"Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb" - ekspert
Tarix: 12-04-2021, 08:39 | Çap et
!["Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb" "Rusiya ilə Türkiyə arasında münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb"](/uploads/posts/2021-04/1618202426_0001.jpg) Vladimir Zelenskinin Anakarada qəbulu zamanı Rəcəb tayyib Ərdoğanın Ukrayna haqqında dedikləri azmış kimi Ərdoğanın Krımla bağlı konfransa dəvəti qəbul etməsi Rusiya-Türkiyə münasibətlərini zədələyə bilərmi? Savaş açıq müstəviyə keçsə Ankara NATO-numu, ona düşmən olan Rusiyanımı dəstəkləməli, yoxsa ikinci dünya savaşında olduğu kimi neytral qalmalıdır?
Moderator.az bu suallarla politoloq Qafar çaxmaqlıya müraciət edərək onun fikirlərini öyrənib: "Türkiyə elə bir dövlətdir ki, bütün dövrlərdə dik duruşu ilə dünyaya örnək olub. Osmanlı zamanında da belə olub. Birinci Dünya müharibəsinə girməsi də alman gəmilərinin Türk bayrağı altında bir təxribatı nəticəsində baş vermişdi. İkinci Dünya müharibəsi dövründə Türkiyə Atatürkün müəyyən etdiyi diplomatiya sayəsində tərəfsiz qaldı. Onu müharibənin içinə çəkə bilmədilər. İndi də Türkiyəni hansısa tərəfə çəkmək mümkün deyil. Ukrayna ilə bağlı türk dövlətçiliyinin gərəkdirdiyi mövqeyi ortadadır. Krımın Rusiya tərəfindən ilhaqı baş verən gündən Türkiyə bu durumu dəyərləndirib və Rusiya ilə hansı münasibətləri olmasından asılı olmayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Krım tatarlarının haqlı davasına sahib çıxıb. Ötən gün Ukrayna prezidenti Zelenski ilə başkan Ərdoğanın görüşündə də bu mövqe bir daha sərgiləndi. Mən şəxsən başqa bir yanaşma olacağını gözləmirdim. Türkiyə Rusiya ilə Ukrayna arasında yaşanan bu gərginliyi aradan qaldıracaq yeganə ölkədir, heç bir maraq güdmədən, Türkiyə məsələyə ölüm və qanın durdurulması prizmasından baxır. Zelenski də elə buna görə gəlmişdi. Görüşdə Ukrayna prezidentinin Türkiyəyə ümid yeri kimi baxdığını müşahidə etməmək mümkün deyidi. Rusiyaya Ərdoğanın qaşıdakı Krım konfransı ilə bağlı səfərinə də məhz bu prizmadan baxılmalıdır. Kreml onu Ukrayna məsələsində tutduğu mövqeyə görə qınaya və ya bu prinsipial duruşuna görə Türkiyəyə etiraz edə bilməz. Çünki Türkiyənin siyasi duruşu beynəlxalq prinsiplərə əsaslanır. Və son gün içərisində Rusiyadan Türkiyəyə qarşı rəsmi bir etiraz görmədim. İndiki halda əslində Rusiyanın Türkiyəyə çox böyük ehtiyacı var. Rusiya da, Ukraynanın özü də əslində bu gərginliyin müharibə müstəvisinə keçməsini istəmirlər. Və Türkiyənin verəcəyi təklif onların ürəyincə olacaq. Türkiyə açıq şəkildə bəyan etdi ki, məsələ danışıqlar yolu ilə həll edilməlidir. Mən gözləyirəm ki, Kreml Türkiyəyə vasitəçilik təklif etsin. Belə də olacaq. Çünki Rusiya indiki durumda başqa bir ölkənin səmimiliyinə inanmır. Həm də Rusiya ilə Türkiyə arasında bir neçə yerdə, o cümlədən Azərbaycanda münaqişələrdə əməkdaşlıq təcrübəsi yaranıb. Krımla bağlı düzənlənəcək konfransda da Türkiyənin sərgiləyəcəyi siyasət hər hansı ittifaqın (o cümlədən NATO-nun ) iradəsi ilə olması mümkün deyil. Sanmıram ki, Ukrayna - Rusiya gərginliyi açıq müharibə həddinə geçsin. Burada bir təhrik var. Ona da inanmıram ki, açıq müharibə durumunda ABŞ Ukraynanı axıradık müdafiə etsin. 2008 Gürcüstan örnəyi var meydanda. Açıq müharibə mümkün deyil. Sadəcə olaq bölgədə güc nümayişi, gövdə göstərisi var… Müharibə heç bir tərəfdən arzu olunan variant deyil. Ən azından ona görə ki, Avropa Birliyi ölkələri də, yəni həm də NATO-ya daxil olan Fransa, Almaniya, İtaliya kimi ölkələr müharibənin onların iqtisadi maraqlarına zərbə olacağından buna getməzlər. NATO yalnız ABŞ- dan ibarət deyil, Rusiya sevilməsə də bu quruma üzv olan Slavyan ölkələri qulaqlarının dibində dağıdıcı müharibənin olmasını və onun dalğalarının öz ölkələrinə sıçramasını istəməzlər. Türkiyə isə bu münaqişə ilə bağlı NATO-nun hansı mövqeyinin olmasından asılı olmayaraq müstəqil hərbi siyasətini yürütmüşdür. Bölgədə Türkiyəsiz heç bir məsələnin həll edilməyəcəyi gerçəyi var və bununla ABŞ-da, Rusiya da və başqa ölklər də hesablaşmalıdır. Krım və Donbas krizisində bu gün deyilsə də, yaxın gələcəkdə Türkiyənin əsas söz sahibi olacağına əminəm".
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan özünü təhlükəyə niyə atsın ki?... - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• Ermənistanın Avropa xülyası - Görünəni odur ki...
Bu gün, 07:02 |
|
|
|
• “Hərbi doktrina”ya dəyişiklik edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:44 |
|
|
|
• Putin getməyə hazırlaşır: yerinə məşhur qadın gələ bilər - Sensasion versiya
Bu gün, 06:38 |
|
|
|
• "Sonra Heydər Əliyev gəldi, həmin vurub-yıxan cəbhəçilər nəyə döndülər?.. - Quzuya..."
Bu gün, 06:36 |
|
|
|
• Peşə təhsili alanda iş tapılırmı? - ARAŞDIRMA
Bu gün, 06:31 |
|
|
|
• Paşinyanın Araikə məxfi zəngi üzə çıxdı... - Xankəndidə tutulduğu zavodda nələr deyib?
Bu gün, 06:28 |
|
|
|
• ABŞ-nin Ukraynadakı münaqişəni həll etmək planı yoxdur - Fox News
Bu gün, 06:25 |
|
|
|
• "Ancaq telefon vasitəsi ilə danışırıq... - Çox evdən bayıra çıxmağı da sevmir"
Bu gün, 01:29 |
|
|
|
• Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Bu gün, 01:19 |
|
|
|
• Moskva təhlükənin fərqindədir: Sülh sazişini “özəlləşdirmək” CƏHDİ - İNCƏLƏMƏ
Bu gün, 01:06 |
|
|
|
• Göyçay sakini ÇƏTİN DURUMDA... - MÜRACİƏT
Bu gün, 01:02 |
|
|
|
• “Hörmətsizlik, qalınqabırğalıq edən insanı başa salmaq lazımdır ki...” - Əməkdar artist
Bu gün, 00:45 |
|
|
|
• “Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• "Rusiyanı müttəfiq statusundan çıxarmaq lazımdır" - Sərdar Cəlaloğlu
Bu gün, 00:32 |
|
|
|
• Azərbaycanda 1,3,5 qəpikdən imtina ediləcək? - AKTUAL
Bu gün, 00:25 |
|
|
|
• “Sumqayıt Sənayetikinti Avtonəqliyyat”ın mənfəəti -BÖLÜŞÜRÜLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 1 milyon manat sərmayə ilə yeni BOKT yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Həbsdəki məmur hərəkətə keçdi: Milyonluq əmlakları… - "Əmlakın hansı yolla əldə olunması isə..."
Dünən, 21:05 |
|
|
|
• "Fərqlənməkdən qorxmayın..."
Dünən, 21:02 |
|
|
|
• Çin USAID-in əvəzinə proqramların maliyyələşdirilməsini təklif edir - KİV
Dünən, 20:58 |
|
|
|
• "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur" - Hikmət Hacıyev
Dünən, 19:51 |
|
|
|
• Tramp Tehranı diz çökdürməyə çalışır – Yaxın Şərqdə əsas hədəf
Dünən, 19:49 |
|
|
|
• "Rusiya öz səhvini etiraf etmək və cinayətkarları cəzalandırmaq əvəzinə, konfrantasiya yolunu tutdu"
Dünən, 19:02 |
|
|
|
• Kreml dostunu düşmənə çevirir - Hüdudsuz hüquqsuzluq
Dünən, 19:00 |
|
|
|
• Nazirlik 3,7 milyon manatlıq dərmanları - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:58 |
|
|
|
• "Həkimlər məni ölməyə qoymadılar" - Fatma Mahmudova
Dünən, 18:21 |
|
|
|
• “Şeyx Əbdül xəstədir, ağzına gələni danışır” – Rasim Balayev 57 illik dostundan niyə küsüb?
Dünən, 18:19 |
|
|
|
• Onlayn qumar təşkil edən daha bir dəstə ifşa olundu - VİDEO
Dünən, 18:16 |
|
|
|
• Britaniya Rusiyanın altı vətəndaşına və iki şirkətinə qarşı sanksiyalar tətbiq edib - TASS
Dünən, 18:14 |
|
|
|
• Ramil Usubovun qardaşı oğlu 1 milyonunu qaytara biləcəkmi? - Görünəni odur ki...
Dünən, 17:21 |
|
|
|
• Hüquq müdafiəçiləri Şahnaz Bəylərqızı ilə bağlı DİN-də qəbul edildilər
Dünən, 17:19 |
|
|
|
• Paşinyanın son müsahibəsindəki bəhanə xarakterli iddiaları yeni silahların alınması üçün qondarma əsas formalaşdırmağa xidmət edir – ŞƏRH
Dünən, 17:15 |
|
|
|
• “Ramiz Mehdiyevin bağında xüsusi iclaslar keçirirlər, ad günü qeyd etmək adı ilə dəniz qırağında...” – ŞOK AÇIQLAMA
Dünən, 17:13 |
|
|
|
• Casusluğun O BİRİ ÜZÜ və yaxud “beşinci kolon”un əsas KURATORU – “Eldar Mahmudov bütün günü şəhərdə...”
Dünən, 17:11 |
|
|
|
• "Avropa İttifaqı Azərbaycana İrəvandan baxmamalı və..." - GƏLİŞMƏ
Dünən, 17:10 |
|
|
|
• “Boz kardinal”ın daha bir kadrı YOLA SALINIR? - Abdin Fərzəliyevlə bağlı ŞOK İDDİA
Dünən, 17:04 |
|
|
|
• Rusiya elitasında parçalanma: - "Ciddi dəyişikliklər baş verəcək"
Dünən, 17:02 |
|
|
|
• İranın ümidi Trampla danışıqlara qalıb - “Iran Wire”
Dünən, 16:58 |
|
|
|
• “Azərbaycanın narahatlığı üçün əsaslar var: - Bu silahlar bizə qarşı istifadə edilə bilər!”
Dünən, 16:56 |
|
|
|
• Sinonimlər: Ramiz Mehdiyev – Rusiya, Ramiz Mehdiyev - “5-ci kolon”... - BU FAKTDIR...
Dünən, 16:53 |
|
|
|
• Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq? - AKTUAL
Dünən, 16:49 |
|
|
|
• Həsən Şeyx Mahmud bu gün Azərbaycana GƏLİR
Dünən, 16:43 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Dünən, 16:39 |
|
|
|
• Adınız terrorçunun BAKIDAKI AGENTİ kimi hallanır... CƏNABLAR!!! - Bu nə TƏLAŞ... bu nə HƏYƏCAN?..
Dünən, 16:35 |
|
|
|
• Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlama aparılır - RƏSMİ
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda yeni yaranmış şirkət sərmayəsini 1,3 milyon manat azaldır
Dünən, 16:28 |
|
|
|
• Ömürlük məhkum həbsxanada özünü öldürdü
Dünən, 16:23 |
|
|
|
• Tiflis İsveçi Gürcüstanda "Maydan" təşkil etməyə cəhddə günahlandırıb
Dünən, 16:19 |
|
|
|
• MÜHÜM POSTDA DƏYİŞİKLİK GÖZLƏNİLİR... - İDDİA
Dünən, 16:18 |
|
|
|
|