Əli Kərimli “döyər”, yoxsa İlqar Məmmədov?
Tarix: 29-01-2019, 09:26 | Çap et
 Son zamanlar AXCP sədri Əli Kərimli ilə REAL Partiyasının sədri İlqar Məmmədov sosial şəbəkələrdə daha çox müqayisə edilməyə başlayıb. Xüsusilə bu hal Milli Şuranın 19 yanvar mitinqindən sonra daha çox güclənməyə başlayıb.
Həmin mitinqdə hər iki siyasi lider ilk dəfə tribunada yanaşı dayandılar. Onların çıxışları zamanı İ.Məmmədovun çıxışının Ə.Kərimli ilə müqayisədə sönük görünməsi çoxsaylı müzakirələrə yol açdı, virtual savaş qızışdı. Hər iki partiyanın tərəfdarları öz liderlərinin digərindən güclü olduğu yönündə müqayisələr aparmağa başladılar. Hazırda bu müqayisə səngimək əvəzinə getdikcə güclənir.
Əslində İ.Məmmədov həbsdə olduğu vaxtdan tez-tez belə müqayisələr yaranırdı. Hətta bir neçə dəfə hər iki siyasətçi arasında sorğular belə təşkil olunmuş və o sorğularda daha çox həbsxana amilinə görə REAL rəhbəri qalib gəlmişdi. Amma İ.Məmmədov ötən ilin avqustunda azadlığa çıxdıqdan sonra dəngələr bir anda dəyişməyə başladı...
Siyasi şərhçi Natiq Miri “Yeni Müsavat”a açıqlamasında Ə.Kərimli-İ.Məmmədov müqayisəsinə bu cür şərh verdi: “Bu liderlərin keyfiyyətləri onların məşğul olduqları siyasətdə nəticələri ilə ölçülür. Təbii ki, bu gün AXCP sədri Əli Kərimlinin fəaliyyətini götürsək, bu daha uzunmüddətlidir. Açığı, cəmiyyətin müəyyən təbəqəsi tərəfindən az və ya çox dərəcədə dəstəklənir. Ortada müsbət mənada bir nəticə yoxdursa, 1993-cü ildən, yəni Xalq Cəbhəsi hakimiyyəti devriləndən sonra müxalifət düşərgəsində müxalif lider uğrunda mübarizə aparırsa, burada hansısa bir keyfiyyətdən danışmaq doğru olmazdı. Eyni söz İlqar Məmmədova da aiddir. Çünki REAL Partiyasının sədri bilavasitə AMİP kimi böyük bir partiyanın vaxtilə sədr müavini olub. O da artıq demək olar ki, 30 ilə yaxındır siyasi səhnədədir. Bu siyasi səhnədə olduğu sürəcdə onun adı ilə diqqətləri cəlb edəcək, yaxud ciddi siyasi nəticələr doğura biləcək bir gəlişmə görməmişik. Bütün bunlar onu deməyə əsas verir ki, bundan sonra bu yöndə hər iki siyasi liderdən ciddi mənada nələrsə gözləmək ciddi qəbul oluna bilməz. Biz bunu cəmiyyətin həmin liderlərə münasibətində də görürük. Bilirsiniz ki, cəmiyyətdə hər iki liderə münasibət birmənalı deyil. Bu baxımdan əgər indiki siyasi mübarizə kontekstində düşünürüksə, yeni bir siyasi təşkilata ehtiyac var. Burada söhbət hansısa bir partiya qurmaqdan getmir. Müasir təşkilatlanmadan, yeni bir ideoloji fikirlərin ortaya atılmasından doğan yeni bir liderin olmasına ehtiyac var. Hələlik biz bu gün bunları görmürük.
Bu məsuliyyəti üzərinə götürən hər hansı bir siyasi lideri də müşahidə etmirik. Bilirsiniz ki, indi siyasi nəticələr almaqdan daha çox ölkə daxilində hakimiyyətin müəyyən qanadından maliyyə almaq və xaricdəki bəzi qüvvələrdən, beynəlxalq təşkilatlardan qrantlar almaq fəaliyyəti ilə məşğul olma halları daha çoxdur. O da məlumdur ki, bu liderlər daha çox bu yöndə tanınırlar. Bunun üçün də müxalifət daxilində dağıdıcı, parçalayıcı siyasi amil olaraq xatırlanırlar. Ona görə də müxalifətdə səmimi, bu dağıdıcılıqdan uzaq duran bir siyasətçiyə ölkəmizdə çox böyük bir ehtiyac var. Çox təəssüflər olsun ki, biz hələ ki bunu müşahidə etmirik.
Bu gün Azərbaycanda gedən bütün siyasi proseslərin arxasında dolayısı ilə, yaxud da birbaşa ölkə hakimiyyəti dayanır. Bunu Azərbaycanda hesablamayan, bilməyən yoxdur. Ona görə də bu gün əli hakimiyyətin cibində olan şəxsləri ölkə ictimaiyyətini idarə edəcək, toparlayacaq şəkildə düşünmək doğru olmazdı. Düşünürəm ki, yeni idarəetmə formatında ortaya çıxan, cəmiyyəti toparlayan şəxslər liderliyə iddia edə bilərlər. Əks təqdirdə, düşünmürəm ki, Azərbaycan toplumu bu gün bu liderlərə inanaraq, onların arxasınca gedəcək. Hər iki liderin fonunda gələcək perspektiv də görmürəm. Sadəcə, nə qədər mümkündürsə, hakimiyyət içərisindən bu şəxslərə müəyyən maraqlar nə qədər mövcuddursa, ona qədər bu siyasi liderlər fəaliyyət göstərib, müəyyən manipulyasiyalarla müəyyən maliyyələr əldə edəcəklər. Hakimiyyət bundan imtina etdiyi təqdirdə bu siyasi liderlərin bitəcəyini düşünürəm. Çünki cəmiyyət bu şəxsləri onsuz da birmənalı olaraq qəbul etmir. Çox kiçik zümrə var ki, bunların ətrafında müəyyən maraqlar naminə birləşib fəaliyyət göstərirlər. Onların sayı da çox deyil. Bu narazı elektorat da Azərbaycanda nəyisə dəyişəcək gücdə deyil”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09 |
|
|
|
• “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02 |
|
|
|
• Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49 |
|
|
|
• "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48 |
|
|
|
• Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31 |
|
|
|
• Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26 |
|
|
|
• Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25 |
|
|
|
• Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22 |
|
|
|
• “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17 |
|
|
|
• Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12 |
|
|
|
• Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11 |
|
|
|
• Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05 |
|
|
|
• "Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57 |
|
|
|
• "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55 |
|
|
|
• Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51 |
|
|
|
• Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48 |
|
|
|
• İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45 |
|
|
|
• Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42 |
|
|
|
• Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31 |
|
|
|
• "Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22 |
|
|
|
• Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17 |
|
|
|
• Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16 |
|
|
|
• “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15 |
|
|
|
• General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13 |
|
|
|
• Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12 |
|
|
|
• Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10 |
|
|
|
• Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42 |
|
|
|
• Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40 |
|
|
|
• Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38 |
|
|
|
• Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36 |
|
|
|
• Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35 |
|
|
|
• "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19 |
|
|
|
• Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14 |
|
|
|
• Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12 |
|
|
|
• Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05 |
|
|
|
• İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00 |
|
|
|
• Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58 |
|
|
|
• Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57 |
|
|
|
• Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53 |
|
|
|
• ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45 |
|
|
|
• Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12 |
|
|
|
• Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09 |
|
|
|
• Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06 |
|
|
|
• "Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58 |
|
|
|
• "Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56 |
|
|
|
• “Moon Kids” uşaq bağçasında dələduzluqla bağlı məhkəmə: - "Niyyətim iş qurmaq idi..."
Bu gün, 10:51 |
|
|
|
• SOCAR-da nə qədər vəzifə tutursansa... O QƏDƏRMİ MAAŞ ALIRSAN? - AY MAŞALLAH...
Bu gün, 10:48 |
|
|
|
|