Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                     İrəvan "ölü diriltmək" istəyir .....                     Tanınmış həkim dünyasını dəyişdi .....                     Nizam Osmanov dindirilən işdə hökm çıxdı .....                     Dövlət adından oynanan QUMAR... .....                 

“Əli Kərimli miopiya xəstəliyinə tutulub və çətin ki, sağala”
Tarix: 23-01-2019, 08:31 | Çap et
 “Əli Kərimli miopiya xəstəliyinə tutulub və çətin ki, sağala”
“Sonuncu mitinqlərində onlar əsl niyyətlərini ortaya qoyub paytaxtda asayişi pozmağa, iğtişaşlar yaratmağa cəhdlər etdilər. Sözsüz ki, bu cür qanunazidd hərəkətlərin qarşısı tərəfimizdən yerindəcə alındı. Ona görə də belələrinə kütləni idarə edə biləcəkləri vaxtadək hər hansı toplantı keçirməyə icazə verilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti qarşısında vəsatət qaldıracağam”. Bu fikirləri Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov “Report”a müsahibəsində deyib.

Generalın sözlərinə görə, Bakıda sabitliyi pozmaq, kütləvi iğtişaşlarla aranı qarışdırmaq, polislə bilərəkdən qarşıdurma yaratmaqla öz antimilli məqsədlərini reallaşdırmaq istəyən müəyyən destruktiv qüvvələrin, o cümlədən Ə.Kərimli və onun tərəfdarlarının hüquqazidd əməllərinin qarşısı bundan sonra da qətiyyətlə alınacaq:

“Bakı polis qarnizonunun bütün şəxsi heyəti paytaxtımızda asayişin, əmin-amanlığın davamlı olması üçün digər hüquq-mühafizə orqanları ilə birlikdə bütün lazımi tədbirləri həyata keçirəcək”.

Milli Şuranın 19 yanvar mitinqi ilə bağlı digər bir diqqət çəkən fikirləri isə ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, 19 yanvar mitinqinin məqsədi rus qoşunlarının 20 Yanvar gecəsi törətdiyi cinayətləri ikinci planda saxlamaq idi və Milli Şuranın keçirdiyi mitinqdə 20 Yanvarla bağlı, rusların əleyhinə bəyanat olmadı: “Qarabağ mitinqi ruspərəstlərin əleyhinədir. Amma Mehman Hüseynova azadlıq tələbi ilə mitinq keçirilməsi onların indiki məqamda, özü də 19 yanvarda maraqlarına uyğundur. Qarabağa azadlıq tələbi ilə mitinq keçirilməsinə qoymurlar, amma 19-da ”Mehmana azadlıq" aksiyasına icazə verilir. Qarabağın azadlığı vacibdir, yoxsa Mehmanın? Mən demirəm ki, Mehman azad olunmasın. Amma sən niyə Qarabağ mitinqini ikinci dərəcəli sayırsan, icazə vermirsən?"

KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu isə “Yeni Müsavat”a bildirdi ki, partiyanın mitinqdə səslənən şüarları dəstəkləyən bəyanatı olub, lakin iştirakla bağlı Milli Şuradan onlara heç bir müraciət olmayıb.

Onun sözlərinə görə, 26 yanvar mitinqi ilə bağlı partiya rəhbərliyi ilə müzakirə aparılandan sonra iştirak haqda qərar açıqlana bilər.

X.Teyyublu S.Cəlaloğlunun fikirlərinə münasibət bildirərkən 19 yanvar mitinqinin məhz ruspərəstlərin işi olması iddialarını belə şərh edib: “Bu, Sərdar bəyin fikridir. 19 yanvar mitinqinə Avropa Parlamentinin qətnaməsini yumşaltmaq üçün razılıq verildi.

Ölkədə ümumxalq birliyinə zərurət var. Regionda Qarabağla bağlı Ermənistanın hazırkı durumu siyasi müxalifətin birgə fəaliyyətini zəruri edir. Ölkədə aktiv vətəndaşlar siyasi partiyalarda cəmlənib. Bu düşərgə Azərbaycanda siyasi-sosial rifah naminə birgə addımlamalıdır. Yarımçıq proses cəmiyyətdə inamsızlıq, qorxu yarada bilər. Əgər şimal qonşudan ciddi müdaxilə olarsa, siyasi müxalifət istiqlalın dayanıqlı olması üçün birlik göstərməlidir".

Yeni AXCP-nin sədri Razi Nurullayev isə geniş həcmli məqalə ilə çıxış edərək yazıb ki, Əli Kərimlinin taktikası qısamüddətli və ani nəticələrə xidmət edir: “Bu üsul uzunmüddətli nəticələrə apara bilməz və bunun ən böyük sübutu onun 1988-ci illərin sonlarından mübarizə meydanında olması, hələ də eyni metod və taktikalardan istifadəsidir. Özünəvurğunluq, kütlə qarşısında özünü kral kimi görmə hissi, siyasi çəkisi və şəxsi maraqlarına xidmət edən gedişləri xalqın istəyinə və narazılığına bağlamaq cəhdi”. R.Nurullayev qeyd edib ki, bu siyasətçi uzağı görə bilmir: ”Miopiya (uzağı görməmə xəstəliyi) xəstəliyinə tutulub və çətin ki, sağala. Ona yaxın duranları da bu xəstəliyə yoluxdurur. Xəstələnmək istəməyənlər isə ondan uzaq gəzir.

Bizə mübarizə lazımdır. Lazımdır ki, 50 min, 100 min adam mitinqə gəlsin. Siyasi mübarizədə mitinq də lazımdır, həbslər də olacaq, məhrumiyyətlər də.

Bundan qaçan da yoxdur. Amma miopiya xəstəliyinə tutulan adam 2011-ci ildə etdiyi səhvləri bu gün də etməkdədir. Hakimiyyəti saxlaya bilmədiniz. İndi gənclərə deyirsiniz ki, itirdiyimiz və ya xəyanətlə verdiyimiz hakimiyyəti bizə qaytarın. Axı sən də dövlət katibi idin. Heçmi məsuliyyət daşımırsan? Necə olur ki, hər daşın altına girib çıxırsan, amma əzilmirsən? Yanan ocağa girirsən, oradan da sağ-salamat çıxırsan.

Sən “Taxt oyunları” serialının Deneris Tarqarieni deyilsən ki, üç əjdaha yumurtası ilə ocağa girib sabahı külün içindən nəinki özün salamat çıxasan, hələ bir yanına üç dənə də əjdaha balası salıb gətirəsən!"

Deputat Musa Quliyev isə sia.az-a bildirib ki, mənasız şüarlarla mitinq keçirməyə ehtiyac yoxdur: “Bakı Şəhər İcra Hakimiyyəti də mitinqi razılaşdırarkən, onun ictimai əhəmiyyətinə baxmalıdır. Əgər hər hansı ciddi şüarla ortaya çıxarlarsa, buyurub mitinqlərini edə bilərlər. Lakin hər dəfə eyni çeynənmiş şüarlar və 90-cı illərdən qalan, kiflənmiş fikirlərlə ortaya çıxıb, özlərini təzədən cəmiyyətə təqdim etmək kimi uğursuz cəhdlərin heç bir mənası yoxdur və müvafiq qurumlar ictimai asayişi pozacaq fəaliyyətə yol verməməlidirlər”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
“Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51
SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48
İşçiyə vurulan ziyana görə... - Ekspert danışır...
Bu gün, 10:42
“Bakı Metropoliteni”nin sədrinə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru