İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                 

“İnsanlara münasibət dəyişməlidir” - Partiya sədri
Tarix: 19-04-2022, 09:24 | Çap et
“İnsanlara münasibət dəyişməlidir”
Prezident İlham Əliyev 90-cı illərin ortalarından, 2000-ci ilin əvvəlindən və ya ortasından vəzifədə olan məmurların tam əksəriyyətini pensiyaya göndərib, onlarla sağollaşıb. Hakimiyyət demək olar, təzələnib, nisbətən gənc kadrlar vəzifə başına gətirilib.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevdən sabiq nəqliyyat naziri Ziya Məmmədova, eləcə də BŞİH-in keçmiş rəhbəri Hacıbala Abutalıbovdan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Əhməd Əhmədzadəyə kimi köhnələr gedib. Sonuncu “köhnə” kadr Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov sayılırdı ki, onu da ötən həftə yola saldılar.

Bəs bu cür irimiqyaslı kadr dəyişiklikləri idarəçilikdə, xalqın güzəranında nələri dəyişdi?

Dəyişməli ən vacib sistem məhkəmə sistemidir ki, ona da rəhbərlik edən fiqur 17 ildir Ali Məhkəmənin sədri olan Ramiz Rzayev sayılır. Hər zaman da bu sistemdən narazılıq ifadə olunub. Bütün islahatlar ədalətli məhkəmə sisteminə bağlıdır. Bu olmasa, islahat anlayışını ictimai şüura yeritmək mümkün olmayacaq.

Görünən odur ki, Ramiz müəllimin hələ də kreslodan könüllü getmək fikri yoxdur...
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev ən vacib məsələlərə toxundu: “Bütün ölkələrin inkişafı müstəqil, ədalətli məhkəmədən keçir. Təəssüflər olsun ki, biz bunu bu gün Azərbaycanda yüz faiz əminliklə deyə bilmirik. Bu gün hələ də sistemdə problemlər var ki, həll olunmalıdır. İlk növbədə iş adamı, vətəndaş bilməlidir ki, onlar yüz faiz hüquqlarını məhkəmə vasitəsilə həll edə bilərlər. Amma bu mümkün görünmür. Buna görə də şikayətlərin sayı çoxalır. Tam məsuliyyətlə deyirəm ki, biz Azərbaycanda tam olaraq, ədalətli və müstəqil məhkəmə sistemi yarada bilsək, o zaman ölkədə olan şikayətlərin sayı ən azından 50-60% azalar”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli müəyyən dəyişikliklərin olduğunu bildirdi: “Təbii ki, kadr dəyişikliyi müəyyən dəyişikliyə səbəb olsa da, əsaslı şəkildə islahata gətirib çıxarmır. Çünki əsaslı şəkildə islahat gərək sistemin özündə, daxilində insanlara münasibətdə dəyişikliyə səbəb olsun. Doğrudur, gənc kadrlar vəzifələrə çəkilirlər, onların şəxsiyyəti barədə heç nə demirik. Amma bəzən elə fəaliyyət göstərirlər ki, cəmiyyətdə dövlətə qarşı müəyyən əks münasibət yaratmış olur. Məsələn, sosial müdafiə sahəsi ilə bağlı xeyli narazılıqlar var. Başqa sahələrdə də müəyyən narazılıqlar müşahidə olunur. Əhali istəyir ki, hər şey birdən-birə həll olunsun. Sistemin özü dəyişmədən bunları etmək mümkün deyil. Bütün hallarda yeni kadrların vəzifə başına gətirilməsi müsbət haldır. Çünki bir kadr bir yerdə daha çox işləyəndə istər-istəməz ora bağlanır, özündə arxayınlıq yaranır. Amma yenilər çalışır ki, nəsə bir yenilik gətirsinlər. Bəzi hallarda bu uğurlu olmur, amma nəyəsə cəhd olunur. Hesab edirəm ki, dəyişikliklər davam etməlidir. Konkret olaraq oturub fikirləşməmişəm ki, köhnə kadrlardan kimlər gedib, kimlər qalıb. Düz qeyd olunur, məhkəmə sistemində ciddi problemlər var. Qanunvericilikdə dəyişikliklərə ehtiyac var. İnsanlara münasibət dəyişməlidir. Məhkəmə sistemində müstəqilliyi təəssüflər olsun ki, hələ görə bilmirik. Uzun illər bir vəzifədə işləmək bir növ həmin vəzifəni mənimsəmək kimi çıxır. Daha çox məhkəmə sistemində kadr islahatlarına ehtiyac var. Bu istiqamətdə deyilən fikirləri tam bölüşürəm”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli proseslərin davamlı olacağını düşünür: “Köhnə komanda daha çox rüşvətxorluğun, korrupsiyanın bir növ simvolu idi. Onlar çəkinmədən rüşvət və korrupsiyaya bulaşır, üstəlik də özlərinin birbaşa vəzifələrini həyata keçirməyə o qədər də meylli olmurdular. Heç kimə sirr deyil ki, son vaxtlara qədər idarəetmədə müəyyən boşluqlar, kadr özbaşınalığı var idi. İndi onların böyük bir qismi gənclərlə əvəz olunub. Demirəm ki, bu gənclər həddindən artıq səriştəlidir, işinin yönünü bilirlər və ona tapşırılmış işlərin öhdəsindən uğurla gəlirlər. Amma hər halda, rüşvət, korrupsiya amilinin müəyyən qədər azaldığının, hətta deyərdim ki, hiss ediləcək qədər bunun azaldığını deyə bilərəm. Cənab Prezident gəncləri işbaşına göndərərkən qəti surətdə xəbərdarlıq edir, hər hansı neqativ halın onların həyatında necə bir mənfi rol oynaya biləcəyini dönə-dönə onlara xatırladır. Məncə, gənclərin böyük bir hissəsi rüşvət və korrupsiyadan uzaq durmağa çalışırlar. Vəzifələrini yerinə yetirmək üçün ciddi səylər göstərirlər. Onlar çevikdirlər, proseslərə tez vaqif olmağa çalışırlar. Bu da idarəetmə aparatının səmərəliliyini və effektivliyini xeyli yüksəldir. Ölkədə bu proseslərin davam edəcəyi gözlənilir. Bu proseslər xüsusilə hakimiyyətin əsas qollarından biri olan məhkəmə sahəsini əhatə etməlidir. Ən biabırçı və xoşagəlməyən vəziyyət bu sahədə yaranıb və bu durum illərdir ki, davam edir. Zənnimcə, bu sahədə çox köklü islahatlara ehtiyac var. Ali Məhkəmənin sədri ilə yanaşı Ağır Cinayətlər Məhkəməsinin sədri də uzun zamandır o vəzifədədir, özünün şəxsi xarakterli işlərini həyata keçirməklə məşğuldur. Məhkəmə sistemində çox ciddi boşluqlar var. Bu sistem cəmiyyətimizin mənəviyyatına çox ciddi xəsarət vurur, çox ciddi əskiklər gətirir. Əminəm ki, ölkə Prezidentinin növbəti addımları məhkəmə sisteminin dəyişdirilməsi, reforma edilməsi və bura tamamilə çevik, dinamik kadrların gətirilməsi istiqamətində olacaq. Çünki bu məsələ ilə bağlı hamının giley-güzəranı var. Bu məsələnin bu formada saxlanılması ölkəmizdə idarəetmə sisteminin səmərəliliyini, effektivliyini xeyli dərəcədə azaldır. Ölkə Prezidenti hər zaman olduğu kimi məhkəmə sahəsində də müsbətə doğru dəyişmələr üçün lazım olan addımlar atacaq. Buna tam əminəm”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Bu gün, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Bu gün, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Bu gün, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Bu gün, 12:48
Papikyan Hindistana getdi
Bu gün, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Bu gün, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Bu gün, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Bu gün, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Bu gün, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Bu gün, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Bu gün, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Bu gün, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru