Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər .....                     "Oğuz-Məişət" ASC-nin səhmdarları .....                     Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər .....                     “Buna görə bəzən övladlarım da mənə irad tutur” .....                     Deputatdan Ayaz Salayevə ağır sözlər: .....                     Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu .....                     "Rabitəbank"da yeni baş direktor təyin edilib .....                     Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur .....                     Martın 10-a qədər... .....                     2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır .....                     Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                 

“Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur” - deputat
Tarix: 19-01-2019, 11:16 | Çap et
“Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur”
Milli Məclisin daxili nizamnaməsinə dəyişiklər prezidentin qanunu imzalamasından sonra qüvvəyə mindi. Azərbaycan Respublikası prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Məlahət İbrahimqızı ilə müsahibəmizdə əvvəlcə deputatların bəzilərinin narahatlığına səbəb olan bu qanunla bağlı danışdıq. Həmçinin Əfv Komissiyasının üzvündən son günlərin ən aktual məsələlərindən biri barədə suallara da cavablar aldıq.

- Məlahət xanım, prezidentin imzalamasından sonra artıq parlamentdən kənar fəaliyyətdə də nizam-intizamlı olmaq tələbi qoyulacaq. Parlamentin kənarında yol verilmiş hansısa artıq hərəkət, fəaliyyət də deputatlara məsuliyyət yaradacaq.

Qanun qüvvəyə mindi. Siz parlamenti bundan sonra necə təsəvvür edirsiniz?

- Çox maraqlı, həm də son zamanlar haqqında ən çox danışılan məsələyə toxundunuz. Şəxsən mən belə bir qanunu alqışlayıram və dəstəkləyirəm. Sovet vaxtı “əxlaq kodeksi” ifadəsi var idi. Mənim düşüncəmə görə, vəzifəsindən, yaşından, tutduğu mövqeyindən asılı olmayaraq, heç kəsə icazə verilməməlidir ki, başqasına qarşı “əxlaq kodeksi”, intizam, ədəb qaydalarını pozsun, xalqımızın diliylə desək, milli dəyərlərimizdən kənara çıxsın. Kimsə nazirdirsə, millət vəkilidirsə, yaxud hansısa statusa malik məmurdursa, bu, o demək deyil ki, istədiyi kimi danışa, hərəkət edə bilər. Bu qanun mübahisələrə səbəb oldu, bəziləri dedi ziddiyyətlidir, dünyada bunun analoqu yoxdur və s. Bəzi məsələlərdə biz dünyada analoq axtarmamalıyıq. İstənilən halda burada boşluq var idi. Yəni millət vəkili 5 illik seçilibsə, deməli, toxunulmazdır, o, nə istəsə, edə, nə istəyir danışa bilər? Açığı, mən bunun əleyhinəyəm. Bir də ki, insan öz-özünü deyək ki, ictimaiyyətin qoyduğu əxlaq kodeksi, intizam qaydaları çərçivəsində idarə edə, insan şüurlu olaraq o çərçivədə özünün hər bir fəaliyyətinə, nəfsinə, əməlinə nəzarət edə bilirsə, biz belə qanunlardan niyə qorxuruq? Bu dəyişiklər müzakirə olunanda bir növ qorxu var idi, sanki bu qanun qəbul olunsa, deputat artıq mandatından məhrum ediləcək. Mən belə hesab eləmirəm. Millət vəkili 50 minə yaxın seçicinin səsi ilə o mandatı qazanır. Sözsüz ki, partiya üzvü olan millət vəkili eyni zamanda mənsub olduğu partiyanın da məsuliyyətini daşıyır. Çünki partiyanın səlahiyyətli orqanının etimad qərarı olmasa, onun namizədliyi irəli sürülmür. Təbii ki, onun üzərində həm seçicilərin məsuliyyəti var, həm də mənsub olduğu partiyanın. Bu mənada dairədəki 50 minə yaxın seçicinin səsini qazanmış deputat bunu başa düşməli və çalışmalıdır ki, öz elektoratının, seçki dairəsinin adına xələl gətirməsin.

- Bu günlərdə sizin deputat həmkarınız Araz Əlizadənin bloger Mehman Hüseynovla bağlı təhqiramiz fikirlərinə sərt reaksiyanız olmuşdu. Artıq qanun qüvvəyə minəndən sonra deputatlardan kimsə bu kimi mövqelər səsləndirə bilərmi?

- Hesab edirəm ki, hətta qanun qəbul olunmamışdan əvvəl də belə yanaşmalar olmamalı idi. Çox yaxşı oldu ki, qanun qəbul olundu. Qanunun qəbul olunması artıq normadır. Qanun da alidir, hər kəs qanunun aliliyinə hörmət etməlidir. Hesab edirəm ki, bu, hər kəs üçün bir mesajdır. Qanun qəbul edilib ki, ona əməl olunsun. Parlamentli ölkələrdə parlament daha çox səlahiyyətlərə malikdir. Yəni bir növ parlamentarlar özləri qanunun həyata keçirilməsinin dərəcəsinə nəzarət etməlidir, bir növ qanunun icrasının monitorinqini aparmalıdır. İndiki halda bu qanunun işləməsinə təkcə millət vəkilləri yox, həm də ictimaiyyət nəzarət etməlidir. Biz onu qəbul etmişik, qanunun subyekti bizik, millət vəkilləridir. Lakin ictimaiyyət də nəzarət etməlidir.

- Yəni hansısa deputat kənarda hansısa neqativlərə yox versə, yanlış, etikadan kənar davranışlara yol versə, ictimaiyyət nümayəndələri bu barədə məlumat verməlidir?

- Bir çox ölkələrin parlamentlərində baş verən hadisələri tez-tez müşahidə edirik. Allaha şükür olsun ki, Azərbaycan parlamentində elə vəziyyət yoxdur. Milli Məclisi həmin parlamentlərlə müqayisə edəndə görürük ki, bizim parlamentimizdə elə hadisələr nadir hallarda olur. Hesab edirəm ki, qəbul etdiyimiz bu qanun gələcəkdə dəyərlərimizə daha ciddi sahiblənməyimizə, qeyri-qanuni davranışlardan uzaq olmağımıza imkan verəcək.

- Növbədənkənar parlament seçkiləri ilə bağlı yayılan xəbərlər barədə nə deyə bilərsiniz? Sədri olduğunuz YAP Nəsimi təşkilatında seçki hazırlıqlarına başlanılıbmı?

- Mənə elə gəlir ki, bu, əsası olmayan söz-söhbətdir. Növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün birincisi, heç bir zərurət yoxdur. İkincisi də bu yaxınlarda partiyamızın icra katibinin müavini Siyavuş Novruzov çox yaxşı şərh vermişdi ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əvvəlcə referendumla konstitusiyamızda dəyişiklik olmalıdır. Ona görə də bilmirəm ki, bu məlumat hardan qaynaqlanır. Bu il ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bizim partiyada erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı heç bir məlumat, heç bir tapşırıq yoxdur. Sadəcə olaraq bu il YAP bələdiyyə seçkilərinə hazırlaşacaq.

- Həbsdəki bloger Mehman Hüseynovla bağlı gedən prosesin sonunda Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etdi. Bu ay AŞ PA-da da bənzər müzakirələrin keçiriləcəyi deyilir. Ən çox səslənən sual budur ki, uzun müddətdir həbsdə olan bu gənci daha artıq müddətdə həbsdə saxlayıb da, ölkəmizə qarşı təzyiqlərə bəhanə yaratmaq nəyə lazımdır? Siz Əfv Komissiyasının üzvü kimi bununla bağlı nə deyə bilərsiniz?

- Bu, hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məsələdir. Amma hər kəsin hüququnun sərhədi başqasının hüququnun sərhədinə qədərdir. Yəni kimsə “hüququmdur” deyirsə, bununla başqasının hüququnu pozmamalıdır. Eləcə də kim olur-olsun. Adı, soyadı, vəzifəsinin fərqi yoxdur. Birincisi, düşünürəm ki, hüquq-mühafizə orqanları, məhkəmə həmişəki kimi, bu dəfə də işə obyektiv, ədalətli baxacaq. Hökumətimiz həmişə belə məsələlərdə çox humanist davranır. Artıq 20 ildən artıqdır Azərbaycanda Əfv Komissiyası var. Hələ ulu öndər Heydər Əliyevin vaxtından, bu gün də fəaliyyətini davam etdirir. Parlamentdə dəfələrlə amnistiya haqqında qərarlar qəbul olunub. Elə son illərdə Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan qərarlar minlərlə məhkuma şamil olunub. Möhtərəm prezidentimiz Heydər Əliyevə qarşı sui-qəsd hazırlayan şəxsləri, vətən xaini olanları, dövlət çevrilişində əli olan insanları əfv etdi. Düzdür, Ələkrəm Hümbətov kimi bəzi şəxslər vətəndaşlıqdan çıxarılmaqla əfv olundu.

Amma ümumilikdə demək istəyirəm ki, ən ağır cinayətlər törətmiş insanların əfv olunması ilə bağlı dövlətin iradəsi var. Bilirsiniz ki, hər il Əfv Komissiyasının iclasları keçirilir, yüzlərlə məhkumlar prezidentin fərmanı ilə əfv olunur. Bu faktlar demək üçün yetərlidir ki, günahsız insanların tutulması müzakirə mövzusu ola bilməz. Üstəlik, hansısa cinayət törətməmiş, qanunları pozmayan insanların həbsi hüquq mühafizə orqanlarının marağında deyil. Mehman Hüseynovun məsələsini niyə belə şouya çevirirlər, bu da məlum deyil. Ola bilər ki, Azərbaycandan kənar qüvvələr bunu bir şouya, Azərbaycana təzyiq metoduna çeviriblər. Əvvəllər biz buna “ikili standart” deyirdik. Artıq dünyada, beynəlxalq təşkilatlarda özlərini demokratik dəyərlər yaradıcısı, qurucusu hesab edən dövlətlərin “ikili standart”dan riyakarlıq standartlarına keçdiyini görürük. Avropa Parlamentinin son qətnaməsi də Azərbaycana qarşı “ikili standart”ın göstəricisidir. Biz neçə aydır Fransada baş verənləri - mitinqçilərə polisin zorakılığını, şiddətini də gördük.

Həmin mitinqçilərdə insan öldü. Avropa ölkəsində törədilən bu zorakılıqların, polisin aksiyaçılara qarşı törətdiyi bu şiddətin yüzdə biri, mində biri Azərbaycanda olsaydı, bütün dünya ölkəmizin üzərinə gələrdi. Amma bu olayları beynəlxalq mətbuatda heç geniş işıqlandırmadılar, hansı ki zorakılıqlar hələ də davam edir. Orta Şərqdəki hadisələr, Avropada miqrantlara qarşı qeyri-insani münasibəti həmin dairələr sanki görmürlər. Amma Azərbaycanda mikroskopla, lupa ilə hansısa proses axtarırlar ki, öz media orqanlarında tirajlasınlar. Yaxud bir çox aparıcı ölkələrin “Washington Post”un jurnalistinin ölümü ilə bağlı münasibətini gördük. Dedilər ki, ölkəmizin marağı insan haqlarından üstündür. Ancaq bütün bunların fonunda Azərbaycanla bağlı məsələlərin böyüdülməsi, hansısa ssenari hazırlanması, ölkəmizə təzyiqlər göstərilməsi üçün istifadə olunmasını heç cür qəbul etmirəm. Bizim iqtidarlı-müxalifətli bütün xalqımızın məqsədi Qarabağ torpaqlarının işğaldan azad olunmasına yönəlməlidir. Amma beynəlxalq təşkilatlar bizim dövlətimizin də, xalqımızın da mövqeyini bilir ki, nə Azərbaycan xalqı, nə dövləti, iqtidarı, dövlətimizin başçısı bir ovuc torpağını da güzəştə getməyəcək. Bunu bildikləri üçün Qarabağ probleminin həllindən xalqın, dövlətin, müvafiq qurumların diqqətini yayındırmaq üçün “sizdə insan haqları, söz azadlığı, demokratiya pozulur” kimi iddialar irəli sürməyə, süni problemlər yaratmağa çalışırlar. Beləliklə, beynəlxalq təşkilatların gündəmini Qarabağ problemi ilə doldurmaq əvəzinə, belə məsələləri müzakirəyə çıxarırlar.

- Onları bu bəhanələrdən, imkanlardan məhrum etmək mümkün deyilmi? Tanınmış məhbusları həbsdən buraxmaq olarmı?

- Mən sizin tanınmış məhbuslar ifadənizlə razılaşmıram. Həmin şəxslər haqqında süni şəkildə elə bizim Avropadakı azərbaycanlıların iştirakı ilə belə rəy yaradılıb, tanınmışa çevriliblər.

- “Siyasi məhbus” adlandırılırlar...

- Beynəlxalq təşkilatlar sonda siyasi məhbusun tərifini verə bilmədilər. Mən 20 ildir Əfv Komissiyasının üzvüyəm. İnanın ki, cəzaçəkmə müəssisələrində ehtiyatsızlıqdan, qəzadan o qədər gənclər cəza çəkir... Elələri var təsadüfən qəza törədib, kiməsə xəsarət yetirib, həbsdə yatır. Mən bir dənə elə insanları müdafiə edən, “bu adam cinayətkar deyil, qəzavü-qədərdir başına gəlib” deyərək onları müdafiə edən görmədim. Amma təbii ki, müraciət olunarsa, Əfv Komissiyası sizin dediyiniz şəxslərin də müraciətinə baxa bilər. Elə komissiyanın mövcudluğu cinayət törətmiş, qanunu törətmiş hansısa insanın müraciətinə humanistcəsinə yanaşmaqdan ibarətdir.

- Bu yaxınlarda komitə sədri Siyavuş Novruzov da konkret olaraq bloger Mehman Hüseynovdan danışarkən təqribən belə demişdi ki, “İlqar Məmmədov həbsdən çıxdı, nə etdi ki, Mehman çıxıb nə etsin?” Hesab etmirsinizmi ki, həbsdə olanda onların adı daha çox tirajlanır, bu həbslərdən ölkəmizə qarşı sui-istifadə olunur?

- Tam razıyam. Bəli, onlardan sui-istifadə edilir. Açığı, mən Əfv Komissiyasında olduğum üçün ancaq komissiyaya müraciətlərlə maraqlanıram. Biz hüquq mühafizə orqanları, yaxud məhkəmənin işinə müdaxilə edə bilmərik. Bizim komissiyaya məhkum, yaxud ailə üzvləri tərəfindən müraciət də olmayıb. Müraciət olarsa, təbii ki, baxacağıq. Amma məncə, bu, çox sadə məsələdir və işi müşkülə çevirməyə heç kimin əsası yoxdur. Prosedur qaydada yəqin ki, məsələ öz həllini tapacaq.

- Ölkədə islahatlarla bağlı proseslər gedir. Beynəlxalq miqyasda da islahatlar təqdir olunur, hətta Azərbaycan bir sıra hesabatlarda xeyli irəliləyib, məsələn, Dünya Bankının “Duinq biznes” hesabatında 25-ci pilləyə qalxıb. Bir sıra hallarda uğurlu iqtisadi islahatlara məhbus məsələsi hardasa xələl gətirir, erməni lobbisi bu faktdan ölkəmizə qarşı istifadə edir. Bu mənada 2020-ci ilə siyasi motivlərlə həbs edilmiş məhbuslarsız adlaya bilərikmi?

- Mən bir daha qeyd edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Fikrimcə, yuxarıdakı qeydlər məsələyə birtərəfli yanaşmaqdır. Düzdür, bu məsələlərdən bəzi ermənipərəstlər təşkilatlar öz maraqları üçün istifadə etməyə çalışırlar. Amma mən YAP-ın Nəsimi təşkilatının sədriyəm. YAP-ın üzvü olan insanlar var ki, hansısa formada qəzaya görə, yaxud iş xətası, ya rüşvət səbəbindən həbs olunub. Bəs, nədən onları siyasiləşdirmirlər? Bu da partiya üzvüdür, hətta səlahiyyət sahibi olub. Amma Mehman Hüseynovun məsələsini siyasiləşdirirlər. Azərbaycanın güclü iqtidarı, dövlətçiliyi qarşısında Mehman və onun kimi şəxslər nə edə bilər ki? Yuxarıda deputatlardan bəhs etdik. Əgər biz deputatı mühakimə ediriksə, parlamentarlar haqqında sərt qanun qəbul olunursa, jurnalist də, digər peşə sahibləri də qanuna riayət etməlidir. Ona görə də mən bu kimi məsələlərin qanun çərçivəsində, uzadılmadan həllinin tərəfdarıyam. Sübut olunacaqsa ki, bunun heç bir günahı yoxdur, buraxılacaq, yaxud əksinə...Bildiyim qədər Mehman Hüseynov Ombudsmana müraciət edib. Amma o, indiki durumu ilə bağlı hər hansı şikayəti, narahatlığı varsa, özü, yaxın ailə üzvləri Əfv Komissiyasının üzvlərinə, yaxud millət vəkillərinə müraciət edə bilər. Əgər müraciət edərsə, biz komissiyanın səlahiyyətli üzvləri kimi ciddi şəkildə araşdıra bilərik. Bütün məhkumlarla bağlı bunu etmək bizim borcumuzdur və hər kəs üçün edirik.

- Novruz ərəfəsində əfv gözlənilirmi?

- Komissiya üzvləri xeyli müraciətlər alıb. Şəxsən mənə də müraciətlər edilib, onların üzərində işləyirik. Bilirsiniz ki, ərizənin daxil olması ilə iş bitmir, sənədlərin hazırlanması məsələsi var. Məhkumun həbsxanadakı fəaliyyəti, özünü necə aparması, tutduğu əməldən peşman olub-olmaması araşdırılır. Amma əfv fərmanı möhtərəm prezidentimizin səlahiyyətindədir.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilərin təxribatı baş tutmadı: Cengizin transferinə mane ola bilmədilər - DETALLAR
Bu gün, 16:33
"Oğuz-Məişət" ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 16:32
Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər - İLGİNC FAKTLAR...
Bu gün, 16:28
“Buna görə bəzən övladlarım da mənə irad tutur”
Bu gün, 16:17
Deputatdan Ayaz Salayevə ağır sözlər: - “Manqurt…”
Bu gün, 16:12
Qaradağ və Şirvana yeni polis rəisi dəyin olundu - ƏMR
Bu gün, 16:08
"Rabitəbank"da yeni baş direktor təyin edilib - ƏMR
Bu gün, 16:06
Xocalı soyqırımını etiraf edən erməni generalın sözlərini yenidən ictimailəşdirən gürcü bloger ölümlə təhdid olunur - VİDEO
Bu gün, 16:04
Martın 10-a qədər... - Ekstrasensdən proqnoz
Bu gün, 15:39
2.5 milyon manatlıq “Aqroinnova” şirkəti kapitalını azaldır
Bu gün, 15:37
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru