Siyasilərin “Moskva Bəyannaməsi”nə baxışı: - Kim lehinə, kim əleyhinədir?
Tarix: 23-02-2022, 12:07 | Çap et
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
İmzalanan Bəyannamə ilə bağlı siyasilər fərqli fikirlər səsləndirir. Məsələ ilə bağlı siyasi partiyaların mövqeyini öyrəndik. DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev Cebhe.info-ya bildirib ki, sazişin imzalanması Azərbaycan üçün təhlükəli deyil:
“Bunu birmənalı şəkildə demək olar. Əslində, müttəfiqlik müqaviləsinin imzalanması artıq ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qorunmasına bir zəmanətdir. Biz Ukraynada baş verən hadisələrdən xəbərdarıq. Rusiyanın isə bundan sonra hansı siyasət aparacağından xəbərdar deyilik. Gördüyümüz kimi, Rusiya bütün dünya ilə “dirəşib”. Bu baxımdan Rusiya kimi güclü bir dövlətlə müttəfiqlik sazişinin imzalanması Azərbaycanın xarici siyasətlə bağlı daha müstəqil və tutarlı addımlar atmasına səbəb olacaq. Əlavə olaraq burada Azərbaycan üçün uduşlu bir məqam var. Biz belə bir təhlükə hiss edirdik ki, Qarabağda olan ermənilərə Rusiya pasportu verilə bilər. Rusiya Qarabağın hazırda separatçılar yaşayan ərazisini ilhaq edə bilər. Amma sazişin imzalanması bu məsələlərə nöqtə qoydu. Rusiya bu sazişlə Azərbaycanın müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü tanıyır və sərhədlərin toxunulmazlığını qəbul edir. Təsadüfi deyil ki, prezidentlərin görüşü zamanı Putinin bununla bağlı bildirdiyi fikrə İlham Əliyev replika ilə cavab verdi ki, sərhədlərin həm də toxunulmazlığı. Bu, çox vacib bir məqam idi və bunu səsləndirən zaman İlham Əliyev həm Azərbaycan cəmiyyətinə, həm dünyaya, həm də Ermənistana bir mesaj göndərirdi ki, Azərbaycanın sərhədləri toxunulmazdır və bu sərhədlər daxilində ikinci erməni dövləti ola bilməz”.
Razi Nurullayev qeyd edib ki, bu gün Ermənistan Rusiyanı Azərbaycana qarşı qoymaq istəyir: “Rusiya güclü bir dövlətdir və heç bir ölkə onunla münaqişəyə getmək istəmir. Hətta ABŞ, Avropa dövlətləri belə Ukrayna məsələsinə görə Rusiya ilə qarşıdurmaya getmək niyyətini ortaya qoymur. Qərb 2008-ci ildə Gürcüstanı qoruya bilmədi. Bu gün də Ukrayanı qoruya bilmir. Bu baxımdan biz Qərb dünyasının dəstəyinə etibar edərək deyə bilməz ki, Azərbaycanın suverenliyi təhlükə altında ola bilməzdi. Bütün bunları zamanı gəldikcə həll etmək lazımdır. Heç də Rusiyanı birbaşa erməni lobbisinin və Ermənistanın ixtiyarına vermək olmaz. Bu sazişdən sonra Ermənistan cəmiyyəti sanki yasa batıb. Ermənistanın siyasi partiyaları Paşinyanı istefaya dəvət edir. Onlar hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin imzalanması artıq Ermənistanın bütün planlarına son qoymuş olur. Artıq Ermənistan uduzdu və Rusiya kartı ilə Azərbaycana təzyiq göstərmək imkanından məhrum oldu. Bu baxımdan bu saziş Azərbaycanın güclənməsinə xidmət edəcək, eyni zamanda Azərbaycanın müəyyən planlarının həyata keçirilməsi üçün resurslar yaradacaq. Hər halda Azərbaycan Prezidenti bu məsələnin daxili elementlərindən yaxşı xəbərdardır. Özünün dediyi kimi, bu sənəd üzərində bir il iş gedib. Düşünürəm ki, bu sənəd Azərbaycanın xeyrinədir. Əgər belə olmasaydı, İlham Əliyev bu müqavilə ilə bağlı belə rahat danışmazdı, imzalamazdı. 30 ildə də biz bunu edə bilərdik, amma etmədik. Çünki Rusiyanın Azərbaycana münasibəti fərqli idi, birbaşa Ermənistanın yanında dayanırdı. Amma İkinci Qarabağ müharibəsindən sonra pozitivlər gəlməyə başladı. Hesab edirəm ki, bu müqvilədən sonra Azərbaycan Rusiyaya daha çox təzyiq göstərə biləcək ki, Ermənistanın silahlı birləşmələri də Xankəndindən çıxarılsın”.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Cebhe.info-ya açıqlamasında deyib ki, sənəddə Azərbaycanın uğuru hesab edilməli olan bir çox məqamlar var:
“Xüsusilə də ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, separatçı və terrorçu qruplaşmalara qarşı birgə mübarizə, kommunikasiya xətlərinin açılması və bir sıra məsələlər üzrə əməkdaşlıqla bağlı bəndlər var ki, bunlar Azərbaycan üçün uğurdur. Bu, Azərbaycanla Rusiya arasında münasibətlərin müttəfiqlik səviyyəsinə çatmasını özündə ehtiva edən, Azərbaycan xeyrinə olan bir sənəddir”.
Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvü, deputat Naqif Həmzəyev isə bildirib ki, bu müqavilə Azərbaycan üçün uğurludur:
“Hazırda qlobal məkanda çox böyük proseslər baş verməkdədir. Ukrayna-Rusiya, NATO-Rusiya arasında gərginlik müşahidə olunur. Bütün bu baş vermiş proseslər fonunda “Moskva Bəyannaməsi”nin məhz bunun təsiri altında imzalanması ilə əlaqələndirilməsini istəyən qüvvələr var. Açıq şəkildə demək istəyirəm ki, bunun bu proseslərlə qətiyyən əlaqəsi yoxdur. Azərbaycan Ukraynaya qarşı fəaliyyətdə Rusiyanın yanında dayanmayıb. Dəfələrlə təktərəfli və çoxtərəfli görüşlərdə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Krım məsələsində Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu baxımdan Azərbaycanla Ukrayna arasında dostluq və strateji əməkdaşlıq mövcuddur. Rusiya Azərbaycan münasibətlərinin Ukrayna-Azərbaycan münasibətlərinə mənfi təsir edəcəyini düşünmürük. Çünki unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərində də gərginlik var, amma buna baxmayaraq, Azərbaycanla Gürcüstan arasında münasibətlər çox yüksək səviyyədədir. Unutmamalıyıq ki, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdiyi vaxtda Azərbaycan açıq-aşkar Gürcüstana öz dəstəyini göstərdi. Bu baxımdan da Moskva-Bakı yaxınlaşmasının başqa dövlətlərlə münasibətlərin soyuması kimi təqdim edilməsinin əleyhinəyəm. Hesab edirəm ki, bu Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsinə, ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanılmasına hədəflənib. Nəticə etibarı ilə bu, regionda davamlı sülhdən və bütün qonşularla normal münasibətlərdən asılıdır”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə bu sazişin əleyhinədir:
“Rusiya ilə Azərbaycan arasında heç vaxt səmimi müttəfiqlik ola bilməz. Rusiyanın Azərbaycan siyasəti düşmənçilik, işğal, imperial maraqlar əsasındadır. Ona görə də Rusiya ilə Azərbaycan arasında müttəfiqliyin qəti əleyhinəyəm”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bu müqaviləni təhlükəli hesab etmir:
“Əslində siyasi partiyalar, ictimai cameə Rusiyanın imperiya dönəmində Azərbaycanın həyatında hansı rolu oynadığını bilir. İndinin özündə də Rusiya böyük gücdür. Ona görə də mövcud reallıqlara görə məsələlərə yanaşmalıyıq. İndiki dövr üçün qəbul olunan bəyannamə Azərbaycanın maraqlarına uyğundur. Çünki bəyannamənin birinci maddəsində Azərbaycanın ərazi bütövlüyünün tanınması qeyd olunur. Digər bəndlərdə də Azərbaycan əleyhinə nəsə yoxdur. Ona görə də indiki halda dünyaya meydan oxuyan Rusiya ilə döyüşməkdənsə, müttəfiqlik bəyannaməsi imzalamaq daha yaxşı seçimdir. Hesab edirəm ki, Prezident İlham Əliyev mövcud reallıqları nəzərə alaraq Azərbaycana qarşı olan basqını önləmək üçün bu addımı atıb. Burada təhlükəli heç nə görmürəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:20 |
|
|
|
• Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Bu gün, 14:11 |
|
|
|
• "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Bu gün, 14:10 |
|
|
|
• "Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 14:02 |
|
|
|
• “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Bu gün, 13:58 |
|
|
|
• Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Bu gün, 13:08 |
|
|
|
• Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 13:05 |
|
|
|
• Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Bu gün, 13:04 |
|
|
|
• Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Bu gün, 12:59 |
|
|
|
• İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53 |
|
|
|
• Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49 |
|
|
|
• Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48 |
|
|
|
• Papikyan Hindistana getdi
Bu gün, 12:47 |
|
|
|
• İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46 |
|
|
|
• "Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41 |
|
|
|
• Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30 |
|
|
|
• "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28 |
|
|
|
• Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25 |
|
|
|
• "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24 |
|
|
|
• Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04 |
|
|
|
• ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59 |
|
|
|
• 3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51 |
|
|
|
• BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49 |
|
|
|
• “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45 |
|
|
|
• Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41 |
|
|
|
• Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39 |
|
|
|
• Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20 |
|
|
|
• "Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18 |
|
|
|
• “Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14 |
|
|
|
• Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07 |
|
|
|
• Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04 |
|
|
|
• “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33 |
|
|
|
• `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32 |
|
|
|
• Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09 |
|
|
|
• Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04 |
|
|
|
• Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00 |
|
|
|
• Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42 |
|
|
|
• AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38 |
|
|
|
• Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27 |
|
|
|
• QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24 |
|
|
|
• Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23 |
|
|
|
• Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19 |
|
|
|
• AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11 |
|
|
|
• İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05 |
|
|
|
• Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01 |
|
|
|
• Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53 |
|
|
|
• SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48 |
|
|
|
|