Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

“Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir” - Qulu Məhərrəmli
Tarix: 6-11-2021, 09:14 | Çap et
“Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir”
Deputat Cavanşir Paşazadə yenə də yazdığı statusla gündəmə gəlib. Millət vəkilinin feysbuk hesabı üzərindən paylaşdığı statusunda yol verdiyi səhvlər böyük müzakirələrə səbəb olub. İctimaiyyət onu növbəti dəfə bu paylaşıma görə məsxərəyə qoyub. İnsanlar millət vəkilinin bu cür səhvlərə yol verməsini “rəzalət” adlandırırlar.

Daha əvvəl o, səhifəsində səhvlərlə dolu statusun sürücüsü tərəfindən yazıldığını və onu işdən çıxardığını iddia etmişdi.

“Deputatın yanında onun üçün yazı yazacaq bir savadlı adam yoxdurmu?” deyə sual edənlər də var. Hələ ittiham edənlər arasında Milli Məclis, Mərkəzi Seçki Komissiyasını da qınayanlar az deyil. “Necə olur ki, deputatlardan bir sıra arayışlar tələb olunur, bir sözü yazmaq bacarığı öyrənilmir” deyə müxtəlif suallar verilməkdədir... Ümumiyyətlə, millət vəkillərinin elementar savadları da yoxlanılmalıdırmı? Nəzərə alaq ki, deputatlar əksər vaxtlarda məktublara, gələn müraciətlərə cavab verirlər. Bəs, normal qaydada yazmaq, oxumaq qabiliyyəti olmayan deputat seçicinin məktubuna necə cavab verir? Yaxud hansısa nazirə seçildiyi ərazinin problemləri ilə bağlı məktubu necə yazıb yollayır?

Bakı Dövlət Universitetinin professoru, “AZLEKS” elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Mən təəssüf edirəm ki, Cavanşir Paşazadənin işə götürdüyü yeni sürücüsü də Azərbaycan dilini pis bilir və belə statuslar yazanda yanlışlıqlara yol verir... Buna ancaq təəssüflənmək olar. Ümumiyyətlə, bizim istər deputat olsun, istər başqa ictimai xadimlərimiz olsun, onlar yazılarında, statuslarında, ictimai çıxışlarında Azərbaycan dili ilə bağlı çox ehtiyatlı və həssas olmalıdırlar. Dili yaxşı bilməlidirlər, dilə hörmət etməlidirlər. Çünki bu dil millətin varlığıdır. Onun mənliyinin, intellektinin ifadəsidir. Ona görə buna çox həssas yanaşmaq lazımdır. Deputatlar, xüsusən bu işlərə diqqət yetirməlidirlər. Ən azı Azərbaycanın dövlət dili haqqında qanuna hörmət etmək lazımdır. Bəzi ölkələrdə, o cümlədən Ukraynada dil attestasiyaları keçirilir. Məsələn, mən onu dəqiq bilirəm ki, Ukrayna ali təhsil sistemində məktəblərdə hər il Ukrayna dilinin necə mənimsənilməsini öyrənirlər, bununla bağlı attestasiyalar keçirilir. Çox qürurlanıram ki, o komissiyanın da rəhbəri azərbaycanlıdır. Bizdə də hesab edirəm ki, ana dili ilə bağlı davamlı yoxlamalar, dilin öyrənilməsi səviyyəsinin yoxlanılması aparılmalıdır. Bizim müxtəlif peşə sahibləri, xüsusən vəzifə tutanlar, məmurlar üçün belə bir attestasiyanın olması çox önəmlidir. Deputatlar üçün belə bir attestasiyanın olması çox önəmlidir ki, onlar bu dili yaxşı öyrənsinlər. Bu dildə yaxşı yazsınlar, yaxşı danışsınlar, yəni onlar bu dilə hörməti cəmiyyətə təlqin etməlidirlər. Yoxsa bu cür səviyyəsiz olaylarla Azərbaycan dilinə hörmətsizlikdən başqa heç nə etmirlər. Buna yalnız təəssüflənmək olur. Amma məncə, tələbkarlığı artırmaq vacibdir”.

Mövzu ilə bağlı Mərkəzi Seçki Komissyanın (MSK) katibi Mikayıl Rəhimov da “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Deputat səs almalıdır, namizəd olmalıdır, səs toplamalıdır, MSK ona mandat verməlidir. Qalanı isə deputatın fəaliyyəti ilə bağlı məsələdir. Hörmətli Cavanşir Paşazadə o prosedurları keçib. Seçicidən səsi alıb, deputat olmaq istəyib, mandatı da alıb. Deputat fəaliyyəti ilə bağlı, onun hərəkətlərinə qiymət verən Milli Məclis, onun seçiciləri və oxucu auditoriyasıdır. Biz ona nə deyə bilərik? Onun fəaliyyətində hansısa nöqsanlar varsa, ona qiymət verəcək orqan da Parlamentdir. Ümumiyyətlə, Seçki Komissiyası olaraq bununla bağlı münasibət bildirməyimiz düzgün olmaz. Biz protokolları müzakirə edirik, qərar qəbul edirik. Deputat olandan sonra da bizim onlarla işgüzar əlaqələrimiz olmur. Əgər deputatla bağlı hansısa problem varsa, parlamentdə onun mandatlığının alınması ilə bağlı məsələ qaldırıla bilər”.

Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadənin özü ilə də əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında haqqında deyilənlərlə bağlı iradlarını bildirdi: “Bu, sadəcə hərfi səhvdir. Qoy nə qədər danışırlar, danışsınlar. Mən də öz bildiyimi edəcəyəm. Hər gün status qoyacağam. Bu sadəcə mənə sataşmaqdır. Mən ədəbiyyat imtahanına getməmişəm ki? Mən fikrimi bildirirəm. Vergülü yerində qoymadım, bunu böyük, ya kiçik hərflə yazdım... Bunu sadəcə sataşmaq üçün edirlər, müzakirə etməyə başlayırlar. Mən iyirmi ildir belə yazıram, təzə çıxdı ki, yaza bilmirəm. Boş söhbətlərdir. Mən heç buna cavab da vermək istəmirəm. Əhəmiyyət də vermirəm. Öz işimi görəcəyəm, görürəm də. Onları heç görmürəm də. Onlar istəyirlər ki, millət vəkilləri bu fikirləri yazmasınlar, saytlarda olmasınlar, dövləti dəstəkləməsinlər. Onlar öz bildiyində, mən də öz bildiyimdə”.

Deputat, insanların “Azərbaycan sözünü yaza bilməyən necə millət vəkili ola bilər” kimi suallarına belə cavab verib: “Bununla bağlı demişəm, gah avtomobildə yazıram, gah da yeriyə-yeriyə bir-birimizə mesajlar yazırıq. Bu gün qəzetlərə baxsaq, nə qədər texniki səhvlər var. Əgər mən bilsəm, imtahana girirəm, onda, əlbəttə, özümü yığışdıracam. Necə yazmışamsa, bundan sonra da elə yazacağam!”.

Yada salaq ki, millət vəkili Cavanşir Paşazadə yenidən “Facebook” hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib. O, paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd edib. Bu səhvləri ilə deputat Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib. Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib.

Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru