Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... .....                     Moskva susarsa, Bakı buna məcbur qalacaq .....                     Gəlir mənbəyinə çevrilən uşaqlar... .....                     Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır .....                     Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir .....                     "Qadınlar haqqında bir filmə çəkilə bilərəm" .....                     “A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var .....                     Meğrinin merinin müşaviri niyə intihar etdi?.. .....                     "Kimin Himalay Məmişov kimi himayədarı olsa..." .....                     "Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" .....                     Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə .....                     Paşinyan sülh sazişindən əvvəl seçki istəyir .....                     Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… .....                     `Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? .....                     Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ .....                     `Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? .....                     ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA .....                     Paşinyan Bakı ilə razılaşmaq istəyir .....                     Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı .....                     Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib .....                     AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT .....                     Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR .....                     Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib .....                     Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin .....                     Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı .....                     Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar .....                     Bu gün Moskvada toplantıdır: .....                     “3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında .....                     Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən .....                     Məktəb müəllimlərinə magistratura tələbi gəlir? .....                     Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... .....                     " Gecə olub, xəbərimiz də olmayıb..." .....                     Trampın Qəzza ilə bağlı fantaziyaları .....                     Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? .....                     Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… .....                     BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib .....                     "Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək .....                     “Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir .....                     Rusiyanın siyasi əsəb oyunu: .....                     Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini .....                 

“Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi” - Sərdar Cəlaloğlu
Tarix: 14-01-2023, 08:59 | Çap et
 “Bu məsələdə partiyaların iradları nəzərə alınmalı idi”
Yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” yeni qanunu imzaladı. Lakin qanun bəzi müxalifət qüvvələrinin kəskin tənqidinə səbəb olub. Məsələn, Respublikaçı Alternativ Partiyasının lideri İlqar Məmmədov sənədin təsdiqlənməsini mənfi qiymətləndirib.

“Düz iki ay sonra, martın 11-dək Venesiya Komissiyası bu qanunla bağlı öz rəyini təqdim etməlidir. Qanunun Venesiya Komissiyasının ekspertizasından əvvəl və onun tövsiyələri nəzərə alınmadan imzalanması o deməkdir ki, komissiyanın rəyi olduqca mənfi olacaq”, - Məmmədov “Turan”a bildirib.

Onun fikrincə, hakimiyyətin qəbul etdiyi iki qanun - media və siyasi partiyalar haqqında qanunlar Azərbaycanı beynəlxalq demokratik birliyin gözündə nüfuzdan salacaq.

Qanunu tənqid edənlərin fikrincə, o, hüquq və azadlıqları, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığını mühüm dərəcədə məhdudlaşdırır. Belə ki, siyasi partiyanın qeydiyyatı üçün onun ən azı 5000 üzvü olmalıdır. Əgər onların sayı 4500-ə düşərsə, o zaman məhkəmədə bu partiyanın dövlət qeydiyyatının ləğvi barədə iddia qaldırılır. Həmçinin siyasi partiyaların üzvlərinin reyestri aparılacaq. Yəni partiya üzvlərinin haqqında bütün məlumatlar ictimaiyyətə açıq olmalıdır. Dövlət qeydiyyatı olmadan siyasi fəaliyyətə yol verilmir. İl ərzində siyasi partiyalara ianələr minimum əməkhaqqının 35 mislindən (hazırda 10,5 min manat) çox ola bilməz. Bütün bu normalar hakimiyyətin siyasi fəaliyyəti məhdudlaşdırmaq və müxalifət partiyalarının ləğvini qanuniləşdirmək səyləri kimi qiymətləndirilir.

Dekabrın 14-də Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsi bu qanunun Avropa Şurası Venesiya Komissiyası tərəfindən təcili qiymətləndirilməsi barədə qərar qəbul edib.

Bu arada Azərbaycan Demokratiya və Rifah Partiyasının buraxıldığı məlum olub. Bu barədə partiya sədri Qubad İbadoğlu məlumat yayıb. O bildirib ki, bu addım “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq atılıb: “Prezidentin 11 yanvar 2023-cü ildə təsdiqlədiyi ”Siyasi partiyalar haqqında" Qanunun 4.7-ci maddəsinə görə, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. ADR Partiyası olaraq fəaliyyətimizi Qanunun tələblərinə uyğunlaşdırmaq məcburiyyətindəyik. Partiyanın mərkəzi icra strukturlarının buraxılması və təyinatlı rəhbər şəxslərin fəaliyyətlərinə xitam verilməsinə dair sərəncam imzalamışam. Partiyanın seçkili orqanlarının fəaliyyətinə dair yekun qərarı növbəti Ali Məclis verəcək. Böyük ehtimalla fəaliyyətimizi bundan sonra ADR Hərəkatı olaraq davam etdirəcəyik".

ADR 2015-ci ildə yaradılıb. Onun rəhbəri olan iqtisadçı professor Q.İbadoğlu Londonda yaşayır.

Bəs digər müxalif partiyalar İlqar Məmmədovun mövqeyini bölüşürmü?
ADP sədri Sərdar Cəlaloğlu qəzetimizə qeyd olunan qanundan narazı olduğunu dedi: “Əvvəla, onu deyim ki, qanunlar konstitusiya normalarının daha geniş və ətraflı həyata keçirilməsini təmin edən normalardır. Bu baxımdan qanunların Konstitusiyaya zidd olması yolverilməzdir. ”Siyasi partiyalar haqqında" yeni qanun müzakirə olunan zaman bildirdik ki, bu, Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir, hüquqa uyğun gəlməyən bir çox müddəalar var. Hansı ki, yenə də Azərbaycan Konstitusiyasına görə, Konstitusiyadan sonra beynəlxalq hüquq normaları ölkəmizdə üstünlüyə malik normalar kimi təsbit olunub. Digər tərəfdən, ümumiyyətlə, qanun nə deməkdir? Qanun real ictimai münasibətləri tənzimləyəndir.

Bu da “Siyasi partiyalar haqqında” qanun olduğuna görə praktiki olaraq siyasətlə məşğul olan siyasi partiyaların iradları nəzərə alınmalı idi. Həmin vaxt siyasi partiyaların böyük əksəriyyəti, hətta Yeni Azərbaycan Partiyası da bu qanunla siyasi fəaliyyətin həyata keçirilməsinin mümkün olmadığını dedilər. Amma bütün bunlara baxmayaraq, qanun qəbul edildi. Bunun sonu necə olacaq, onu gələcək göstərəcək".

AĞ Partiya sədri Tural Abbaslı da qanundan narazı olduğunu qeyd etdi: “Təbii ki, ölkə daxilində qəbul edilən istənilən qanun və qərarlar həmin ölkənin reytinqinə müsbət və mənfi təsir edir və bu, danılmaz faktdır. Belə ki, müxtəlif dünya səviyyəsində olan ölkələr müxtəlif kateqoriyalar üzrə, o cümlədən demokratiyanın, iqtisadi və söz azadlıqlarının vəziyyəti qiymətləndirilir və bu bir çox hallarda ölkələrə münasibəti formalaşdırır, yəni istər siyasi, iqtisadi münasibəti. Mən də o fikirdəyəm ki, bir çox hallarda Azərbaycanda qəbul olunan qərar və qanunlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin zəifləməsinə xidmət edir. Ola bilsin ki, niyyət bu deyil, ola bilsin ki, hakimiyyətin düşüncəsinə görə, məqsəd vəziyyətin yaxşılaşdırılmasıdır. Amma beynəlxalq normalara görə bir çox hallarda Azərbaycanda belə olur.

Sonuncu “Siyasi partiyalar haqqında” qanun barəsində də deyə bilərəm ki, burada pozitiv görünən nüanslarla yanaşı, partiyaları gələcəkdə fəaliyyətinin məhdudlaşdırılması, qısırlaşması istiqamətində xeyli addımlar var hansı ki, bu partiyaların normal fəaliyyətinin qarşısını alacaq, yersiz çətinliklər yaradacaq, partiyaların böyüməsinə, ictimai fikir formalaşdırmasına, siyasi səhnənin həqiqi aktyorlarına çevrilməsinə mane olacaq.

Daha çox görünəni budur ki, istər media, istərsə də partiyalar haqqında qanun daha çox partiyalar və mediaya nəzarətin gücləndirilməsinə hesablanıb. Yəni hakimiyyət partiyalar və media qurumlarına nəzarəti gücləndirmək üçün bu qanunları qəbul edib və bu, sirr də deyil. Beynəlxalq normaları kənara qoyaq, Azərbaycan reallığında belə bu qanunların ölkədə nə söz azadlıqlarına, nə media azadlığına, nə siyasi fəaliyyət azadlğına, nə partiyaların inkişafına gətirib çıxaracağını düşünmürəm. İndi qəbul olunub, Prezident də imzalayıb, lakin bu qanunda yeni, müsbətə doğru dəyişikliklər etmək lazımdır. Təbii ki, real fəaliyyətdə olan və Azərbaycan siyasi səhnəsinin reallığını bilən, bundan xəbəri olan partiyaların, siyasi fiqurların fikirləri nəzərə alınmalıdır. Amerika, Fransa, Britaniyaya baxıb Azərbaycanda qanun qəbul etmək doğru deyil. Çünki Azərbaycanın özünə xas, spesifik xarakteri var. Əgər biz istəyiriksə demokratiyaya keçid edək, o zaman real vəziyyət nəzərə alınmalıdır. Təəssüflə qeyd etməliyik ki, son qanunlar barədə bunu deyə bilmərik".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli isə qeyd etdi: “Siyasi partiyalar haqqında" qəbul olunmuş qanunda elə müddəalar var ki, ümumi prinsiplərdən, yəni siyasi partiyaların tənzimlənməsi ilə bağlı prinsiplərdən geri çəkilmələr kimi qiymətləndirirəm. Bunların içərisində reyestr məsələsini xüsusi qabartmaq istərdim. Belə ki, siyasi partiya üzvlərinin reyestrlərinin alınması, dəyişikliklər barədə məlumatların verilməsi bir o qədər də beynəlxalq aləmdə qəbul olunmayıb. Əksər yerlərdə siyasi partiya üzvlərinin siyahısı, onlar haqqında məlumatlar tələb olunmur. Hətta Venesiya Komissiyası da bu reyestr məsələsinə mənfi rəy verib. Yəni, bu baxımdan hesab edirəm ki, bəli, müəyyən nöqsanlar var, o cümlədən partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı məsələlərdə. Elə məsələlər var ki, onlar siyasi partiyanın nizamnaməsində nəzərdə tutulmalıdır. Amma bunlar qanuna da daxil edilib. Yəni bu, siyasi partiyalar üçün əlavə bir yük yaratmış olur.

Amma bütövlükdə, ümumi qanun nöqteyi-nəzərindən deyə bilərəm ki, burada müsbət müddəalar da var və onlardan kifayət qədər yararlanmaq lazımdır. Əslində üzvlərin sayının artırılması, partiyaların üzərinə digər öhdəliklərin qoyulması siyasi partiyaların cəmiyyətdəki nüfuzunun bir növ qaldırılması, onun fəallığının artırılmasına xidmət edir. Siyasi partiyalar doğrudan da cəmiyyətin həyatında iştirak etmək istəyirlərsə, həmin qanuna uyğun fəaliyyət göstərməli, nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidirlər.

Yəni ümumilikdə götürəndə qanun siyasi partiyaların fəaliyyətinin təkmilləşməsinə yönəlib, lakin dediyim kimi, müəyyən məhdudlaşdırıcı müddəalar da var və Azərbaycan şəraitində icra hakimiyyəti orqanları, yəni siyasi partiyaların fəaliyyətinə nəzarət edən orqanlar bu məhdudlaşdırıcı müddəalardan daha çox istifadə etməyə çalışacaqlar".

“Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” qanunu imzalayıb, təsdiqlədi. İndi həm qəribə, həm də gözlənilən bir yanaşmalarla üz-üzə qalmışıq. O müxalif partiyaların sosial bazası olduqca zəifdir, onlar bu qanuna qarşı çıxış edir, qanunun Venesiya Komissiyasının tələbləri və tövsiyələrinə uyğun gəlmədiyini vurğulayırlar. Bildirirlər ki, gərək əvvəlcə bu qanunu Venesiya Komissiyasına göndərməli idik. Belə çıxır ki, Venesiya Komissiyası bizim üçün xüsusi qanun hazırlamalı idi və biz də parlamentdə onu müzakirə etməliydik?

Gəlin Venesiya Komissiyasından danışmayaq, ona görə ki, bu sənəddə onun bütün tövsiyələri nəzərə alınıb. Yəni insafsızlıq olar ki, bununla bağlı irad tutulsun. Venesiya Komissiyasının ən mühüm tövsiyələrindən biri budur ki, bu tip qanunlar qəbul edilərkən ilk növbədə ictimai müzakirələrdən keçməlidir. Qeyd edim ki, qanun əvvəlcə Milli Məclisin saytında yerləşdirildi, partiyalardan 300-ə yaxın təkliflər daxil oldu, daha sonra parlamentdə iki dəfə geniş ictimai müzakirələr keçirildi, komitələrdə hərtərəfli müzakirə olundu, 3 oxunuşda parlamentin plenar iclaslarında bu qanuna baxıldı və təsdiqləndi. Bu təsdiqləməyə qədər təxminən 100-ə qədər qanunda dəyişikliklər edildi və ən çox narahatlıq doğuran məsələlər bir daha nəzərdən keçirildi. Ona görə də yenə həmin qanunda nəsə qüsur tapmaq, onun demokratiyaya zidd olduğunu iddia etmək ən azı insafsızlıqdır.

Əslində problem onunla bağlıdır ki, partiyanın qeydiyyata alınması üçün minimum onun 5 min üzvü olmalıdır. Əvvəl isə 10 min nəzərdə tutulmuşdu. Təsəvvür edin ki, həmin partiyaların əsas dərdi budur ki, indi 5 min nəfəri necə toplayacaqlar. Gözləyirdik ki, iddialı, özünə güvəndiyini, böyük sosial bazası olduğunu deyən partiyalar deyəcəklər ki, “5 min nədir, 15-20 min üzvlük sayı tələbi qoysasınız, biz bunu edəcəyik”. Dəfələrlə elə TV Musavat-da müxalif partiyalarının liderləri ilə birlikdə etdiyimiz debatlarda sual verəndə ki “sizin partiyanızın neçə üzvü var?”, cavab verirdilər ki, 30-40 min. Hətta 50-60 min partiya üzvü olduğunu deyənlər də var idi. Amma bu qanunun müzakirəsi zamanı onların heç birinin dilindən bu ifadəni eşitmədim ki, desinlər “5-10 min bizim üçün nədir, bizim 60 min üzvümüz var”. Qanun müzakirə olunanda elə ən çox bu məsələ üzərində dayanmışdılar ki, niyə say tələbi 10 min, 5 mindir? Yəni bu qədər zəifsiniz, gücünüz, sosial bazanız kasaddır?

Bir daha qeyd edirəm ki, “Siyasi partiyalar haqqında” qanun yüksək səviyyədə hazırlanıb, Venesiya Komissiyasının təklif və tövsiyələrinə tamamilə uyğundur, hamısı nəzərə alınıb, eyni zamanda bu qanunda Avropanın 20 qabaqcıl ölkəsinin təcrübəsi öyrənilib, tətbiq edilib".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Portaldan gizlədilən 1.2 milyonluq icarə tenderlərinin qalibləri... - BƏLLİ OLDU
Bu gün, 09:59
Moskva susarsa, Bakı buna məcbur qalacaq - TƏFƏRRÜAT
Bu gün, 09:51
Gəlir mənbəyinə çevrilən uşaqlar... – Valideynlər övladlarını niyə pula “qurban” verir?
Bu gün, 09:43
Televiziyalarda reklama 20-30 min manat xərcləyən həkimlərin bazarı bağlanır - GƏLİŞMƏ
Bu gün, 09:38
Zəngəzur dəhlizinə nəzarət uğrunda rəqabət güclənir - AKTUAL
Bu gün, 09:35
"Qadınlar haqqında bir filmə çəkilə bilərəm"
Bu gün, 09:33
“A+CO” şirkətinin həbsdə olan əməkdaşından xəbər var
Bu gün, 09:26
Meğrinin merinin müşaviri niyə intihar etdi?.. - “Hraparak”
Bu gün, 09:23
"Kimin Himalay Məmişov kimi himayədarı olsa..." - Sahil Babayevin özündən sonraya buraxdıqları...
Bu gün, 09:18
"Biz bilmirik, İqrar Sadıqov `JEK` müdiridir, yoxsa biznesmen?" - ÖZBAŞINALIQ!
Bu gün, 09:14
Zəngəzur dəhlizi ilə bağlı kritik gəlişmə – “Paşinyan o şəhəri təklif edəcək”
Bu gün, 09:09
Paşinyan sülh sazişindən əvvəl seçki istəyir - üç əsas hədəf
Bu gün, 09:03
Paşinyan 4 gündür ABŞ-dadır: Nə Tramp, nə Rubio… - KİV
Bu gün, 09:01
`Qadın türməsi`nin yerində KİŞİLƏR NƏ İŞ GÖRÜR? - SAKİNLƏR TƏLAŞDA...
Bu gün, 08:59
Abşeron-Xızı Təhsil İdarəsində TƏFTİŞ - Son 5 ildə nələr baş verib?
Bu gün, 08:50
`Əmək veteranı` adı KİMLƏRƏ VERİLİR? - Ekspert danışır...
Bu gün, 08:47
ABŞ nəşrindən Bakı-Vaşinqton münasibətləri haqda SENSASİON İDDİA - ƏGƏR...
Bu gün, 08:43
Paşinyan Bakı ilə razılaşmaq istəyir – Tehran “xəbərdarlıq” etdi
Bu gün, 08:37
Bakı ABŞ və Rusiyanın təşkilatlarını rəsmən bağladı - İLGİNC DETALLAR
Bu gün, 08:36
Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs edilib
Bu gün, 08:34
AZƏRİQAZ-la bağlı Prezidentə MÜRACİƏT - İTTİHAM VAR...
Bu gün, 08:32
Minə yaxın hərbi qulluqçu NARAZILIQ EDİR - BUNA GÖRƏ...
Bu gün, 08:22
Paşinyan ABŞ-nin vitse-prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
Bu gün, 08:08
Bu gün hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək
Bu gün, 07:08
Paşinyanın Türkiyə açıqlaması Bakıda narahatlıq yaratdı - Danışıqlar gizli aparılır?
Bu gün, 06:31
Azərbaycan güləşçiləri reytinq turnirində daha iki medal qazanıblar
Bu gün, 06:26
Bu gün Moskvada toplantıdır: - İrəvan imtina etdi
Bu gün, 01:31
“3 + 3” formulunda birinci “üçlüy”ün axtarışında - İNCƏLƏMƏ
Bu gün, 00:15
Putinin xalqımıza qarşı etdiyi həyasızlıq qalıb bir tərəfdə, yapışıplar qoca bir kişidən - ETİRAZ
Bu gün, 00:12
Məktəb müəllimlərinə magistratura tələbi gəlir? - AKTUAL
Bu gün, 00:08
Dünya qorxu içində, Paşinyan “göyərçin” uçurur... - GƏLİŞMƏ
Bu gün, 00:05
" Gecə olub, xəbərimiz də olmayıb..."
Bu gün, 00:03
Trampın Qəzza ilə bağlı fantaziyaları - NƏ BAŞ VERİR?
Bu gün, 00:01
Bir ildə 22 milyon manatı kim, necə oğurlayıb? - NƏ ETMƏLİ?
Bu gün, 00:00
Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Dünən, 22:41
BDU-nun nümayəndə heyəti BMT-nin sessiyasında iştirak edib
Dünən, 22:36
"Ermənistan Azərbaycanın sülh şərtlərini qəbul edərək müstəqil regional aktor rolunu qazana bilər"
Dünən, 19:02
“Rus Evi” kimi qrumlar uzun illərdir Azərbaycan daxilində əleyhimizə fəaliyyət göstərir - BU FAKTDIR...
Dünən, 19:00
Rusiyanın siyasi əsəb oyunu: - Moskva Bakı yumşalana qədər etiraf etməyəcək
Dünən, 18:58
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 18:08
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..." - ÇAĞIRIŞ
Dünən, 18:03
"Onlar vecimə deyil"
Dünən, 18:00
Sahil Babayev niyə maliyyə naziri oldu? - İLGİNC...
Dünən, 17:56
İran və Ermənistan “Hərtərəfli Strateji Əməkdaşlıq Planı” üzərində işləyir - “Sputnik-Armenia”
Dünən, 17:55
Məşhur biznesmen Aydın Orucov xanım direktora təzminat ödəyəcək - TƏFƏRRÜAT
Dünən, 17:53
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq" - Ekspert
Dünən, 17:52
Ermənistan KTMT parlament komitələrinin rəhbərlərinin Moskva görüşündə iştirak etməyəcək
Dünən, 17:43
"Porno daha çox maraq dairəmizdədir, çünki içində həzz var” – Seksoloqla MÜSAHİBƏ
Dünən, 17:29
Kollec məzunları niyə iş tapa bilmir? - AKTUAL
Dünən, 17:25
"Bizim millət özündən başqa hamını çox sevir, özünü əzir" - MALƏSƏF...
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru