Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... .....                     SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                 

“Virusa yoluxanların sayı minə çatanda düşünürdüm ki, qapanmalara gediləcək, amma...” - deputat
Tarix: 26-03-2021, 07:58 | Çap et
“Virusa yoluxanların sayı minə çatanda düşünürdüm ki, qapanmalara gediləcək, amma...”
“Görəsən, bu hakimiyyət hansı məntiqlə pandemiya başlayandan istirahət və bayram günləri ictimai nəqliyyatın hərəkətini, uzun müddətdir metronun fəaliyyətini dayandırır? Çox düşünəndən sonra axır ki, bu sualın cavabını özüm üçün aydınlaşdırdım. İstərdim ki, gəldiyim qənaəti sizinlə də bölüşüm”.

Bunu iqtisadçı alim Qubad İbadoğlu öz “Facebook” hesabında paylaşıb. Ve fikrinə belə davam edib:

“Ümumi qənaətim belədir ki, ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, siyasi məsələdir, həm də iqtisadi maraqlara xidmət edir. Çünki hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır, “iş yeri” və “qazanc” mənbəyidir. Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, Azərbaycan hakimiyyəti orda monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür.

Diqqət edin, görün, nəticədə nələr baş verir:

1. Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxilolmalar çoxalır. Hakimiyyət də fikirləşir ki, əgər avtomobil idxalı hər il artırsa, onda idxal gömrük rüsumlarını, aksizləri bir az da qaldırmaq lazımdır;

2. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiymətini bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır;

3. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşımaq üçün xüsusi razılıq (lisenziya), "fərqlənmə nişanı" almaq üçün "ASAN xidmət" mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyirlər;

4. Taksi sürücüləri yol polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər;

5. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.

İşsizlər gündə 10-12 saat taksi xidməti göstərib, idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə benzin pulunu ödəyəndən sonra, ona qalan qəpik-quruşla çörək alaraq evinə gedir, ailəliklə şükür edib, "dolanır". Beləliklə də taksi xidmətinin fəaliyyətinin pandemiya dövründə stimullaşdırılması hakimiyyət üçün yalnız qazanc deyil, həm də siyasi məsələsidir. Taksi xidməti bu hakimiyyət üçün artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.

İbadoğlunun fikirlərinə AYNA-ya açıqlamasında münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev yuxarıda sadalanan məqamları absurd adlandırıb: “2500 il bundan öncə məşhur Çin filosofu Konfutsinin, bugünümüzdə də çox məşhur olan bir kəlamı var: “Qaranlıq otaqda qara pişik axtarmaq lazım deyil, ona görə ki, orada heç pişik yoxdur”. Mən 25 ilə yaxındır ki, siyasətdəyəm. Bu 25 il ərzində cürbəcür ittiham, təklif, oyun, təhlil, fırıldaq dolu mövzuları hər dəfə ortaya atıb, nədənsə hakimiyyətə, iqtidara, dövlətə bu formada istəmədiyi hərəkətlər barəsində fikir bildirirlər, yazırlar, təhlil aparırlar”.

Deputat pandemiyanın fəsadlarının hələ qarşıda olduğunu deyib: “Pandemiya dünya iqtisadiyyatını çökdürdü. 7-8 trilyon dollardan tutmuş, 11 trilyon dollara qədər geriləmə müşahidə edildi. Dünyada 200-dən çox ölkə var. Və elə bir ölkə yoxdur ki, sosial-iqtsadi yönümdə pandemiya ona təsir etməsin. İqtisadiyyatdan törəyən sosial problemlərin artdığını görürük. Dünya klasifikatorunda, təxminən 2 milyondan yuxarı cürbəcür istehsal olunan məhsullar var. Və rəsmi olaraq 170 mindən yuxarı insanın iqtisadi fəaliyyəti mövcuddur. Dünya inkişaf edir deyə, hər gün yeni növ insan fəaliyyəti ortaya çıxır. Biz də dünyəvi ölkə olduğumuz üçün həmin insanların 75-80 faizi bizdə mövcuddur. Və dünya iqtisadiyyatına inteqrasiyadayıq. Biz istəsək də-istəməsək də, bu inteqrasiyanın sürəti də artır”.

“Qeyd etdiyim rəqəmlərə nəzər yetirdikdə görürük ki, 170 min insanın fəaliyyətindən 169 min 999-nun fəaliyyəti keçir qırağa, axı, dövlət necə 1 fəaliyyət növü (taksi) ilə öz “maraqları” üçün istifadə edə bilər? Buradan belə məntiq çıxarılır ki, bununla Azərbaycana çoxlu maşın idxal olunsun, bu maşınların sayı artdıqda gömrükdə vergidən qazanc da yaranacaq. Düzdür, maşınlarla bağlı gömrük xərcləri kifayət qədər yüksəkdir, amma lisenziyaların məbləği o qədər də yüksək deyil axı”, - Quliyev bildirib.

O, Azərbaycanın təşəbbüsünü də xatırladıb: “Bizim BMT-yə çağırışımız dəstəkləndi. 150-dən çox ölkə Azərbaycan rəhbərliyinin pandemiya ilə əlaqədar verdiyi təklifləri və çağırışları dəstəkləyir. Pandemiya vaxtında bütün ölkələrdə vəziyyət kəskinləşib, artıq iqtisadiyyatdan sosiala keçən problemlər yaranıb. Azərbaycandan ondəfələrlə güclü iqtisadiyyatı, səhiyyəsi olan ölkələr praktiki olaraq diz üstədir. Avropa ölkələrini - Fransa, İtaliya, Almaniyanı, elə Amerikanın özünü götürsək, həmin ölkələrdə pandemiyadan dünyasını dəyişən insanların sayı üç müharibədə həyatını itirənlərin (I, II Dünya müharibələri və Koreyada aparılan müharibə) sayından qat-qat çoxdur. Ölkələr bu problemin həllini tapa bilmir”.

“Və böyük sosial iğtişaşlar var, insanlar ayağa qalxır, onlar qapanmaların olmamasını tələb edirlər. Hər ölkənin də öz problemləri var. Amerikada qaradərili insanlarla bağlı olan problemlər, Asiyadan çıxan insanlara qarşı münasibətdəki problemlər və s. Hollandiyada artıq 3-cü dəfədir ki, hökumət istefa verir. Bu dövlətlərin bu qədər güclü olmalarına rəğmən, problemləri kökündən həll edə bilmirlər. Gəlin, Azərbaycanı həmin ölkələrlə müqayisə edək. Azərbaycan gücü çatdığı qədər öz problemlərini həll edib”, - deyə müsahibimiz vurğulayıb.

R.Quliyevin sözlərinə görə, Azərbaycanın pandemiyaya qarşı həyata keçirdiyi siyasətə, atdığı addımlara görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı digər ölkələrə nümunə göstərir: “Digər ölkələr bizdən məsləhət istəyir. Bizim hökumət öz işinin öhdəsindən gəlməyi bacarır. Dünya bizim ölkə qarşısında baş əyir. Apardığımız siyasəti dünya ölkələri təqdir edir. Pandemiya yalnız bizim ölkədə baş vermədi, əksinə aparıcı addımlar atılmaqla onun qarşısı alındı. Bayram ərəfəsində hökumətin qərarı düzgün oldu. Xalqı bayramını keçirməyə imkan yaratdı. Ən az məhdudiyyətə əl atdı. Virusa yoluxanların sayı minə çatanda düşünürdüm ki, qapanmalara gediləcək. Yenidən “lockdown” olacağı barədə qərarın veriləcəyini gözləyirdim. Amma insanların bayramı normal şəkildə keçirməsinə, insanların bir-birinə qonaq getməsinə, təbrik etməsinə imkanlar yaradıldı”.

Bununla yanaşı, deputat hesab edir ki, bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılması düzgün qərar idi: “Bu, axının qarşısını almaq üçün atılan addım idi. Bunu insanlar bir yerə çox toplanmasınlar deyə etdilər. Amma bəzi “ekspertlər” niyə cəmiyyəti qıcıqlanadırmağa çalışırlar. Niyə bu cür yanaşmalar sərgiləyirlər? Hanı bunların arqumentləri? Nəyə istinadən edərək bunu düşünürlər? İstinad edəcəkləri arqumentləri yoxdur”.

“Ekspertlərimizə tutduqları siyasi yoldan əl çəkmələrini məsləhət görürəm. Və yalan məlumatlarla insanlar arasında çaşqınlıq yaratmasınlar. Əgər onlar xalqını, vətənini, iqtidarı istəyən insanlardırsa, onlar gərək hər bir məsələni düşünülmüş formada desinlər. Ona görə də deyirəm ki, bu ittihamlar ağ yalandır. Belə məsələləri hansısa bir formada camaatı, xalqı qıcıqlandırmaq üçün və yaxud da efirlərdə olmaq, tanınmaq üçün öz mənafelərinə uyğun olaraq verməsinlər. İnsan gərək hər bir addımını əsaslandırsın, fikrini düşünülmüş formada, arqumentlərlə ifadə etsin”, - deyə millət vəkili fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu tələblərə hər bir işəgötürən tərəfindən əməl edilməlidir... - Ekspert danışır...
Bu gün, 08:12
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru