Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir .....                     Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın .....                     ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər .....                     "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib .....                     İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır .....                     İrəvandan sülh açıqlaması: .....                     Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı .....                     Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... .....                     “Asan İmza” .....                     "Bolkart debet kartdan imtina edirəm..." .....                     Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır .....                     Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin .....                     "Məqalələr yazmışam, TV verilişləri aparmışam" .....                     Kollecin direktoru işdən çıxarıldı .....                     Ukraynalı deputatdan Zelenskiyə çağırış: .....                     Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi .....                     Təbriz və Zəncanda yenidən etirazlar başladı .....                     Vardanyan susqunluq "şou"ları: .....                     “Real Ermənistan” üçün real addım gözləntisi... .....                     "Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" .....                     Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... .....                     Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... .....                     Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… .....                     "Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." .....                     “Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” .....                     “AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... .....                     Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur .....                     Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR .....                     Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb .....                     Musa Kılıç saxta diplomla çalışır? .....                     "Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb .....                     Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... .....                     Od çərşənbəsində ətrafa OD QOYMAYIN... .....                     «Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... .....                     Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox .....                     Ödənişli əmək məzuniyyəti... .....                     6 aydır buralar başçısız qalıb... AMMA... .....                     “Kontakt Home”dan TOTAL NARAZILIQ... .....                     Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... .....                     `AAAF Park` tikilindən bu problem var .....                 

“Müsavat”a başqan olmağa haqqı olan birinci şəxsəm” - Vurğun Əyyub
Tarix: 17-09-2014, 11:38 | Çap et
“Müsavat”a başqan olmağa haqqı olan birinci şəxsəm”
Müsavat Partiyasının Divan üzvü, vaxtilə başqanın birinci müavini olmuş Vurğun Əyyub Hafta.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- İndi təhsil sahəsində çalışsanız da, vaxtilə Müsavat Partiyasında kifayət qədər aktiv fəaliyyətiniz olub. Nostalji yaşayırsınızmı?



- Xeyr, bu hissi yaşamıram. Çünki indi də partiyanın divan üzvü olaraq siyasətdəyəm. Partiyanın qurultaya hazırlaşdığı və namizədlərin ciddi təbliğatının aparıldığı məqamdır. Bununla əlaqədar olaraq mən də son 20 gündə otuzdan çox rayon təşkilatlarında olmuşam.



- Namizədlərə hansı təklifləriniz var?



- Bütün namizədlərə ünvanlanacaq fikir bildirə bilmərəm. Çünki konkret olaraq bir namizədin təbliğatı ilə məşğulam. O da Qubad İbadoğludur. Bütün bildiklərimi də həmin namizədə söyləyirəm. Digərləri məndən hansısa məsləhət istəməyib, heç mən də söyləməyi doğru hesab etmirəm.



- Qubad İbadoğlunu dəstəkləmənizin səbəbi nədir?



- Qubad bəy 1996-cı il Müsavat Partiyasının sıralarına daxil olub. Çox qısa zaman kəsiyində partiyanın iqtisadiyyat komissiyasının rəhbəri olub. Eyni zamanda, bundan çox vaxt keçməmiş isə partiya üzvlərinin böyük əksəriyyətinin hörmətini qazanıb. 2000-ci ildə parlament seçkilərinə getmək üçün biz partiya daxili ilkin seçkilər keçirdik. Həmin seçkilərdə Qubad bəy partiyaya cəmi dörd il qatılmasına baxmayaraq, siyahıda beşinci yerdə idi. Halbuki, həmin zaman Müsavat Partiyasının çox tanınmış simalarından ilk onluğa düşməyənləri də var idi. Birinci müavin olduğum zamandan Qubad İbadoğlu diqqətimi cəlb edib. Sonrakı illərdə isə Qubad bəy Müsavat Partiyasının iqtisadi proqramlarının əsas müəllifi olub. 2003-cü ildə partiya başqanı İsa Qəmbər prezidentliyə namizəd idi. Onun çıxışı zamanı oxuduğu proqramların böyük əksəriyyətini Qubad bəy hazırlamışdı. Bu baxımdan hesab edirəm ki, partiya üçün ən doğru namizəd Qubad İbadoğludur. Onun çox geniş beynəlxalq əlaqələrinin də olduğunu nəzərə alsaq, partiya üçün ən doğru isim məhz Qubad bəydir.



- 2003-cü ildən sonra Müsavat Partiyasında əsaslı aktivlik müşahidə olunmur. Sizcə Qubad İbadoğlu partiyanın əvvəlki aktiv fəaliyyətini bərpa edə biləcəkmi?



- Müşahidələriniz doğrudur. 2003-cü ildə Müsavat Partiyası çox güclü idi. Eyni zamanda, bu, həm də Azərbaycan cəmiyyətinin güclü vaxtı idi. Ötən 11 il ərzində cəmiyyətimiz xeyli passivləşib. 2003-cü ilə qədər partiyamız öz qurultayını ən iri məkanlarda keçirirdi. Bu gün isə bizə qurultay üçün Əmircan göstərilib.



- Cəmiyyətin passivləşdiyini söyləyirsiniz. Ancaq 2013-cü ildə bir sıra aksiyaların şahidi olduq. Sizcə cəmiyyət partiyaya alternativ təklif verməlidir, yoxsa əksinə? Bəlkə partiyada passivliyin səbəbi funksionerlərin potensialının azalmasıdır?



- Bu əsas səbəb ola bilməz. Ancaq inkar etmirəm ki, 2012-ci ildə Türkiyəyə getməyimlə siyasətdən kənarda qaldım. İndi də Divan üzvü olaraq bütün vaxtımı partiyaya sərf edə bilmirəm. Söylədiyiniz kimi, funksionerlərin fəaliyyətindəki zəiflik də buna səbəbdir. Lakin bir daha vurğulayıram ki, məsələləri bütövlükdə buna bağlamıram. Bu gün polisin maaşı müəllimin maaşından 7-8 dəfə artıb. Cəmiyyətdə narazı olan qüvvələr də əvvəlki kimi etiraz etmir. Müsavat Partiyasına 2006-cı ildən bəri qurultay keçirilməsi üçün şərait yaradılmır. Hər bir qurultay yenilənmək deməkdir. Bu yeni nəfəs gəlmədikcə, partiya içərisində durğunluq başlayır. Qubad İbadoğlu başqan olarsa, onun təcrübəsi və yaşı imkan verir ki, gəncliklə bizim nəsil arasında körpü rolunu oynaya bilsin. Onun adı indiyə qədər heç bir siyasi konfliktdə hallanmayıb. Bu da onun şəxsiyyət olaraq üstün tərəfidir ki, konfliktlərlə məşğul olmaq əvəzinə birləşdirici funksiyasını həyata keçirsin. Qubad bəy partiyanın idarə edilməsində hər şeyi nəzarətsiz buraxıb, qismətə ümid olan adam deyil. O hər şeyə elmi əsaslarla yanaşmanın tərəfdarıdır. Hesab edirəm ki, onun rəhbərliyi dövründə Azərbaycan cəmiyyəti daha da formalaşaraq, fəallaşacaq. Qubad bəy həmçinin hakimiyyətlə intellektual mübarizəyə üstünlük verir ki, bu da onun üstün cəhətidir.



- Müsavat Partiyasının restoranda, yoxsa Əmircanda qurultayının keçirilməsinin tərəfdarısız?



- Əslində bizə seçim imkanı verilməyib. İnanmıram ki, toyların tüğyan etdiyi indiki vaxtda hansısa restoran bizə yer versin. Ya biz qurultayı qərargahda keçirməliyik, ya da Əmircanda. Qərargahda keçirməyin çoxlu qüsurlu tərəfləri var. Yer çox kiçikdir. Fikirlərimizi qonaqlara çatdırmaq üçün ən müasir texnologiyanın nailiyyətlərindən istifadə etməliyik. Bəziləri hesab edir ki, texnologiyadan istifadə etməklə, virtual formada qonaqların da iştirakı ilə qərargahda qurultay keçirmək olar. Təbii ki, bu fikrin sahiblərinin də ideyasına hörmətlə yanaşıram. Çünki bunun siyasi üstünlüyü də ondan ibarətdir ki, hamı Müsavat Partiyasına qurultay üçün yer verilməməsini görəcək. Şəxsən mən Əmircana getməyin tərəfdarıyam. Çünki qərargahda keçiriləcək qurultayın necə çətinliklə başa gələcəyini bilirəm.



- İsa Qəmbər bildirib ki, müsavatçılar istəyərsə, partiyada hansısa postda qurultaydan sonra təmsil oluna bilər. Siz başqanın hansı vəzifədə qalmasını istəyirsiniz?



- Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin və Divanın iclasında da bu cür təkliflər səslənir. İsa bəy isə təkliflərə cavab olaraq bildirir ki, mənim gələcək statusum haqqında narahat olmayın. O, partiyanın lideri və digər bu kimi statusları sevmir. Mənim aləmimdə isə onun hər hansı bir statusa ehtiyacı yoxdur. İsa bəy harada olsa belə yenə də İsa Qəmbərdir. Bildiyimə görə, başqan partiyada yalnız sıravi üzv kimi qalmayacaq. O, artıq səhv etmirəmsə, məclis üzvlüyünə namizədliyini irəli sürüb. Bu isə o deməkdir ki, İsa Qəmbər partiyanın siyasətinin formalaşmasında qurultaydan sonra da iştirak edəcək. Məclis üzvü olmasa belə İsa Qəmbərin təkliflərinə partiyamız hər zaman açıqdır. Onun partiya üzvləri arasındakı nüfuzu bizim heç birimizin adı ilə müqayisəyə gəlməyəcək qədər yüksəkdir. Başqana bununla bağlı hansısa təklifim yoxdur. Ancaq müsavatçılar başqa fikirdədirlərsə və İsa bəy bunu qəbul edəcəksə, istənilən statusun ona verilməsinə razıyam.



- Namizəd Tural Abbaslı bildirib ki, bəzi köhnə müsavatçılar məni dəstəkləsə də, bir qismi bizə inamsız yanaşır. Siz Tural bəy haqqında nə düşünürsünüz?



- Tural bəy başqanlığa namizəddir. Buna onun nizamnamə və göstərdiyi fəaliyyəti ilə bağlı tam hüququ çatır. Düşünürəm ki, Qubad İbadoğlu iki nəsil arasında uçurum yaranmamaq üçün körpü rolunu oynaya biləcək bir namizəddir. Onun təbliğat zamanı bir çox üstünlüklərini söyləyirəm. Tural bəyə gəlincə, ona heç kim qadağa qoya bilməz. Hər şeyi müəyyənləşdirən bizim proqnozlarımız və arzularımız deyil, keçiriləcək olan seçkinin nəticələri olacaq.



- Keçirilən sorğular nəticəsində Arif Hacılının da tərəfdarlarının çox olduğu ortaya çıxır. Qubad İbadoğlunun ən güclü rəqibi Arif Hacılını hesab etmək olar?



- Hesab edirəm ki, dörd namizədin hər biri bir-birinə rəqabət aparmağa layiqdirlər. Məsələn, düşünmürəm ki, Səxavət Əlisoy zəifdir, Tural güclü olduğu üçün əsas rəqib ikincidir. Heç Qubad bəy də bu kimi məsələlərə belə yanaşmır. Onların hər birinin partiyada tərəfdarları var. Bu mənada namizəd dörd nəfərdirsə, demək mübarizə də onların arasında gedəcək.



- Çoxları sizin də namizədliyinizi irəli sürəcəyinizi gözləyirdi. Lakin bu addımı atmadınız.



- Bilmirəm necə səsləndirim ki, qeyri-təvazökar səslənməsin. Hesab edirəm ki, Müsavat Partiyasının başqanı olmağa haqqı olan şəxslərdən biri, bəlkə də birincisi mənəm. Sadəcə olaraq, istəyirəm ki, partiyanın rəhbərliyində yenilənmə getsin. Nəticədə isə başqan, qeyd etdiyim kimi gənclərlə bizim nəsil arasında olan əlaqə qura biləcək biri olsun. Bu baxımdan Hikmət Hacızadə, Mehman Cavadoğlu və eləcə də mən geri çəkilmişik. Biz hesab edirik ki, əsas başqan olmaq deyil, hədəfimiz Müsavat Partiyasının birliyini təmin etmək, gücləndirmək bayaq dediyimiz kimi, ən azı 2003-cü il səviyyəsinə qaldırmaqdır. İndiki durum təbii olaraq məni də narahat edir. Partiya maliyyə çətinlikləri yaşayır. Rayon təşkilatları ilə intensiv əlaqələr az qala qırılıb. Onların qərargahları yoxdur və çayxanalarda toplaşırlar. Belə bir məqamda onlardan yüksək nə isə gözləmək çox çətindir. Bu kimi neqativ hallardan çıxış yolu tapmaq üçün dostlarımızla müzakirələr aparırıq. Arzu edirik ki, qurultaydan sonra seçilən başqan bu çıxış yollarını tapsın və məsləhətlərə də qulaq assın.



- Təhsil sahəsində uzun müddət fəaliyyəti olan şəxs kimi bugünkü təhsil sistemimiz sizi qane edirmi?



- Heç bir şəkildə qane etmir. Çünki indi təhsil sisteminin strukturu bəlli deyil. Bu bir az yeni dünya, bir az da köhnə təhsil sistemlərindən qarışıqlıq ortaya çıxıb. Xəzər Universitetində çalışmaqdan çox məmnumam. Hesab edirəm ki, buradan başqa heç bir təhsil ocağında çalışa bilməzdim. Burada işləmək mənə çox rahatdır.



- Övladlarınızın təhsilindən razısınızmı?



- Hər iki qızım ödənişsiz əsaslarla təhsil alaraq, ali məktəbi bitirib. Böyük qızım Slavyan Universitetinin Türkiyə üzrə regionşünaslıq ixtisasını bitirib. Bitirdiyi ildə İstanbul Universitetinin uluslararası ilişkilər ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Kiçik qızım isə bu il Azərbaycan Dövlət İqtisad Universitetini bitirib və hazırda o da magistratura pilləsi üzrə təhsil almağa hazırlaşır. Onlara hər zaman demişəm ki, hər şeyi oxuduğunuz yerdən və müəllimlərinizdən gözləməyin. Özünüzün də təşəbbüsünüz olmalı, savadınızı daha da artırmalısınız.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11
Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59
İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51
Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46
“Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36
"Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23
Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20
Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16
"Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13
Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11
Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07
Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05
Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03
Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52
“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38
Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08
“Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00
“AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59
Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur - ETİRAZ
Bu gün, 09:54
Naxçıvan Ali Məclisi sədrinin bu statusu LƏĞV EDİLİR - TƏFƏRRÜAT
Bu gün, 09:47
Göyçayda əməliyyat keçirilib, silahlı şəxsdən 10 kiloqram narkotik aşkarlanıb - FOTO
Bu gün, 09:43
Musa Kılıç saxta diplomla çalışır? - BU DA FAKT!
Bu gün, 09:38
"Bakıyaşayıştikinti" MMC-nin külli miqdarda vergi borcu yaranıb - DETALLAR
Bu gün, 09:36
Daha bir təhsil ocağında PULYIĞIMINA START VERİLDİ... - İTTİHAM VAR...
Bu gün, 09:28
Od çərşənbəsində ətrafa OD QOYMAYIN... - FHN UYARDI...
Bu gün, 09:25
«Bakuelectronics»: Zay məhsul satmaları azmış kimi... - NARAZILIQ VAR...
Bu gün, 09:20
Sənayeləşdirmə Evtikmə İstehsalat Birliyinin 136 min manatdan çox - VERGİ BORCU VAR
Bu gün, 09:14
Ödənişli əmək məzuniyyəti... - Ekspert danışır...
Bu gün, 09:12
6 aydır buralar başçısız qalıb... AMMA... - İLGİNC İDDİA
Bu gün, 09:06
“Kontakt Home”dan TOTAL NARAZILIQ... - əksər müştəriləri düşünür ki...
Bu gün, 09:04
Azərbaycan haqda iki proqnoz: biri nikbin, biri... - NƏ ETMƏLİ?
Bu gün, 09:00
`AAAF Park` tikilindən bu problem var - GİLEY
Bu gün, 08:57
Ukrayna Prezidenti Zalujnını yeni vəzifəyə təyin edib
Bu gün, 08:50
Həm ödəniş etməli, həm də ac qalmalı... - AXI NİYƏ?..
Bu gün, 08:49
Bölgəmizdə hər hansı hərbi əməliyyatlar gözlənilmir - ÇÜNKİ...
Bu gün, 08:40
Zaqatalada qanunsuz ağac budaması: Akif Məmmədov saxta rəy verib - BU NƏDİ BELƏ?..
Bu gün, 08:37
Bölgəyə yerləşməli olan amerikalı sərhədçilərdən hələ də xəbər yoxdur - GƏLİŞMƏ
Bu gün, 08:30
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Bu gün, 07:30
Azərbaycanda qurban kəsmək qadağan edilə bilər? – Şok səbəb
Bu gün, 07:29
Tramp Rusiyaya böyük sürpriz hazırlayır - Röyters
Bu gün, 07:24
Xəstə, yaşlı məhkumlar vaxtından tez əfv edilsə yaxşıdır - Novella Cəfəroğlu
Bu gün, 07:22
Sərkisyan və Paşinyanı birləşdirən hadisə - O gizli sənədlər ortaya çıxarsa...
Bu gün, 07:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru