Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... .....                     ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib .....                     “Baydenin dövründə Azərbaycan 4 il itirdi” .....                     Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? .....                     Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb .....                     London Kiyevə yeni hərbi yardım paketi ayırır .....                     “Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı .....                     "Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" .....                     Tramp-Putin razılaşması Bakıdan necə görünür .....                     Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar .....                     Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir .....                     Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? .....                     Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... .....                     Zelenski Trampla danışıqlarını açıqladı: .....                     “Kiyevdə dəhşət, Moskvada sevinc” .....                     Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb .....                     Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü .....                     MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin .....                     Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib? .....                     “İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” .....                     "Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" .....                     "Niyam məni işdən çıxardıb, yalan danışmasın" .....                     Qalmaqal böyüyür: .....                     Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? .....                     "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" .....                     Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... .....                     "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" .....                     Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü .....                     Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb .....                     Əfv Məsələləri Komissiyasının iclası keçirilib .....                     “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... .....                     Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? .....                     Trampdan dünyanı şoka salan QƏRAR .....                     “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” .....                     Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər .....                     Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                 

"Gərəkərsə, qeyri-hökumət təşkilatlarına, partiya fəallarına da çağırış etmək lazımdır ki..." - deputat
Tarix: 23-10-2020, 08:18 | Çap et
"Gərəkərsə, qeyri-hökumət təşkilatlarına, partiya fəallarına da çağırış etmək lazımdır ki..."
Azərbaycanda koronavirusa yoluxma sayının pik həddə çatması ciddi narahat olmağa zəmin yaradır. Hazırda ölkəmizdə həm yoluxma sayı yüksəlib, həm də cəbhə bölgəsində şiddətli döyüşlər gedir. Bu məqamda xəstəxanalarda COVID-19-a yoluxanların sayının yenidən artması yolverilməzdir. Bəs görəsən, pandemiya ilə bağlı daha sərt addımlar atılacaqmı?

Bu barədə “Yeni Müsavat”a danışan deputat Musa Quliyev bildirib ki, hazırda olduqca təhlükəli vəziyyət yaranıb: “Yoluxma sayının belə artmasının ciddi fəsadları ola bilər. Nəzərə alsaq ki, noyabr-dekabr aylarında havalar soyuyacaqdır, bunun həm iqtisadi, həm tibbi, həm də sosial fəsadları qaçılmazdır. Ona görə də dövlət tərəfindən lazımi tədbirlər görülür. Xəstəlik aşkar olunan şəxslərin müalicəsi, profilaktik nəzarəti təmin olunur. Lazımi klinikalarda şərait var, modul tipli klinikalar da açılıb. Bizim 7-8 minə yaxın ehtiyat yerimiz var. Bakı metrosunun müvəqqəti bağlanması, təhsil müəssisələrinin iki həftəlik tətilə çıxması, iş rejiminin yüngülləşdirilməsi, insanların müəyyən qrafiklərdə işə çıxması hökumətin gördüyü tədbirlərdir. Eyni zamanda insanların məsuliyyət hissinin azalması bizi daha çox narahat etməlidir. Müşahidələr göstərir ki, aprel, may, iyun, iyul aylarında insanlarda məsuliyyət daha çox idi, həm bir-birini, həm də özünü qoruma vərdişləri kifayət qədər yüksək idi. Avqust-sentyabr ayında azalma başlayan kimi elə düşündülər ki, daha koronavirus ölkədə bitdi. Mən hesab edirəm ki, həm kütləvi informasiya vasitələrində, həm də televiziyalarda maarifləndirmə işləri aparılmalıdır. Polislərin iştirakı ilə qapalı məkanlarda yenə də reydlər keçirilməlidir.

Qapalı müəssisələrdə maska rejiminin qorunması ilə bağlı, avtobuslarda sıxlığın azaldılması ilə əlaqədar tədbirlər görülməlidir. Eyni zamanda cərimə sanksiyaları da real şəkildə işləməlidir. Düzdür, indi müharibə dövrüdür, insanlarımızın müəyyən hissəsinin əhval-ruhiyyəsi orduya köklənib. Amma bu bizə əsas vermir ki, arxa cəbhədə düşmən olan koronavirusla mübarizəni də zəiflədək. Gərəkərsə, qeyri-hökumət təşkilatlarına, partiya fəallarına da çağırış etmək lazımdır ki, onlar da ”drujina"lar təşkil etsinlər. Bizim kifayət qədər ciddi ehtiyatlarımız var, amma heç bir ehtiyat sonsuz deyil. Əgər bu şəkildə davam edərsə, 700-ün üzərində olan yoluxma bir neçə gün də davam edərsə, sonradan ciddi çətinliklərlə rastlaşa bilərik. Nəzərə alaq ki, tibb personalımızın böyük əksəriyyəti cəbhədə olan yaralılarımza kömək etməklə bağlı ciddi şəkildə məşğuldur. Ona görə də hesab edirəm ki, bütün KİV-lərdə, TV-lərdə həyəcan təbili çalmağın vaxtıdır".

Deputat onu da əlavə edib ki, yoluxma sayı bu minvalla davam edərsə, yenə də əvvəlki qaydada sərt karantin rejiminə keçmək, SMS icazə ilə çölə çıxmaq kimi tədbirləri reallaşdırmaq olar: “Düzdür, müşahidələr göstərir ki, virusun aktivliyi aprel, iyun aylarındakı kimi aqressiv deyil. Daha çox yüngül formada keçir və evdə müalicələr edilir. Amma istənilən halda, biz bu statistikaya arxayınlaşmamalıyıq. Ola bilər ki, statistika da dəyişsin, virusun xarakteri də dəyişə bilər. Əgər bu cür davam eləsə, daha sərt karantin rejimi tətbiq etmək olar”.

Həkim-ekspert Adil Qeybulla bildirib ki, yoluxma sayının çoxalması təkcə havaların soyuması ilə bağlı deyil: “Əvvəla, havaların soyuması ilə digər respirator infeksiyaların da artması koronavirusla bağlı xeyli çətinliklərin ortaya çıxmasına gətirib çıxara bilər. Əsas məsələ odur ki, insanlar açıq şəkildə qaydaları inkar edirlər. Qapalı mühitdə maska geymirlər. Yəqin ki məktəblərdə də qaydalar gözlənilmir ki, uşaqlar xəstələnməyə başlayıblar. Söhbət insanlardan gedir, vətəndaş məsuliyyətinin olmamasından gedir. Çünki fikir versəniz, bu virus hər ölkədə bir cür tuğyan elədi. Azərbaycanda virusun artmasının bir səbəbi də Qarabağ müharibəsi ilə bağlı diqqətin pandemiyadan yayınması ilə bağlıdır, digər tərəfdən də insanlar sanki rahatlaşıb. Bu məsələ vətəndaş məsuliyyətinə sıx bağlıdır”. A.Qeybulla çıxış yolu kimi qapalı mühitdə karantin davranışlarının sərtləşdirilməsini təklif edib: “Avtobusa girirsən, birinin ağzında maska var, digərində yox. Sürücü maska taxıb, burnu açıq. Hər yerdə bu şəkildə davam edir. Bütün qapalı mühitdə fəaliyyət göstərənlərə ciddi nəzarət etmək lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyadakı azərbaycanlılar GERİ DÖNƏRSƏ... - AKTUAL
Bu gün, 07:11
ABŞ Konqresində Azərbaycanda dini azadlıqlar mövzusunda dəyirmi masa keçirilib - FOTO
Bu gün, 07:08
“Baydenin dövründə Azərbaycan 4 il itirdi” - deputat
Bu gün, 06:10
Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
Bu gün, 06:07
Tramp-Putin danışıqları: bağlı qapılar arxasında alver aparılıb - ŞƏRH
Bu gün, 01:39
London Kiyevə yeni hərbi yardım paketi ayırır - KİV
Bu gün, 01:11
“Slavyanka” brendinin sahibi “Gədəbəy Mineral Suları”-nın 7.6 milyon vergi borcu üzə çıxdı - “Marsol” MMC ilə tərəfdaş imiş
Bu gün, 00:47
"Mətbuata baxırsan, bilən də, bilməyən də danışır, Rusiyanı hədələyirlər" - Sabir Rüstəmxanlı BELƏ DEYİR...
Bu gün, 00:43
Tramp-Putin razılaşması Bakıdan necə görünür - Asif Nərimanlının yorumu
Bu gün, 00:28
Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar - BU NƏDİ BELƏ?
Bu gün, 00:22
Dəməşqdən Moskvaya tərs şillə: Suriya Kremldən Əsədi istəyir - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Paşinyanın yeni mesajı: Sülh, yoxsa növbəti yalan? - GƏLİŞMƏ
Bu gün, 00:15
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
Bu gün, 00:12
Zelenski Trampla danışıqlarını açıqladı: - SENSASİON DETALLAR
Bu gün, 00:01
“Kiyevdə dəhşət, Moskvada sevinc” - ABŞ-ın Ukrayna siyasətində dramatik dönüş
Dünən, 23:57
Aİ “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 22:27
Bakıda siyahı yayıldı, Moskva təşvişə düşdü - "Rus agentləri" siyahısı böyükdür…
Dünən, 22:09
MTN-də keçirilən əməliyyatdan biri də Bakı Apellyasiya Məhkəməsində keçirilsin - zərərçəkəndən çağırış
Dünən, 22:04
Ötən il işğaldan azad olunan rayonlarda nə qədər ev və məktəb istifadəyə verilib?
Dünən, 21:18
“İrəvanın Avropa İttifaqına daxil olmaq istəyi bundan xəbər verir” - NƏ ETMƏLİ?
Dünən, 21:12
"Görünür, indiyə kimi Rusiyaya edilən güzəştlər onu daha da şirnikləşdirib" - İLGİNC AÇIQLAMALAR
Dünən, 21:09
"Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Dünən, 19:15
Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Dünən, 19:10
Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Dünən, 19:09
"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Dünən, 19:09
Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Dünən, 19:02
"Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58
Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Dünən, 18:12
Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Dünən, 18:09
Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Dünən, 18:06
“SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Dünən, 18:02
Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Dünən, 17:57
Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Dünən, 17:54
“İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Dünən, 17:51
Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Dünən, 17:46
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Dünən, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Dünən, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Dünən, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Dünən, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Dünən, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Dünən, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Dünən, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Dünən, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Dünən, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Dünən, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Dünən, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Dünən, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Dünən, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru