Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

"Təhsil sahəsində problemlər qalmaqdadır" - deputat
Tarix: 28-10-2021, 09:00 | Çap et
"Təhsil sahəsində problemlər qalmaqdadır"
Prezident İlham Əliyevin “ağ inqilab” etməsindən 2 il ötür. 2019-cu ilin bu günlərində Nazirlər Kabinetinin tərkibində, PA-da ciddi kadr dəyişiklikləri oldu. Əksər yaşlı məmurlar vəzifədən uzaqlaşdırıldı. Yeni simalar vəzifəyə gətirildi, uğurlu təyinatlar oldu. Onlar arasında daha çox iqtisadiyyat naziri Mikayıl Cabbarov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyev və digərləri uğur qazandı və fəaliyyətləri dəstəkləndi. Bəs görəsən, islahatlar bundan sonra da davam etdiriləcəkmi? Hansı sahələrə yeni kadrların gətirilməsinə ehtiyac var.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Asim Mollazadə bildirdi ki, islahatlar mütləq davam etdirilməlidir: “Sadəcə olaraq, kadr islahatları deyil, bununla yanaşı struktur islahatlarına də böyük bir ehtiyac var. Ələlxüsus yerlərdə idarəetmə sistemində böyük dəyişikliklər olmalıdır. Azərbaycan xalqı və dövlətin qarşısında duran əsas məsələ böyük qayıdış layihəsidir və bu istiqamətdə böyük işlər görülür və görüləcək. Bununla yanaşı, yeni kadrlar da sınaqdan çıxacaq. Bu proseslərdə nəyə qadir olduğunu nümayiş etdirə bilən kadrlar dövlət idarəetmə sistemində yeni imkanlar əldə edə bilərlər və Qarabağdakı layihələrin bir çoxu gələcəkdə Azərbaycanın bütün bölgələrində istifadə olunacaq. Yeni nailiyyətlər, yeni üsullar həm idarəetmə ilə bağlı, həm ətraf mühitlə bağlı yeni layihələr, ağıllı kəndlər və şəhərlər tək Qarabağı deyil, Azərbaycanın bütün ərazilərini əhatə etməlidir.

Düşünürəm ki, bu sistemli dəyişikliklər aparılacaq, yeni iqtisadi zonalar yaradılacaq. Mən əminəm ki, bu cür iqtisadi zona sistemləri Azərbaycanın bir sıra bölgələrində gələcəkdə istifadə olunacaq. Prinsipial olaraq bu sistemi, yeni və müasir idarəetmə üsulları ilə, sahibkara hörmətlə, sahibkarın imkanlarından, yatırımlarından istifadə edərək Azərbaycanda islahatlar sürətlə davam etdirilməlidir. Azərbaycan müasir bir ölkə kimi idarəetmədə yeni təfəkkürə, bacarığa malik olan kadrlara ehtiyacı yaranacaq. Bütün bu proseslərlə bağlı mən əminəm ki, islahatlara imkanı yaradacağıq ki, müasir, demokratik Azərbaycanın inkişafını görək”.

Deputat , iqtisadçı alim Vüqar Bayramov da bildirdi ki, islahatların əsasını məhz kadr məsələsi təşkil edir: “Bütövlükdə struktur islahatları davam etdirilir və struktur islahatlarının digər elementi kadr islahatıdır ki, biz Azərbaycanda mərkəzi və yerli idarəetmə səviyyəsində kadr islahatlarının aparılmasını müşahidə edirik. Əslində həm iqtisadiyyatın yenilənməsi, həm qeyri- neft sektorunun inkişafı üçün yeni imkanlar yaradılması idarəetmə strukturunun təkmilləşdirilməsini tələb edirdi. Bu istiqamətdə xüsusən son illər ciddi addımlar atıldı. Əslində bu struktur islahatları bir tərəfdən 2021-ci ilin geridə qalan aylarında Azərbaycanda qeyri-neft ixracatının rekord səviyyədə artmasına imkan verdi. Nəzərə alsaq, ki, 2021-ci ildə Azərbaycan müstəqillik tarixində ən böyük həcmdə qeyri- neft məhsulları ixrac etmək imkanı əldə edəcək, eyni zamanda bu hadisə torpaqların işğaldan azad olunması fonunda vəsaitlərin səmərəli xərclənməsini, vəsaitlərə qənaət edilməsini prioritet etdi. Bu prioritetə riayət etməyi müəyyənləşdirən faktorlardan biri də məhz strukturun təkmilləşdirilməsi, struktur islahatlarının davam etdirilməsi idi.

Təbii ki, bu islahatlar davam edən bir prosesdir. Həm yerli, həm müasir çağırışlara uyğun strukturun təkmilləşdirilməsi və yeniləşdirilməsi işləri aparılır və bu istiqamətdə də siyasi iradə var. O baxımdan Azərbaycanda 2030-cu ilədək olan sosial-iqtisadi inkişafla bağlı milli prioritetlərdə də qeyd olunduğu kimi, 5 istiqamət üzrə islahatlar davam etdiriləcək. Bu islahatların önündə eyni zamanda qeyri-leqal iqtisadiyyata qarşı mübarizənin gücləndirilməsi durur. Bu da təbii ki, struktur islahatları ilə bağlı prosesin davam etdirilməsini daha da aktuallaşdırır. Struktur islahatları növbəti illərdə də prioritetliyini qoruyub saxlayacaq. Son illər aparılan islahatlar göstərdi ki, bu istiqamətdə atılan addımlar iqtisadi və sosial baxımdan pozitiv nəticələr verir".

Deputat Fazil Mustafa da hesab edir ki, ölkədə hökumət səviyyəsində kadr islahatları ilə bağlı son iki ildə xeyli addımlar atıldı: “Düzdür, Qarabağ savaşı müəyyən qədər bu prosesi dayandırdı. Çünki adətən belə bir taleyüklü, dövlət əhəmiyyətli, millətin taleyinə aid məsələlərin həlli zamanı çox da kadr dəyişikliklərinə ciddi diqqət yetirmək olmur. Amma Nazirlər Kabinetinin tərkibinin dəyişməsi və burada yeniləşmənin baş verməsi, hər halda, ölkənin iqtisadi həyatında fərqli bir gözləntiləri ortaya qoydu. Təbii ki, xeyli gənc kadrların təyin olunması müsbət bir tendensiyadır, amma bu kadrlardan daha çox yeniliyə meylli kadrların özünü fərqləndirməsi məsələsi cəmiyyəti daha çox maraqlandırırdı. Çünki hər gənc kadr da bu etimadı lazımi səviyyədə doğrultduğunu göstərə bilmədi. Bütövlükdə cəmiyyətdə daha çox yeni iqtisadi münasibətlər sisteminin qurulması istiqamətində müəyyən gözləntilər böyükdür. Burada da iqtisadiyyat naziri olaraq Mikayıl Cabbarovun islahatçı kimliyini əsas götürərək, hakimiyyətdə də müəyyən aparıcı bir mövqedə olması, müsbət dəyişikliklər üçün ümidverici əsaslar yaratdı. Ardınca Nazirlər Kabinetinin də tərkibində xeyli dəyişikliklər oldu və burada da Şahin Mustafayev kimi təcrübəli bir kadrın müəyyən mövqe tutması, xüsusilə də iqtisadi sahədəki təcrübəsinə əsaslanaraq müəyyən işlər görməsi vacib idi. Digər tərəfdən, Ədalət Vəliyevin Prezident Administrasiyasına şöbə müdiri vəzifəsinə gətirilməsi bütövlükdə canlanmaya səbəb oldu. Bu da müsbət bir tendensiyanın baş tutmasına imkan yaratdı. Hesab edirəm ki, bu kimi məsələlərdə daha çox Azərbaycan cəmiyyətinin gözləntisi hərbi quruculuq sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri idi. Çünki qərargah rəisinin dəyişməsi ölkədə hərbi sahədə müəyyən ümidverici kadrların inkişaf etdirilməsi, daha keyfiyyətli kadrların iş başına gətirilməsinə imkan tanıdı. Bütövlükdə bütün bunlar müsbət bir tendensiyadan xəbər verir. Hər halda, Nazirlər Kabinetinin keyfiyyətcə daha fərqli bir iş prinsipinə sahib olması, hökumətin daha aktiv iqtisadi proseslərdə rol alması cəmiyyət tərəfindən arzulanandır. Bu kimi məsələlərdə peşəkar bir baş nazirin olması da, ən azı iqtisadi cəhətdən prosesləri doğru təhlil edə bilməsi də iqtisadi kataklizmlərdən cəmiyyəti qorudu”.

F.Mustafanın sözlərinə görə, sosial problemlərin çözülməsi ilə bağlı məsələlər hələ də narahatlığını saxlayır: “Düzdür, müsbət yöndə müəyyən islahatlar aparılır, amma arzulanan səviyyədə hələ vətəndaşları razı salacaq mexanizm qurulmayıb. Təhsil sahəsində də problemlər qalmaqdadır. Bu sahədə də insanların gözləntiləri böyük idi ki, müəyyən islahatların aparılması ilə çox şeylər dəyişəcək. Amma pandemiyanın da yaratdığı obyektiv çətinliklər var.

Ona görə də hansısa formada hökumətin tərkibinin yeni variantda dəyişəcəyini gözləmirəm. Burada daha çox bir neçə kadrın dəyişməsi prosesi ola bilər. Amma bütün bunlar hamısı kadr dəyişikliyindən daha çox, kadrların nə etmək istədiyinin müəyyənləşdirilməsindən başlamalıdır. Kadrlar bilməlidirlər ki, onlar nə edəcəklər. Vəzifəyə qoyulandan sonra bu sualı düşünməlidirlər. Ona görə də bu istiqamətdə daha keyfiyyətli kadrların seçilməsi, müəyyən sahələrin, xüsusilə də kənd təsərrüfatının dirçəlməsi baxımından, müəyyən problemlərin ortadan qalxması baxımından faydalı ola bilər. Çünki Azərbaycanda prioritet sahələrdən biri məhz kənd təsərrüfatıdır və bu sahədə daha məsuliyyətli davranışlara ehtiyac var. Bütövlükdə mən Nazirlər Kabinetinin fəaliyyətini, hər halda, normal qiymətləndirirəm. Əvvəlkilərdən fərqli olaraq son iki ildəki bu dəyişiklik hökumətin daha peşəkar fəaliyyət göstərməsi üçün zəmin hazırladı".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru