"Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz" - deputat
Tarix: 12-11-2021, 08:53 | Çap et
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada etdiyi çıxışında maraqlı bir detal “Yeni Müsavat”ın diqqətini çəkib. Dövlət başçısı çıxış edərkən bir neçə dəfə Xankəndinin görüntüləri də efirə gedib. Dövlət başçısının çıxış etdiyi Cıdır düzündən Xankəndinin aydın görüntülərini almaq mümkündür. Amma ilk dəfədir Prezidentin çıxışı zamanı Xankəndinin görüntüləri efirə verilib ki, bu da təsadüfi ola bilməz.
Dövlət başçısı çıxışında Azərbaycanın ədalətli müharibə apardığını və döyüş meydanında düşməni məğlub etdiyini deyib. O qeyd edib ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmadığı üçün Azərbaycan ərazilərini hərbi yolla azad edib. “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, - deyə Prezident Əliyev bildirib. Çıxışında Ali Baş Komandan qeyd edib ki, Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, yenə də Azərbaycanın dəmir yumruğunu görəcəklər.
Məlumdur ki, əsas revanşist qüvvələr Ermənistanda cəmləşsə də, Xankəndində də bu cür əhval-ruhiyyəli silahlı qüvvələr var. Bu silahlılar hələ də qanunsuz olaraq Azərbaycan ərazilərində qalırlar və ara-sıra təxribatlar törətmək cəhdləri edirlər. Bu təxribatlar isə əsasən Şuşa istiqamətində baş verir ki, sonuncu insident də buna sübutdur. Əlbəttə ki, dövlət başçısının çıxışında mesajların bir ünvanı da Xankəndi və ətraf bölgələrdəki Araik Arutyunyan kimi siyasi təxribatçılara, diversant qruplaşmalara yönəlib. Məlumdur ki, İ.Əliyevin xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər. Bu dəfə Xankəndini göstərməklə həmin mesajların ünvanı daha da konkretləşdirildi. Qarabağa qayıtmış ermənilər bu çıxışından öz paylarını aldılar, qalır doğru-dürüst nəticə çıxarmaq... Bəs Prezidentin çıxış etdiyi zaman kadrlarda Xankəndinin tez-tez görünməsini bir işarə kimi qiymətləndirmək olarmı? Burada eyham varmı?
Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Prezident çıxış etdiyi vaxt Xankəndinin tez-tez efirdə göstərilməsi bir eyham ola bilər. Onun sözlərinə görə, Ali Baş Komandan sözünü açıq şəkildə söyləyib və dediyi fikrin də sahibidir. B.Sadıqov qeyd etdi ki, Xankəndi Azərbaycanın suveren ərazisidir və indi onlara düşünmək üçün vaxtı verilib: “Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz, digər millətlərlə eyni hüquqlardan istifadə etmək haqqınız var. Amma status olmayacaq, cəhənnəmdədir və kim onu gətirmək istəyirsə dalınca gedə bilər. Eyni zamanda üçtərəfli bəyanatda göstərilib, erməni silahlı dəstələri ərazilərdən çıxmalıdır. Ancaq indiyə qədər çıxmayıblar və bəzən bəzi qruplar təxribatlara yol verir. Buna baxmayaraq, Ordumuz tərəfindən onların qarşısı alınır, qətiyyətlə susdurulur, bizdən üzr istəyirlər və sülhməramlıların xahişini nəzərə alıb cəzalandırmırıq, geri qayıtmalarına şərait yaradırıq”.
B.Sadıqov hesab edir ki, Prezidentin sözü və əməli eynidir, addımları ilə mövqeyini möhkəmləndirir: “Dövlət başçısı deyib ki, nəyi, nə vaxt etməyi yaxşı bilirəm”. Deputatın fikrincə, Ermənistandan Xankəndinə gələn rəsmilər bilməlidirlər ki, bu cür hərəkətlərinə son qoymağın da bir zamanı var: “Azərbaycan boş dayanmayıb, iş aparır. Cənab İlham Əliyev hörmətli Ərdoğanla birlikdə Zəngəzur dəhlizinin təməlini qoyubsa, deməli, məqsədə çatılacaq və digər məsələlər də həllini tapacaq. Azərbaycan öz ərazilərinə sahibdir və qalib ölkədir. Artıq azad edilən bölgələrdə quruculuq işləri gedir, status mövzusu yoxdur, ermənilərin arabir şıltaqlıqları isə keçmişdə qalır. Əgər davam etsələr, gələcəkdə 44 günlük müharibədə olanları onlara yaşada bilərik”.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov hesab edir ki, üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır və Azərbaycanın daha 30 il gözləmək vaxtı yoxdur. Onun sözlərinə görə, biz 44 günlük savaşda 3 min şəhid verməmişik ki, indi ermənilər ərazilərimizdə vaxtaşırı təxribatlara əl atsınlar. Politoloqun fikrincə, sülhməramlılardan qalxan kimi istifadə edən ermənilərin pozucu hərəkətlərini davam etdirməsinə imkan verilməyəcək və Azərbaycan terrorçu qrupların təmizlənməsi üçün antiterror əməliyyatlarını başlamaq hüququnu özündə saxlayır.
X.Bəşirov Prezidentin Şuşada çıxışı zamanı efirdə tez-tez Xankəndinin göstərilməsini təsadüf saymır: “Böyük ehtimal ki, bir eyham var. Yəni arifə bir işarə də kifayət edir. Əslində bu qələbə Azərbaycan dövlətinin və xalqınındır. Sadəcə, bəzi problemlər var və biri də Xankəndi məsələsidir. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, deməli, Xankəndi də bizim ərazimizdir. Ona görə bu qələbədən Xankəndinə də pay düşür. Amma qanunsuz silahlı birləşmələr bölgədən çıxmayıb, üçtərəfli bəyanatın 4-cü bəndi pozulub. Hesab edirəm ki, biz Xankəndinə gedib-gəldikdən sonra bu məsələ həll olunacaq”.
Ekspertin sözlərinə görə, Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilər oradakı cinayətkar rejimdən qurtulmağa yaxındırlar: “Onların təxribatları Xankəndində yaşayan dinc erməni sakinlərə nə qazandırır? Mülki əhali bunu istəyirmi? Məncə, yox. Sadəcə, həmişə bu hiyləgər siyasəti yürüdüblər, indi Zəfərin bir ilini qeyd edirik və bu təxribatları davam edirlər, psixoloji təzyiq etməyə çalışırlar. Bütün bunlar əbəsdir, 44 günlük sülhə məcburetmə əməliyyatı ilə gücümüzü sübut etdik, bu prosesin həllində də bizə heç bir qüvvə mane ola bilməz. Sadəcə, zaman lazımdır. Onlar ilk gündən üçtərəfli bəyanatı pozmağa çalışırlar və istəyirlər ki, bizi hövsələdən çıxarsınlar, adekvat cavab verək, vəziyyət gərginləşsin, ondan sonra götürdükləri öhdəlikləri yerinə yetirməsinlər. Lakin Azərbaycan sülhün, bölgədə sabitliyin tərəfdarıdır, Ermənistandan fərqli olaraq...” “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22 |
|
|
|
• Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19 |
|
|
|
• "Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15 |
|
|
|
• 70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13 |
|
|
|
• Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10 |
|
|
|
• Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07 |
|
|
|
• "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35 |
|
|
|
• Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33 |
|
|
|
• Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29 |
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Dünən, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38 |
|
|
|
|