SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR .....                     Paşinyan özünü təhlükəyə niyə atsın ki?... .....                     Ermənistanın Avropa xülyası .....                     “Hərbi doktrina”ya dəyişiklik edilməlidir .....                     Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər .....                     "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. .....                     Peşə təhsili alanda iş tapılırmı? .....                     Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... .....                     ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur .....                     "Ancaq telefon vasitəsi ilə danışırıq... .....                     Ədalət Muradov üçün kritik dövr .....                     Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ .....                     Göyçay sakini ÇƏTİN DURUMDA... .....                     “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” .....                     “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? .....                     "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" .....                     Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? .....                     “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti .....                     Azərbaycanda 1 milyon manat sərmayə ilə .....                     Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… .....                     "Fərqlənməkdən qorxmayın..." .....                     Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir .....                     "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" .....                     Tramp Tehranı diz çökdürməyə çalışır .....                     "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, .....                     Kreml dostunu düşmənə çevirir .....                     Nazirlik 3,7 milyon manatlıq dərmanları .....                     "Həkimlər məni ölməyə qoymadılar" .....                     “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” .....                     Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu .....                     Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib .....                     Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? .....                     Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər .....                     Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir .....                     “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” .....                     Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU .....                     "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." .....                     “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? .....                     Rusiya elitasında parçalanma: .....                     İranın ümidi Trampla danışıqlara qalıb .....                 

“Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir” - deputat
Tarix: 2-04-2021, 09:53 | Çap et
“Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir”
Son həftə ərzində alman mediasının apardığı anti-Azərbaycan təbliğatı əsas müzakirə mövzularından birinə çevrilib. Dünyanın aparıcı dövlətlərindən birində ölkəmizə qarşı aparılan əks-təbliğatın səbəbləri haqda müxtəlif mülahizələr var.

Ölkəmizin gündəmindəki digər vacib və aktual mövzu Qarabağdakı sülhməramlı kontingent ətrafında baş verənlərdir. Deputat, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa “Yeni Müsavat”ın bu mövzularda suallarını cavablandırıb.

- Fazil bəy, Almaniya Azərbaycana qarşı informasiya müharibəsinə başlayıb. Bu savaşın arxasında dayanan əsas gücün ABŞ olduğuna dair şübhələr var. Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olaraq sizin alman mətbuatında aparılan informasiya savaşının səbəbləri haqda fikirləriniz maraqlıdır...

- Almaniyanın bu hücumu birbaşa bu dövlətin öz mövqeyi kimi anlaşılmamalıdır. Həqiqətən okeanın o tayından istiqamətlənmə özünü hiss etdirir. Fransanın ilk başlanğıcda etdiyini indi Almaniyaya təkrarladırlar və çox uğursuz bir gediş olduğunu düşünürəm. Əslində Almaniyanın davası Türkiyə ilədir və Qarabağ savaşında Türkiyənin Azərbaycana dəstəyi, ardınca da Aralıq dənizində, Liviyada Almaniyanın möhkəmlənməsinə mane olması belə bir siyasət izlənməsini proqnozlaşdırmağa imkan verirdi. Almaniya Azərbaycan üzərindən həm də Türkiyənin mövqeyinə zərbə vurmaq istəyir. Məncə, biz bu kimi təzyiqlərdən qorunmaq yerinə öz doğru yolumuza davam etməliyik və onları fakt qarşısında qoymalıyıq. Necə ki, son savaşda bunu etdik və həmin məğlubiyyətin əks-sədasını Almaniyanın davranışları üzərindən aydınca görürük.

- İndiki halda belə demək olarmı ki, müxtəlif xarici təzyiq və müdaxilələrə baxmayaraq, Qarabağla bağlı proseslər plan üzrə gedir? Düşmənin dağıdıb məhv etdiyi şəhər və kəndlərimizin gerçək durumunun daxili və xarici auditoriyaya təqdimatınadək işlər aparılır, bu günlərdə siyasi partiya rəhbərlərinin də səfəri təşkil olundu. Ancaq istisna deyil ki, məkrli düşmən də yatmayıb və hansısa məqamda bizə problem yaratmaq üçün müəyyən addımları atacaq. Sizcə, düşmənin tam neytrallaşdırılması və zərərsizləşdirilməsi üçün diplomatiya, hüquq sahəsində hansı addımlar atılmalıdır, yaxud atılır?

- Qarabağ davasında tarixi zəfərimizin ardından ən birinci vəzifəmiz cəmiyyətin növbəti mərhələyə ixtisaslaşmış səfərbərliyini təmin etmək idi. Fikrimcə, 44 günlük savaşdakı həmrəylik aurasını növbəti mərhələdə davam etdirməkdə xeyli ləng davrandıq. Burada obyektiv çətinliklər təbii ki, öz sözünü dedi. Minadan təmizlənmə prosesi gözləniləndən daha ağır reallıqları qarşımıza qoydu. Sülhməramlılarla bağlı məsələdə yeni standartların müəyyənləşməsinin təzadları da ciddi təsiredici amillərdən biri idi. Ermənilərin də məğlubiyyətdən sonrakı durumu ziddiyyətli olaraq qaldı. Onların da alacağı siyasi qərarın mahiyyəti bizim üçün çox önəmli idi. Lakin bütün hallarda prosesin tənzimləyicisi biz olduğumuzdan təşəbbüskar davranışlarımızı azaltmadıq və düşmən auditoriyasına həm diplomatik, həm də psixoloji həmlələri yönəltməyi bacardıq. Demək ki, indiki şərtlərdə bizim onsuz da sistemi pozulmuş düşmənlə məşğul olmaq yerinə özümüzlə məşğul olmağımız daha təxirəsalınmaz məsələ sayıla bilər. “Biz qalibik!” deyib yeni statusumuzu dəfələrlə təkrarladıq, ancaq qalib kimi hansı nöqsanlarımız oldu, bunu mütləq müəyyənləşdirməliydik ki, gələcək mərhələyə daha az problemlərlə başlamamız mümkün olsun.

- Fikrinizi bir az da konkretləşdirə bilərsinizmi?

- Məsələn, ordumuz böyük qəhrəmanlıqlar göstərdi, bu bizim qürurumuzdur, bəs çatışmazlıqlar hansılar idi ki, indiki fasilə dövründə daha çox onun üzərində işləyib ortadan qaldırmalıyıq? Əsgərimizin də, zabitimizin də, könüllümüzün də, hərbi həkimimizin də, tibb personalının da, təchizatçının da, böyük və ya aşağı mərhələ komandirlərinin qəhrəmanlığını alqışlayırıq, ancaq onların da savaşa hazırlıqda və ya savaş prosesində hansı natamamlıqları olduğunu üzə çıxarmalıyıq ki, yenidən hansısa əlahiddə durumda daha güvənli və sistemli idarəetməni gerçəkləşdirə bilək. Raket hücumuna məruz qalan şəhərlərimizdə, kəndlərimizdə mülki əhalinin qorunması, sığınacaqlarla bağlı hansı boşluqlarımız oldu və bunu indidən çözməyimiz zəruri məsələ olaraq gündəmə gəlməlidir. Hərbi xidmət və səfərbərlik sistemimizdəki yanlışlar nədir və onu müzakirə etməmiz gələcəkdə daha az itkilər verməmiz deməkdir. Düşmənin tam neytrallaşması və zərərsizləşdirilməsi mümkün deyil, çünki bu, yalnız erməni başından ibarət düşmən deyil. Çox sayda erməni maskası arxasında gizlənən başlarla açıq və gizli savaşımız davam edəcək və hər hansı bir ciddi səhvlərdən sığortalanmaq üçün özümüzü aldatmadan doğrumuzu, yanlışımızı davamlı təhlil etməliyik.

- Sizcə, Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində mövcud olan silahlılarla, faktiki olaraq terrorçu qruplaşmalarla necə davranılmalıdır? Ölkəmizin ərazisindəki qanunsuz silahlı birləşmələrin fəaliyyətinin davamı təhlükəli perspektivlər vəd etmirmi? Parlament antiterror əməliyyatların başlanması barədə qərar qəbul edə bilərmi?

- Rusiya sülhməramlılarının Qarabağdakı erməni terrorçularını zərərsizləşdirəcəyi barədə gözləntilərimiz əvvəlcədən də yox idi və say tərkibinə, eyni zamanda Ermənistanla tarixi münasibətlərinə görə bunu etmək imkanları da geniş deyil. Rusiya sülhməramlıları bölgədə öz durumlarını mürəkkəbləşdirməyi düşünmürlər. Nə ermənini narazı salmaq, nə də Azərbaycanla münasibətləri pozmaq taktikasına üstünlük verirlər. Belə olan halda bu terrorçularla mübarizə bizim əsas işimiz olmalıdır. İsrail təcrübəsi var, başqa təcrübələr var, biz antiterror əməliyyatlarını elan etmədən də konkret ərazilər üzrə apara bilərik və bu barədə kimdənsə icazə almağa və ya yeni qanun qəbul etməyə gərək yoxdur. Qarabağdakı düşmənin hərəkətlənməsini müşahidə etmək imkanlarımız yetərincə mövcuddur, bütün vasitələrlə terrorçuları məhv etməyə çalışmalıyıq. Bizim üçün əlində silah olan terrorçu da, silahsız separatçı da eyni dərəcədə təhlükəlidir, ancaq bu təhlükəni dəf etmək imkanları 5 ay öncəkindən daha ümidvericidir və anında doğru qərarlar verməklə prosesi arzuladığımız istiqamətdə irəlilədə bilərik.

- İki gün əvvəl Rusiya müdafiə nazirinin müavini Qarabağa gəldi və sülhməramlılar üçün tikilmiş şəhərciyin açılışında iştirak etdi. Bu gəliş də birmənalı qarşılanmadı və açıq etiraz doğurdu. Əksəriyyət bu fikirdədir ki, nazir müavini Azərbaycanın icazəsi ilə ora gedə bilərdi, həm də azərbaycanlı həmkarı ilə birgə. Həmçinin sülhməramlılar üçün tikilən şəhərciklər məsələsində də həddin aşıldığı müşayiət olunur. Bu məsələ necə tənzimlənməlidir?

- Ümumiyyətlə, Rusiyanın rəsmi təmsilçilərinin Azərbaycanının icazəsi olmadan bölgəyə gəlişi sülhməramlı missiyada fərqli düşüncələrin olmasından xəbər verir. Bu barədə rəsmi mövqeyimizi mütləq ortaya qoymalıyıq. Nələr baş verdiyindən informasiyamız az olsa da, bəzi məsələlərin imzalanan bəyanatın ruhuna uyğun gəlmədiyini sezirik. Burada ən xırda detalı belə diqqətdən kənarda saxlamaq olmaz. Rusiyanın öz missiyasına uyğun davranmasını indidən təmin etməsək, sonradan daha ciddi çətinliklərlə qarşılaşa bilərik. Həmin hərbi şəhərciyin statusu mütləq Azərbaycan qanunları ilə tənzimlənməlidir.

- Fazil bəy, tez-tez belə fikirlər səslənir ki, Ermənistan bugünlərdə Azərbaycanın 90-cı illərini xatırladır. Bəs Azərbaycanın ictimai-siyasi qüvvələri, vətəndaş cəmiyyəti daha hansı addımlar atmalıdır milli birliyin qorunması istiqamətində? İndiki durum, münasibətlər sistemi yetərlidirmi?

- Ermənistandakı indiki durum 30 il öncənin Azərbaycanının deyil, elə Ermənistanın öz durumuna bənzəyir. Sadəcə, onların himayəçisi sayılan Rusiyanın 30 il öncəki yerində durmaması, eyni zamanda Türkiyənin 30 il öncə daxil ola bilmədiyi bölgəyə Azərbaycana açıq dəstəklə gəlməsi kimi faktorları diqqətə almaq vacibdir. Məğlubiyyət faktı olaraq indi Ermənistan bizim 30 il öncə yaşadıqlarımızı yaşasa da, öz ərazisində dağıntı və yüz minlərlə məcburi köçkün faciəsini yaşamır. Doğrudur, savaşda itkiləri çoxdur, ciddi siyasi böhran yaşayırlar, ancaq sayca böyük olmayan, həm də monoetnik cəmiyyətlərin vahid kilsə faktorunun yardımı ilə uzlaşma yolu tapması qısa müddətdə mümkün ola bilər. Ona görə də biz həm dövlət olaraq, həm də ictimai-siyasi institutlar olaraq Ermənistan üzərində pressinqimizi davam etdirməliyik ki, onlar yenidən toparlana bilməsinlər. Bundan öncə isə biz özümüzdə olan siyasi sabitlik, demoqrafik üstünlük, iqtisadi üstünlük, diplomatik çeviklik və ictimai həmrəylik kimi amillərdən doğru istifadə etməyə çalışmalıyıq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-da VAKANSİYA ŞOUSU DAVAM EDİR - "Bu qədər oyunlar olar, amma bu olmaz?.."
Bu gün, 08:06
Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05
Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02
“Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44
Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38
"Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36
Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31
Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28
ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25
"Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19
Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06
Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02
“Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38
"Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32
Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25
“Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05
Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02
Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05
"Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02
Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58
"Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51
Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49
"Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02
Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00
Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58
"Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21
“Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19
Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16
Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14
Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21
Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19
Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15
“Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13
Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11
"Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10
“Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04
Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02
İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58
“Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56
Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49
Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39
Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31
Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28
Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23
Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru