Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... .....                     Sahil Babayev ilk KİMİ 'VURACAQ'? .....                     "Övladlarla maraqlanaq, boş verməyək..." .....                     70 milyard dollarlıq qurum ləğv edilir? .....                     Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... .....                     Rusiya kəşfiyyat gəmisi niyə yanıb? .....                     "Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?" .....                     Doktorantura təhsili birpilləli sistemə keçir .....                     Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI .....                     Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? .....                     Zəngəzur dəhlizinin gələcəyi... .....                     "Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" .....                     "Uşaqlara əxlaq dərsi keçirilməlidir" .....                     “Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” .....                     “Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... .....                     Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: .....                     Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb .....                     Putin 100 yaşlı erməni qadını mükafatlandırdı .....                     Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB .....                     İlyas İsmayılovun partiyası BURAXILIR?.. .....                     Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: .....                     Şəbnəm instaqramdan nə qədər qazanır? .....                     Məktəblərdə telefon qadağan olunur .....                     Papikyan Hindistana getdi .....                     İran sanksiyalardan necə yayınırdı? .....                     "Aqşin Fateh 5 min verib trendə düşür" .....                     Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir .....                     "Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" .....                     Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi .....                     "Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." .....                     Oğuzda narkotacirlər həbs olundu .....                     ABŞ Ermənistana yerini göstərdi .....                     3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? .....                     BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir .....                     “Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...” .....                     Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... .....                     Xankəndidə polis şagirdlərlə görüşüb .....                     Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: .....                     "Rus dili ciddi imtahan qarşısındadır..." .....                     “Bakı Metropoliteni”ndə yeni təyinat .....                 

"Mən inanmıram ki, Fərəh xanım belə iş görüb" - "Dəmirbank" işi...
Tarix: 22-12-2017, 12:27 | Çap et
"Mən inanmıram ki, Fərəh xanım belə iş görüb"
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Fariz Qarayev ifadə verib. Bildirib ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, bankda xəzinədar işlədiyini bildirib.

Təqsirləndirilən Tamamgül Xanlarova isə ifadəsində deyib ki, bankda əməliyyatçı-xəzinədar vəzifəsində çalışıb: "Fərəh Rəşadətli hər zaman bizim arxamızda olub. Bizə kömək edib. Mən inanmıram ki, Fərəh xanım belə iş görüb. Fərəh xanıma hörmətimiz olub. İnanmışıq, dediklərin etmişik".

İclasda zərərçəkmiş şəxs qismində Sevda Xəlilova da ifadə verib. Bildirib ki, əmanətləri başqa bankda olub: "Kürəkənim Tural Axundov əmanətləri “Dəmir bank”a qoysanız yaxşı olar. Tural bildirdi ki, onların da pulları həmin bankdadır və Fərəh Rəşadətli adlı xanımdan danışdı. Dedi ki, mərd qızdır. Mən də kürəkənimə inandım və getdim Fərəh Rəşadətli ilə tanış oldum. 300 min manat öz adıma, 300 min qızım Gülnurun adına və 150 min dollar digər qızımın adına qoydum. Fərəh xanım dedi ki, Dəmir Bank çox etibarlı bankdır. Sonradan faizlər yubanmağa başladı. Soruşdum dedi ki, devalvasiya ilə bağlıdır. Mən əmanətləri götürmək istədim. Fərəh xanım dedi ki, götürməyim. Mən də yenidən razılaşdım. Lakin yenə də faizlər gecikirdi. Biz getdik əmanətləri götürməyə dedilər gedin baş ofisdən alın. Sonra bizə dedilər ki, bankda əmanətlər yoxdur. Bildirdilər ki, yalnız 30 min dollar var, əmanət banka qoyulub və götürülüb. Mən pullarımı tələb edirəm".

Daha sonra S. Xəlilova sualları cavablandırıb. Bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində neçə dəfə ifadə verib və F. Rəşadətli ilə üzləşmək istəyib. Lakin buna şərait yaradılmayıb: "Dedilər Fərəh Rəşadətli deyib ki, özümü öldürəcəm. Ona görə də görüşmək olmaz".

F. Rəşadətli isə elə söz demədiyini bildirib.

İclasda məlum olub ki, S. Xəlilovanın adından mülki iddia yoxdur. Vəkillər ondan pulu kimdən tələb etdiklərini soruşublar. S. Xəlilova pulu həm bankdan, həm də Fərəh Rəşadətlidən tələb etdiyini deyib.

Proses dekabrın 28-də davam edəcək.

Qeyd edək ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli ötən prosesdə məhkəmə zalında həbs edilib.

F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.


***

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən
"Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Fariz Qarayev dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib. Suallara cavab verən F.Qarayev bankda işlədiyi müddətdə Fərəh Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxararaq ona verib. O söyləyib ki, pulların bir çoxunu F.Rəşadətliyə verib.

Digər təqsirləndirilən şəxs Tamamgül Xanlarova ifadəsində deyib ki, keçmiş müdiri Fərəh Rəşadətli ilə çox yaxşı münasibətləri olub: "Bankda əməliyyatçı-xəzinədar olmuşam. Fərəh xanım müdir yox, bizim üçün bacı, dost, yoldaş olub. Nə problemimiz olubsa, yanımızda olub. Həmişə ondan çox yaxşı münasibət görmüşük. Onun nəsə pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbərim yoxdur".

Məhkəmədə zərərçəkmiş Sevda Xəlilova da ifadə verib. O deyib ki, Azərbaycan Beynəlxalq Bankda pulu olub.

S.Xəlilova qeyd edib ki, kürəkəni həmin pulları "Dəmirbank"a qoymağı təklif edib.

"Kürəkənim Tural Axunov bizə gəlmişdi. Bankın faiz dərəcələri ilə bağlı çeki gördü. Mənə dedi ki, "Dəmirbank"da tanışım var. Əmanətləri ora qoymaq olar. Mən Beynəlxalq Bankdan başqa heç bir banka güvənmirdim. Amma Tural məni inandırdı. O, bizi Fərəh xanımla tanış etdi. İlk dəfə qızım Firəngizlə getdik. 300 min manat öz adıma, 150 min dollar qızım Firəngizin, 300 min dollar da digər qızım Gülnur Axundovanın adına əmanət qoyduq.

Bir neçə ay faizləri aldım. Amma gecikmələr olurdu. Fərəh xanım özü mənə dedi ki, bankda problemlər var.

Mənə VİP xidmətin olduğunu dedilər və o xidmətdən istifadəni təklif etdilər. Mən də razılaşdım. Bundan sonra da faizləri aldım. Amma bir müddət sonra yenə problemlər yarandı. Mən əmanətimi götürmək üçün Fərəh xanıma müraciət etdim. Amma pulu götürməməyimi xahiş etdi. Bir neçə gün Fərəh xanımla əlaqə saxlaya bilmədim. Neçə dəfə özünün ofisinə getdim. Faizləri də ala bilmədim. Axırıncı dəfə də Fərəh xanım dedi ki, faizləri öz əmanətimlə birlikdə qaytaracaq. Bir müddət sonra yoldaşımla banka getdik. Orada yox idi. Ofisdə Fərəh xanımı görmədim. Onunla əlaqə saxlayanda dedi ki, məbləğ çox olduğu üçün baş ofisə getmək lazımdır. Baş ofisə də getdik. Dedilər ki, sizin adınıza əmanət yoxdur.

Bundan sonra kürəkənimlə, qohumlarımız Axundovlarla problem oldu. Bizim vəkillərimiz eyni idi. Sonra vəkillər də ayrıldı. Baş ofisdən dedilər ki, sizin adınıza pullar götürülüb"- deyə zərərçəkmiş qeyd edib.

S.Xəlilova tələbinin banka qoyduğu əmanətlərin qaytarılması olduğunu deyib.

Zərərçəkən onu da əlavə edib ki, istintaq zamanı Fərəh Rəşadətli ilə üzləşmək istəyib: "Mən bildim ki, Fərəh xanım istintaqda deyib ki, qızım Gülnurun adına olan 300 min manat əmanəti kürəkənim götürüb. Mən bunu soruşmaq istəyirdim. Amma imkan vermədilər".

Sevda Xəlilova qoyduqları əmanətlərə görə aldıqları aylıq faizləri də açıqlayıb. Bildirib ki, 600 min manata görə 7500 manat, 150 min dollara görə isə 1150 dollar faiz alıb.

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur plastik cərrah Dilqəm Məhərrəmovdan iddia dolu ŞİKAYƏTLƏR... - Nəfəs ala bilmirəm...
Bu gün, 00:22
Sahil Babayev ilk KİMİ 'VURACAQ'? - ADLAR
Bu gün, 00:19
"Övladlarla maraqlanaq, boş verməyək..." - FOTO
Bu gün, 00:15
70 milyard dollarlıq qurum ləğv edilir? - Ölkənin nüfuzuna böyük zərbə olar
Bu gün, 00:13
Ermənistan baş naziri şəraitdən asılı siyasətçidir... - qeyri-populyar addım atmağa qadir deyil...
Bu gün, 00:10
Rusiya kəşfiyyat gəmisi niyə yanıb? - Türkiyənin Hərbi Dəniz Qüvvələrinin təlimlərini izləyirmiş
Bu gün, 00:07
"Maraqlıdır, bu quzu ətini daha çox kimlər alır?"
Dünən, 23:35
Doktorantura təhsili birpilləli sistemə keçir – Nələr dəyişəcək?
Dünən, 23:33
Ermənistandan daha bir SƏRHƏD TƏXRİBATI - Yeni mövqelər qurdu
Dünən, 23:29
Erməni katalikos hansı əsasla Bakıya qarşı çağırış edir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:20
Zəngəzur dəhlizinin gələcəyi... -ŞƏRH
Dünən, 14:11
"Xüsusi xidmət orqanları heç vaxt casus yuvası qurduğunu bəlli etməz" - Komitə sədri
Dünən, 14:10
"Uşaqlara əxlaq dərsi keçirilməlidir" - ÇAĞIRIŞ
Dünən, 14:02
“Rusiya Azərbaycanda sabitliyin pozulmasına çalışır” - FAKT BUDUR!
Dünən, 14:00
“Əl-Qaidə”yə yardım, LGBT-nin təbliğatı, Azərbaycanı HƏDƏFƏ ALMA... - USAID-nin QARANLIQ TƏRƏFİ
Dünən, 13:58
Erməni politoloq Paşinyanı “yıxıb-sürüdü”: - “Piar xatirinə...”
Dünən, 13:08
Ağsuda sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb - TƏFƏRRÜAT
Dünən, 13:05
Putin 100 yaşlı erməni qadını mükafatlandırdı
Dünən, 13:04
Aktau terrorunda Rusiyanın əlinin olduğu TƏSDİQLƏNİB - "İndi hər şey bütün çılpaqlığı ilə ortadadır..."
Dünən, 12:59
İlyas İsmayılovun partiyası BURAXILIR?.. - AÇIQLAMA
Dünən, 12:56
Moskva Bakı ilə tarixi razılaşmanı pozdu: - İki deputat hərəkətə keçdi
Dünən, 12:53
Şəbnəm instaqramdan nə qədər qazanır? - özü AÇIQLADI
Dünən, 12:49
Məktəblərdə telefon qadağan olunur – Buna valideynlər nəzarət etməlidir
Dünən, 12:48
Papikyan Hindistana getdi
Dünən, 12:47
İran sanksiyalardan necə yayınırdı? - ABŞ onu da bloklayır
Dünən, 12:46
"Aqşin Fateh 5 min verib trendə düşür"
Dünən, 12:41
Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:30
"Azərbaycan və Ermənistan razıdır, İran niyə qarışır?" - ŞƏRH
Dünən, 12:28
Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri
Dünən, 12:25
"Məqsədləri millətə ZİYAN VURMAQDIR... VURURLAR DA..." - "POZ QAZAN" tələsi...
Dünən, 12:24
Oğuzda narkotacirlər həbs olundu - VİDEO
Dünən, 12:04
ABŞ Ermənistana yerini göstərdi - bölgədə Azərbaycana üstünlük verəcək
Dünən, 11:59
3900 itkin düşmüş azərbaycanlı: İrəvan cinayətlərini nə zaman etiraf edəcək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:51
BİABIRÇILIQ: Şagirdlər sinif otaqlarında siçan və ilanlarla DƏRS keçir - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 11:49
“Türkiyədə Azərbaycan dili kurslarının təşkili yüksək qiymətləndirilməlidir, çünki...”
Dünən, 11:45
Sahil Babayev Maliyyə Nazirliyində köhnə komandadan kimlərlə vidalaşacaq... - AÇIQLADI
Dünən, 11:41
Xankəndidə polis şagirdlərlə görüşüb - FOTO
Dünən, 11:39
Trampdan erməni kəşfiyyatçıya xüsusi tapşırıq: - Yeni planda Şoyqu detalı
Dünən, 11:20
"Rus dili ciddi imtahan qarşısındadır..." - Nizami Cəfərov
Dünən, 11:18
“Bakı Metropoliteni”ndə yeni təyinat - ƏMR
Dünən, 11:14
Millət vəkilindən azərbaycanlıları təhqir edən rusiyalı həmkarına CAVAB
Dünən, 11:07
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı
Dünən, 11:04
“Azərbaycanda kolleclərin funksiyası hələ də tam müəyyən edilməyib” - AKTUAL
Dünən, 11:00
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb
Dünən, 10:33
`Fulcom` MMC-nin rəhbərliyi İŞÇİ HAQQINI YEYİR... - NARAZILIQ VAR...
Dünən, 10:32
Bakıdakı tikinti xaosu Beyləqana TRANSFER EDİB... - BU DA FAKT!
Dünən, 10:09
Ermənilərin katalikosu Trampa yalvardı - KİV
Dünən, 10:04
Elşən Salahov QIŞ YUXUSUNDA: Sakinlər məcbur hərəkətə keçdi... - AXI NİYƏ?..
Dünən, 10:00
Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu - AÇIQLAMA
Dünən, 09:42
AZƏRİQAZ-da baş verənlərə NİYƏ GÖZ YUMULUR? - MÜRACİƏT
Dünən, 09:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru