Paşinyanın məkrli planı: .....                     Prezidentin iki supergüclə bağlı mesajı .....                     Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb .....                     Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq .....                     SDU-ya rəhbərlik ona tapşırıldı .....                     Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: .....                     Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? .....                     "Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb .....                     Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? .....                     Həmidə Rüstəmova işdən çıxdı .....                     "Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, .....                     MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri .....                     Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir .....                     Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi .....                     Putin genişmiqyaslı müharibəyə başlayır .....                     "Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" .....                     Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... .....                     Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin .....                     Müğənni Sahib İbrahimov aldadılıb .....                     Mənzil bazarında süni ajiotaj .....                     Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib .....                     Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı .....                     Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama .....                     Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? .....                     Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı .....                     “Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” .....                     Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub .....                     "Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" .....                     Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... .....                     Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı .....                     Sabiq diplomatın məhkəməsi keçirildi .....                     Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək .....                     Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... .....                     Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu .....                     “Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika .....                     Makron Paşinyanın qulağını da, cibini də doldurur .....                     Rusiyadakı azərbaycanlılara təhdid varmı? .....                     Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu .....                     Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu .....                 

"Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir" - Əli Əhmədov
Tarix: 18-01-2021, 12:41 | Çap et
"Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir"
"Müxalifətin radikal qanadının yaratdığı “milli şuranın” Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir. “Milli şura” adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən anti-milli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib. Əslində, onun konstruksiyası dövlətin milli maraqları anlayışı strukturunda özünə yer tapa bilməmişdir və ya bunu istəməmişdir. Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı".

"Report" xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, “Milli Şuranın” və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformadan çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzidbedilməz təsdiqini tapmaqdadır: "Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib. Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin “milli şuranın” rəhbərləri olan Əli Kərimli – Cəmil Həsənli cütlüyünün və ətrafındakılarının mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində, satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Buna görə də minlərlə, on minlərlə insan “milli şura” təmsilçilərinin dövlət maraqlarımızla daban-dabana zidd olan hərəkətlərini və təbliğatını sadəcə lənətləyirlər".

Ə.Əhmədov deyib ki, təxminən 30 il bundan əvvəl indiki “milli şurada” cəmləşən insanların təmsil olunduğu hakimiyyətin bağışlanmaz səhvləri nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə layiqli müqavimət göstərilmədi, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal edildi: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etmək əvəzinə hakimiyyətdaxili çəkişmələri qızışdıran, ölkədə separatizmin alovlanmasına rəvac verən məsuliyyətsiz siyasət aparan, milli birliyi təmin edə bilməyən, ölkədə xaos və anarxiya yaradan və bu səbəblərdən bütünlüklə iflas olan AXC-Müsavat hakimiyyəti son anda ölkəyə daha bir ağır zərbə vurdu – Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 18-də Ordubadın Kələki kəndinə qaçdı, hökumət üzvləri isə vəzifələrini “dondurduqlarını” elan edərək hakimiyyət böhranını daha da dərinləşdirdi. AXC-Müsavat hökumətinin bu hərəkətinin komandirin ordunu döyüş meydanında qoyub qaçmasından heç bir fərqi yoxdur. Birinci hal nə qədər ağır cinayətdirsə, ikinci hal ondan heç də az olmayan cinayətdir.

Görünür heç də təsadüfi deyildir ki, bir çox erməni siyasətçiləri və adi insanlar ölkənin indiki baş naziri Paşinyanı Ermənistanın Elçibəyi adlandırırlar. Bu həm də ona işarədir ki, mənfur düşmən də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunmasında AXC-Müsavat hakimiyyətinin cinayət xarakterli “xidmətlərinin” xüsusi rol oynadığını etiraf edir".

Baş nazirin müavini qeyd edib ki, Qanlı yanvar hadisəsinin növbəti ildönümü ərəfəsində qeyd etmək yerinə düşər ki, AXC-Müsavat hakimiyyətində təmsil olunanların 1993-cü ilin iyununda vəzifələrini tərk edib gizlənmələri onların heç də ilk qaçışı deyildi: "1990-cı ilin yanvar ayında əliyalın insanları sərxoş və beyinləri dumanlı sovet ordusu əsgərlərinə müqavimət göstərmək üçün küçələrə dəvət edənlər dəhşətli qırğın zamanı hərəsi bir yana qaçıb gizləndilər. O cümlədən o zaman hələ Əbülfəz Əliyev olan Elçibəy də qaçıb 6 ay üzə çıxmadı. Lakin 20 yanvar tarixinin dəyanət, ləyaqət və cəsarət nümunəsi də var. Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan M.Qorbaçovun siyasi təqibə məruz qoyduğu Ümummilli Lider Heydər Əliyev onun həyatına birbaşa təhlükə olmasına baxmayaraq, imperiyanın paytaxtı Moskvada mətbuat konfransı keçirərək, azərbaycanlılara qarşı törədilən qanlı cinayəti qətiyyətlə pislədi, onu təşkil edən SSRİ rəhbərliyini ittiham etdi. O zaman, İlham Əliyev də həmin mətbuat konfransında iştirak etməklə həyatını real təhlükə altına qoymuşdu.

Beləliklə, xalqın taleyinin ən həssas anlarında iki davranış nümunəsi tarixə həkk olunub: bir tərəfdə Heydər Əliyevin və onun oğlu İlham Əliyevin Bakı qırğınını törədən Sovet imperiyasının paytaxtında açıq mətbuat konfransı təşkil edərək M.Qorbaçovu azərbaycanlılara qarşı qətliam törətməkdə ittiham etməsi, digər tərəfdə isə Bakıda özünü ölkənin gələcək lideri kimi görənlərin canlarını qurtarmaq üçün biabırcasına qaçıb gizlənməsi. Nə qədər fərqli insanlar, nə qədər fərqli xarakterlər. Heç də təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyətinin ölkəni ağır böhrana salan, məğlub vəziyyətə gətirən rəhbərləri 1993-cü ilin iyun ayında yenidən qaçıb gizlənməyə üstünlük verdilər, Heydər Əliyev isə onların mirasını aradan qaldırmalı, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin, separatizmin və digər təhlükəli meyillərin qarşısını almalı oldu. Və nəhayət, AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını 1990-cı ilin yanvarında qaçıb gizlənənlərdən fərqli olaraq, Sovet imperiyasının mərkəzində əli qana batmış Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi".

"Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin “milli şurada” təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar. Xalqımızın və dövlətimizin düşmənləri ilə eyni mövqedə olan, eyni dərəcədə anti-Azərbaycan təbliğatı aparanlar özlərini nə qədər “milli şura” adlandırsalar da, milli xəyanət yoluna yuvarlandıqlarından yaxalarını kənara çəkə bilməyəcəklər. Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna milli xəyanətdən başqa ad vermək mümkün deyil. Təəssüf ki, milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir", - o bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyanın məkrli planı: - “Azərbaycan Ermənistanın istənilən...”
Bu gün, 17:37
Prezidentin iki supergüclə bağlı mesajı – Tarixi hadisə yaşana bilər
Bu gün, 17:36
Cavadxan Babayev “SR Group Co” MMC-nin rəhbərliyindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 17:31
Paşinyan ABŞ rəhbərliyi tərəfindən ayrılan maliyyədən məhrum olacaq - ONA GÖRƏ DƏ...
Bu gün, 17:30
SDU-ya rəhbərlik ona tapşırıldı - DOSYE
Bu gün, 17:27
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməliyyatı: - 25 kq heroin və marixuana dövriyyədən çıxarılıb
Bu gün, 17:25
Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? - SİYAHI
Bu gün, 17:21
"Yazıçılar Birliyinə ev üçün ərizə yazdım, baxmadılar" - VİDEO
Bu gün, 17:20
MSK bələdiyyə seçkiləri ilə bağlı daxil olan bütün müraciətlərə baxıb
Bu gün, 17:14
Mühüm dövlət işlərini kənara atıb oyunbazlıq edənlər kimlərdir? - Belə feyk sənədlər kimə sərf edir?
Bu gün, 17:11
Həmidə Rüstəmova işdən çıxdı - "...qərar vermək məcburiyyətində qaldım"
Bu gün, 17:09
"Havadarlarını bir-bir itirməyə başlayan Ermənistan, vasitəçi olmadan sülh müqaviləsini imzalamalıdır"
Bu gün, 17:08
MSK bələdiyyə seçkiləri ilə bağlı üç dairədən daxil olan müraciətləri əsassız hesab edib
Bu gün, 17:07
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir - DETALLAR
Bu gün, 16:50
Bakıda polis şöbəsinə gedən şəxs axtarışda imiş, həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:48
Putin genişmiqyaslı müharibəyə başlayır
Bu gün, 16:27
"Ramiz Mehdiyev kimilər ömürləri boyu üzü Moskvaya doğru yatıblar" - Sabir Rüstəmxanlı
Bu gün, 16:23
Naxçıvanda səhiyyədə HƏR ADDIMDA RÜŞVƏT... - BU NƏDİ BELƏ?..
Bu gün, 16:20
Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
Bu gün, 16:18
Müğənni Sahib İbrahimov aldadılıb - "Çox pis durumda olduğunu deyərək..."
Bu gün, 16:15
Mənzil bazarında süni ajiotaj - Aldadıcı qiymət ARTIMI
Bu gün, 16:08
Zərərçəkən təqsirləndirilən həkimlərdən kompensasiya tələb edib - Talassemiyalı uşaqların pulunun mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 16:05
Rusiyada Azərbaycana “cavab tədbirləri” başladı – Malofeyev elan etdi
Bu gün, 16:01
Ankaradan Zəngəzur dəhlizi haqda yeni açıqlama - KİV
Bu gün, 15:59
Kənd, yoxsa broyler yumurtası: Hansının maya dəyəri daha çoxdur? – Rəqəmlər
Bu gün, 15:56
Bakı sakininin bankomatdan çıxardığı 2000 manat oğurlandı
Bu gün, 15:53
“Deyirlər ki, çoxlu vakansiyalar var, amma insanlar buna çata bilmirlər” - ETİRAZ VAR...
Bu gün, 15:50
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin olunub - ƏMR
Bu gün, 15:48
"Vaxtilə "Sputnik"i bizim boynumuzda Əli Həsənov otuzdurmuşdu" - Elçin Şıxlı
Bu gün, 15:12
Uşağını universitetdən qovurlar, gəlib Anar müəllimdən xahiş edir ki... - İlqar Fəhmi
Bu gün, 15:11
Vasif Talıbovun dövründə təyin edilən baş həkim işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:09
Sabiq diplomatın məhkəməsi keçirildi – sol çiyni mənim sağ çiynimə dəydi...
Bu gün, 15:07
Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək - Kreml
Bu gün, 15:01
Naxçıvanda DƏRƏ XƏLVƏTDİR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:59
Aləmzər Əlizadənin Cənubi Azərbaycanda kitabı çap olundu - FOTO
Bu gün, 14:52
“Ulduza hürənlərin” sayı artıb: Azərbaycana qarşı isterika - NƏ ETMƏLİ?
Bu gün, 14:02
Makron Paşinyanın qulağını da, cibini də doldurur -RƏY
Bu gün, 14:00
Rusiyadakı azərbaycanlılara təhdid varmı? - Diaspor sədrindən CAVAB
Bu gün, 13:09
Naxçıvan Hava Limanına yeni rəhbər təyinatı oldu - ƏMR
Bu gün, 13:08
Xudayar Yusifzadənin anasını təhqir etdi, həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:05
Akopyanın köməkçisi Qətərdə “mini”də - FOTO
Bu gün, 13:00
Azərbaycan və Çini birləşdirən vacib infrastruktur layihələri vardır - ŞƏRH
Bu gün, 12:54
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Bu gün, 12:42
"Yanında tonqal qalanmışdı" - Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI
Bu gün, 12:39
Arabir yağıntı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:34
Türkiyə ilə Azərbaycan arasında QURU ƏLAQƏSİ BAĞLANDI?.. - BU NƏDİ BELƏ?..
Bu gün, 12:32
Tramp hamını AYAĞINA GƏTİZDİRİR... - GƏLİŞMƏ
Bu gün, 12:26
"Onunla məsələmizi bir mən, bir də Ramiz Mehdiyev bilir" - xalq şairi
Bu gün, 12:22
İlyas İsmayılovun vəziyyəti necədir? - Yeni açıqlama
Bu gün, 12:18
Rusiyanın ölkəmizdəki RUPORU - “Sputnik Azərbaycan”la bağlı SENSASİON FAKTLAR
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru