MTN generalı baş redaktora "ksiva" yolladı... - İttihamları rədd edir...
Tarix: 12-04-2016, 11:06 | Çap et
![MTN generalı baş redaktora "ksiva" yolladı... MTN generalı baş redaktora "ksiva" yolladı...](/uploads/posts/2016-04/thumbs/1460444798_0001.jpg) «Təzadlar»ın ötən saylarında «Texnikabank»a əmanət qoyduqları halda, sonradan bu bankın Bakı filialının işi ilə bağlı MTN-də aparılan cinayət işində istintaqa cəlb olunub şantajlarla üz-üzə qaldığını bildirən bir qrup zərərçəkmişlərin şikayət məktubları əsasında yazı dərc olunmuşdu… Həmin yazıda şikayətçilər Xəqani Əzimov, Hüseyn Səfərov, Füzuli Əzimov, Hamil Rzayev, Vüqar Behbudov və başqalarının adından MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevin və onun şöbə rəisi olmuş, hazırda həbsdə olan Vüsal Ələkbərovun əmanətçilərin başına gətirdikləri müsibətlərdən Prezident İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova ünvanlı şikayət edildiyi qeyd edilirdi… Hətta şikayətçilərdən Respublika Əmanət Bankın sədri olmuş, iş adamı Hüseyn Səfərovun Mövlam Şıxəliyev tərəfindən necə aldadılması və həbs etdiriləcəyi hədəsi ilə ondan külli miqdarda pulunu alması və s. də yazıda qeyd edilmişdi… Redaksiya olaraq məktubda adı hallanan H.Səfərovla telefon əlaqəsi saxlamışdıq. H.Səfərov 2 milyon dollar pulunun şantaj edilərək əlindən alınması məsələsinə gəlincə, demişdi ki, “…Bəli, həmin iş üzrə mən zərərçəkmiş kimi tanınmışam… Külli miqdarda pulumu mənimsəyiblər, bu işdə əsas günahkar kimi MTN-nin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyevi və onun “danışan dili”, tapşırıqlarını icra edən, bizi həbslə hədələyib pullarımızı şantaj yolu ilə ələ keçirən Vüsal Ələkbərovu bilirəm, ifadəmdə də belə yazmışam… Lakin istintaq getdiyindən başqa heç nə deyə bilmirəm… Əslən Ağdaşdan olan Mövlam Şıxəliyevin Ağdaşda çoxsaylı obyektləri, Novxanıda dənizə açılan milyonlarla dəyəri olan villası, Sirkin yanındakı “AFSENTR”də bir neçə mənzilləri var, “Sahil” ticarət Mərkəzinin üstündəki binada bir mərtəbəni bütövlükdə alıb, orda bütün ailə üzvlərinin ayrıca mənzilləri var, burada yaşayırlar… “Gənclik”də 10-a yaxın mənzillərinin olduğunu bilirik… Əvvəllər Yasamalda “Xuruşşovka”da yaşamış bir adam birdən-birə bu qədər sərvətə necə nail olub??? Hətta o, Nizami Kino Mərkəzinin yanında Musa Nağıyevin olmuş arxitekturalı qədim binada 2 milyona mənzil alıb, amma orada yaşamır. Onun bu əmlakları satılaraq biz zərərçəkənlərə qaytarılmalıdır… Əgər Mövlam Şıxəliyev yaxın günlərdə şantaj yolu ilə məndən aldığı 2 milyon dollar pulu qaytarmasa, özümü onun “Sahil” Ticarət Mərkəzinin üstündəki mənzilinin qarşısında yandıracağam… İndidən mətbuat vasitəsilə bəyan edirəm ki, onun şantajlarından neçə ildir xəstəlik tapmışam, müflis vəziyyətə düşmüşəm. Dəfələrlə bu barədə özünə demişəm, pulumu qaytarmağa söz verib, amma hər dəfə aldadır, qaytarmır. Artıq belə yaşamaqdan bezmişəm… Bu yaxınlarda isə zəng edərək bir də xəbərdarlıq etmişəm, söz verib ki, qaytaracaq. Amma bir gün sonra mobil telefonlarını söndürüb…”. H.Səfərov daha sonra bildirmişdi ki, əgər Mövlam Şıxəliyev pulunu qaytarmasa, o, M.Şıxəliyevin «Sahil»dəki mənzilinin qarşısında özünü yandıracaq və s.
Mövlam Şıxəliyev Hüseyn Səfərovun söylədiklərini şər və böhtan adlandırdı…
Ötən yazıda da qeyd etdiyimiz kimi, «təzadlar»ın əməkdaşları məsələyə dair mövqeyini öyrənmək üçün dəfələrlə Mövlam Şıxəliyevin şikayətçi Hüseyn Səfərov tərəfindən bizə təqdim edilmiş bahalı mobil telefon nömrələrinə dəfələrlə zənglər etsələr də telefon zəngləri cavabsız qalmışdı… Nəhayət, sonuncu cəhdlərimiz nəticəsini verdi… Belə ki, neçə gün əvvəl MTN-nin sabiq generalı Mövlam Şıxəliyevin səlahiyyətlisi kimi özünü təqdim edən şəxs (özünün xahişi ilə hələki adını yaza bilmirik) əməkdaşımıza zəng etdi… Biz həmin şəxslə görüşdük və o, Mövlam Şıxəliyevin onun mobil telefonuna göndərdiyi mesajını bizə oxudu… Sonra özümüz də həmin mesajı diqqətlə oxuduq… M.Şıxəliyev məktubunda yazırdı ki, N.Səfərovun onun barəsində söylədikləri şər və böhtandır: «…Qəzetdə («Təzadlar»da.RED.) yazılanlar barədə bircə onu deyə bilərəm ki, mən heç kimdən pul almamışam… İstintaq «Texnikabank»ın işi ilə bağlı obyektiv araşdırma aparıb, qanuni nəticəyə gəlib, günahkarlar həbs edilib, məhkəmə də qanuni hökm çıxarıb… O ki qaldı Hüseyn Səfrov adlı şəxsdən 2 milyon dollar pul alınmasına, bu şər və böhtandır, heç bir əsası olmayan iddiadır…». Onu da xatırladaq ki, H.Səfərovun məlum açıqlaması dərc edildiyinə görə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb, həmin qalmaqallı yazı ilə bağlı sorğu-sual edilib, ifadəsi alınmışdır. Mövzuya mütləq qayıdacağıq. “Təzadlar”ın Araşdırma Qrupu
![](/templates/AzDia/css/510.png)
![](https://dia-az.shop/uploads/posts/2024-12/thumbs/1735279987_0001.jpg)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiya savaş zamanı hərbi xidmətdən azadolunma şərtlərini ağırlaşdırır - Sifilis və psixi pozulmalar
Bu gün, 02:30 |
|
|
|
• DSMF qanunları NECƏ RAM EDİR... - BU NƏDİ BELƏ?
Bu gün, 02:25 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Ağ Evdə imzalana bilər: - Tramp niyə buna çalışır?
Bu gün, 02:16 |
|
|
|
• Kremldən təlimat alaraq ölkəmiz haqqında bəzi "hürən" və "zingildəyən" şəxslər var - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:11 |
|
|
|
• Ölümə aparan oyun: Uşaqları necə qoruyaq? - AKTUAL
Bu gün, 02:07 |
|
|
|
• Avropa İnvestisiya Bankı Ukraynaya 2 milyard dollar ayırdı
Bu gün, 02:05 |
|
|
|
• Çimnaz Sultanovanın Xalq artisti ilə səmimi görüntüləri - VİDEO
Bu gün, 00:34 |
|
|
|
• Məktəb direktoru ÖZBAŞINA QALIB... - nə qanun bilir, nə də...
Bu gün, 00:30 |
|
|
|
• Bakı-Moskva qarşıdurması: Regionda yeni geosiyasi oyun başlayır? - NƏ ETMƏLİ?
Bu gün, 00:21 |
|
|
|
• "Onlar işlənmiş əski parçası kimi bir kənara atılacaqlar" - deputat
Bu gün, 00:16 |
|
|
|
• “Təəssüf ki, AXC hökuməti ilk gündən “KQB” arxivlərini nəinki açmadı, əksinə, möhürlədi...” - Sabiq təhlükəsizlik zabiti
Bu gün, 00:12 |
|
|
|
• Günahın etirafı: cinayətə qarşı sükut... - AKTUAL
Bu gün, 00:06 |
|
|
|
• Biznesmenlər Paşinyana qarşı: İrəvanda etirazlar başlayıb - NƏ BAŞ VERİR?
Bu gün, 00:03 |
|
|
|
• TƏBİB və Səhiyyə Nazirliyi birləşdirilir? - GÖZLƏNTİ
Bu gün, 00:01 |
|
|
|
• İrəvan Zəngəzurda növbəti məğlubiyyətini yaşadı – “Hraparak”
Dünən, 23:40 |
|
|
|
• Təyyarə qəzası: Əliyev tələbində haqlıdır - Şevçenko
Dünən, 23:38 |
|
|
|
• Paşinyanın əsl niyyətini ört-basdır edən məqaləsinə CAVAB - AKTUAL
Dünən, 22:29 |
|
|
|
• Rusiya agenti olduğu deyilən daha bir keçmiş nazir DANIŞDI - "Mən indi Bakıda deyiləm..."
Dünən, 22:24 |
|
|
|
• "Kremldə çevriliş mümkündürmü?" - NATO-nun keçmiş müşaviri
Dünən, 20:47 |
|
|
|
• Bəhruz Məmmədov niyə “minaya” düşdü? – Yeni detallar
Dünən, 20:41 |
|
|
|
• Üç polkovnikə vəzifə verildi - ƏMR
Dünən, 20:35 |
|
|
|
• Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə öldürdü - QIZ BİLDİ, OĞLAN ÇIXDI
Dünən, 20:33 |
|
|
|
• "Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir" - Rus agenti olduğu deyilən Məmmədyarov HAY-KÜY SALDI
Dünən, 20:29 |
|
|
|
• Ermənistan-Türkiyə sərhədində keçid məntəqəsi yaxın günlərdə açılacaq - KİV
Dünən, 20:26 |
|
|
|
• Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Dünən, 19:43 |
|
|
|
• Borcunu ala bilməyənlərin NƏZƏRİNƏ -QANUNİ HƏLL YOLU...
Dünən, 19:40 |
|
|
|
• "Gündə bir adam axtarım?"
Dünən, 19:33 |
|
|
|
• Məmur ata-balalar: Siyahıda görün kimlər var - İLGİNC
Dünən, 19:31 |
|
|
|
• Rusiyanın Azərbaycandakı şəbəkəsi ifşa edildi - Siyahıda onlar var
Dünən, 19:26 |
|
|
|
• “Etibarlı sülh sazişinin reallaşma ehtimalı azdır” - FAKT BUDUR!
Dünən, 19:10 |
|
|
|
• "Ermənistan sülh çağırışlarına cavab versəydi, Qərbdən silah almaq əvəzinə Zəngəzur dəhlizini açardı"
Dünən, 19:02 |
|
|
|
• Erməni vandalları İrəvanda azərbaycanlılara məxsus sonuncu izləri də silməyə çalışırlar -ŞƏRH
Dünən, 19:00 |
|
|
|
• “Daşkəsən Dəmir Filiz” 10 min manatlıq dronu 32 min dollara alır: - İcazə verin şübhələnək...
Dünən, 18:58 |
|
|
|
• Hansı müəllimlər işdən azad OLUNACAQ? – “Sertifikasiyadan kəsilənlərə acımaqdansa...”
Dünən, 18:04 |
|
|
|
• Azərbaycan Rusiya üçün artıq çoxdan əlçatmazdır - GƏLİŞMƏ
Dünən, 18:00 |
|
|
|
• AntiAzərbaycançıların "beynəlxalq inkişaf" korrupsiyası - Bahəddin Həzi yazır...
Dünən, 17:53 |
|
|
|
• Anasını söydü, həbs edildi: - "İki oğlum məni evimdən çıxarıb"
Dünən, 17:51 |
|
|
|
• Nizami Alışana iş qurmaq üçün 945 min dollar vermişəm - Zeynal Usubov məhkəmədə ifadə verib
Dünən, 17:41 |
|
|
|
• İran və Rusiya susur, Ermənistan silahlanır: - Azərbaycan nə edəcək?
Dünən, 17:30 |
|
|
|
• "Azadlıq" radiosunun indiki mövqeyi mənə aydın deyil - Sabir Rüstəmxanlı
Dünən, 17:25 |
|
|
|
• Novruz bayramı öncəsi əfv fərmanının verilməsini arzu edir və gözləyirik - Səadət Bənənyarlı
Dünən, 17:24 |
|
|
|
• Bakı Ermənistanın hücuma keçməsindən qorxsaydı... - KİV
Dünən, 17:22 |
|
|
|
• “Ziraat Bank Azərbaycan”a yeni departament rəhbəri təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:20 |
|
|
|
• Ermənistan Azərbaycana hücum etmək niyyətindədirmi? – Paşinyandan açıqlama
Dünən, 17:18 |
|
|
|
• Nizami rayonunda sürücünü hədələyib pulunu ələ keçirən şəxsləri polis saxladı - FOTO, VİDEO
Dünən, 17:13 |
|
|
|
• Təhsil Tələbə Krediti Fonduna yeni sədr təyin olunub - ƏMR
Dünən, 17:11 |
|
|
|
• "Dəfələrlə müdriyyətə demişik, amma..." - NARAZILIQ VAR...
Dünən, 17:09 |
|
|
|
• Restoranlar servisə görə ödəniş tələb edərsə, bu quruma şikayət edin - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Moskva Bakı ilə şantaj dili ilə danışmağa başladı - Rusiyanın separatist siyasəti
Dünən, 17:00 |
|
|
|
• Təhsilimizdə evimizi yıxan məqamlar - "Məktəbləri cəhənnəmə çevirmişik"
Dünən, 16:56 |
|
|
|
|