![Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim](/uploads/posts/2017-07/thumbs/1499068094_0001.jpg)
Bakı sakini Fatma Cəfərova 2017-ci ilin yanvarında ayağında ağrılar hiss etdiyi üçün “Medika Hospital”-a müraciət edib.
Yenicag.az xəbər verir ki, 65 yaşlı xəstəni müayinə edən cərrah-travmatoloq Emin Kazım Fatma Cəfərovanın yalnız əməliyyat yolu ilə sağalacağını bildirib. Yaşlı qadının ailəsindən 7 min manat əməliyyat pulu alan həkim, Fatma xanımın 3 günə ayağa qalxacağını deyib. Lakin əməliyyatdan sonra xəstənin vəziyyəti daha da pisləşib. Buna isə əməliyyat zamanı xəstənin ayaq sinirlərinin kəsilməsi və ayağına qoyulan implantın çürüməsi səbəb olub.
![Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim Qadını şikəst edib, ailəsini 40 min manat ziyana salan həkim](/uploads/posts/2017-07/thumbs/1499068183_0001.jpg)
Daha sonra vəziyyəti ağırlaşan Fatma Cəfərova Türkiyəyə aparılıb. Ümumilikdə, “Medika Hospital”-ın həkimi Emin Kazımın səhlənkarlığı xəstənin ailəsinə 40 min manata başa gəlib. Qadın 6 aydır ki, yatağa məhkum olub və türkiyəli həkimlər tərəfindən müalicəsi davam etdirilir.
Haqqında şikayət olunan Emin Kazımla da əlaqə saxladıq. Lakin o, saytımıza açıqlamasında iddiaları qəbul etmədi.