İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                 

"Nə qədər ki, ikili standartlar siyasəti mövcuddur..." - deputat
Tarix: 15-04-2022, 08:44 | Çap et
"Nə qədər ki, ikili standartlar siyasəti mövcuddur..."
Azərbaycanın qələbəsi ilə başa çatan müharibədən sonra da ölkəmizə qarşı ikili standartlar siyasətinə son verilməyib. Son müşavirədə də Prezident İlham Əliyev bu məsələyə geniş toxunub.

Bu məsələdə isə XİN-in və xarici ölkədəki səfirliklərimizin üzərinə ciddi iş düşür. Postmüharibə dövründə diplomatiyanın rolu nədən ibarətdir? İkili standartların dəyişdirilməsində, ölkəmizə obyektiv yanaşma sərgilənməsində səfirlərin görəvləri nələrdən ibarətdir? Hücum diplomatiyası yerini daha mahir diplomatik manevrlərəmi verməlidir?

YAP-çı deputat Hikmət Babaoğlu ikili standartlara qarşı Azərbaycan diplomatiyasının daim mübarizə aparmasının vacibliyini vurğuladı: “Diplomatiya milli gücün beyini hesab edilir. Yəni milli güc kəmiyyət və keyfiyyət komponentlərindən ibarət olmaqla ikiyə bölünür. Diplomatiya isə hər iki komponenti birləşdirərək vahid edən, onu potensialdan real gücə çevirən strateji alətdir. Ona görə də Azərbaycan Prezidenti 12 aprel müşavirəsində dünyada mövcud olan ikili standartlar siyasətindən danışarkən mili diplomatiyamızın vəzifələrinin üzərində ayrıca dayandı. Çünki ultraliberal beynəlxalq münasibətlər sistemi içərisində xüsusi rol oynayan ikili standartlar siyasətinə qarşı yalnız peşəkar, intellektual və məharətli diplomatiya ilə mübarizə aparmaq mümkündür. Azərbaycan Prezidenti bu kontekstdə iki mühüm məsələni bir daha aktuallaşdırdı. Bunlardan biri liberal dünyanın münaqişə dövründə Azərbaycanın ərazi bütövlüyünə münasibətdə nümayiş etdirdiyi laqeydlik, digəri isə 44 günlük müharibədə Azərbaycanın istifadə etdiyi silahları ölüm silahı, başqa siyasi coğrafiyada isə eyni silahın az qala xilasedici mələk hesab edilməsi məsələsi idi. Doğrudan da ikili standartlar siyasəti həm də ağı qara, qaranı isə ağ kimi təqdim etmək sənətidir.

Necə olur ki, bir ölkənin ərazi bütövlüyünün pozulması bütün dünyanın təcavüzkar ölkəyə qarşı birləşməsinə, başqa bir ölkənin ərazi bütövlüyünün pozulması isə işğalçının dəsətəklənməsinə gətirib çıxara bilir. Ya da ”Bayrakdar"lar Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün apardığı haqlı müharibədə istifadə edilən zaman ölüm silahı, eyni mücadiləni verən başqa ölkədə istifadə edildikdə isə qurtarıcı mələk adlandırılır. Ona görə də nə qədər ki, ikili standartlar siyasəti mövcuddur, ona qarşı mübarizə aparmaq da Azərbaycan diplomatiyasının öncül vəzifəsi olaraq qalacaq. Bu, postmüharibə dövrünün də ən aktual çağırışlarından biridir. Azərbaycan Prezidenti müşavirədə beynəlxalq məsələlərdən danışarkən diplomatlarımızı məhz bu platformada milli maraqlarımızın realizə edilməsi üçün daha da səfərbər olmağa çağırdı. Çünki hazırda biz güclüyük və bu fonda bəlkə rəqiblərimiz zəif görünür. Ancaq unutmaq olmaz ki, onlar Azərbaycan güclü olduğu üçün belə görünürlər. Normalda isə kifayət qədər ardıcıl, prinsipial mübarizə aparmaqla ilk fürsətdə revanşist hərəkətlər edəcəklər. Ona görə də bütün bu strateji istiqamətlər üzrə milli diplomatiyamız öz üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Bunun hansı yol və vasitələrlə reallaşdırılmasına gəldikdə isə strateji olaraq milli diplomatiyamız hücum fəlsəfəsinə, beynəlxalq hüquqa söykənsə də situativ olaraq digər bütün vasitələr tətbiq edilməklə də həyata keçirilə bilər".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramov daim ikili standartların olmasından söz açdı: “İkili standartlar beynəlxalq hüquq normalarını və ədaləti ”gücsüzləşdirir" desəm, yəqin ki, səhv etmərəm. Müsəlman - Türk dünyasının bir parçası olaraq dövlətimizə qarşı ikili standartların tətbiq olunduğunun uzun illərdir ki, şahidiyik. 30 il müddətində Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı heç bir təzyiq göstərilmədisə, işğalçı cəzalandırılmadısa, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin həllinə etinasızlıq göstərildisə, demək ki, beynəlxalq hüquq normaları adlı prinsiplər gəlişi gözəl sözlərdən başqa bir şey deyil və onların tətbiqi də geosiyasi maraqlara uyğun olaraq dəyişir. Əgər belə olmasaydı, BMT-nin Qarabağla bağlı məlum qətnamələri də digər münaqişələr və ya dövlətlərlə bağlı qəbul olunmuş qətnamələr kimi bir-iki günün içində icra edilərdi. Əgər bu cür ikili standartlar olmasaydı, bu gün qəza səbəbi ilə bir neçə günlüyünə Xankəndində qazsız qalan 20-25 min separatçının müdafiəsi ilə bağlı verilən bəyanatlar 15 il müddətində Ermənistanın işğalçılıq siyasəti ucbatından qazsız, işıqsız qalan 450 mindən çox Naxçıvan əhalisi üçün də verilərdi. Əgər beynəlxalq qurumlar və Qərb institutları, ayrı-ayrı dövlətlər hadisələrə ikili standartlar prizmasından yanaşmasaydılar, Ukraynanın öz ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə verdikləri dəstəyi Azərbaycana da verərdilər. Əgər ikili yanaşma olmasaydı, beynəlxalq birlik Buça və İrpendəki qətliamlara münasibəti Xocalı soyqırımına da göstərərdi. Və nəhayət, əgər beynəlxalq birlik proseslərə ikili standartlarla yanaşmasaydı, işğal altında olan torpaqlarımızda milli-mənəvi sərvətlərimizin məhv edilməsinə, dini abidələrimizin dağılmasına münasibət bildirər, soyqırım və işğal siyasəti həyata keçirən Ermənistanı deyil, haqqı, ədaləti, Azərbaycanı müdafiə edərdilər.

Postmüharibə dövründə diplomatiyanın roluna gəlincə, səfir, konsul, nümayəndəlik və təmsilçilərin prinsipial fəaliyyəti dövlətin xarici siyasətinin məqsəd və vəzifələrini həyata keçirməkdən və dövlətin hüquq və maraqlarını ölkə xaricində müdafiə etməkdən ibarətdir. Bu prinsiplər istər müharibə dövründə, istərsə də postmüharibə dövründə və ümumiyyətlə, hər zaman diplomatik fəaliyyətə cavabdeh qurumlar və şəxslər tərəfindən davamlı olaraq icra edilməli olan vəzifələrdir. Odur ki, əsas məsələ bu prinsipləri icra etmək bacarığında olan, vətənini, dövlətini sevən, fəaliyyət göstərdiyi dövlətlərdə şəxsi biznes maraqlarını deyil, Azərbaycanın dövlət maraqlarını müdafiə edən kadrların müəyyənləşdirilməsi olmalıdır. Əgər bunlar olmayacaqsa və vəzifəsinin öhdəsindən gəlməyən ayrı-ayrı səfir və ya konsullar digər bacarıqsız adamlarla dəyişdiriləcəksə, hər hansı bir nəticəyə nail olmaq mümkün olmayacaq. Paralel olaraq diaspor təşkilatlarımızın gücləndirilməsi istiqamətində işlər görülməlidir.

Hə, bütün bunlar bizə qarşı olan ikili yanaşmanı aradan qaldıracaqmı, təbii ki, tam olaraq yox. Çünki yenə də qeyd edirəm, geosiyasi maraqlar, antitürk əhval-ruhiyyə, xristian təəssübkeşliyi və s. məqamlar ikili standartların tamamilə aradan qaldırılmasını faktiki olaraq imkansız edir. Amma əgər səfirlərimiz və diplomatik korpusun nümayəndələri, Azərbaycanı bu və ya digər şəkildə xaricdə təmsil edən şəxslər öz vəzifələrini düzgün icra etsələr, inanıram ki, bir çox məsələlərlə bağlı konkret nəticələr əldə etmək olar. Bunun üçün davamlı və ardıcıl fəaliyyət əsasdır. Adi bir misal deyim, bilirsiz ki, AMİP uzun illərdir ki, özündə 80-dən artıq ölkədən 120 aparıcı sağ mərkəz yönümlü partiyanı birləşdirən Beynəlxalq Demokrat İttifaqının üzvüdür və təmsil olunan partiyaların əksəriyyəti öz ölkəsində hakimiyyətdədirlər və Avropa parlamentində təmsilçilərə malikdirlər. Əksəriyyət xristian dövlətlərinin partiyaları olmasına baxmayaraq, apardığımız ardıcıl fəaliyyətin nəticəsidir ki, həmin qurum dəfələrlə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlarla çıxış edib və hələ hakimiyyətdə olduqda belə Sərkisyanın və onun partiyasının Beynəlxalq Demokrat İttifaqına üzvlüklə bağlı dəfələrlə etdiyi müraciətlər rədd edilib. Demək istədiyim odur ki, davamlı fəaliyyət olduqda mütləq şəkildə nələrəsə nail olmaq mümkündür. Bunun üçün sadəcə istək və eləcə də ölkən, dövlətin qarşısında məsuliyyətin olmalıdır".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru