Burada da rüşvəti çəkinmədən alırlar... - İTTİHAM VAR
Tarix: 30-03-2016, 10:48 | Çap et
![Burada da rüşvəti çəkinmədən alırlar... Burada da rüşvəti çəkinmədən alırlar...](/uploads/posts/2016-03/thumbs/1459320594_0001.jpg) Redaksiyamıza daxil olan məlumatlarda Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində yer almış çoxsaylı qanun pozuntuları və çeşidli neqativ hallar barədə məlumatlar təqdim olunur. Məlum olduğu kimi bir müddət əvvəl Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev tutduğu vəzifədən azad olunmuşdu. Onun əvəzinə isə, Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən kollecin direktoru vəzifəsinə Bəxtiyar Bəxtiyarov təyin olundu. Məlumat üçün qeyd edək ki, bu gün Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində əyani və qiyabi şöbələrdə “Mühasibatlıq uçotu”, “Gömrük işi”, “Vaqon və refrijerator təsərrüfatı”, “Nəqliyyatda daşınmaların ixtisası”, “Yol hərəkətinin inkşafı”, “Poçt rabitəsi”, “Radio rabitə”, “Radio və televiziya verilişləri”, “Çox kanallı telekommunikasiya sistemləri”, “Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vəsaitləri”, “Kompüter sistemləri və kompleksləri” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Bununla belə, bizimdovr.az-a daxil olan yeni məlumatlarda bu dəyişikliyin Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin fəaliyyətində heç bir müsbət nəticəyə səbəb olmadığı vurğulanır. Belə ki, aldığımız məlumatlarda bu kollecdə yenə də çeşidli qanun pozuntularının, müxtəlif korrupsiya hallarının baş alıb getməsinə dair açıqlamalar yer almaqdadır. Kollecdə olan mənbələr bu təhsil müəssisəsindəki vəziyyətin ümumiyyətlə son dərəcə gərgin olduğunu önə çəkirlər. Bu günlərdə “Bizim Dövr” qəzetinin elektron ünvanına kollecdə “Gömrük işi” ixtisası üzrə təhsil alan tələbə Camalov Cəlal tərəfindən təqdim olunmuş ərizədə deyilir: “Yazıb sizə bildirirəm ki, təhsil aldığım kollecdə imtahanlarda olan haqsızlıqlardan şikayətçiyəm. Xahiş edirəm ki, bu məsələ ilə bağlı aidiyyatı olan qurumlara müraciət edəsiniz. İmtahanda iştirak edən nəzarətçilər Ceyhun və Şahin müəlim tələbələrin imtahanı sərbəst və obyektiv şəkildə verməsinə mane olur və səbəbsiz yerə tələbələri imtahandan kənarlaşdırırlar. Həmin nəzarətçilər məni öz mənafeylərinə və prinsiplərinə görə qovulma həddinə çatdırmışdılar. Bu barədə direktor Bəxtiyarov Bəxtiyar müəllimə müraciət etdim. Lakin direktor insan şəxsiyyətinə toxunan ifadələr işlədərək mənimlə çox kobud danışdı və qovaçağı ilə hədələdi...” Həmçinin oxşar ittihamlar bizimdovr.az-a Həsənov Hatəm, Məhərrəmov İxtiyar və daha bir neçə başqa tələbələr tərəfindən təqdim olunan ərizələrdə də öz əksini tapıb. Bildirilir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində tüğyan edən rüşvət yığımlarının başında birbaşa kollecin direktoru Bəxtiyar Bəxtiyarov durur. Məlumatı bizimdovr.az-a təqdim edən mənbənin sözləri ilə desək, burada direktorun göstərişilə müəllim heyəti tələbələrin “qanını sorur”. Məlumatlarda qeyd olunur ki, kollecdə rüşvətin kök salması səbəbindən tələbə-müəllim münasibətləri də etik qaydalardan xeyli uzaqlaşıb. Əslində bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı qiymət alveri predmetinə çevrilmişdir. Məhz bu səbəbdən tələbələrin təhsilə münasibəti tamamilə dəyişib. Həmçinin, onlar davranışlarında da mənfiyə doğru sərbəstləşiblər. Yəni, bu və ya digər fənn üzrə imtahandan pulla qiymət almağın mümkünlüyünü görən tələbə dərsə davamiyyətə məhəl qoymur. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində imtahanları rüşvətlə verməklə yanaşı, təcrübə üçün də hər bir tələbədən 100 manat pul tələb olunur. Əldə etdiyimiz məlumata görə, sözügedən kollecdə rüşvətin yığılması işində sinif nümayəndələri vasitəçi rol oynayırlar. Yəni, onlar tələbələrdən yığılmış toplam pulu müəllimlərə çatdırırlar. Əvəzində özləri imtahanları və təcrübəni pulsuz keçirlər. Müəllimlər də öz növbəsində, ümumi məbləğdən payına düşəni götürüb qalan hissəni məhz Bəxtiyar müəllimə təqdim edirlər...
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|