Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... .....                     Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? .....                     Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb .....                     "Bu sahədə savadı sıfırın altındadı..." .....                     Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. .....                     Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? .....                     Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır .....                     “Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” .....                     Trampla Putin arasında telefon danışığı olub .....                     Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                 

"Minsk Qrupunun səfəri mənasızdır" - Partiya sədri
Tarix: 30-09-2021, 10:56 | Çap et
"Minsk Qrupunun səfəri mənasızdır"
Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Fransanın “France-24" (Frans-24) televiziya kanalına müsahibəsində xeyli mühüm məqamlara bir daha aydınlıq gətirdi. Dövlət başçısı həm Fransanın həmsədr ölkə kimi tutduğu mövqeni tənqid etdi, həm Qarabağda ermənilərə hər hansı muxtariyyət verilməyəcəyini növbəti dəfə bəyan etdi, o cümlədən hərbi əsirlərin artıq qaytarıldığını açıqladı.

“Yeni Müsavat” xəbər verir ki, Prezident müsahibəsində müharibə zamanı Fransanın özünü dürüst vasitəçi kimi aparmadığını qeyd etdi. Sitat: “Fransa tərəf seçdi - Ermənistanın tərəfini. Özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi”.

İ.Əliyev jurnalistin sualına cavabınva onu da bildirdi ki, məsələnin həll edilmədiyini deyən həmin ölkələr öz ərazilərində erməniləri yerləşdirmək və ikinci Ermənistan dövləti yaratmaq üzərində düşünsünlər: “Dağlıq Qarabağ” dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil".

Hərbi əsirlərə gəldikdə, İ.Əliyev bildirib ki, müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb: “Noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib”. Prezident Minsk Qrupu həmsədrlərinin təklifi olarsa, Ermənistan rəhbərliyi ilə görüşməyə qarşı çıxmayacağını da vurğulayıb. Bir sözlə, dövlət başçısı fransız tribunasından da dünyaya Azərbaycanın hadisələrə baxışını diqqətə çatdırdı. Ona görə regiona səfər edəcəyi gözlənilən həmsədrlərin müzakirə masasında hansısa muxtariyyət, əsirlər deyil, sülh müqaviləsi imzalanması istiqamətində təşəbbüsləri ola bilər. Yəni Prezident nəinki “status”, muxtariyyət belə verilməyəcəyini bəyan etdi. O zaman bu açıqlamaları Minsk Qrupuna səfər öncəsi mesaj kimi qiymətləndirmək olarmı?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, həmsədrlər regiona turist kimi səfər edə bilərlər: “Prezidentin müsahibəsində ”status" haqda söylədikləri açıq bir mesajdır ki, onlar hansı məqsədlə bölgəyə gəlirlər, niyyətləri nədən ibarətdir. Amma onların istəyi baş tutmayacaq. Çünki həmin ərazilərdə cəmi 20-25 min erməni yaşayır, bu qədər adama status verilməsi mümkün deyil. Məsələn, Kaliforniyada yarım milyon erməni var, əgər istəyirlərsə, orada status versinlər, yaxud Marseldə ermənilərə muxtariyyət versinlər".

Partiya sədrinin fikrincə, Minsk Qrupunun səfəri mənasızdır: “Bu 30 ildə heç bir iş görməyiblər, münaqişəni dondurulmuş vəziyyətdə saxlayaraq uzadıblar. İndi Azərbaycan özü problemi həll etdikdən sonra mövcudluqlarını göstərmək üçün fəallaşıblar. Artıq qaçqınlar da yurduna qayıtdıqdan sonra Minsk Qrupunun görməli olduğu iş qalmır, bütün məsələlər icra olunub. Ona görə ölkə başçısının Fransa telekanalına müsahibəsində dedikləri haqlı idi, onlara heç bir ”status" nəzərdə tutulmur".

Professor Toğrul İsmayılın sözlərinə görə, əslində münaqişənin hərbi mərhələsi yekunlaşıb, lakin sülh müqaviləsi məsələsi dayanır: “Lavrovun çıxışında da əsas vurğu Qarabağda Azərbaycan və erməni icmalarının birgəyaşayışı məsələsi idi. Bu ərazilərdə erməni tərəfinin süni dövlət qurmaq cəhdləri artıq başa çatıb, beynəlxalq ictimaiyyət tərəfindən də reallıq qəbul olunur. Ona görə ilk baxışda Minsk Qrupunun fəaliyyətinin bitdiyi anlama gələ bilər, ancaq həmsədrlər sülh sazişi üçün danışıqlarda vasitəçi ola bilər. Ona görə cənab Prezident Fransa telekanalına müsahibəsində Qarabağda ”erməni dövləti" məsələsi deyil, iki ölkə rəhbərinin görüşünə işarə etdi".

T.İsmayıl hesab edir ki, Minsk Qrupunun missiyası başa çatıb, yalnız sülh sazişi üçün vasitəçilik edə bilər: “Onlar hər iki ölkəyə təzyiq mexanizminə sahib deyillər. Qarabağda qondarma respublika qurulması artq gündəmdən çıxıb. Azərbaycan hərbi əməliyyatlarla Qarabağda de-fakto dövlət anlayışını belə puça çıxardı. Yəni ermənilər orada hansısa dövlət qurmaq iqtidarında deyil”.

Professorun fikrincə, həmsədrlərin Xankəndinə səfər istəyinə təbii baxmaq lazımdır: “Münaqişə bu ərazi üzərindədir, orada erməni əhali var. Biz niyə Lavrovun ”Stepanakert" deməsi haqda çox düşünməli deyilik, çünki rusca adı belədir, həm də onun içindəki niyyət ortaya çıxır, burada ciddi bir problem görmürəm, Azərbaycan yavaş-yavaş bu adları da öz adına qaytaracaq. Sadəcə, həmsədrlər Xankəndinə gedərkən Azərbaycan ərazisindən Şuşa üzərindən keçməklə getməlidirlər. Azərbaycanlılar orada necə yaşamaqla bağlı təminat verir, ancaq məsələ tək bizlik deyil, beynəlxalq qurumlar bunu müzakirə edəcək, ermənilərin fikrini öyrənəcəklər. Odur ki, həmsədrlərin gəlişinə xoş ziyarət kimi baxmaq lazımdır. Sadəcə, Azərbaycan elə etməlidir ki, üçüncü ölkə təmsilçiləri bura getməsinlər. Bu funksiya üzərimizə düşür - diplomatlar, İran maşınları icazəsiz keçməməlidirlər. Əgər həmsədrlər icazəsiz gedərsə, Azərbaycan üç ölkəyə nota verərək birdəfəlik bağlantını kəsməlidir. Amma ehtimal etmirəm ki, bizim icazəmiz olmadan həmsədrlər ora getsinlər. Əslində Laçın dəhlizini açıq qoymuşuq, oradan getmələri üçün problem də yoxdur. Sadəcə, bu məsələdə Azərbaycan iradə göstərməlidir. Ermənistan üzərindən getsələr, təbii olaraq nota verməliyik".

Polkovnik Şair Ramaldanov Fransa telekanalının əməkdaşının hərbi əsirlərlə bağlı sualına Prezidentin aydın fikrini bildirdiyini düşünür. Onun sözlərinə görə, cinayətkara qarşı humanistliyin bir rəngi var: “Bir var cinayətkar oğurluq etsin, bir də var insan qətlə yetirsin, özü də məqsədyönlü şəkildə... Buna hansı humanistlik ola bilər? Onların törətdiyi cinayətlər sübut olunub və müvafiq sənədlər əsasında hüquqi qiymət verilib. Azərbaycan buna qədər çoxlu humanizm nümayiş etdirib”.

Polkovnik yada saldı ki, Azərbaycan müharibə dövründə dəfələrlə atəşkəsə hazır olduğunu bildirib, cəsədlərin ermənilərə verilməsi ilə bağlı onların müraciətlərinə müsbət yanaşıb, amma özləri bir sıra hallarda bundan imtina ediblər: “Cənab Prezident açıq şəkildə hərbi əsirlərin kim olduğunu hüquqi cəhətdən izah etdi. Düşünürəm ki, humanizmdən söhbət gedə bilməz. O adam terrorçuluq niyyəti ilə addım atırsa, ona heç bir yumşaqlıq ola bilməz. O baxımdan Prezident bütün suallara düzgün cavab verərək aydınlıq gətirdi. Lakin əgər humanizm göstərmək üçün qanuna hər hansı zidd hal olmasa, əlbəttə, Azərbaycan dövləti hər zaman olduğu kimi, öz humanistliyini göstərə bilər. Bunun üçün qanunvericiliyə baxmaq lazımdır”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Uşaqlarımız AÇIQ TƏHLÜKƏ ALTINDA... - NƏ ETMƏLİ?
Bu gün, 09:34
Ərdoğan Makronla danışdı: Cənubi Qafqazda nə dəyişəcək? - Görünəni odur ki...
Bu gün, 09:29
Tramp köməkçisinə Ukrayna münaqişəsi üzrə görüş təşkil etməyi tapşırıb
Bu gün, 09:27
"Bu sahədə savadı sıfırın altındadı..." - ETİRAZ
Bu gün, 09:19
Mikayılovun işçiləri qanunları BELƏ POZUR .. - BU DA FAKT...
Bu gün, 09:11
Şəhid ailəsi onlara çatacaq evi niyə ala bilmir? - İcra hakimiyyəti isə deyir ki...
Bu gün, 09:00
Rusiya Ermənistanda hərəkətə keçir: Bakı hazırlaşmalıdır - GƏLİŞMƏ
Bu gün, 08:52
“Onun həbsi Ərdoğana heç nə qazandırmayacaq” - Məşhur politoloq
Bu gün, 08:50
Trampla Putin arasında telefon danışığı olub - "New York Post"
Bu gün, 08:47
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru