"Bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır" - REAKSİYA
Tarix: 30-12-2021, 08:12 | Çap et
!["Bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır" "Bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır"](/uploads/posts/2021-12/thumbs/1640837575_0001.jpg) Tanınmış erməni siyasi analitik Razmik Akopcanyan Gürcüstana qarşı iddia ilə çıxış edib. Onun sözlərinə əsasən, gürcülər, guya, ermənilərə qarşı nankorluq edir, keçmişlərini unudurlar. Akopcanyan iddia edib ki, Gürcüstanın yaranmasında, varlığında ən böyük rolu məhz ermənilər oynayıb: “Əslində, onların paytaxtı Tiflis də qədim erməni şəhəridir. Üstəlik, hazırda çoxlu sayda erməni kilsəsi “gürcü kilsələri” kimi təqdim olunur. Nə edək, bizim də belə qonşularımız var. Gürcülər daim bizə arxadan zərbələr endiriblər”.
Ermənilərin Azərbaycan və Türkiyə ilə yanaşı zaman-zaman qonşu Gürcüstana, xüsusən, ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsinə də ərazi iddiaları gündəmə gəlib. Amma bu dərəcədə həyasız iddia yəqin ki, nadir hallarda ortaya atılır. Bir sıra şərhçilərə görə, region ölkələri arasında birgə əməkdaşlıq platformalarının müzakirə olunduğu indiki dövrdə bu cür əsassız iddialar təxribat niyyətindən xəbər verir. İstənilən halda Gürcüstanla qarşıdurma Ermənistana heç nə qazandırmır. Əksinə, qonşularla normal əməkdaşlıq prosesinə zərbə vurur.
DİA.AZ-ın məlumatına görə, sərsəm iddialarla bağlı “Şərq”ə danışan AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli deyib ki, Akopcanyanın yanaşması heç də təəccüblü və təsadüfi deyil. Alimin sözlərinə görə, illər boyu “Qarabağ, Naxçıvan bizimdir” deyə bağıran ermənilər eyni təfəkkürlə Tiflisə, Cavaxetiyaya da iddia ediblər:
“Ermənilər qədim dövrdən regionumuzda yaşayan bütün xalqların, əsasən də türklərin mirasına sahib çıxmaq istəyir. Məlumdur ki, Azərbaycan türklərinin bir qismi vaxtı ilə xristianlığı qəbul edib, sonradan islam dininə keçiblər. Torpaqlarımızda mövcud olmuş Albaniya xristian dövləti olub. Atropatenada isə tanrıçılıq və məcburi qaydada zərdüştilik yayılıb. Ermənilər xristian türklərə məxsus adət-ənənələri, əsərləri mənimsəməyə çalışıblar. Albaniyaya qonşu olmuş Ərməniyyə dövləti isə Arşakilər sülaləsi tərəfindən idarə olunub.
Ərməniyyə dövlətinin indiki ermənilərlə, daha doğrusu, haylarla heç bir əlaqəsi yoxdur. İndiki Gürcüstan ərazilərində İberiya dövləti qurulub. Həmin dövlətin qurulmasında xristian türklər, xüsusən qıpçaqlar mühüm rol oynayıb. Akopcanyan kimilərin sərsəmləməsi onu göstərir ki, mənfur ermənilər indiki Gürcüstan ərazisində yaşamış xristian qıpçaqların maddi-mənəvi mirasına “yiyə” çıxmaq arzusundadırlar. Ermənilər qədim qıpçaqların dövlətinə, mədəniyyətinə, yazısına göz dikib. Tiflis şəhərinin salınmasında və inkişafında gürcü xalqı ilə yanaşı, hətta onlardan daha çox xristian türklər rol oynayıb”.
Alim vurğulayıb ki, ermənilərin həyasızcasına hər şeyi öz adlarına çıxmasının önünü almaq üçün bütün həqiqətləri aşkara çıxartmalıyıq:
“Hayların bölgəyə nə zaman gəldiyini və onlardan öncə burada hansı xalqların yaşadığını dəlil-sübutlarla, faktlarla ortaya qoymaq lazımdır. Ermənilərin hər iddiasına yerindəcə tutarlı cavab verilməlidir ki, bəlkə zamanla sərsəm yanaşmalarından vaz keçsinlər. Avropa tarixçiləri də erməni uydurmalarına ciddi reaksiya verməli, əllərindəki arxiv sənədlərini gizlətməməlidirlər. Əks halda hayların həyasızlığı davam edəcək”.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|