![Rusiyanın silah bazarındakı dayağı çökür Rusiyanın silah bazarındakı dayağı çökür](/uploads/posts/2016-03/1459429685_0001.jpg)
Rusiyanın MiQ şirkəti işçilərinin ixtisarına başlayıb.
Axar.az xəbər verir ki, şirkətin Baş direktoru Sergey Korotkov artıq bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, şirkətdəki işçilərin sayı 4900-ə endiriləcək. Bu isə ümumi personalın 10%-nin ixtisarı deməkdir.
Qeyd edək ki, MiQ bundan bir neçə ay öncə də işçilərinin ixtisarını həyata keçirmişdi.
MiQ şirkəti məşhur MiQ təyyarələrinin istehsalçısıdır. Şirkət indiyə qədər MiQ-29, MiQ-31, MiQ-35 və digər markalı təyyarələri istehsal edib.