildirmişdim. Onu da bildirmişdim ki, Paşinyan bəzi islahatlar aparacaq və Ermənistana xarici investisiya cəlb edəcək. Nəticədə Ermənistanın iqtisadiyyatı güclənəcək. İqtisadiyyatın güclənməsi həm də ordunun möhkəmlənməsi və bizə qarşı müqavimət imkanlarının artması deməkdir. Üstəlik, Paşinyan hakimiyyəti möhkəmləndikcə, xarici dəstəyini artacaq. Ona görə də Paşinyanın möhkəmlənməsinə qətiyyən imkan vermək olmaz. Hesab edirəm ki, Azərbaycan bu il ərzində Paşinyandan Dağlıq Qarabağla bağlı mövqeyini ortaya qoymağı tələb etməli, əks halda böyük savaşa hazırlaşmalı, ən geci 2020-ci ildə Dağlıq Qarabağın işğaldan azad olunması əməliyyatlarına başlamalıdır.

- Belə başa düşdüm ki, Siz İlham Əliyevin aparacağı kadr islahatları zamanı əsasən Qərbyönümlü məmurların vurulacağını proqnozlaşdırırsınız...

- Qətiyyən elə düşünmürəm. Mən özüm də Qərbyönümlü siyasətçiyəm. Bilirsiniz ki, bizim partiya Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının üzvüdür. Buna baxmayaraq, mən hər zaman çıxışlarımda reallıqları vurğulayaraq bildirmişəm ki, Qərb Dağlıq Qarabağ probleminin həllində heç bir pozitiv rol oynaya bilmir və oynamayacaq da. Qərbyönümlülüyümüz isə onda ifadə olunur ki, biz Qərb idarəetmə dəyərlərinin Azərbaycana tətbiqini müdafiə edirik. Kadr islahatları zamanı Qərb idarəetmə dəyərlərini mənimsəyən insanları irəli çəkmək lazımdır, hakimiyyətdən uzaqlaşdırmaq yox. O insanlar hakimiyyətdən uzaqlaşdırılmalıdırlar ki, işlərinin öhdəsindən gələ bilmirlər, ya da onların rəhbərlik etdiyi strukturlar öz missiyasını artıq başa vurub. İndi həmin strukturlr ya başqa idarənin şöbəsinə, departamentinə çevrilməli, ya da tamamilə ləğv olunmalıdır. Yeni kadrların seçilməsində iki kriteriya ön planda tutulmalıdır – novatorluq və işgüzarlıq qabiliyyəti.

- Mənim anlamadığım bir məsələ var. İslahatlar zamanı Qərbyönümlü insanların önə çəkilməsinə üstünlük veriləcəksə, Qərb ölkələri niyə Prezidentə söyüş kampaniyası ilə təzyiq göstərirlər. Yeganə səbəb Dağlıq Qarabağ probleminin ermənilərin xeyrinə həllinə çalışmaqdırmı?

(ardı var)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru