"İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır" - Partiya sədri
Tarix: 26-12-2020, 09:38 | Çap et
!["İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır" "İillər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır"](/uploads/posts/2020-12/thumbs/1608961122_0001.jpg) Azərbaycan müxalifətinin aparıcı ideologiyası 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' şüarına söykənirdi. Vətənpərvərlik, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Azərbaycan müxalifətinin öz opponentinə qarşı əsas “silahı” sayılırdı. Lakin 2020-ci ilin payızında iqtidar Qarabağ problemini həll etdi, müxalif liderlərdən heç biri əsas ideologiyası istiqamətində yaddaqalan fəaliyyət göstərmədi. Könüllü yazılan, öz tərəfdarlarına ön və arxa cəbhədə fəaliyyət istiqamətləri, direktivlər göstərən müxalif partiya sədrləri bəlkə də oldu; lakin ictimaiyyət belə bir çağırışları və fəaliyyətləri duymadı. İndi hər hansı səbəbdən müxalif düşərgə özünün ideoloji arsenalında, şüar və çağırışlarında yenilik etməlidir. Əks halda, yalnız virtual təftişçiliklə kifayətlənməli olacaqlar. Ortaya ciddi fəaliyyət proqramı və tərəfdarlara perspektivlər vəd ertmək üçün Azərbaycan müxalifəti nələrsə düşünür, öz aralarında müzakirə edirmi və ya etməlidirmi?
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, Qarabağ məsələsi müxalifəti və xalqı birləşdirən ideoloji xətt olub və bu, belə olaraq qalır: “Əslində zaman göstərdi ki, müxalifət Qarabağ məsələsindən həlledici anda heç də hakimiyyətə qarşı silah kimi istifadə etmədi. Əksinə, Qarabağın azadlığı uğrunda başlanan vətən müharibəsində imzası, açıq mövqeyi ilə dövlətə, hakimiyyətə tam dəstək verdi. Biz sadəcə illər boyu tələb edirdik ki, Azərbaycan vətən müharibəsinə başlamalıdır, hakimiyyətdən bunu həmişə istəyirdik. Yəni bu heç də müxalifətin Qarabağ məsələsindən hakimiyyətə qarşı kart kimi istifadə etməsi kimi başa düşülməməlidir.
Qarabağ məsələsini bu gün bir nömrəli milli məsələsi sayırıq və bunun ətrafında birliyimiz davam edir, edəcək. Müxalifət təşkilatları arasında müzakirələr də gedir. Bizim tərəfdarlarımıza deməyə kifayət qədər sözümüz və ideoloji əsaslarımız var. Bundan narahat olmayın”.
AMİP katibi Əli Orucov bildirdi ki, Dağlıq Qarabağ problemi və torpaqlarımızın erməni işğalından azad edilməsi təkcə müxalifətin istək və tələbi deyildi. Bütün Azərbaycan xalqı, beynəlxalq hüquq və ədalət də bunu tələb edirdi: “Təəssüflər olsun ki, dünya siyasətindəki mövcud ikili standartlar və qeyri-obyektivlik Azərbaycanın haqq işinin bunca uzanmasına gətirib çıxardı. Heç kəsə sirr deyil ki, uzun sürən Ermənistan-Azərbaycan münaqişəsi həm regiondakı, həm də münaqişədə olan dövlətlərin bütün həyatına ciddi təsir göstərirdi. Xüsusi ilə Bakı və İrəvanda siyasi hakimiyyətlərin mövcudluğunu da məhz bu münaqişə şərtləndirirdi. 44 günlük müharibə nəticəsində işğal faktoruna son qoyulması tarixi hadisədir və buna hamı ürəkdən sevindi. Lakin hesab etmirəm ki, problem tam öz həllini tapıb. Qarşıda Azərbaycanı çox ciddi diplomatik fəaliyyət və hərbi sayıqlıq gözləyir. Göründüyü kimi, ermənilərin bəzi avropalı dəstəkçiləri qərəzli mövqelərindən əl çəkməyiblər. Eləcə də Rusiya sülhməramlılarının fəaliyyəti narahatlıq üçün əsaslar verir. Bir müddət əvvəl baş verən hadisələrin müşahidə xəritəsində özbaşına düzəliş, yaxud erməni silahlılarının bölgədə mövcudluğu, həmçinin Laçın dəhlizinə nəzarət edə bilməməyimiz, Xankəndində hələ də separatçı yuvanın qalması kimi hallar narahatçılıq doğurmaya bilməz. Azərbaycan müxalifəti bütün bu baş verənləri izləyir və dediyim bir sıra məsələlərdən narahatdır, narahatlığını da ictimaiyyətə, hakimiyyətə çatdırır.
Müharibə dönəmində müxalifət dövlətin və hakimiyyətin yanında oldu. Lakin narahatedici məqamlarla bağlı mövqeyini bu gün də dilə gətirir. Müxalifət partiyaları arasında hazırda sıx əməkdaşlıq olmasa da, milli məsələlərlə bağlı istənilən an bir araya gəlməkdə, ortaya konkret proqram və təkliflər qoymaqda problem yoxdur. Qarabağ indi də müxalifəti, xalqı birləşdirən məsələdir, ideoloji xətlərdən biridir”. “Yeni Müsavat”
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Niyam məni işdən çıxardıb, yalan danışmasın"
Bu gün, 19:15 |
|
|
|
• Qalmaqal böyüyür: - “Qəssabların baha satdığı quzu deyil, o ət...”
Bu gün, 19:10 |
|
|
|
• Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir? - DOSYE
Bu gün, 19:09 |
|
|
|
• "Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA
Bu gün, 19:09 |
|
|
|
• Moskvadakı qrupların gərginliyi artırmaq marağı və... - Cavabsız suallar
Bu gün, 19:02 |
|
|
|
• "Paşinyan Qərbi Azərbaycan İcmasının tələblərini təhrif etməkdənsə, onları dinləməlidir" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ hərbi bazasında göründü - erməni mediası
Bu gün, 18:12 |
|
|
|
• Putin Suriyanın müvəqqəti prezidenti ilə ilk dəfə telefonla danışıb
Bu gün, 18:09 |
|
|
|
• Əfv Məsələləri Komissiyasının iclası keçirilib - AÇIQLAMA
Bu gün, 18:06 |
|
|
|
• “SAY” Estetik Mərkəzində QANUN SAYA SALAN YOXDUR... - BU NƏDİ BELƏ?..
Bu gün, 18:02 |
|
|
|
• Etibar Əliyev dövlətə borcunu niyə ödəmir? - 34 milyonluq qalmaqal
Bu gün, 17:57 |
|
|
|
• Trampdan dünyanı şoka salan QƏRAR – Biznesin inkişafına, yoxsa rüşvətə YAŞIL İŞIQ?
Bu gün, 17:54 |
|
|
|
• “İranın “Səhər” kanalının əməkdaşı da bu axmaq fikri səsləndirdi, gülüb dedim ki...” - Zərdüşt Əlizadə
Bu gün, 17:51 |
|
|
|
• Ramizlərin, Eldarların, Əbülfəzlərin qabırğasına döşəyənlər və yaxud “it əl çəkir, motal əl çəkmədi”
Bu gün, 17:46 |
|
|
|
• Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37 |
|
|
|
• Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36 |
|
|
|
• Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31 |
|
|
|
• Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30 |
|
|
|
• SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27 |
|
|
|
• Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25 |
|
|
|
• Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21 |
|
|
|
• "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14 |
|
|
|
• Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11 |
|
|
|
• Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09 |
|
|
|
• "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08 |
|
|
|
• MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07 |
|
|
|
• Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50 |
|
|
|
• Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48 |
|
|
|
• Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27 |
|
|
|
• "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23 |
|
|
|
• Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20 |
|
|
|
• Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18 |
|
|
|
• Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15 |
|
|
|
• Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08 |
|
|
|
• Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05 |
|
|
|
• Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01 |
|
|
|
• Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59 |
|
|
|
• Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56 |
|
|
|
• Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53 |
|
|
|
• “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50 |
|
|
|
• Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48 |
|
|
|
• "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12 |
|
|
|
• Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11 |
|
|
|
• Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09 |
|
|
|
• Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07 |
|
|
|
• Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01 |
|
|
|
• Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59 |
|
|
|
• Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52 |
|
|
|
• “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02 |
|
|
|
|