3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                     Millət vəkilindən azərbaycanlıları təhqir edən .....                     Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı .....                     “Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” .....                     Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb .....                     `Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... .....                     Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... .....                     Ermənilərin katalikosu Trampa yalvardı .....                     Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... .....                     Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu .....                     AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? .....                     Rusiyadakı azərbaycanlılar deportasiya olunur? .....                     QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? .....                     Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib .....                     Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı .....                     AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası .....                     İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ .....                     Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... .....                     Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! .....                     SALOĞLU-dan mebel aldı... peşman oldu... .....                     Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR .....                     İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... .....                     Ötən il diplomu tanınmayanların sayı .....                     Böyük müharibəyə səbəb olacaq plan .....                     Baydenin məxfi məlumatlara girişi qadağan olundu .....                     Pezeşkianın bu sözü erməniləri sevindirdi .....                     Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb .....                     Ermənistan daha bir ərazidən imtina etdi .....                     Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! .....                     USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi .....                     “Apasport"dan gələn sizsiz?” .....                     ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək .....                     "Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." .....                 

"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək" - Ekspert danışır
Tarix: 23-04-2022, 08:53 | Çap et
"Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək"
Rusiya Kommunist Partiyası ölkənin indiki üçrəngli bayrağını SSRİ bayrağı ilə əvəzləməyi təklif edib. Bunu da onunla əsaslandırıb ki, Rusiya Sovet İttifaqının hüquqi varisidir. “Yeni Müsavat” bildirir ki, bu barədə Dövlət Dumasının elektron məlumat bazasındakı məlumatda bildirilir. Kommunist Partiyasının Luqansk və Donetskdə qondarma respublikaları tanımaq haqda müraciətini də Rusiya lideri müsbət cavablandırmışdı. Bu baxımdan SSRİ bayrağının bərpası təklifinə də adekvat münasibət olacağı istisna deyil. Çünki Putinin SSRİ-ni yeni və fərqli modeldə qaytarmaq, keçmiş sovet dövlətlərini bir çətir altına yığmaq çoxdankı arzusudur. Digər tərəfdən ideyanın elə Kremldən gəldiyi, Kommunist Partiyasının isə “siyasi mətbəx”də hazırlanmış bu reseptləri cəmiyyətə ötürdüyü mülahizələri səslənməkdədir.

Yada salmaq yerinə düşər ki, Putin hakimiyyətə gələn kimi SSRİ-nin himnini Rusiyanın himni kimi təsdiqlədib - sözlərini dəyişməklə. O zaman niyə də SSRİ bayrağı bərpa edilməsin?! Çünki Ukraynaya hərbi təcavüz və Putinin güclənən SSRİ nostaljisi fonunda bu indi daha məntiqli görünür. Üstəgəl, bu il SSRİ-nin qurulmasının 100-cü ildönümüdür.

Ümumiyyətlə, Rusiyanın SSRİ-ni yenidən bərpa etmək istəyi barədə zaman-zaman müzakirələr aparılır. Hətta bəzi Qərb liderləri də Putinin Sovet İttifaqını bərpa etmək niyyətində olduğunu bildiriblər. Hazırda davam edən Rusiya-Ukrayna müharibəsində bəzi rus tanklarının üzərində keçmiş SSRİ bayrağının görünməsi də şübhələrə yol açır. diaaz.space xəbər verir ki, AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavata”a açıqlamasında qanun layihəsinin gerçəkləşməsini real sayır. O, Ukraynadakı qondarma rejimləri tanımaq təklifinin də bu partiyadan gəldiyini xatırlatdı. “Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə yayılan videolarda gördük ki, Mariupola girən rus ordusunun tanklarının bəzilərində keçmiş SSRİ bayraqları var idi. Ona görə bu təklifin həyata keçməsi mümkündür. Çünki proses ona getməkdədir və Putin də Sovet İttifaqının dağılmasını faciə adlandırıb”.

AMİP sədri qeyd etdi ki, əgər layihəni qəbul etsələr, təəccüblənməz: “Bu həm də postsovet məkanına təhdid hesab edilməlidir. Çünki SSRİ nostalgiyası ilə yaşayırlar və Azərbaycanda da bu arzuda olanlar görə bilirik. Onlar növbəti dəfə Rusiyanın boyunduruğuna keçməkdə həvəslidirlər”.

ALDP sədri Fuad Əliyev isə güman etmir ki, Dumaya edilən təklif həyata keçə bilər: “Məncə, Putin özü buna razılaşmayacaq. Üstəlik, xalqın mövqeyi öyrənilməli, konstitusiyaya dəyişiklik olmalıdır. Təbii ki, istənilən siyasi qüvvə Dumaya hansısa təklif irəli sürə bilər. Amma Rusiyanın hazırkı üçrəngli bayrağının dəyişəcəyini gözləmirəm. Bu halda Rusiya dünyaya siqnal vermiş olacaq ki, mən SSRİ-ni bərpa etmək fikrindəyəm. Ancaq xatırlayırsınızsa, Putin demişdi ki, SSRİ-nin dağılmasına sevinənlərin ürəyi yoxdur, onun bərpasını istəyənlərin isə başı. İndi Rusiyada ab-hava çox dəyişib deyə müxtəlif təkliflər səslənə bilər. Ukraynadakı müharibənin nəticələrinin Rusiyanın siyasi vitrininə təsirləri olacaq. Rus ordusu Ukraynada istəklərinə tam nail olsa, o zaman daha iddialı bir Rusiya görəcəyik”.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanovun sözlərinə görə, Rusiya Dövlət Duması Federal yığıncağında müzakirəyə təklif olunan və qəbul edilən qanunlar bir suveren dövlət olaraq onların öz daxili işidir: “Fəhlə və kəndlinin birliyinin simvolu olan oraq və çəkic embleminin isə istənilən dövlətin bayrağında yer almasını, mən bir kommunist olaraq alqışlayıram”.

Politoloq Oqtay Qasımovun fikrincə, Kommunist Partiyasının bu təklifi Rusiya cəmiyyətinin müəyyən təbəqəsinin fikirlərini əks etdirir: “Düşünmürəm ki, Rusiya Dövlət Duması belə bir qərarı qəbul edəcək. Çünki SSRİ keçmiş Rusiya imperiyasının varisi və onun əzəmətli forması kimi yaddaşlarda qalıb. Lakin bu o demək deyil ki, indiki dövrdə SSRİ bayrağı Rusiya bayrağını əvəz etməlidir. Məlumdur ki, Rusiyanın dövlət himninə müəyyən dəyişikliklər edildi və keçmiş sovet himninə bənzədildi. Lakin bayrağın dəyişdirilməsi yaxın dövr üçün real görünmür. Çünki Rusiyanın başı bu gün Ukrayna müharibəsinə qarışıb. Müharibəyə görə ölkəyə ağır sanksiyalar tətbiq edilib. Siyasi rəhbərliyin həll etməli olduğu daha vacib məsələlər var. Bəziləri bu mövzularla cəmiyyətin diqqətini problemlərdən yayındırmaq və digər istiqamətlərə yönəltmək istəyirlər”.

Ekspertin fikrincə, Rusiyada bəzi şəxslər keçmiş SSRİ-nin bərpasına çalışır: “Putin dəfələrlə SSRİ-nin dağılmasını böyük geosiyasi fəlakət adlandırıb. Bütün bunlar onu göstərir ki, ruslar SSRİ-ni unutmayıblar və onun bayrağını qəbul edirlər. Onlar düşünür ki, İttifaq yenidən bərpa olunmalı, keçmiş SSRİ ölkələri isə Rusiya imperiyasının tərkibinə daxil olmalıdır. Yəni ruslar imperiyanın keçmiş əzəmətini dünyaya nümayiş etdirmək istəyirlər”.

Siyasi ekspert Elçin Mirzəbəylinin sözlərinə görə, bu, Rusiyanın SSRİ atributları ilə bağlı atdığı ilk addım deyil: “Kommunistlər öz keçmişlərindən qopub ayrıla bilmirlər. Son dövrlərdə bütövlükdə Rusiyada baş verən proseslər SSRİ nostaljisi adı altında neoimperialist iddiaların həyata keçirilməsi istiqamətində müvafiq addımların atıldığını göstərir. Bu iddialar əslində Rusiya cəmiyyətində çoxdan var. Sovet İttifaqının atributlarının bərpa edilməsi istiqamətində atılan bu ilk addım deyil. Rusiya Federasiyasının dövlət himni də illər öncə dəyişdirilərək SSRİ-nin himni ilə əvəz olunub. Bundan başqa Rusiya Federasiyasının gerbi də dəyişdirilərək Çar Rusiyasının gerbi ilə əvəzlənib. Bu iki amil onu sübuta yetirir ki, Rusiya özünün nə Çar dövründəki iddialarından, nə də daha sonrakı sovet dövründəki iddialarından əl çəkib. Amma bu, xəyaldan başqa bir şey deyil”.

Ekspert hesab edir ki, SSRİ bərpa oluna bilməz: “SSRİ dünyanın, bəşəriyyətin keçmişidir. Bu kabusun yenidən geri qaytarılmasına heç kim imkan verməyəcək”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Bu gün, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Bu gün, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Bu gün, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Bu gün, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Bu gün, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Bu gün, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Bu gün, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Bu gün, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Bu gün, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Bu gün, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Bu gün, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Bu gün, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Bu gün, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Bu gün, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Bu gün, 09:38
Rusiyadakı azərbaycanlılar deportasiya olunur? – Kreml “silahını” işə salır
Bu gün, 09:27
QƏBİR YERLƏRİ NECƏ VƏ NİYƏ SATILIR? - PROBLEM
Bu gün, 09:24
Dövlət İqtisad Universiteti zərərvericilərə qarşı 935 min manatlıq tender elan edib
Bu gün, 09:23
Paşinyan 7 günlük səfərdən bu sualla qayıtdı – Sərkisyan
Bu gün, 09:19
AZAL-dan bütün istiqamətlərə 25% endirim kampaniyası - DİQQƏT
Bu gün, 09:11
İrəvandakı İran səfirindən Bakıya qarşı DEMARŞ - Yaxın günlərdə...
Bu gün, 09:05
Göygöldə əlil ailəsi ÇARƏSİZ DURUMDA... - GİLEY
Bu gün, 09:01
Sizin qara-qışqırığınızdan çəkinib-qorxan yoxdur! - REAKSİYA
Bu gün, 08:53
SALOĞLU-dan mebel aldı... peşman oldu... - GİLEY
Bu gün, 08:48
Moskva Bakı ilə GƏRGİNLİYİ KÖRÜKLƏYİR - Kreml dayanmasa...
Bu gün, 08:40
İşçilərin aylıq əmək haqqı hansı müddətdə ödənilməlidir... - AKTUAL
Bu gün, 08:38
Ötən il diplomu tanınmayanların sayı - Hansı hallarda ali təhsil sənədi etibarsız hesab edilir?
Bu gün, 08:32
Böyük müharibəyə səbəb olacaq plan – 2 milyon insan təhlükədə
Bu gün, 07:43
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Bu gün, 07:04
Pezeşkianın bu sözü erməniləri sevindirdi - Markedonov
Bu gün, 07:03
Şoltsun dövründə Almaniyanın silah ixracı 65 % artıb - KİV
Bu gün, 07:01
Ermənistan daha bir ərazidən imtina etdi – Yeni hədəf var
Bu gün, 06:59
Marketlərdən bu məhsulları alarkən DİQQƏTLİ OLUN! - ÇAĞIRIŞ
Bu gün, 01:23
USAID terror qruplaşmalarına və LGBT-lərə verdiyi dəstəklə öz nüfuzunu ciddi şəkildə zədələdi - ŞƏRH
Bu gün, 01:15
“Apasport"dan gələn sizsiz?” – AFFA-DAN SKANDAL MÜNASİBƏT
Bu gün, 01:12
ABŞ hərbi xərcləri azaltmağı nəzərdən keçirəcək
Bu gün, 01:08
"Zəngəzur dəhlizi həm də bir Türk birliyi deməkdir..." - deputat
Bu gün, 01:03
Tramp USAID-in fəaliyyətini dələduzluq kimi xarakterizə edib
Bu gün, 00:59
Rusiyanın anti-Azərbaycan təbliğatında FİASKO - İNCƏLƏMƏ
Bu gün, 00:54
Mərkəzi Neftçilər Xəstəxanasından 1.5 milyon manatlıq “alış-veriş” - 3 aya bu pullar hara xərclənib?
Bu gün, 00:51
AQTA 'Binə'ni TƏMƏLDƏN 'qazmalı olacaq' - FOTOFAKT
Bu gün, 00:47
İbrahimovun əcaib-qəraib KADR SEÇİMİ - Görün, kimləri irəli çəkdi...
Bu gün, 00:42
“Niyə özümüzə hörmət etmirik?” - EKSPERT OD PÜSKÜRDÜ
Bu gün, 00:32
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru