“İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir” - deputat
Tarix: 23-04-2024, 09:36 | Çap et
Vladimir Putin mayın 7-də növbəti dəfə Rusiya prezidenti kimi and içəcək. Mərasimə yəqin ki, xaricdən bəzi ali qonaqlar da gələcək. Söhbət Moskva ilə əlaqələri Ukraynaya görə korlanmayan ölkələrin yüksək çinli rəsmilərindən gedir. “Hraparak” qəzetinin hökumətdəki mənbəyə istinadən yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan da andiçmə mərasiminə qatılacaq.
“Paşinyan həm Putinin mayın 7-də inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi Birliyinin yubiley sammitində iştirak edəcək. Amma ola bilsin, baş nazir Qələbə günü paradına qalmayacaq, lakin bu, hələ dəqiq deyil”, - nəşr qeyd edib.
Nikol Paşinyan isə ötən həftəsonu verdiyi açıqlamasında Putinlə görüşünü istisna etməyib.
“Görüş olacaq, çünki bizim görüşməmək kimi planımız yoxdur. Ancaq necə, nə vaxt, bunu indi deyə bilmərəm”, - baş nazir əlavə edib.
Ancaq iş ondadır ki, Nikol neçə vaxtdır özünü “sadiq qərbçi”, antirusiyaçı, “demokrat” kimi göstərib, Vaşinqton və Brüsselin qılığına girməklə kollektiv Qərbdən maliyyə-hərbi dəstək, siyasi-diplomatik himayə qazanmağa can atır. Bu məqsədlə ötən ilin oktyabrında Avropa Parlamentində o, çıxış da edib, Avropa paytaxtlarını revanşist planlar naminə faktiki “su yolu”na döndərib. Qərbin isə “qızıl” şərti var: Ermənistan Rusiya orbitindən davamlı şəkildə uzaqlaşmalıdır. Bu isə praktik olaraq görünmür. Kapitulyant ölkədə hələ də 5 minlik rus hərbi kontingenti qalır. Onun Türkiyə və İranla sərhədlərini bu gün də rus İvan qoruyur, Ermənistan iqtisadiyyatı Rusiyanın total nəzarətindədir, ölkənin rus mavi yanacağından asılılığı davam edir, Metsamor AES-i ruslar istismar edir və s. Bəs Paşinyan inauqurasiyaya gedərsə, üstəlik, parada da qatılarsa, bu, kollektiv Qərbin ona ənənəvi münasibətini və İrəvana ünvanlı dəstək planlarını dəyişə, Vaşinqton və Brüsseldə qəzəb yarada bilərmi? Əcaib “iki stul” siyasəti daha nə qədər davam edəcək?
Deputat Bəhruz Məhərrəmov hesab edir ki, Qərb Cənubi Qafqazda Rusiyaya qarşı cəbhə açmaq israrını durmadan artır: “Rusiya və Ermənistan arasında münasibətlər kifayət qədər mürəkkəb xarakter daşıyır və Moskva-İrəvan əlaqələrinin hazırkı durumunu birmənalı xarakterizə etmək mümkün deyil. Bəli, reallıqdır ki, Ermənistanı Rusiyaya ciddi iqtisadi amillər bağlayır, Ermənistan iqtisadiyyatı, o cümlədən enerji-nəqliyyat infrastrukturu üzərində Rusiya rəsmən əsas pay sahibidir. Habelə İrəvan hələ də Rusiyanın iqtisadi blokuna daxildir. Eləcə də Ermənistan və Rusiya arasında ciddi hərbi bağlar mövcuddur, hay ordusu üzərində Moskvanın ciddi təsir imkanları qalmaqdadır, hərbi elita Rusiyaya bağlıdır. Habelə erməni siyasi müxalifəti faktiki Rusiyadan idarə olunur. Amma digər tərəfdən, Paşinyan iqtidarının açıq qərbyönümlü mövqe tutması, erməni xalqının isə hətta hərbi-siyasi məğlubiyyətlərin ardınca seçkilərdə Paşinyanın kursunu dəstəkləməsi ortaya ciddi ziddiyyət çıxarır. Üstəlik, bu ziddiyyət getdikcə dərinləşir, Ermənistanda antirus dalğasının ciddi hərəkata çevrilməsi ilə nəticələnir. Bütün bunların fonunda, münasibətlərin Paşinyanın bir səfəri, yaxud Putinlə bir görüşü ilə heç nə olmamış kimi təkrar 6-7 il öncəki durumuna qayıtması barədə fikir yürütmək sadəlövhlük olar. Sirr deyil ki, Paşinyan və komandası Rusiyaya da, Putinə də nifrət edir, lakin reallıqları da dərk edirlər. Bu mənada Paşinyan cənab Putinin inauqurasiya mərasimində həm iqtisadi tərəfdaş, həm də hərbi blokun həmtərəfi olaraq iştirakı zəruri sayır. Lakin bu səfər çərçivəsində birbaşa təmasların münasibətləri yoluna qoyacağı, ümumiyyətlə, ağlabatan deyil, əksinə, Moskvada inauqurasiya mərasimindən sonra liderlərin görüşü ölkələr arasında fikir ayrılığını daha da dərinləşdirə bilər. Unutmamalıyıq ki, Paşinyanı hakimiyyətə gətirən Qərb hazırda Ermənistan üçün siyasi direktivləri də müəyyən edir. Qərbin siyasi direktivləri arasında isə Rusiya ilə münasibətlərin normallaşması dayanmır. Əksinə, kollektiv Qərb Moskva ilə konfliktin dərinləşməsində maraqlıdır və Rusiya ətrafında mümkün qədər çox gərginlik ocağının yaranması üçün səylər göstərilir. Cənubi Qafqaz da bu mənada Qərbin hədəfindədir. Əlbəttə, Azərbaycan Prezidentinin hərbi-siyasi qələbələri regionun qütblərarası münaqişə platformasına çevrilməsinə imkan vermədi. Lakin görünən odur ki, kollektiv Qərb Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açılması istiqamətində israrlıdır və Ermənistan da bu prosesdə alət olmağa hazırdır. Ermənistan və Azərbaycan arasında son dövrlər - ötən il dekabrın 7-si və bu il aprelin 19-dakı müəyyən ilkin anlaşmalar fonunda Qərbin bu prosesdə niyyətinin daşa dəydiyini görsək də, istənilən halda ipi öz əlində olmayan İrəvanın hansı addımlar atacağı barədə proqnoz yürütmək çətindir”.
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Paşinyanın Qələbə paradında iştirakının heç bir əhəmiyyət daşımadığını söylədi: “Avrasiya İttifaqının toplantısına isə qatılacağı ilə bağlı qəti qərara düşünürəm ki, Brüssel səfərindən sonra gəlib. Bağlı qapılar arxasında ictimaiyyət üçün açıqlanmayan hansı məsələlərin müzakirəsinin getdiyi dəqiq bilinməsə də, həm görüşdən öncə, həm də görüşdən sonra tərəflərin ritorikası hərbi və iqtisadi yönümdə danışıqların getdiyi ehtimallarını artırdı. Yəni hərbi cəhətdən Rusiyanın ərazidən çıxarılması ilə bağlı çox güman ki, yol xəritəsi də hazırlanıb. Eyni zamanda bu görüşün nəticələrindən belə bəlli oldu ki, Qərb hələlik Ermənistanın Rusiyadankənar iqtisadi müstəqilliyinə təminat vermək imkanında deyil. O səbəbdən hələ Avrasiya İttifaqında qalmağı və bu ittifaqın imkanlarından yararlanmağı ona həm daxildən, həm də xaricdən məsləhət veriblər. Bütün bu planlardan Rusiyanın detallarına qədər məlumatı var və rəsmi strukturlar vasitəsilə xəbərdarlıqlarını edib. Paşinyan bu səbəbdən Avrasiya İttifaqının toplantısına qatılacaq. Həmin ərəfədə Putinin inauqurasiya mərasimi keçirildiyindən qeyri-adi hadisə baş verməsə, həmin tədbirə də qatılmağa məcbur qalacaq. Əks halda, Rusiya bu addımı ona başqa istiqamətlərdən xatırlada bilər ki, hazırda Paşinyan bunu heç cür istəmir. Bu tədbirlərin gedişatında Putinlə ikitərəfli görüşün olacağı ortada olan problemlərin müzakirə olunmasına tərəflərin nə qədər hazır olub-olmaması ilə bağlı olacaq. Hesab edirəm ki, bu görüşün baştutma ehtimalı yalnız Putinin bunu istəməsindən asılı olacaq. Çünki hazırda top Kreml tərəfdədir və Brüssel görüşündən sonra yaxın gələcək üçün oyun qaydalarını rəsmi İrəvan müəyyənləşdirə bilmir. Sonradan vəziyyətin dəyişmə ehtimalları yaranacaqsa, belə ən azından hələ bir müddət belə olacağı gözlənilir. May ayının 9-da Qələbə paradında Paşinyanın iştirak edib-etməyəcəyi hazırda heç kim üçün prinsipal əhəmiyyət kəsb etmir”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlhamə Bədəlova və “Nə varsa”... – Sosial dəyişiklik yaradan unikal layihə
Bu gün, 00:30 |
|
|
|
• “Əlisa Nicatı həkimə göstərib, beynini müalicə etmək lazımdır, ona meydan verənlər də...” - ETİRAZ
Bu gün, 00:23 |
|
|
|
• "AŞPA Gürcüstan dövlətinə təzyiq göstərir" - deputat
Bu gün, 00:21 |
|
|
|
• Marketlərin kampaniya adı ilə təşkil etdikləri FIRILDAQÇILIQ? - İstifadə tarixinə 1-2 gün qalmış məhsullar niyə satılır?
Bu gün, 00:18 |
|
|
|
• SOCAR-da benzin əvəzinə su vurulub - İDDİA
Bu gün, 00:14 |
|
|
|
• "Ölkəmizdə çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr..." - ŞƏRH
Bu gün, 00:07 |
|
|
|
• Sürpriz səfər: Bakı və Tehran üçüncü oyunçulara mesaj verir? - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• “Paşinyan başa düşür ki, yeni müharibə onun devrilməsi ilə bitəcək” - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• "Uşağın şüuraltısı pozulur" - ETİRAZ
Dünən, 22:34 |
|
|
|
• İran-Azərbaycan münasibətləri normallaşacaq? – Tehran Bakının İsraillə dostluğunu...
Dünən, 22:32 |
|
|
|
• Qəzaya uğrayan AZAL təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub - Azərbaycan hökumətindəki mənbə
Dünən, 22:27 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi quşlarla toqquşmayıb
Dünən, 22:26 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması barədə yekun hesabatın hazırlanması işlərinə başlanılıb
Dünən, 21:15 |
|
|
|
• Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabatı dərc edib
Dünən, 19:51 |
|
|
|
• “Mayda İranla bağlı çox maraqlı hadisələrin şahidi olacağıq” - GƏLİŞMƏ
Dünən, 19:02 |
|
|
|
• Azərbaycanda məktəblər pullu olacaq? - AKTUAL
Dünən, 19:00 |
|
|
|
• Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Dünən, 18:58 |
|
|
|
• Paylan kənardan ermənilərə müharibəyə hazırlaşmağa həvəslədirərkən... - AKTUAL
Dünən, 18:14 |
|
|
|
• İcra başçısı həmin gün harada olub? – Deputat və şöbə müdirindən Novruzova cavab
Dünən, 18:10 |
|
|
|
• Suriyanın keçmiş daxili işlər naziri yeni hakimiyyətə təslim olub
Dünən, 18:06 |
|
|
|
• “Zevs”in qardaşı hakim qarşısına çıxır - 12 ilə kimi həbs!
Dünən, 18:03 |
|
|
|
• Həkimdən deputata cavab: - "Cəsarətin çatırsa, get ona diplom verəndən soruş"
Dünən, 17:58 |
|
|
|
• Eçmiədzindəki qondarma “Artsax bayrağı” SÖKÜLDÜ
Dünən, 17:52 |
|
|
|
• Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı - "Türkcə şeir paylaşmaq yaxşıdır, ancaq..."
Dünən, 17:43 |
|
|
|
• "O zaman biz təhsilin keyfiyyətindən danışa bilərik..."
Dünən, 17:40 |
|
|
|
• Şagirdlərin davamiyyəti onların qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Dünən, 17:36 |
|
|
|
• Arvadını baltalmaqda təqsirləndirilən şəxsə hökm oxunub
Dünən, 17:30 |
|
|
|
• Mesaj verildi: - İranda çevriliş olacaq
Dünən, 17:22 |
|
|
|
• Ermənistan buna qarşı çıxsa... dalan ölkəsi olaraq qalmaqda davam edəcək
Dünən, 17:16 |
|
|
|
• Azərbaycanda Amnistiya Aktı HAZIRLANACAQ? - AKTUAL
Dünən, 17:08 |
|
|
|
• "6 aydan çoxdur müalicə alıram, illərlə dərman içməliyəm" - VİDEO
Dünən, 17:02 |
|
|
|
• Ötən il ölkədən quru yolla çıxan 615 min azərbaycanlı kimlərdir? – Rəsmi açıqlama
Dünən, 16:59 |
|
|
|
• Tramp və Putin niyə hələ də görüşməyib? - "Parlamentskoy qazeta"
Dünən, 16:56 |
|
|
|
• İlyas İsmayılovun son durumu açıqlandı
Dünən, 16:53 |
|
|
|
• Azərbaycan meşəsinə sızmış “qardaşlar”: hansı ölkədən göndəriliblər? – İlkin versiya
Dünən, 16:48 |
|
|
|
• Gəncə sakinindən hədə-qorxuyla 100 min dollar tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Dünən, 16:43 |
|
|
|
• Erməni batalyonu “Arbat”ın yaradıcısının öldüyü partlayışı Ermənistan vətəndaşı kamikadze törədib
Dünən, 16:41 |
|
|
|
• İlahiyyat İnstitutunda diplomların verilməsi niyə gecikir? – Dövlət Komitəsi açıqladı
Dünən, 16:39 |
|
|
|
• Tiktokda “Bakcell”in adından dələduzluq edilir – Xəbərdarlıq
Dünən, 16:36 |
|
|
|
• “Mirka Trade” şirkəti kapitalından 20 min manat geri götürdü
Dünən, 16:32 |
|
|
|
• Əlillik təyin etdirəcəyini vəd verərək nüfuz alverində təqsirləndirilən şəxs məhkəmə zalından həbs olunub
Dünən, 16:24 |
|
|
|
• "Paşinyan türklərin ayaqlarına düşür" - Şarmazanov
Dünən, 16:22 |
|
|
|
• “Artıq bu qədər olmaz, aksiya keçirəcəyik...” - MAAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ AZALDILIB
Dünən, 16:18 |
|
|
|
• Rövşən Mehdiyev həbsdə qaldı - TƏFƏRRÜAT
Dünən, 16:09 |
|
|
|
• USAİD-in ölkəmizdəki fəaliyyəti ARAŞDIRILACAQ? - Dövlət əleyhinə xərclənən MİLYONLAR
Dünən, 16:04 |
|
|
|
• “Rus Evi”, yoxsa KƏŞFİYYAT YUVASI? – “Onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər”
Dünən, 16:00 |
|
|
|
• İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
Dünən, 15:58 |
|
|
|
• "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
Dünən, 15:50 |
|
|
|
• “Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır - FOTO
Dünən, 15:45 |
|
|
|
• 1 nömrəli uşaq evində baş verən DƏHŞƏTLİ FAKTLAR - "Mehriban xanım uşaq evinə gələndə bizə dedilər ki..."
Dünən, 15:45 |
|
|
|
|