Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                 

"Fransız inqilabının yaşadığı prosesi biz də yaşamış olduq" - deputat
Tarix: 20-01-2022, 08:51 | Çap et
"Fransız inqilabının yaşadığı prosesi biz də yaşamış olduq"
“20 Yanvar Azərbaycan xalqının tarixində, müstəqilliyə doğru gedən yolunda hələ də sirr pərdəsi açılmamış hadisələrdən biridir. Bu hadisə həqiqətən də Azərbaycan üçün böyük faciə oldu”. DİA.AZ xəbər verir ki, deputat, BQP başqanı, xalq hərəkatının fəal iştirakçılarından biri Fazil Mustafa bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Deputat əminliklə bildirdi ki, 20 Yanvar faciəsinin əsas səbəbkarı ozamankı SSRİ rəhbərliyi idi:

“SSRİ rəhbərliyinin də bilavasitə 20 Yanvar hadisələrindən daha çox, Dağlıq Qarabağda erməni separatizmini dəstəkləmək məqsədilə Azərbaycan xalqının Qarabağa yönəlik bütün iddialarının ortadan qaldırılması üçün düşündüyü planlardan biri kimi qiymətləndirilməlidir. Çünki 20 Yanvar Qarabağ hadisələrinin fonundan kənarda düşünülə bilməz. Amma bu hadisələrin yaranmasına, hadisələrin bu qədər kluminasiya nöqtəsinə çatmasına təbii ki, o dövürki Azərbaycan rəhbərliyinin də səriştəsizliyi, xalq hərəkatı ilə dil tapa bilməməsi, müəyyən prosesləri qabaqlamağı bacarmaması, SSRİ rəhbərliyi ilə doğru koordinasiyanın qurulmaması və onlara az da olsa, hər hansı bir şəkildə müqavimət göstərilə bilməməsi öz rolunu oynadı”.

F.Mustafa hesab edir ki, burda həm də AXC-nin də mənfi mənada rolu var: “O baxımdan ki, burda daha çox ittiham olunan Xalq Cəbhəsi olmamalıdır. Çünki AXC hələ amorf bir qurum idi, tam təşkilatlanmış mexanizmə sahib deyildi və təqribən 5-6 ay ərzində rəsmi qaydada mövcud olmuş bu təşkilatın öz dayaqlarını tam cilalamış vəziyyətdə, bir mərkəzdən idarə olunacaq bir mexanizmə çevirəcək qədər hazırlıqlı olmadığı 20 Yanvarda daha çox üzə çıxdı. Bu, təşkilatın 1990-cı il 7 yanvar konfransında da demokratik ənənələrin demək ki, olmadığı, qaragüruçuluğun əsas önə çıxan cəhətlərdən biri olduğu daha bariz şəkildə üzə çıxdı, bununda da radikalizmlə pərdələnən adı var idi. Təbii ki, burada səmimi insanların böyük əksəriyyəti Qarabağın qaytarılması, Qarabağda Azərbaycanın suverenliyinin bərpa olunması üçün Azərbaycan hakimiyyətinə təzyiq vasitəsilə proseslərin ölkəmizin xeyrinə dəyişə biləcəyinə ümid yaradırdı. Amma bu, həm də siyasi yetkinliyin olmamasından irəli gəlirdi. Ona görə də 20 Yanvar hadisələrinə görə AXC yox, AXC-də olan bəzi şəxslərin məsuliyyətsizliyi baxımından qiymət vermək lazımdır. Məhz onların bu, radikal çıxışları, çağırışları, yaxud da sona qədər dirəniş göstərmə, amma potensialı hesablamama qabiliyyətsizliyi prosesin belə bir faciə ilə sonuclanmasına gətirib çıxartdı. SSRİ-ni anlamaq olar, o, hər hansı şəkildə öz daxilində mərkəzdənqaçma qüvvələrini müəyyən dərəcədə dağıtmalıdır, bu, hər bir imperiyanın, dövlətin ata biləcəyi bir addımdır. Yəni xalq qalxıb, tələb edir və bu tələb də dövlətin, yaxud da hakim elitanın maraqlarına uyğun gəlmir, o da belə kəskin addım ataraq, başqalarının gözünü qorxutmaq istəyir”.

Deputat bildirdi ki, Azərbaycan rəhbərliyini də anlamaq olar: “Çünki həm Moskvadan asılılıq çox böyük və hər hansı bir konkret, müstəqil qərar qəbul etmək imkanı yox, üstəlik də böyür-başda da Moskvanın canişinləri oturub, Polyaniçko kimi, çox yüksək səviyyədə hazırlıqlı bir kəşfiyyatçı və idarəçi əslində dövləti ələ keçirib. Eyni zamanda Rusiyadan, Kommunist Partiyasının rəhbərliyindən gələn şəxslər də tamamilə hakimiyyətin müstəqil qərar qəbul etməsini, danışıqlar aparmasını mümkünsüz edib. Həmçinin hakimiyyətdaxili mübarizənin də burda əhəmiyyətli rolu var. Bir çox halarda ittiham edirlər, amma əslində bəlkə də ən az rolu olan adamlardan biri Vəzirov idi. Hətta Rıjkov da açıqlamasında bildirdi ki, o, qoşunun Bakıya yeridilməsinə etiraz edirdi və Qorbaçova da bu barədə fikrini bildirmişdi. Eyni zamanda Vəzirov fevral ayında Azərbaycan Ali Sovetinə seçkilər keçirməyi nəzərdə tuturdu”.

F.Mustafa bu məqamda olduqca ilginc faktı açıqladı: “Hətta AXC rəhbərliyi ilə danışıqlar da aprmışdı. Əbülfəz Elçibəyə Allah rəhmət eləsin, özünün ifadə etdiyi bir görüşün fraqmentini bəlkə də şahidsiz olduğuna görə, tez-tez söyləmək olmur, amma söylədiyinə iqtibas edərək deyirəm ki, Vəzirov görüşdə Xalq Cəbhəsinə 50 yer verə biləcəyini söyləmişdi. Bununla da ''siz Pribaltika yolu ilə daha yaxşı, uğurlu nəticələr əldə edə bilərsiniz və addım-addım demokratikləşməyə getmək olar'', mesajını vermişdi. Əbülfəz bəy cavabında söyləmişdi ki, 50 yer azdır, 100 yer olsa, daha doğru variant olar. Vəzirov isə bildirmişdi ki, AXC-də 100 nəfər sağlam adam tapmaq çox çətin olacaq, çünki biz onların hamısını, Xalq Cəbhəsinin elitasında olanları bir-bir araşdırmışıq. Sonradan mən belə başa düşdüm ki, AXC rəhbərliyində bu təklif müzakirə olunanda “...biz 360 yerin hamısına iddia edirik, ona görə də belə bir danışıqlara getmək olmaz” ifadəsi işlənib... Nəticəni də artıq bilirik... Daha çox kütlənin rəğbətini qazanmaq istəyən, kütlənin simpatiyası ilə meydan aurasını öz üzərinə götürənlər – elə onun daxilində biz tələbələr də var idik, biz də bu hərəkatın ön sıralarındaydıq, radikal cinaha aid idik və bu gün həqiqətən də bütün mənəvi məsuliyyəti həm də bizlər daşıyırıq, mən şəxsən özümü söyləyirəm”.

Milli hərəkatın tanınmış üzvü səmimi şəkildə etirafını da dilə gətirdi: “Çünki biz siyasi uzaqgörənlik keyfiyyətinə sahib deyildik, bunu açıqca söyləmək lazımdır. Yəni biz daha çox emosional duyğularla problemlərin çözülə biləcəyini və SSRİ-nin imkanlarını nəzərə almamaqla, xalqın dəmiri, daşı deşə biləcək qədər qüvvəyə malik olduğunu düşünürdük. Həm də Qarabağ məsələsi bizi xeyli çaşdırmışdı ki, biz ancaq xalq hərəkatını gücləndirməklə, silah əldə etməklə bu torpaqları ermənilərdən təmizləyə bilərik. Bütün bunlar hamısı siyasətdənkənar illuziyaları daha çox canımıza hopdurmuşdu. Ona görə də fransız inqilabının yaşadığı prosesi əslində biz də yaşamış olduq. Bu, o deməkdir ki, orda kütlənin, yaxud ayrı-ayrı burjuaziyanın, başqalarının gözünü qorxutmaq üçün kabinetdə edam barədə danışılırdı. Sonradan meydana yığışan xalq tələb edirdi ki, o edamı gerçəkləşdirin! Təqribən burda da belə olurdu, müəyyən bir radikallıq, kəskin mövqe sərgilmək üçün addımlar atılırdı, sonradan arxanca gələnlər bu addımların davam etməsini və konkretləşməsini istəyirdi. Necə ki, 1988-ci ildə əslində meydana bir günlük çıxıb, tələblər qoymağı nəzərdə tuturduq, amma kütlə yığışandan sonra tələb etdi ki, elə burda qalırıq, getmirik və buna da hamı tabe olmağa başladı”. Deputat qeyd etdi ki, böyük liderlərin əsas rolu bu kimi hallara qarşı müqavimət göstərməkdir: “Mən bilən o dövrdə bu gedişatla razılaşmayan, AXC-nin özün sözdə liberal qanadı adlandıran hissəsi daha ilımlı yolu seçməyi düşünürdülər. Amma onlarda da yetərincə cəsarət yox idi ki, bu yolun vacib olduğunu göstərsinlər. Orada cəsarətli davranan bir Zərdüşt Əlizadə oldu, 7 yanvarda AXC daxilində demokratiyanın olmadığını, fikir dinlənilmədiyini, qaragüruhçuluğun üstünlük təşkil etdiyini bir daha daxili mübarizədə göstərmiş oldu. Burda tək ağıllı yol o dövrün Azərbaycan hakimiyyəti ilə uzlaşmaya getmək idi. Yəni ki, koordinasiya etmək lazım idi və Vəzirov da münasib adam idi. Mütəllibovun bu xarakteri yox idi, amma Vəzirov daha maraqlı və münasib adam idi, AXC ondan ağıllı formada istifadə etmədi. Nəhayət, alınan qərarlar ona gətirdi ki, barrikadalar qurulsun, müqavimət göstərək...Yenə də siyasi qərarlar o dərəcədə aşağı oldu ki, 1989-cu ildə, 9 apreldə Tiflisdə baş verən qırğının ittifaq miqyasında geniş şəkildə müzakirə olunması bir növ hamını arxayınlaşdırmışdı. Belə bir vəziyyətdə SSRİ rəhbərliyi ikinci eyni addıma əl atmayacaq, düşüncəsi beyinlərə hakim oldu”.

F.Mustafa qeyd etdi ki, bu kimi məsələlərdə daha fərqli yol izləməyə ehtiyac var idi: “Amma siyasətdə nəticə baş verəndən sonra daha çox səhvləri görməyə başlayırsan”. Qırğınla bağlı məsuliyyət məsələsinə gəldikdə, deputat bildirdi ki, Azərbaycan Milli Məclisinin bu barədə tarixi qərarı var: “Artıq SSRİ adlı dövlət yoxdur ki, o masştabda bunu həll edəsən. Rusiya rəhbərliyinə də bununla bağlı hər hansı ittiham irəli sürmək hüquqi cəhətdən absurddur. Bu məsələni gündəmə gətirib, hüquqi müstəvidə müzakirə aparmağın da bir anlamı yoxdur. Burada söhbət mənəvi məsuliyyətdən gedir və hər kəs də mənəvi məsuliyyətini yəqin ki, tarixin verdiyi qiymət yönündə alacaq. Düşünürəm ki, burada ən böyük məsuliyyət SSRİ rəhbərliyinin üzərinə düşür. Sən qatilsən, qətliam törətmisən, vəhşilik etmisən! Amma buna rəvac verən addımlara gəldikdə, o dövrdə Azərbaycan rəhbərliyindən daha çox, bizim də daxil olduğumuz AXC rəhbərliyinin məsuliyyəti var. Biz daha uzaqgörən siyasət izləməliydik. Təbii ki, bunu indiki vəziyyətdə söyləyirik. O dönəmdə şəxsən mən olsaydım, yenə də dirəniş qərarını qəbul edərdim. Çünki o dövrün əhval-ruhiyyəsi, duyğuları, düşüncələri fərqli idi. Amma sual bu gün verildiyinə görə, keçmişə baxıb, keçmişi səmimi təftiş etmək, proseslərə obyektiv yanaşmaq bizi gələcəkdə səhvlərdən qoruya bilər, deyə, bu məsələləri açıq söyləməyi mənəvi borc hesab edirəm. Bu cür məsələlərin təkrar olunma ehtimalı böyükdür. Çünki hər hansı bir siyasi lider kütlənin istər siyasi, istər dini, istər sosial cəhalətinə qarşı özünün konkret, qəti, inandırıcı mövqeyini ortaya qoymalıdır. Əks təqdirdə, 20 Yanvarlar baş verir, belə faciələri yaşayırsan. Ona görə də hətta Əbülfəz Elçibəy o dönəm Müdafiə Şurasının sədri seçilmişdi və faktiki olaraq AXC rəhbərliyində bəzən radikallarla bir az mötədil davrananlar arasında ortaq nöqtə tapmağa çalışırdı. Amma zaman göstərir ki, mötədil qüvələrin düşüncələrində də, radikalların yanaşmasında da əslində kütlənin idarə olunması prosesində daha cəsur davranmağa ehtiyac yaranır. Yəni bu fikirləri ortaqlaşdırmaq yerinə, daha populyar olmayan, zəruri olan, xalqı qırğından qoruyan və xalqı az itkilərlə irəlilədən yolu seçmək lazımdır. Bu gün də bu anlayışın daşıyıcıları meydan sulayırlar. Ona görə gələcəkdə də belə situasiyalar baş verə bilər. Çünki biz keçmişi doğru təhlil etməmişik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru