Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? .....                     Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır .....                     İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? .....                     “Mən insanlardan heç vaxt qaçmamışam” .....                     FSB üç regionda əməliyyat keçirdi: .....                     Muxtar Babayevi kim əvəz edir? .....                     ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır .....                     İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... .....                     Tehrandan Paşinyanla bağlı təlimat: .....                     Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur .....                     Azərbaycanlı jurnalist Japarova məktub yazdı... .....                     “AzerGold”da yeni təyinat .....                     "Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." .....                     Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                 

"Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla zyalını təqiblərə məruz qoyub" - İLGİNC AÇIQLAMALAR
Tarix: 30-12-2022, 11:31 | Çap et
"Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla zyalını təqiblərə məruz qoyub"
Azərbaycan prezidenti İlham Əliyevin Qərbi Azərbaycan məsələsi ilə bağlı çıxışı göstərir ki, dövlət, tarixi Azərbaycan torpaqlarının, oradan deportasiya edilmiş yüzminlərlə soydaşımızın probleminə həssas yanaşır, tarixi torpaqlara qayıdışı prioritet hesab edir. Prezidentin dekabrın 24-də bu məsələ ilə bağlı konseptual çıxışından sonra xüsusi fəallıq da hiss olunur.

Hələ 34 il əvvəl Qərbi Azərbaycan məsələsini qaldıran, bu işlə fəal məşğul olan Deportasiya Qurbanları Cəmiyyətinin (DQC) sədri, “İrəvan” qəzetinin təsisçisi və baş redaktoru Köçəri Nağıbəyli Reyting.az-a müsahibəsində deyib ki, 1989-cu ildə bir qrup tanınmış ziyalı ilə təşkilat yaradıblar. DİA.AZ onunla söhbəti təqdim edir:

- O zaman Qərbi Azərbaycanla bağlı yaratdığımız ilk təşkilatın adını Zəngəzur Cəmiyyəti qoyduq. Hədəfimiz Qərbi Azərbaycana - tarixi torpaqlarımıza qayıtmaq, bu müqəddəs torpaqlarımızın unudulmaması, yaddaşlardan silinməməsi idi. Zəngəzur Cəmiyyətinin proqram və məramnaməsində bunları qeyd etdik.

Amma bu iş bizə asan başa gəlmədi. O dövrdə Qorbaçov-Vəzirov cütlüyü faktiki olaraq buna qarşı çıxır, Bakıda hakimiyyətdə oturanlar Moskvadan gələn tapşırıqları dərhal həyata keçirirdilər. Bundan sonra bizə, o cümlədən mənə qarşı təzyiqlər başladı.

Bizim ilk işimiz Qərbi Azərbaycandan gələn qaçqınları yerləşdirmək, onlara dəstək olmaq idi. Azərbaycanın o zamankı rəhbəri Vəzirov bunun əleyhinə idi, bizə düşmən kimi baxırdı, üstəlik, Zəngəzur Cəmiyyətinin qısa müddətə inkişafı onu narahat edirdi.

Biz bu məsələlərlə məşğul olan zaman əhəmiyyətli bir hadisə baş verdi. Bakının ermənilərdən təmizlənməsi ilə bağlı tarixi qərar verdik. Zəngəzur Cəmiyyəti tarixi iş gördü. 1918-ci ildəki kimi ermənilərin bizə arxadan zərbə vurmasının qarşısını aldıq, Bakını ermənilərdən təmizlədik. Sülhlə, nizamla və kimsəyə toxunmadan erməniləri buradan yola saldıq, eləcə də Qərbi Azərbaycandan qovulan soydaşlarımızı yerləşdirdik. Aydındır ki, Vəzirov bu məsələlərə dözə bilmirdi...

- Amma bundan qısa müddət sonra həbs edilmisiniz...

- Bəli, sonra Vəzirov məni həbs etdirdi, çünki onun planlarına mane olurdum.

Daha sonra, 1990-cı ildə Əbülfəz Elçibəylə Flora Kərimova məni Naxçıvana apardı. Çünki artıq mənə qarşı cinayət işi başlanmışdı, o dövrün Cinayət Məcəlləsinə əsasən az qala güllələnmə cəzası ala bilərdim. Çünki Qərbi Azərbaycan mövzusunu daima qaldırmaq, qaçqınların hüquqlarını müdafiə etmək, bu məsələləri gündəmə gətirməyimi Vəzirov-Mütəllibov cütlüyü həzm edə bilmirdi.

Naxçıvanda Heydər Əliyevlə görüşdük. Onun da Bakıya gəlməsinə, paytaxtda yaşamasına imkan vermirdilər, böyük haqsızlıqlar edirdilər. Heydər Əliyevlə görüşdə mənə baxıb “İgidin adını da eşit, özünü də gör”,- ifadəsini işlətdi.

Bir ilə qədər Naxçıvanda qalmalı oldum, sonra Bakıya qayıdıb işləri davam etdirdik, Qərbi Azərbaycan məsələsinin gündəmdə saxlanılması üçün əlimizdən gələni etdik.

- Vəzirov və Mütəllibovun hakimiyyətindən sonra bu məsələ ilə bağlı nələr baş verdi?

- Onlar hakimiyyətdən getsə də, daha əzazilləri peyda oldu. Məsələn, uzun illər hakimiyyət daxilində az qala FETÖ kimi bir çete yaradan Ramiz Mehdiyev (Prezident Administarsiyasının keçmiş rəhbərini nəzərdə tutur-red.). Bir müddət də Ramiz Mehdiyev və onun qəddar dəstəsi ilə üz-üzə qalmalı olduq.

İlk dəfə deputatlığa namizəd kimi 15 il əvvəl ANS kanalında çıxış etdim, canlı yayımda bildirdim ki, cənab prezident, Ramiz Mehdiyev cinayətkardır, sizə səhv məlumatlar verir, ölkədə qarışıqlıq yaradır, xalqı, milləti və dövləti sevən insanları dövlətdən narazı salır. O dövrdə Ramiz Mehdiyevin qılıncının dalı da, qabağı da kəsirdi. Beləcə, bundan sonra Ramiz Mehdiyev sakit dayanmadı, adımı “qara siyahı”ya saldı.

- Qərbi azərbaycanlıların deportasiya olunduğu günü ilk dəfə siz qeyd etmisiniz, ziyalıları bir yerə toplayaraq tədbirlər keçirmisiniz. Ramiz Mehdiyevin buna münasibəti necə idi?

- Mən 30 ildən çoxdur ki, qərbi azərbaycanlıların deportasiyası ilə bağlı anım gününün keçirilməsində fəallıq göstərir, bunu təşkil edirəm. İlk dövrlərdən bu prosesi aparanlardan biri olmuşam. Təsəvvür edin, mən bu işləri gördüyüm müddətdə Mehdiyev adımı siyasətlə bağladı, barəmdə olmazın şər-böhtanını yaydı və məni işimdən qovdurdu. Yəni mənim Qərbi Azərbaycanla bağlı apardığım işlər şəxsi mənada özümün ziyanıma, amma xalqımın, dövlətimin xeyrinə oldu.

2000-ci ilin əvvəllərində Qərbi Azərbaycanın tanınmış ziyalıları ilə birlikdə Deportasiya Qurbanları Cəmiyyətini yaratdıq. Amma ermənilərə qarşı mübarizə apardığımız üçün Ramiz Mehdiyev bizə qənim kəsildi. Təşkilatımızın dövlət qeydiyyatına alınmasına imkan vermədi. Əvəzində məni işimdən uzaqlaşdırdı.

Mehdiyev həm də bu işlə məşğul olan ziyalılarımızı, o cümlədən professor Eldar Abbasovu işindən kənarlaşdırdı, ona qarşı şər-böhtan kampaniyası həyata keçirdi. Onun zəhmətlə qurduğu xəstəxananı əlindən aldı.

Firudin Cəlilova da problem yaratdı, onun deputat təqaüdü almasına imkan vermədi, televiziyada çıxışlarına qadağa qoydu.

Xalq şairi Vahiz Əzizə də təzyiqlər etdi.

Qısası, Ramiz Mehdiyev Qərbi Azərbaycan məsələsi ilə məşğul olan onlarla ziyalını “qara siyahı”ya salaraq qapıları onlarına üzünə bağladı, təqiblərə məruz qoydu. El-obasını sevən insanlara divan tutdu.

Nəhayət, Mehdiyevin şəbəkəsi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra sonra, bir il əvvəl bizim təşkilat dövlət qeydiyyatına alındı. Hazırda mübarizəmizi davam etdiririk. Ata-baba torpaqlarımızın unudulmaması, gəncliyin bu məsələni bilməsi üçün tədbirlər keçirir, mətbuatda çıxışlar edirik. O cümlədən dövlətimizə və millətimizə qarşı xəyanətləri ifşa edirik.

- Azərbaycan prezidenti İlham Əliyev Qərbi Azərbaycan məsələsi ilə bağlı qəti və konkret mövqe ortaya qoyub. Bunu necə qiymətləndirirsiniz?

- Biz prezidentin bu təşəbbüsünü alqışlayırıq. Bu, vacib məsələdir və belə məsələlərdə dövlət başçısının mövqeyi son dərəcə əhəmiyyətlidir. Prezident zamanında cəsarətli mövqe ortaya qoyub, buna görə ona təşəkkür edirik. Biz bu işi sona qədər müdafiə edəcəyik. Çünki bizim ata-babalarımızın məzarı o müqəddəs torpaqlardadır. Biz illərlə bunu dəstəkləmişik, bu işləri görmüşük. Nə yaxşı ki, dövlət başçısı özü şəxsən ortaya iradə qoyub və biz də bu ideyanı birmənalı dəstəkləyirik.

Bu gün də Deortasiya Qurbanları Cəmiyyətində Eldar Abbasov, Firudin Cəlilov, Paşa Qəlbinur, Vahid Əziz, Əli Ömərov, Pənah Əliyev və çoxlu sayda tanınmış ziyalı birləşir. Eləcə də minlərlə gənc bizim təşkilatı tanıyır, ona etimad göstərir. Dövlətimiz nə zaman tapşırıq verərsə, dünyanın istənilən yerində Qərbi Azərbaycan məsələsində mübarizə aparmağa hazırıq.

Son tədbiri də dəstəkləyirik. Dövlətimizin və prezidentimizin bu addımı olduqca cəsarətlidir və hərtərəfli dəstəklənməlidir. 34 ildir biz bu ideya uğrunda mübarizə aparmışıq, həyatımızı, gəncliyimizi bu yolda fəda etmişik. Bu məsələdə hamı bir yumruq kimi birləşməli, öhdəsinə düşəni etməlidir.

Onu da qeyd edim ki, ilk dəfə mən “İrəvan” adlı qəzet təsis etmişəm, müxtəlif dövrlərdə bu qəzet işıq üzü görüb. Həmin qəzetdə İrəvan və digər tarixi torpaqlarımızla bağlı fikirlərə geniş yer vermişik. Amma illərdir ki, qəzetimizi nəşr etdirə bilmirik. Buna səbəb yerimizin, redaksiyamızın və maliyyənin olmamasıdır. Yaxşı olardı ki, “İrəvan” qəzetinə də dəstək versinlər, onun fəaliyyətini bərpa edə bilək.

Biz cəmiyyətimizin iclaslarını çayxanalarda keçiririk, amma dayanmırıq.

Ən əsası, qərbi azərbaycanlıları, ziyalılarımızı birliyə dəvət edirik. İllərlə bu məsələlərdə fəal olan ictimai qurumlar, şəxslər var və onları prosesdən kənarda qoymaq düzgün olmazdı. Hamı yumruğu bir yerə vurmalıdır. Çünki qarşımızda erməni kimi hiyləgər düşmən dayanır.

- Sizin təşkilat bu prosesə hansı formada dəstək verə bilər?

- Öncə nəzərə alın ki, bizim təşkilatda böyük ziyalı potensialı və çoxsaylı gənclər birləşir. Üstəlik, biz dünən deyil, 30 ildən çoxdur ki, bu mübarizəni aparırıq. Ən ağır şərtlər altında mübarizə aparan ilk şəxslər bizik.

Dediyim kimi, ilk dəfə Qərbi Azərbaycanla bağlı Zəngəzur Cəmiyyətini biz yaratmışıq. Qurultay zamanı mən sədr, Abbas Səfərov, Lahudi Əliyev, Vidadi Quliyev, Nurəddin İsmayılov, Həmid Əliyev, professor Həsən Balıyev və digər görkəmli ziyalılarımız müavin seçilib.

Yeri gəlmişkən, Zəngəzur Cəmiyyətinin yaradılmasında deputat Fəzail Ağamalının da rolu və dəstəyi olub. İndi millət vəkili olanlar arasında da cəmiyyətimizin üzvləri var.

Bizim bir məqsədimiz olub - Qərbi Azərbaycana qayıtmaq, bunun davasını aparmaq. Bu, bizim əsas amalımızdır. Zəngəzur Cəmiyyəti haqqında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli də öz kitablarında kifayət qədər yazıb.

Bu yolda işimi, sağlamlığımı itirmişəm. Vəzirov, Mütəllibov, Ramiz Mehdiyev ayrı-ayrı dövrlərdə məni şərləyərək zindana atdırıb. Amma buna görə heç vaxt dövlətdən inciməmişəm. Çox şadam ki, FETÖ kimi çeteni yaradan mehdiyevlər, əli həsənovlar artıq dövlətdən təmizlənib, proses davam edir.

Şəxsi mənada heç nə istəməmişəm. Mən I Qarabağ savaşında, övladım isə II Qarabağ müharibəsində iştirak edib, qazidir. 1990-cı ilin qanlı 20 yanvar hadisəsi zamanı yaralanmışam. Biz dövlətə və millətə bağlı adamlarıq. Hər zaman da şəxsi deyil, milli və dövlət maraqlarını əldə bayraq etmişik. Bu gün də narazı deyiləm, hesab edirəm ki, ümumi işə dəstək vermək vacibdir. Mənim üçün gedib ata-babamın məzarını ziyarət etməkdən böyük mükafat yoxdur. Ümid edirəm ki, günün birində bu baş verəcək.

Biz təşkilat olaraq dəfələrlə bildirmişik ki, əgər Qarabağ erməniləri Azərbaycanda yaşamaq istəyirsə, bizə də tarixi dədə-baba torpaqlarımızda yaşamaq hüququ verilməlidir. Ermənilər Azərbaycanda hansı şəraitdə yaşayacaqsa, biz də Ermənistanda o şəraitdə yaşamalıyıq. Məncə, sülh bu şəraitdə baş verə bilər. Yəni, bizim də öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət Miqrasiya Xidmətinin tenderi niyə ləğv edilib? – SƏBƏB
Bu gün, 10:58
Zəngəzur dəhlizinin açılmasına görə İran Ermənistandan daha çox narahatdır - FAKT BUDUR!
Bu gün, 10:54
İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:52
“Mən insanlardan heç vaxt qaçmamışam” - Asif Əsgərov
Bu gün, 10:50
FSB üç regionda əməliyyat keçirdi: - Kiyevə işləyən agentlər saxlanılıb
Bu gün, 10:46
Muxtar Babayevi kim əvəz edir?
Bu gün, 10:42
ABŞ hökuməti tərəfindən maliyyələşdiyimiz xəbərləri yalandır - “Politico”nun baş direktoru
Bu gün, 10:38
İlhamə Abdullayevaya AÇIQ İTTİHAMLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:37
Tehrandan Paşinyanla bağlı təlimat: - İrəvandakı adam hərəkətə keçdi
Bu gün, 10:20
Paşinyan Rusiyanın xəbərdarlığına məhəl qoymur – Aİ üzvlüyünə “yaşıl işıq”
Bu gün, 10:16
Azərbaycanlı jurnalist Japarova məktub yazdı... - Qırğız səfirdən şikayətçidir
Bu gün, 10:13
“AzerGold”da yeni təyinat - ƏMR
Bu gün, 10:10
"Azərbaycanın razılığı olmadan qalma müddətini uzadıb fəaliyyət göstərirlər..." - deputat
Bu gün, 10:00
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru