Zaqatalada “Makler İsa” ilə bacarmırlar .....                     Zelenski "gizli kartları" niyə açdı? .....                     MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? .....                     “Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... .....                     Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib .....                     "Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." .....                     Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır .....                     Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? .....                     Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi .....                     Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... .....                     “Aztech and Tegeta Motors”un rəhbəri dəyişib .....                     Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi .....                     Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik .....                     Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? .....                     "Münasibətlərdə gərginliklər ola bilər, olur da... .....                     "Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı .....                     Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək .....                     Misir Mərdanov rus “sektoru”ndan danışdı: .....                     İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir .....                     Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar .....                     Kiyevdə danışıqlar “yüksək tonda” keçib .....                     "Maşını həyətdən tərpədə bilmədim" .....                     Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib .....                     Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir .....                     Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib .....                     “Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət .....                     General-mayorun oğlu vəfat etdi .....                     Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib .....                     Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək .....                     Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? .....                     Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib .....                     Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? .....                     Öcalanın çağırış edəcəyi tarix açıqlandı .....                     Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu .....                     "SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub .....                     Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... .....                     “Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT .....                     Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir .....                     Miqrasiya Xidməti QAYNADI VƏ... .....                     Buralar da RUSDAN QALIB... .....                 

"Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar" - deputat
Tarix: 31-01-2019, 09:28 | Çap et
"Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar"
Azərbaycanın da daxil olduğu regiondakı bir sıra ölkələrdə və dünyanın müxtəlif yerlərində çox çətin proseslərin getdiyi, həmin ölkələrin ən böyük problem kimi qeyri-sabitlikdən əziyyət çəkdiyi məlumdur. Bu cür ölkələri siyasi, iqtisadi, sosial böhran, iqtisadi çətinliklər, sosial narazılıqlar, qanlı toqquşmalar sarsıdır. Prosesləri izlədikdə belə mənzərə yaranır ki, sabitliyin pozulduğu dövlətlərin sayı getdikcə artır.

Azərbaycan isə bir sabitlik adasıdır. Azərbaycan bölgədə də sabitləşdirici rol oynayır. Yəni, bizim sabitliyimiz bölgəyə də müsbət təsir göstərir. Azərbaycan bütün bu böhranlı illərə baxmayaraq, sabitliyini, təhlükəsizliyini qoruyub saxlaya bilib.

Artıq dünyanın bir sıra nüfuzlu təşkilatları, siyasi ekspertləri dünyadakı bu qədər mürəkkəb proseslərin getdiyi illərdə Azərbaycanın sabitliyi, təhlükəsizliyi necə qoruyub saxlaya bildiyi, bunun səbəbləri barədə araşdırmalar belə aparırlar.

Bu barədə “Yeni Müsavat”a açıqlamasında deputat Fəzail Ağamalı bildirdi ki, bunun səbəbi çox aydındır. Bunun səbəbi düşünülmüş, xalqın rifah halının yaxşılaşdırılmasına yönəlmiş siyasət və xalqla Azərbaycan prezidenti İlham Əliyev arasında olan birlikdir: “Budur, bizim uğurlarımızın əsas səbəbləri. Azərbaycan dövlətinin gücü hər bir vətəndaşa xidmət göstərməsidir. Eyni zamanda hər bir vətəndaşın öz doğma Vətəninə olan sevgisi, onun əməyi dövlət gücümüzü artırır. Bütün bu işlər bir-biri ilə sıx bağlıdır. Ölkəmizdə davamlı və əsaslı sabitliyin, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan amil Azərbaycan xalqı ilə prezidentinin sıx birliyi, ittifaqıdır. Azərbaycan prezidentinin Azərbaycan xalqının milli maraqlarına bütün varlığı ilə xidmət etməsi bu birliyi yaradıb, bu birliyi sarsılmaz edib”.

Deputat qeyd etdi ki, 1988-ci ildən başlayaraq müstəqilliyimizin əldə olunmasına və ondan sonrakı 1993-cü il 4 iyun qiyamına qədərki dövrdə xalq son dərəcə fəlakətli bir duruma düşüb: “Xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra o, müasir Azərbaycan dövlətinin əsasını qoydu. Yəni bugünkü sabitliyimizin, yüksək səviyyədə inkişafımızın və təhlükəsizliyimizin əsası Heydər Əliyev siyasi hakimiyyətə gəldiyi gündən qoyuldu. Heydər Əliyev 2003-cü ilə qədər ciddi xarakter daşıyan, bütün tələbləri özündə ehtiva edən və edəcək dövlət yarada bildi. Bu, həm ölkə daxilində aparılan siyasətlə, eyni zamanda balanslaşmış xarici siyasətlə bağlı idi. Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Davos Forumunda bir çox dəqiq ifadəsi oldu. Prezident söylədi ki, bizim xarici siyasətimiz Azərbaycanda daxili siyasətimizin, sabitliyimizin təminatçısı kimi çıxış edir. Bütün bunların əsası dünyamiqyaslı siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Ondan sonra 2003-cü ildə prezident seçilən İlham Əliyev keçən zaman kəsiyində həmin fundamental prinsiplərə söykənərək Azərbaycan dövlətini daha da möhkəmləndirdi, gücləndirdi, ulu öndər Heydər Əliyevin cızmış olduğu yol xəritəsinə uyğun olaraq öz siyasətini yüksək səviyyədə qura bildi. Bu siyasətin mahiyyətində Azərbaycan xalqının, dövlətinin maraqları dayanır. Ölkə prezidenti hər zaman çıxışlarında bəyan edir ki, prezidentdən başlamış aşağı vəzifəli məmurlara qədər hər kəs xalqın xidmətində dayanmalıdır. İki gün öncə prezident bu fikriləri bir daha bəyan edərək söylədi ki, bu xidmətdən şəxsən o, şərəf duyur. Bax, budur ölkə prezidentinin uğurlarının, Azərbaycanın sabitlik, təhlükəsizlik məkanına çevrilməsinin vacib şərtlərindən biri”.

F.Ağamalı onu da dedi ki, anti-Azərbaycan qüvvələri dövlətimizi zəiflətməyə çalışır: “Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələrin içərisində həm xaricdə, həm daxildə antimilli qüvvələr yer alır. Onlar Azərbaycanı zəiflətməyə, xaosa çevirməyə çalışırlar. Lakin buna nail ola bilmirlər. Çünki bunun başlıca səbəbi ölkə prezidenti ilə xalqın sarsılmaz birliyidir. Bütün uğurlarımızın başlıca amili bununla bağlıdır-xalqın prezidentə yüksək səviyyədə inamı, etimadı və prezidentin də bu etimadın birmənalı şəkildə doğrultması. Bu var olduqca Azərbaycanda sabitlik sarsılmaz olacaq. Bu amil Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldıracaq. Şübhə etmirəm ki, bu amil Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını təmin edəcək. Bu amil ölkəmizi dünya miqyasında xüsusi söz sahibi edəcək. Sabitlik olan yerdə inkişaf, tərəqqi var”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zaqatalada “Makler İsa” ilə bacarmırlar - “200 mini Qurban Qurbanovun qardaşı vermişdi”
Bu gün, 15:17
Zelenski "gizli kartları" niyə açdı? - İNCƏLƏMƏ
Bu gün, 15:14
MİDA-nın 5 aylıq tender məlumatları niyə yoxa çıxıb? - ARAŞDIRMA
Bu gün, 15:09
“Gold Məkan” üçün NƏ QANUN VAR... NƏ QAYDA... - BU DA FAKT!
Bu gün, 15:02
Moskva ilə Kiyev Kursk vilayəti sakinlərinin təxliyəsi ilə bağlı razılıq əldə edib
Bu gün, 14:49
"Hara müraciət edirəmsə, heç bir köməklik olunmur...." - GİLEY
Bu gün, 14:48
Ukrayna və Avropa danışıqlar masası arxasında olmalıdır - Zelenski
Bu gün, 14:31
Avropa İttifaqının “missiya”sı bölgədən nə vaxt çıxacaq? - AKTUAL
Bu gün, 14:26
Kişiyə arvadının sevgilisi tələb qoydu, gecəyarısı qanlı olay baş verdi - TƏFƏRRÜAT
Bu gün, 14:25
Əmrullayevdən anlaşılmaz QAR QƏRARI... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:22
“Aztech and Tegeta Motors”un rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 14:17
Yarım milyonluq “Büllur” ASC-nin səhmdarı ləğv qərarı verdi - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
Bu gün, 14:12
Almaniyanın yeni hökumətinin Rusiyaya yanaşmasının dəyişəcəyinə ümid edirik - Peskov
Bu gün, 14:11
Fərid Hüseynovu Ramin Abdullayev təkrar işə götürüb: Əcəba niyə? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 14:05
"Münasibətlərdə gərginliklər ola bilər, olur da... - Amma ABŞ heç vaxt buna getməz"
Bu gün, 13:57
"Oğurluq etmə" sözünə qıcıqlandı, 2 viski oğurladı - 2 aylıq həbs olundu
Bu gün, 13:55
Makron Trampa Avropa qüvvələrinin Ukraynada yerləşdirilməsi planını təklif edəcək
Bu gün, 13:51
Misir Mərdanov rus “sektoru”ndan danışdı: - “Nazir olanda, mənim üçün çox ağır oldu”
Bu gün, 13:48
İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir - 80 min borcu var
Bu gün, 13:45
Saxta həkimlərə printerdə saxta lisenziyalar çıxarırlar – Şok gerçəklər
Bu gün, 13:42
Kiyevdə danışıqlar “yüksək tonda” keçib
Bu gün, 13:31
"Maşını həyətdən tərpədə bilmədim" - VİDEO
Bu gün, 13:24
Rusiya ordusu Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsi ələ keçirib
Bu gün, 13:22
Niyazi Mehdi yenidən xəstəxanaya yerləşdirilir - Oğlu danışdı
Bu gün, 13:17
Aİ Rusiyanın bir sıra aeroport və limanlarına qarşı sanksiyalar tətbiq edib - Rusiya KİV-i
Bu gün, 13:16
“Gürcü Arzusu” ilə gürcülərin arzusu arasında ziddiyyət – Şou davam edir
Bu gün, 13:15
General-mayorun oğlu vəfat etdi - FOTO
Bu gün, 13:13
Rusiya və Türkiyə xarici işlər nazirləri Cənubi Qafqazı müzakirə edib
Bu gün, 13:12
Sabah 25 dərəcə şaxta olacaq, yolların buz bağlaması davam edəcək - belə deyirlər...
Bu gün, 13:10
Nüvə gücünün lideri Bakıda: o, niyə gəlib? – Detallar
Bu gün, 12:42
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib - DİQQƏT
Bu gün, 12:40
Avropa ölkələrində minimum əməkhaqqı nə qədərdir? - SİYAHI
Bu gün, 12:38
Öcalanın çağırış edəcəyi tarix açıqlandı – Hansı mesaj veriləcək?
Bu gün, 12:36
Rusiya və ABŞ-la münasibəti pozdu, İrandan təcrid olundu - Paşinyanın son ümidi kimədir?
Bu gün, 12:35
"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 12:28
Muxtar Babayev ETSN-nin sonuncu naziri kimi... - GƏLİŞMƏ
Bu gün, 12:27
“Azərbaycan Dəmir Yolları”nda YENİ TƏYİNAT - ƏMR
Bu gün, 12:19
Sabunçu rayonunda 2 gündə 15 nəfər spirtdən zəhərlənərək ölüb, istintaq gedir - Baş Prokurorluq
Bu gün, 12:14
Miqrasiya Xidməti QAYNADI VƏ... - TEZ DƏ SÖNDÜ...
Bu gün, 12:12
Buralar da RUSDAN QALIB... - İLGİNC...
Bu gün, 12:05
İrəvan "ölü diriltmək" istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:00
Tanınmış həkim dünyasını dəyişdi
Bu gün, 11:58
Nizam Osmanov dindirilən işdə hökm çıxdı - 250 minə şərti cəza
Bu gün, 11:57
Dövlət adından oynanan QUMAR... - «Poz-qazan»ın sirri açılır…
Bu gün, 11:53
ABŞ və Ukrayna: sülh, yoxsa təzyiq? - NƏ BAŞ VERİR?
Bu gün, 11:45
Baki qardan təmizlənir - FOTO
Bu gün, 11:12
Göyçay sakini HƏDƏLƏNDİYİNİ DEYİR - VİDEOMÜRACİƏT
Bu gün, 11:09
Bütün Qafqazın Şeyxi XƏSTƏLƏNİB - Hal-hazırda...
Bu gün, 11:06
"Amerikanın Səsi"nin müxbir akkreditasiyası ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:58
"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib - AÇIQLAMA
Bu gün, 10:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru